Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-240/2024 10.10.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Abdullayev Ziya Yaşar oğlunun sədrliyi, X9 iclas kаtibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2 və Cavabdeh və onun vəkili X10 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 Cavabdeh qarşı “ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin naturada ayrılıb ona verilməsi və fərdi yaşayış evinin çəkilmiş xərcin verilməsi” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı1, İddiaçı2 Cavabdeh qarşı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin naturada ayrılıb ona verilməsi və fərdi yaşayış evinin çəkilmiş xərcin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin naturada ayrılıb onun payının verilməsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin təmiri üçün çəkilmiş 20097.20 manat olan pulun və ödənilmiş rüsum olaraq 151 manat pulun Cavabdeh oğlundan alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1993-cü il təvəllüdlüdür. X1, anası isə Cavabdehdır. X2 xüsusi mülkiyyətində ünvan 1 ünvanında 1 otaqlı, yaşayış sahəsi 25 kv.m olan fərdi yaşayış evi olmuşdur. xx.xx.2010 –cu il tarixli 2V-182 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən babasının vərəsəsi X1 olmuşdur. Lakin 2006-cı il tarixdə vəfat etdiyi üçün onun vəfat etməsi ilə əlaqədar vərəsələri o, və anası X13 miras əmlakdan bərabər hissələrdə irs alınmışdır. ünvan 1 ünvanında fərdi yaşayış evi xx.xx.2023-ci il tarixdən ********** qeydiyyat nömrəsi ilə onun və anası Cavabdeh adına birgə mülkiyyətdə olan daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyata alınmışdır. İddiaçı2 ilə ailəli olduğu zaman atasının mülkiyyətində olmuş, onun vərəsə kimi yaşadığı fərdi yaşayış evində yaşamışlar. Birgə nikah dövründə xx.xx.2013-cü il təvəllüdlü X18 və xx.xx.2015-ci il təvəllüdlü X21 adlı övladları anadan olmuşlar. Miras qalan fərdi yaşayış evini təmir etmişlər. Bir müddət İddiaçı2lə ailə münasibətləri pozulmuşdur, İddiaçı2 ana və atasının yaşadığı fərdi yaşayış evində yaşamağa başlamışdır. O, isə həmin zamanlar mübahisəli evdə cavabdeh anası Cavabdeh ilə birlikdə yaşayırmış. Sonra İddiaçı2lə barışdıqdan sonra anası onlara evdə yaşamağa imkan verməmiş və onları evdən qovmuşdur. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə təmir etmək üçün iddia ərizəsində göstərilmiş çəkdiyi xərclərin onlara geri qaytarılmasını tələb edirlər. Məhkəmə iclasında İddiaçı1 iddianı müdafiə edərək , məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının İddiaçı2 məhkəmə iclasında iddianı müdafiə edərək bildirdi ki, çəkilmiş xərclər şəxsən onun rəhbərliyi altında onun dəvət etmiş olduğu ustalar tərəfindən həyata keçirilmişdir. Odur ki iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, iddianı qismən qəbul edir. İddiaçılar tərəfindən ümumi qaydada bəzi xırda təmir işləri həyata keçirilmişdir. Əsaslı təmir-bərpa işləri isə onun tərəfindən həyata keçirilmişdir. İddianını rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh vəkili X22 izahat verərək bildirdi ki, onların tələb etdiyi və iddia ərizəsində göstərmiş olduğu yaxşılaşdırma xərcləri iddiaçıların birgə nikahda olmadığı dövrdə cavabdeh tərəfindən onun zəhməti və əməyi hesabına onun dəvət etmiş olduğu ustalar tərəfindən icra edilmişdir. Odur ki, məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: Mülki işə əlаvə edilmiş AA020956 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx.xx.1993-cü il tarixdə anadan olmuşdur. Mülki işə əlаvə edilmiş 7 saylı Bərdə Ərazi idarəsinin xx.xx.2023-cü il tarixli məlumat vərəqəsindən görünür ki, Bərdə şəhəri Təbriz küçəsi 9/9 saylı 1 otaqlı, yaşayış sahəsi 25 kv.m olan fərdi yaşayış evi xx.xx.2010-cu il tarixli 2V-182 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X3 vərəsəsi oğlu X6 idi. Lakin onun vəfatından sonra vərəsələri Cavabdeh və İddiaçı1 miras əmlakdan bərabər hissələrdə irs almışlar. Birgə daşınmaz əmlak dövlət reyestrində qeydiyyata alınmışdır. Mülki işə əlаvə edilmiş AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 xx.xx.1988-ci il tarixdə anadan olmuşdur. Mülki işə əlаvə edilmiş seriya AZE 11424534 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Əliyeva Zeynəb xx.xx.2013-cü il tarixdə anadan olmuşdur. Atası İddiaçı2 anası isə İddiaçı1dir. Yaşayış ünvanı ünvan 235 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Əliyeva Mələk xx.xx.2015-ci il tarixdə anadan olmuşdur. Atası İddiaçı2 anası isə İddiaçı1dir. Yaşayış ünvanı Bərdə şəhəri Təbriz küçəsi döngə 19 ev 9-dur. Mülki işə əlаvə edilmiş xx.xx.2023-cü il tarixli Bərdə rayon Polis şöbəsinin Xanım İsayevaya ünvanlanmış məlumat məktubundan görünür ki, xx.xx.1958-ci il təvəllüdlü Cavabdeh xx.xx.2023-cü il tarixdə Asan -Bərdə tərəfindən AA ******* nömrəli şəxsiyyət vəsiqəsi ilə sənədləşdirilmiş və o, ünvan 5 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Mülki işə əlаvə edilmiş AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.1984-cü il tarixdə anadan olmuşdur. Mülki işə əlаvə edilmiş seriya AZE 09302766 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X14 xx.xx.1975-ci il tarixdə Bərdə şəhərində anadan olmuşdur. Bərdə şəhəri Ş.Mürvət küçəsi ev 4-də qeydiyyatdadır. Mülki işə əlаvə edilmiş “X43” MMC –nin qiymətləndirmə sənədlərindən görünür ki, əmlak qimətləndirilərək, real bazar dəyəri 20094.20 (iyirmi min doxsan dörd manat iyirmi qəpik) təşkil etmişdir. Mülki işə əlаvə edilmiş seriya AZE 09302063 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.1959-cu il tarixdə Bərdə şəhərində anadan olmuşdur. Bərdə şəhəri Nizami küçəsi ev 8-də qeydiyyatdadır. Mülki işə əlаvə edilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X21 xx.xx.2015-ci il tarixdə anadan olmuşdur. Atası İddiaçı2 anası isə İddiaçı1 Şakir qızıdır. Mülki işə əlаvə edilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X18 xx.xx.2013-cü il tarixdə anadan olmuşdur. Atası İddiaçı2 anası isə İddiaçı1 Şakir qızıdır. Mülki işə əlаvə edilmiş xx.xx.2023-cü il tarixli 10156 saylı Bərdə şəhər İƏD üzrə nümayəndəliyinin arayışından görünür ki, İddiaçı2 ünvan 6 ünvanında yaşayır. Mülki işə əlаvə edilmiş xx.xx.2023-cü il tarixli mədaxil qəbzdən görünür ki, İddiaçı1 iddia ərizəsinin verilməsinə görə, hökümət ödəniş portalına 150.40 AZN dövlət rüsumu ödəmişdir. Mülki işə əlаvə edilmiş AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X11 xx.xx.1984-cü il tarixdə anadan olmuşdur. Mülki işə əlаvə edilmiş xx.xx.2023 il tarixli iddia ərizəsinə dair mülahizə və etirazdan görünür ki, Cavabdeh məhkəməyə müraciət edərək iddia tələbinin tamamilə rədd edilməsini xahiş etmişdir. Mülki işə əlаvə edilmiş AR-İİİ 105823 nömrəli etibarnamədən görünür ki, Cavabdeh etibanamə əsasında nümayəndə səlahiyyətlərini X15 vermişdir. Mülki işə əlаvə edilmiş xx.xx.2021-ci il tarixli Uğur İnşaatın 505942***-******* nömrəli qəbzdən görünür ki, səlima tünd boz, açıq boz, boz dekor, boz, çubuq kant gümüşü kubik, t-7 kvadrat, unitaz manablok flora, corella, rəngli siment corella, kant iqolnik gümüşü mallara cəmi 702 manat məbləğində pul verilmişdir. Mülki işə əlаvə edilmiş təsərrüfat malların topdan satış mərkəzindən alınmış mallara 91.20 manat pul verilmişdir. Mülki işə əlаvə edilmiş təsərrüfat malların topdan satış mərkəzindən alınmış mallara 74.10 manat pul verilmişdir. Mülki işə əlаvə edilmiş AA0755120 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X19 xx.xx.1984-cü il tarixdə anadan olmuşdur. Mülki işə əlаvə edilmiş seriya AZE 16904398 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.1982-ci il tarixdə anadan olmuşdur. Mülki işə əlаvə edilmiş çıxarışdan görünür ki, X5 ünvan 1-da yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyətindədir. Hüquqi sahibi olaraq Cavabdeh xx.xx.2023-cü il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmış, İddiaçı1 ümumi birgə pay qeyd olunmuş və daşınmaz əmlakın dövlət reyestrində 15 nömrəli reyestr kitabının 53 nömrəli vərəqində qeydiyyata alınmışdır. Mülki işə əlаvə edilmiş xx.xx.2010-cu il tarixli Bərdə şəhər Təbriz küçəsi dalan 19 ev №9 yerləşən fərdi yaşayış evi hüquqi subyekti Cavabdeh olaraq sənəddə yaşayış evinin texniki göstəriciləri, torpaq sahəsi haqqında məlumat, mərtəbələr üzrə otaqların təsnifatı, tikili və qurğuların təsviri qeyd edilmişdir. Məhkəmə iclasında şahid qismində izahat vermiş X8, X7, X12 göstərmişlər ki, onlar sözügedən mənzildə usta kimi çalışmışlar, onların zəhmət haqqı İddiaçı2 tərəfindən ödənilmişdir. Məhkəmə iclasında şahid qismində izahat vermiş X19, X37, X16, X26 və X17 göstərmişlər ki, həmin mənzilin təmir və bərpa olunmasında bütün vəsait Cavabdeh tərəfindən xərclənmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının (bundan sonra Konstitusiyanın) 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Konstitusiyanın 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” qərarında (A-52-1983) və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: - mülkiyyətçinin mülkiyyət hüququnun mövcud olması; - mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; - mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş veribverməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM): 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.4-cü maddəsinə əsasən, ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4-cü maddəsində göstərilmişdir ki, bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Məhkəmə miras qalmış əmlakın naturada bölünməsinin mümkünlüyü məsələsi ilə bağlı qeyd edir ki, həmin hissədə iddianın təmin edilməsi mümkün deyildir. Belə ki, MM-in 220.3-cü maddəsinin yuxarıda qeyd edilən müddəasından göründüyü kimi paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Hazırki işdə isə həm iddiaçı, həm də cavabdeh paylı mülkiyyətçiləridir. Belə olan halda iddiaçı cavabdehə məxsus payın naturada bölünməsini deyil, öz payının naturada ayrılması, bu mümkün olmadıqda isə öz payına görə digər paylı mülkiyyətçilərdən kompensasiya tələb edə bilər. Yəni hazırki halda cavabdeh və iddiaçı paylı mülkiyyətçilər olmaqla qanunla onların eyni qaydada maraq və mənafeləri qorunur və biri digərindən üstün hüquqi mövqeyə sahib deyildir. İddiaçının iddia tələbindən irəli gələn payın naturada ayrılmasına dair daxil olmuş ekspertiza rəyinə əsasən müəyyən olunur ki, payların naturada ayrılması texniki cəhətən mümkün deyildir. Məhkəmə həmin rəyə əsaslanaraq qeyd edir ki, tərəflərin paylarının naturada ayrılması mümkün olmadığından təmir-bərpa xərclərinin əmlaka dair hansı hissədə həyata keçirilib-keçirilmədiyi qeyri-müəyyən olması əsası ilə iddia təmin olunmamalıdır. Məhkəmə əlavə olaraq bildirir ki, hüquq qaydasına görə əmlak pay, natura, kompensasiya, hərrac olmaqla mərhələli şəkildə realizə oluna bilər. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 04 aprel 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 220.4-cü maddəsində bu hüququn həyata keçirilməsinin mümkünlüyü paylı mülkiyyətin mülkiyyətçisinə payın naturada ayrılması əvəzinə digər mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun razılığının olması ilə əlaqələndirilmişdir. Bununla, mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və onun razılığı ilə həyata keçirilə bilər. Qeyd etmək lazımdır ki, bu qayda yalnız Mülki Məcəllənin 220.3-cü maddəsinə müvafiq olaraq payın naturada ayrılması tələbi irəli sürüldüyü halda tətbiq oluna bilər. Payların həcminin və mülkiyyətçinin iradəsinin nəzərə alınmaması mülki hüquq münasibətlərinin iştirakçılarının məcburi qaydada istənilən əmlaka mülkiyyət hüquqlarının müəyyən edilməsinə gətirib çıxarardı. Mülki Məcəllənin 220.4-cü maddəsində qeyd olunur ki, mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Ümumi paylı mülkiyyətə pay hüququndan məhrum etmək yalnız müstəsna hallarda mümkündür (Mülki Məcəllənin 220.4-cü maddəsi). Ümumi paylı mülkiyyətin mülkiyyətçisinin ümumi əmlakın istifadəsində mühüm mənafeyinin olub-olmaması məsələsi məhkəmələr tərəfindən hər bir konkret halda tərəflərin təqdim etdikləri sübutları məcmu şəklində tədqiq etməklə və qiymətləndirməklə həll olunur. Həmin maddənin üçüncü cümləsinin tətbiq olunması yalnız qanunverici tərəfindən sadalanan bütün şərtlərin eyni zamanda mövcud olması halında mümkündür: mülkiyyətçinin payı cüzi olduqda; naturada ayrılması mümkün olmadıqda; ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edilmədiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, ekspertiza xərci isə iddiaçılardan tutularaq məhkəmə ekspertiza mərkəzinin hesabına keçirilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:
1. İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinini naturada ayrılıb ona verilməsi və fərdi yaşayış evinini çəkilmiş xərcin verilməsi” tələbinə dair iddia tələbi təmin edilməsin.
2. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin.
3. İş üzrə ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat iddiaçılar İddiaçı1 və İddiaçı2 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına küçürülsün.
4. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə elektron qaydada) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Ziya Abdullayev