Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-2408/2021 07.07.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, İddiaçı Hüseynov İlqar Saday oğlunun cavabdeh Əliyeva Aygün Eyvaz qızına qarşı “həyətyanı torpaq sahəsinin alınması” tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Hüseynov İlqar Saday oğlu iddia ərizəsi ilə məhkəmə müraciət edərək, Bərdə rayon Şatırlı kəndində yerləşən 0.10 ha torpaq sahəsinin ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, iddia ərizəsinə məhkəmədə baxılması yolverilməzdir və iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı bu tələblə bağlı müvafiq orqana (bələdiyyəyə) müraciət etməli, həmin orqan məsələnin həllindən imtina etdiyi halda, orqanın hərəkətindən ( hərəkətsizliyindən ) inzibati qaydada və məhkəməyə şikayət etməlidir. Hazırki iddia tələbinə məhkəmədə baxılmalı olmadığından iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 153.2.1.-ci maddəsinə əsasən ərizə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.4.-cü maddəsinə əsasən, ərizəyə əlavə olunmuş bütün sənədlər iddiaçılara qaytarılmalıdır. Məhkəmə hesab edir ki, iddiaçı Hüseynov İlqar Saday oğlunun cavabdeh Əliyeva Aygün Eyvaz qızına qarşı “həyətyanı torpaq sahəsinin alınması” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və iddia ərizəsinə əlavə olunmuş bütün sənədlər ərizə ilə birlikdə ərizəçiyə geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 153-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı Hüseynov İlqar Saday oğlunun cavabdeh Əliyeva Aygün Eyvaz qızına qarşı “həyətyanı torpaq sahəsinin alınması” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. İddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər iddiaçı Hüseynov İlqar Saday oğluna geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-2408/2021
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-2408/2021
07.07.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver