Məhkəmə qərarları › İş №2(021)-241/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-241/2022

08.08.2022 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-241/2022 08.08.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Orxan Elşən oğlunun katibliyi, İddiaçı, Cavabdeh və vəkili X9 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və pul tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü ƏY YƏ N E T D İ: İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq 04 avqust 2004-cü ildə Bərdə rayonu, Yenidaşkənd kəndində Cavabdeh və onun əri mərhum X10 ilə aralarında tərtib edilmiş alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə, əks hala onun torpağın alınmasına görə ödədiyi 2.500.000 manat pul öz dəyərini itirdiyindən hazırkı aldığı torpağın bazar qiymətinə uyğunlaşdırılaraq 10000 manat pulun və ödənilmiş 31 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bərdə rayonu, Yenidaşkənd kəndində yaşayır, 04 avqust 2004-cü ildə Cavabdeh və onun əri mərhum X10 ilə aralarında akt tərtib edərək, JN 0086 saylı dövlət aktı ilə Cavabdehnnın tam mülkiyyətində olan 0.45 ha torpaq sahəsini və JN 0048 ha dövlət aktı ilə mərhum X4 mülkiyyətində olan 0.28 ha torpaq sahəsini ona şahidlərin iştirakı ilə akt tərtib etməklə 2.500.000 manat pula satmış və torpağın sənədlərinin əsillərini ona təqdim etmişdir. X10 2010-c u ildə rəhmətə getmişdir. Yaməddin vəfat etdikdən sonra o, dəfələrlə mərhum Yaməddinin xanımı Cavabdeh təklif etmişdir ki, torpaq sahəsini adına rəsmiləşdirsinlər. Xanım isə öz növbəsində bildirmişdir ki, 2000 manat yenidən pul versin, bundan sonra torpağı rəsmiləşdirsin. Ona bildirmişdir ki, əlində şahidlərin iştirakı ilə akt var, həmin torpağı ona satıblar, şahidlərin iştirakı ilə mərhum əri Yaməddinə və ona pulu vermişdir, buna baxmayaraq cavabdeh dəfələrlə söz verməsinə baxmayaraq torpağı onun adına rəsmiləşdirməkdən yayınmışdır. Ona görə də o, məcbur olub, məhkəməyə müraciət etmişdir. Daha sonra İddiaçı məhkəməyə iddia həcminin azaldılması barədə ərizə təqdim edərək, Cavabdeh torpağı almasına görə verdiyi 2.500.000 manatın hazırkı dövrdə olan pulla 10000 manatın alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verərək, əlavə olaraq göstərdi ki, torpağı ona satıblar, orda artezian quyusu qazdırıb, tikililər tikib. Buna görə də cavabdehdən 10000 manat pul tələb edərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, izahatında göstərdi ki, torpağı mərhum əri ilə birlikdə iddiaçıya satıb. Lakin yenə də torpaq onundur. İddiaçının ağlı olsa idi torpağı alandan sonra öz adına rəsmiləşdirərdi. Rəsmiləşdirmədəyinə görə torpağı ona məcsusdur və buna görə də torpağı iddiaçı boşaltmalıdır. Məhkəmə iclasında Cavabdeh vəkili X17 iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə olunmuş Seriya AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxx 1959-cu ildə Bərdə rayonunda doğulmuş, Bərdə rayonu, Ynidaşkənd kəndində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Bərdə Rayon icra Hakimiyyəti Başçısının Yenidaşkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan müəyyən olunur ki, X3 rayonu, Yenidaşkənd kəndində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş 10 fevral 2004-ccü il tarixli aktın surətindən müəyyən olunur ki, X10 və həyat yoldaşı X5 ailə üzvülərinin razılığı ilə onlara məxsus olan torpağa mülkiyyət hüququna dair Dövlət Aktı JN-0086 0,45 ha və JN-0048 0, 28 ha, cəmi 0,73 ha pay torpağını X8 və X13 ilə öz razılıqları ilə dəyişdirərək 0,84 ha pay torpağını 2 500 000 (iki milyon beş yüz min) manat pula X1, X2 0.84 ha pay torpağına görə İddiaçı 2.500.000 manat alması, İddiaçı X7 2.500.000 manat pul verməsi aktlaşdırılmışdır. İş materiallarına əlavə olunmuş RX ******* Dövlət reyestrindən Çıxarışın surətindən müəyyən olunur ki, Bərdə rayonu, Yenidaşkənd kəndində Cavabdeh mülkiyyətinə kənd təsərrüfat təyinatlı 0.45 ha torpaq sahəsi qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş RX ******* Dövlət reyestrindən Çıxarışın surətindən müəyyən olunur ki, Bərdə rayonu, Yenidaşkənd kəndində Cavabdeh mülkiyyətinə kənd təsərrüfat təyinatlı 0.28 ha torpaq sahəsi qeydiyyata alınmışdır. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 2(021)-2065/2021 saylı, 03 sentyabr 2021-ci il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, ilk iddianın qismən təmin olunması, cavabdeh İddiaçı Azərbaycan Respublikası Əmlak Məssələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Cavabdeh və qeyrilərinə məxsus Bərdə rayonu, Yenidaşkənd kəndində yerləşən 0.45 ha torpaq sahəsindən çıxarılmış, İddiaçı X11 qarşı “müqavilənin bağlanmış hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası isə təmin edilməmişdir. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-422/2022 saylı, 13 yanvar 2022-ci il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, apellyasiya şikayəti təmin edilməmiş, Bərdə Rayon Məhkəməsinin 03 sentyabr 2021-ci il tarixli, 2(021)-2065/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bərdə rayon Yenidaşkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 303 saylı, 03 avqust 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, Yenidaşkənd kənd icra nümayəndəliyi ərazisində bazar qiymətinə görə satılan torpaqlar təxminən 10-12 min manata satılır. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki Prosessual Məcəlləsinin 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının İ saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa Məhkəməsi mülkiyyət hüququna daha geniş təfsir imkanları olan “dəyərlilik” konsepsiyası baxımından yanaşır. Konvensiya anlamında "Mülkiyyət" üçün mühüm və həlledici olan sözügedən marağın iqtisadi dəyəridir. Mülkiyyət özündə daşınan və daşınmaz əmlakı, maddi və qeyri-maddi əmlakı birləşdirir. Yəni, “maddi nemətlər”də (pul, əmlak və s.) mülkiyyət hüquqlarının hüdudları daxilində dəyərləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. İş materiallarına əlavə edilmiş X14 ilə, Cavabdeh, X10 arasında bağlanmış və 2004-ci il tarixli “tərəflər arasında alğı-satqı müqaviləsini əvəz edən” akt başlıqlı yazılı razılaşmadan görünür ki, Cavabdeh, X10 0.73 ha pay torpağını 2.500.000 (iki milyon beş yüz min manat) qarşılığında İddiaçı satmışdır. Digər tərəfdən Cavabdeh məhkəmə iclasında “torpağı İddiaçı satmışıq, ağlı var idi adına rəsmiləşdirərdi kimi” ifadəsində də qeyd etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh Bərdə rayonu, Yenidaşkənd kəndində yerləşən 0.45 ha torpaq sahəsi üçün ödənilmiş pulun hazırki bazar dəyəri, yəni 10.000 manat məbləğində pul tutularaq İddiaçı verilməlidir. Çünki, Azəbaycan Respublikasının Mülki Məcəlləsiin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində isə göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Bundan başqa məhkəmə qeyd edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Rspublikasının Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 10.000 (on min) manat və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar