Məhkəmə qərarları › İş №2(021)-2403/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2403/2022

31.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2403/2022 31.08.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi Hətəm Şahmar oğlu Hətəmxanlının katibliyi Ərizəçi iştirakı ilə Ərizəçi doğum faktının müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2020-ci il tarixdə Bərdə rayonu Güloğlular kəndində anadan olmuş Rinat Yusifovun doğum faktının müəyyən olunmasına, anası Ərizəçi olması faktının müəyyən edilməsinə və tək ana kimi doğum haqqında şəhadətnaməsinin verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, qeyri-rəsmi olaraq ailə həyatı qurub evlənmiş, birgə yaşayış dövründə 1 (bir) övladları anadan olmuşdur. Lakin baş qarışıqlığından xx.xx.2020-ci il tarixdə Bərdə rayonu Güloğlular kəndində anadan olmuş “Rinat Yusifov”a doğum haqqında şəadətnamə ala bilməmişlər. Hal-hazırda övladına tək ana kimi doğum haqqında şəhadətnamə almaq istiyir. Övladına tək ana kimi doğum haqqında şəhadətnamə almaq üçün Bərdə rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, orda isə bildirmişlər ki, məhkəməyə müraciət etməlidir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etmiş və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Bərdə rayon Qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxs Bərdə rayon Qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində izahat verən X3, X2 və X4 Ərizəçi qeyri-rəsmi ailə qurduğunu, birgə nikahlarından 11 sentyabr 2020-ci il tarixdə oğlan uşağı doğmasını bildirmişlər. Məhkəmə ərizəçinin izahatını dinləyib, şahidləri dindirib, mülki işin materiallarını nəzərdən keçirib, məhkəmə belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Bərdə rayon Mərkəzi Xəstəxanası” X9 640 saylı 16 iyun 2022-ci il tarixli məktubundan müəyyən olunur ki, Ərizəçi deməsinə görə X1 və Ərizəçi birgə nikah dövründə dünyaya gəlmiş xx.xx.2020-ci il təvəllüdlü Yusifov .... Aynurə oğlu İlkin Səhiyyə Xidmətinin Ailə Sağlamlıq Mərkəzində həkim pediatr tərəfindən qeydiyyata götürülmüşdür. Ərizəçi övladı həkim pediatr tərəfindən müayinə olundu və praktiki sağlam olması təsdiq olunmuşdur. İş materiallarında olan “Bərdə rayon Mərkəzi Xəstəxanası” X9 2405 saylı 16 iyun 2022-ci il tarixli tibbi arayışından müəyyən olunur ki, Ərizəçi xx.xx.2020-ci il tarixdə anadan olmuş oğlan uşağı Yusifov .... Aynurə oğlu hal-hazırda yaşayır və həkim müayinəsindən keçərkən sağlam olduğu müəyyən edilmişdir. İş materiallarında olan Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 565-05/15 nömrəli 17 iyun 2022-ci il tarixli məktubdan müəyyən olunur ki, Ərizəçi uşağına doğum haqqında şəhadətnamə almaq üçün Bərdə rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, valideyinlərin şəxsiyyətini təsdiq edən sənədlər, valideyinlərin nikah haqqında şəhadətnaməsi və doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd olmadığından doğumun qeydiyyat şöbəsində qeydə alınaraq doğum haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Ərizəçi 11 sentyabr 2020-ci ildə oğlan övladı anadan olmuşdur. Ərizəçi ərizəsində 11 sentyabr 2020-ci ildə anadan olmuş oğlunun adının Rinat olduğunu qeyd etsə də “Bərdə rayon Mərkəzi Xəstəxanası” X9 məktubdan və tibbi arayışından müəyyən olunur ki, 11 sentyabr 2022-ci ildə anadan olmuş uşağın adı yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2 və 307.2.3-cü maddələrinə əsasən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilən maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, Ərizəçi 11 sentyabr 2020-ci ildə Bərdə rayonu Güloğlular kəndində oğlan uşağının anadan olması şahidlərin məhkəmə iclasında verdikləri izahatları və iş materiallarında olan digər sənədlərlə təsdiq olunduğundan ərizə qismən təmin edilməli, Ərizəçi 11 sentyabr 2020-ci ildə Bərdə rayonunda oğlan uşağı doğması faktı müəyyən olunmalıdır. Məhkəmədə aşkar edilmişdir ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişdir. Göstərilən faktın müəyyən olunması ərizəçiyə uşağına doğum haqqında şəhadətnamənin alınması üçün lazımdır. Məhkəmə hesab edir ki, uşağın atası faktiki məlum olduğundan ərizəçi həmin şəxsə qarşı atalığın müəyyən edilməsi və bununla bağlı digər tələblər barədə uşağın atasının yaşayış yeri üzrə məhkəməyə müraciət etməklə mübahisələndirmək hüququna malikdir. Ona görə də ərizə qalan hissədə təmin oluna bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233, 305-308, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə qismən təmin edilisin. Ərizəçi 11 sentyabr 2020-ci ildə Bərdə rayonu Güloğlular kəndində oğlan uşağı doğması faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar