Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-2404/2025 05.08.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Bərdə Regional “ASAN Xidmət” Mərkəzində Notariat Kontoru cəlb edilməklə “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair” ərizəsinə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi maraqlı şəxs qismində Bərdə Regional “ASAN Xidmət” Mərkəzində Notariat Kontoru cəlb edilməklə “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair” ərizəsi üzrə icraatın gedişində ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, mərhumə X4 mərhum atası X2 bibisi olması faktının və X3 Bərdə rayonu, Hüseynallar kəndində miras qalmış 1,15 ha torpaq sahəsinin Zenfira Dadaşovanın ölümündən sonra, yəni xx.xx.2020-ci ildən ərizəçinin sahibliyində və idarəçiliyində olmasını nəzərə alıb, mirasın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə və mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsinin üzrlü sayılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi məhkəməyə ərizə təqdim edirək, iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. 260.4-cü maddəsinə görə iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Beləliklə, Ərizəçi tərəfindən ərizənin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 260, 263-264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Ərizəçi maraqlı şəxs qismində Bərdə Regional “ASAN Xidmət” Mərkəzində Notariat Kontoru cəlb edilməklə “hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsinə dair” ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Bayram Məhərrəmov
Məhkəmə qərarları › İş №2(021)-2404/2025
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-2404/2025
05.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver