Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-24/2024 20.02.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X2 iclas kаtibliyi, İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi X4 və Cavabdeh3 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 “YELO Bank" ASC-nin xeyrinə 2014cü il 05 dekabr tarixli kredit müqaviləsi üzrə 4518.29 ABŞ dolları əsas, 8484.66 ABŞ dolları faiz, 823.93 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 234 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə, cəmi 14060.88 ABŞ dolları məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqinın ödənilməsi;
2. Tutmanın Cavabdeh1 məxsus olan Bərdə şəhəri, Heydər Əliyev prospektində yerləşən, 1 otaqlı, 31.6 kv.m ümumi, 17 kv.m yaşayış, 14.6 kv.m yardımçı sahədən ibarət 1 nömrəli evin 5 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Bərdə şəhəri, Heydər Əliyev prospektində yerləşən, 1 otaqlı, 31.6 kv.m ümumi, 17 kv.m yaşayış, 14.6 kv.m yardımçı sahədən ibarət 1 nömrəli evin 5 nömrəli mənzilinin hərracdan satışdan əldə olunan vəsait hesabına "xxxx" ASC-nə ödənilməsi;
3. Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi;
4. Cavabdeh1 məxsus olan Bərdə şəhəri, Heydər Əliyev prospektində yerləşən, 1 otaqlı, 31.6 kv.m ümumi, 17 kv.m yaşayış, 14.6 kv.m yardımçı sahədən ibarət 1 nömrəli evin 5 nömrəli mənzilinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Bərdə şəhəri, Heydər Əliyev prospektində yerləşən, 1 otaqlı, 31.6 kv.m ümumi, 17 kv.m yaşayış, 14.6 kv.m yardımçı sahədən ibarət 1 nömrəli evin 5 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 həmin mənzildən çıxarılmalarına, mənzilin boşaldılması və banka təhvil verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ASC məhkəməyə dəqiqləşdirmə ərizəsi verərək, Cavabdeh2 və Cavabdeh3 "xxxx" ASC-nin xeyrinə 2014-cü il 05 dekabr tarixli kredit müqaviləsi üzrə 4418.29 ABŞ dolları, 8484.66 ABŞ dolları faiz, 823.93 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə xx.xx.2020ci il tarixdən xx.xx.2024-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 919.8 dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə, cəmi 14646.68 ABŞ dolları məblağində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi;
2. Tutmanın Cavabdeh1 məxsus olan Bərdə şəhəri, Heydər Əliyev prospektində yerləşən, 1 otaqlı, 31.6 kv.m ümumi, 17 kv.m yaşayış, 14.6 kv.m yardımçı sahədən ibarət 1 nömrəli evin 5 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Bərdə şəhəri, Heydər Əliyev prospektində yerləşən, 1 otaqlı, 31.6 kv.m ümumi, 17 kv.m yaşayış, 14.6 kv.m yardımçı sahədən ibarət 1 nömrəli evin 5 nömrəli mənzilinin hərracdan satışdan əldə olunan vəsait hesabına "YELO Bank” ASC-nə ödənilməsi;
3. Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi;
4. Cavabdeh1 məxsus olan Bərdə şəhəri, Heydər Əliyev prospektində yerləşən, 1 otaqlı, 31.6 kv.m ümumi, 17 kv.m yaşayış, 14.6 kv.m yardımçı sahədən ibarət 1 nömrəli evin 5 nömrəli mənzilinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh2, Cavabdeh3 Bərdə şəhəri, Heydər Əliyev prospektində yerləşən, 1 otaqlı, 31.6 kv.m ümumi, 17 kv.m yaşayış, 14.6 kv.m yardımçı sahədən ibarət 1 nömrəli evin 5 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh2, Cavabdeh3 həmin mənzildən çıxarılmaları, həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2014-cü il 05 dekabr tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" ÍKB ASC-nin “Bərdə” filialından illik 26%-lə 60 ay müddətinə 10195 ABŞ Dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh1 mülkiyyətindəki Bərdə şəhəri, Heydər Əliyev prospektində yerləşən, 1 otaqlı, 31.6 k.m ümumi, 17 kv.m yaşayış, 14.6 kv.m yardımçı sahədən ibarət 1 nömrəli evin 5 nömrəli mənzili 2014-ci il 05 dekabr tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2014-cü il 05 dekabr tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 1.14-cü bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 36 faizlə cərimə hesablayıb borcludan tələb edir. 2021-ci il yanvarın 12-dək Cavabdeh1 2014-cü il 05 dekabr tarixli kredit müqaviləsi üzrə banka 4518.29 ABŞ dolları əsas, 8484.66 ABŞ dolları faiz, 823.93 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə, cəmi 13826.88 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə onun yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun əvəzinə yönəldilməlidir. Bundan başqa, 12 yanvar 2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 05 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə banka 4518.29 ABŞ dolları əsas, 8484.66 ABŞ dolları faiz, 823.93 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 234 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 14060.88 ABŞ dolları borcu vardır. 05 dekabr 2014-cü il tarixli kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən götürülmüş kreditə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, kredit müqaviləsinin 9.3-cü bəndinə əsasən borc alan üzərinə qoyulduğu öhdəlikləri yerinə yetirməməsi və ya lazımnca yerinə yetirməməsi nəticəsində əldə etdiyi gəlir məbləğindən az olmayan miqdarda, Kreditorun əldən çıxmış faydası şəkilində zərər, qanunvericilikdə nəzərdə tutulmuş digər zərər Banka dəymiş və ödənilməli olan zərər kimi göstərilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddianı rədd edərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehi dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh2 xx.xx.1959-cu il tarixdə Ağcabədi rayonu, Qərəvəlli kəndində anadan olmuşdur. ünvan 1 ünvanında yaşayır. AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 xx.xx.1951-ci il tarixdə ünvan 2 ünvanında yaşayır. AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh3 xx.xx.1978-ci il tarixdə ünvan 3 ünvanında yaşayır. AZE seriyalı, 17369521 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.1990-cı il tarixdə ünvan 4 ünvanında yaşayır. ARDİN-in BPQMİ-nin MAPS Şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh3 xx.xx.1978-ci il tarixdə ünvan 3 ünvanında yaşayır. xx.xx.2021-ci il tarixli maliyyə arayışdan görünür ki, İddiaçı ASC-nin müştərisi olan Cavabdeh1 xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 4518,29 ABŞ Dolları əsas, 8484,66 ABŞ Dolları faiz, 823,93 ABŞ Dolları cərimə, illik 5%-lə hesablanmış 234 ABŞ Dolları əldən çıxmış fayda, cəmi 14060,88 ABŞ Dolları məbləğində borcu yaranmışdır. Belə ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 bank tərəfindən 60 ay müddətinə, illik 26% olmaqla 10.195 ABŞ Dolları (on min bir yüz doxsan beş) məbləğində kredit verilmişdir. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 İddiaçı ASC-yə aylıq 305,24 ABŞ Dolları, son ayda isə 305,61 ABŞ Dolları ödəməlidir. AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDR Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 5 ünvanında yerləşən 1 otaqlı, ümumi sahəsi 31,6 kv.m, yaşayış sahəsi 17 kv.m, yardımçı sahəsi isə 14,6 kv.m olan mənzil Cavabdeh1 xüsusi mülkiyyətindədir. AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDR Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh1 xüsusi mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən mənzil xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Bərdə rayon İHB-nın Şəhər Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 2857 nömrəli arayışdan görünür ki, Cavabdeh1 həqiqətən ünvan 5 ünvanında yaşayır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli bildirişdən görünür ki, borcluya müqavilə üzrə mübahisənin məhkəmədən kənar qaydada həlli məqsədi ilə pretenziya məktubu göndərilmiş, borcun ödənməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə məlumat verilmişdir. İddiaçı ASC AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDR Xidmətinin 7 saylı Ərazi İdarəsinə ərizə verərək Bərdə şəhəri, H.Əliyev pr-tində yerləşən 1 nömrəli evin 5 nömrəli mənzilinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasını xahiş etmişdir. "xxxx" X3 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsindən görünür ki, xx.xx.2014-cü il tarixli, 12-G-1-0-1561-14 nömrəli müqaviləyə əsasən 10.195 ABŞ Dolları məbləğində hesablanmış kreditin ödənilməsi təminatı kimi Cavabdeh1 əmlakını ipoteka ilə yüklü etmişdir. İş materiallarında olan problemli kreditlərin kompensasiyasından görünür ki, cəmi hesablanmış kompensasiya 8050,22 ABŞ Dollardır. Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, AZ-İİ 058950 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, Cavabdeh1 xx.xx.2020-ci il tarixdə ürək çatışmamazlığı səbəbindən Bərdə rayonunda vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarix, 08 nömrə ilə qeydə alınmışdır. Bərdə rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(021)-860/2021 nömrəli qərardadın surətindən görünür ki, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borc tələbinə dair ərizəsi üzrə qeydə alınmış 2(021)-860/2021 nömrəli mülki iş üzrə icraat, Cavabdeh1 hüquqi barisi müəyyən edilənədək dayandırılmışdır. Cavabdeh3 məhkəməyə vəsatət təqdim edərək kredit borcunun düzgün hesablanması üçün məhkəmə mühasibatlıq ekspertizası təqdim edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Bərdə rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 2(021)-107/2022 nömrəli qərardadın surətindən görünür ki, vəsatət təmin edilmiş, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 oğluna və Cavabdeh3 qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə məhkəmə-mühasibat ekspertizası təyin edilmiş, Aydınlaşdırılması üçün ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 05 dekabr 2014-cü il tarixli, 12-G 1-0-1561-14 nömreli kredit müqaviləsinin müddəti bitənədək cavabdehlərin iddiaçı təşkilata əsas, faiz və cərimə borcu yaranmışdır mı? Və əgər yaranmışdırsa, müqavilə müddəti bitənədək həmin borcun məbləği neçə manat təşkil edir? Ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertinə həvalə edilmişdir. Ekspertizanın aparılması üçün mülki işin materialları ekspertin sərəncamına təqdim edilmişdir. Bərdə rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 2(021)-107/2022 nömrəli qərardadın surətindən görünür ki, Bərdə Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2(021)-107/2022 nömrəli qərardadı ilə təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizası icra edilməsi üçün mülki iş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə qaytarılmış, mülki iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, mənzilinin likvid qiymətinin müəyyənləşdirilməsi üçün ekspert qarşısında aşağıdakı sual qoyulmuşdur: Seriya RX ******* saylı çıxarışla Cavabdeh1 məxsus olan Bərdə şəhəri, Heydər Əliyev prospektində yerləşən, 1 otaqlı, 31,6 kv.m ümumi, 17 kv.m yaşayış, 14,6 kv.m yardımçı sahədən ibarət 1 nömrəli evin 5 nömrəli mənzilinin likvid qiyməti hal-hazırda neçə manat təşkil edir? Ekspertizasının keçirilməsi və rəy verilməsi müddəti qərar alındığı gündən 01 (bir) ay müəyyən edilmişdir. Bərdə rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2(021)-62/2023 nömrəli qərardadın surətindən görünür ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair 2(021)-62/2023 nömrəli mülki iş üzrə qiymətləndirmə ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə olunmuş, ekspert qarşısında aşağıdakı sual qoyulmuşdur: 1. Cavabdeh1 məxsus olan Bərdə şəhəri Heydər Əliyev prospektində yerləşən 1 otaqlı, 31,6 kv. metr ümumi, 17 kv. metr yaşayış, 14,6 kv. metr yardımçi sahədən ibarət 1 nömrəli evin 5 nömrəli mənzilin likvid qiyməti halhazırda (manatla) nə qədər təşkil edir?
2. Ekspertiza zamanı yaranan digər sualların araşdırılması ekspertlərə izah edilmişdir. İş materiallarında olan ekspert rəyindən görünür ki, Cavabdeh1 məxsus olan Bərdə şəhəri, H.Əliyev pr-tində yerləşən 1 saylı evin 5 saylı mənzilin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 22,300 manat məbləğində, 10% azalma əmsalı tətbiq edilməklə həmin mənzlin likvid dəyəri təqribən 20,070 manat məbləğində müəyyən edilmişdir. Bərdə rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2(021)-62/2023 nömrəli qərardadın surətindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər X1 qarşı "borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair 2(021)- 62/2023 nömrəli mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertinə həvalə olunmuş, ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 12-G-1-01561-14 nömrəli kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı ASC-yə borcu yaranmışdır mı?
2. Cavabdeh1 xx.xx.2014-cü il tarixli, 12-G-1 01561-14 nömreli kredit müqaviləsi üzrə ödəniş etdiyi məbləğlər çıxıldıqdan sonra kredit müqaviləsinin şərtlərinə uyğun olaraq xx.xx.2023-cü il tarixə yaranmış borcu, ayrı ayrılıqda əsas borc və faiz borcunun miqdarı nə qədər təşkil edir? Ekspertiza zamanı yaranan digər sualların araşdırılması ekspertə həvalə edilmişdir. İş materiallarında olan ekspert rəyindən görünür ki, Cavabdeh1 Əsər oğlu ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 12-G-1-01561-14 nömrəli kredit müqaviləsi üzrə borcalanın banka ödənilməli olan kredit borcu aşağıdaki kimi müəyyən edilmişdir: 4841,04 ABŞ Dolları, 9167,74 ABŞ Dollarıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiаçı İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 “YELO Bank" ASC-nin xeyrinə 2014-cü il 05 dekabr tarixli kredit müqaviləsi üzrə 4518.29 ABŞ dolları əsas, 8484.66 ABŞ dolları faiz, 823.93 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 234 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə, cəmi 14060.88 ABŞ dolları məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqinın ödənilməsi;
2. Tutmanın Cavabdeh1 məxsus olan Bərdə şəhəri, Heydər Əliyev prospektində yerləşən, 1 otaqlı, 31.6 kv.m ümumi, 17 kv.m yaşayış, 14.6 kv.m yardımçı sahədən ibarət 1 nömrəli evin 5 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Bərdə şəhəri, Heydər Əliyev prospektində yerləşən, 1 otaqlı, 31.6 kv.m ümumi, 17 kv.m yaşayış, 14.6 kv.m yardımçı sahədən ibarət 1 nömrəli evin 5 nömrəli mənzilinin hərracdan satışdan əldə olunan vəsait hesabına "xxxx" ASC-nə ödənilməsi;
3. Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi;
4. Cavabdeh1 məxsus olan Bərdə şəhəri, Heydər Əliyev prospektində yerləşən, 1 otaqlı, 31.6 kv.m ümumi, 17 kv.m yaşayış, 14.6 kv.m yardımçı sahədən ibarət 1 nömrəli evin 5 nömrəli mənzilinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Bərdə şəhəri, Heydər Əliyev prospektində yerləşən, 1 otaqlı, 31.6 kv.m ümumi, 17 kv.m yaşayış, 14.6 kv.m yardımçı sahədən ibarət 1 nömrəli evin 5 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 həmin mənzildən çıxarılmalarına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2-ci maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Kredit müqaviləsinə əsasən, kreditor müqavilə ilə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Məhkəmə göstərilənlərlə əlaqədar qeyd etməyi vacib hesab edir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmə yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə müvafiq olaraq, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Kredit müqaviləsi də onun iştirakçılarının balanslaşdırılmış marağa nail olmaları ilə xarakterizə olunur. Həmin müqaviləni bağlayan şəxslərin iqtisadi marağı onda ifadə olunur ki, bir tərəf - borc verən kreditdən istifadə müddəti ərzində borc verdiyi vəsaitə görə müqavilədə nəzərdə tutulan faiz məbləğindən, digər tərəf - kredit götürən isə kreditdən istifadə müddəti ərzində həmin vəsaitdən səmərəli istifadə etməklə faydalanmağı nəzərdə tutur. Müqavilənin mahiyyəti onda ifadə olunur ki, belə razılaşmada hər iki tərəfin mənafeyi qorunur. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Məhkəmə həmçinin qeyd edir ki, öhdəliklərin icra edilməməsi, o cümlədən lazımınca icra edilməməsi riskinin azaldılması üçün Mülki Məcəllənin XXİV fəslində təminat üsulları nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 460.1-ci maddəsinə görə, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Məhkəmə qeyd edir ki, tərəflər öz aralarında öhdəliklərin icrasının təminat üsullarını müəyyən edə bilərlər. Bu halda tərəflər açıq şəkildə bilərəkdən bu və ya digər təminat üsulunun seçilməsinə razı olur, onların iradəsi həmin təminat üsulunun müəyyən olunmasına yönəlir. İşdən də müəyyən edilir ki, hazırki müqavilə üzrə öhdəliklərin icrasının təmin edilməsinin üsullarından biri kimi ipoteka çıxış edir. MM-in 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. MM-in 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. MM-in 269.7-ci maddəsinə əsasən girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Belə ki, MPM-in 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mülki Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu mülki hüquqi müqavilələrdən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi ilə bağlı ipotekanın yaranması əsaslarını, onun dövlət qeydiyyatı, təmin olunmuş borcun və digər mülki hüquqi öhdəliyin ipoteka hesabına ödənilməsi qaydalarını, tərəflərin hüquq və vəzifələrini müəyyən edir, habelə bu sahədə digər münasibətləri tənzimləyir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. 36.1-ci maddəsinə görə, isə ipoteka saxlayan həmin Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. 36.2-ci maddəsinə uyğun olaraq, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. Kredit müqaviləsində nəzərdə tutulmuş əsas borcun, kredit müqaviləsi üzrə hesablanmış faizin ödənilməsi müddətləri cavabdeh tərəfindən pozulduğundan, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, iddiaçının tələbin ipoteka predmetinə yönəltmək hüququ yaranmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmçinin, MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında göstərmişdir ki, ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Məhkəmə ilk növbədə qeyd edir ki, bu cür tələblər üzrə qanunverici sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Belə ki, baxılan mübahisə üzrə iddiaçının üzərinə düşən qaytarılmasını tələb etdiyi pulun iddia etdiyi məbləğdə cavabdehə verilməsinin və ya cavabdehdə qalmasının sübut edilməsidir. Məhkəmə iddia tələbinin dəqiqləşdirmə ərizələrində göstərilən azaldılmış əsas borc məbləği olan 4418 ABŞ dollarının, həmçinin ilk, daha sonra iddia predmetinin dəqiqləşdirilməsinə dair ərizədə göstərilmiş 8486,66 ABŞ dolları faiz borcunun cavabdehlərdən tutulmalı olması qənaətinə gəlir, lakin məhkəmə ilk iddiada verilmiş 234 ABŞ dolları əldən çıxmış fayda, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizədə göstərilmiş 842,65 ABŞ dolları əldən çıxmış faydanın cavabdehlərdən tutulması hissəsində iddianı təmin etməyərək hesab edir ki, iddiaçı tərəfindən əldən çıxmış faydanın təmin edilməsi üçün tədbirlərin görülməsi məhkəmə iclasında sübut edilmir. Bundan başqa cavabdehlərdən cərimə (dəbbə pulu) da tələb edilmişdir. Buna baxmayaraq iddiaçı tərəfindən əlavə olaraq əldən çıxmış fayda da tələb edilmişdir ki, həmin məbləğin tutulması vətəndaşların əsassız olaraq əlavə maliyyə öhdəlikləri ilə yüklənməsinə və cavabdehlərin maddi vəziyyətinin ağırlaşmasına səbəb olar. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, iddia icraatı üzrə məhkəmə baxışının uzun müddət aparılmasının səbəbi vətəndaşın təqsirli hərəkətləri deyil, mərhum Cavabdeh1 vəfatı və onun hüquqi varislərinin müəyyən edilənədək icraatın dayandırılması olmuşdur. Dəbbə pulu ilə bağlı məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 462.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. Beləliklə, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsində borclunun təqsiri olduğu halda kreditor dəbbə pulunun ödənilməsi ilə bağlı tələbi bu hərəkətləri törətmiş şəxsə qarşı irəli sürə bilər. İşdən göründüyü kimi, iddiаçı cаvаbdehlərdən cərimə ödənilməsini tələb edir. Məhkəmə hesab edir ki, həmin məbləğ hazırki vəziyyətdə işin hаllаrınа tam uyğun deyildir və tənаsübsüz surətdə yüksəkdir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Аzərbаycаn Respublikаsı Kоnstitusiyа Məhkəməsinin “Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 449-cu mаddəsinin bəzi müddəаlаrının şərh оlunmаsınа dаir 09 iyul 2009-cu il tаrixli Plenum qərаrı”ndа göstərilmişdir ki, “digər tərəfdən, bоrclu şəxsin mülkiyyət mаrаqlаrı qоrunmаlı və оnun həddən аrtıq mаliyyə məsuliyyətinə cəlb оlunmаsının qаrşısı аlınmаlıdır”. Məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi yüksək dəbbə pulu məbləği azaldılmalı və cavabdehlərdən müştərək qaydada 300 ABŞ dolları miqdarında dəbbə pulu tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 11 dekabr 2020-ci ildə vəfat etdiyindən və Cavabdeh2 və Cavabdeh3 məhkəmə tərəfindən mərhumun hüquqi varisləri qismində tanındığından cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçı “YELO Bank" ASC-nin xeyrinə 2014-cü il 05 dekabr tarixli kredit müqaviləsi üzrə 4418.29 ABŞ dolları əsas, 8484.66 ABŞ dolları faiz borcu, 300 ABŞ dolları cərimə borcu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı tutulmalı, tutma mərhum Cavabdeh1 məxsus olan Bərdə şəhəri, Heydər Əliyev prospektində yerləşən, 1 otaqlı, 31.6 kv.m ümumi, 17 kv.m yaşayış, 14.6 kv.m yardımçı sahədən ibarət 1 nömrəli evin 5 nömrəli mənzilinə yönəldilməli, həmin mənzil ilkin satış qiyməti 20070 manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılmalı və borc Bərdə şəhəri, Heydər Əliyev prospektində yerləşən, 1 otaqlı, 31.6 kv.m ümumi, 17 kv.m yaşayış, 14.6 kv.m yardımçı sahədən ibarət 1 nömrəli evin 5 nömrəli mənzilinin hərracdan satışdan əldə olunan vəsait hesabına "xxxx" ASC-nə ödənilməli; satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilməli; Cavabdeh1 məxsus olan Bərdə şəhəri, Heydər Əliyev prospektində yerləşən, 1 otaqlı, 31.6 kv.m ümumi, 17 kv.m yaşayış, 14.6 kv.m yardımçı sahədən ibarət 1 nömrəli evin 5 nömrəli mənzilinə yönəldikdə və o satıldıqdan 1 ay sonra cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Bərdə şəhəri, Heydər Əliyev prospektində yerləşən, 1 otaqlı, 31.6 kv.m ümumi, 17 kv.m yaşayış, 14.6 kv.m yardımçı sahədən ibarət 1 nömrəli evin 5 nömrəli mənzilinə olan istifadə hüquqları itirilmiş hesab edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 həmin mənzildən çıxarılmalı, mənzil boşaldılmalı və banka təhvil verilməlidir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Qanunvericiliyin tələblərinə görə, işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdən hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktlar tədqiq edilməli, həmçinin mübahisənin düzgün həllinə təsir edən digər hallar da araşdırılmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu da qərarlarında dəfələrlə qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). Mülki işlər üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin, iş materiallarından görünür ki, məhkəmə-mühasibatlıq ekspertizasının aparılması üçün 50 manat, məhkəmə tikinti-texniki ekspertizasının aparılması üçün isə 100 manat məhkəmə məsrəfi sərf edilmişdir. İddia qismən təmin edildiyindən məhkəmə hesab edir ki, hər iki ekspertiza xərcinin cəmi olan 150 manat cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçı “YELO Bank" ASC-nin xeyrinə 2014-cü il 05 dekabr tarixli kredit müqaviləsi üzrə 4418.29 ABŞ dolları əsas, 8484.66 ABŞ dolları faiz borcu, 300 ABŞ dolları cərimə borcu, cəmi 13202.95 ABŞ dolları kredit borcunun Azərbaycan manatı ilə ekvivalenti, 30 manat dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı tutulsun. Tutma mərhum Cavabdeh1 məxsus olan Bərdə şəhəri, Heydər Əliyev prospektində yerləşən, 1 otaqlı, 31.6 kv.m ümumi, 17 kv.m yaşayış, 14.6 kv.m yardımçı sahədən ibarət 1 nömrəli evin 5 nömrəli mənzilinə yönəldilsin, Həmin mənzil ilkin satış qiyməti 20070 manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılsın və borc Bərdə şəhəri, Heydər Əliyev prospektində yerləşən, 1 otaqlı, 31.6 kv.m ümumi, 17 kv.m yaşayış, 14.6 kv.m yardımçı sahədən ibarət 1 nömrəli evin 5 nömrəli mənzilinin hərracından satışdan əldə olunan vəsait hesabına iddia tələbi həcmində iddiaçı "xxxx" ASC-nə ödənilsin. Borc tam ödənildikdən sonra məbləğin qalan hissəsi cavabdehlərə qaytarılsın. Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilməklə cavabdehlərdən tutulsun; Mərhum Cavabdeh1 məxsus olan Bərdə şəhəri, Heydər Əliyev prospektində yerləşən, 1 otaqlı, 31.6 kv.m ümumi, 17 kv.m yaşayış, 14.6 kv.m yardımçı sahədən ibarət 1 nömrəli evin 5 nömrəli mənzilinə tələb yönəldikdən və o satıldıqdan 1 ay sonra cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Bərdə şəhəri, Heydər Əliyev prospektində yerləşən, 1 otaqlı, 31.6 kv.m ümumi, 17 kv.m yaşayış, 14.6 kv.m yardımçı sahədən ibarət 1 nömrəli evin 5 nömrəli mənzilinə olan istifadə hüquqları itirilmiş hesab edilsin, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 həmin mənzildən çıxarılsın, mənzil boşaldılsın və banka təhvil verilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada məhkəmə-mühasibatlıq və məhkəmə tikinti-texniki ekspertizalarının cəmi dəyəri olan 150 manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Fuad Babaşov