Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2410/2021 20.10.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X8 oğlunun, İddiaçı Mönsümov Məhərrəm Əsgər oğlunun, İddiaçının vəkili və nümayəndəsi X4, Cavabdehlər Cavabdeh1 Hyusif oğlunun, Cavabdeh2 və Cavabdeh3 Şükür oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 oğluna, Cavabdeh3 Şükür oğluna qarşı torpaqdan çıxarılma tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq Bərdə rayonu, Qaratəpə kəndində yerləşən mülkiyyətində olan 6,99 ha torpaq sahəsinin 2,60 ha hissəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 Şükür oğlunun və Cavabdeh3 Şükür oğlunun çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə cavabdehlərlə bir kənddə yaşayırlar, hazırda Bərdə rayonu, Qaratəpə kəndində mülkiyyətində 6,99 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Həmin torpaq sahəsini Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Reyestr Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsində dövlət qeydiyyatına aldırmışdır. Cavabdehlər uzun illərdir sözügedən torpaq sahəsinin 2,60 ha hissəsini zəbt etməkələ istifadə edirlər. Torpaqdan istifadə etməyinə maneçilik törətmələ mülkiyyət hüququnu pozurlar. Dəfələrlə qanunsuz zəbt etdikləri torpaq sahəsindən çıxarılmalarını tələb etsə də, onlar onun haqlı tələbinə məhəl qoymurlar, həmin torpaqdan istifadə edib ailəsini dolandırmağına maneçilik törədirlər. Beləliklə mənim mülkiyyət hüquqlarını kobud şəkildə pozurlar. Bu səbəbdən də məcbur qalıb məhkəmədə iddia qaldırmalı olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaşının nümayəndəsi və vəkili X6 iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlər Həsənov Fehruz Yusif oğlu, Cavabdeh2 Şükür oğlu və Cavabdeh3 izahatında iddianı qəbul etməyərək, rədd edilməsini xahiş etdilər. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Mönsümov Məhərrəm Əsgər oğlu 10 avqust 1995-ci ildə doğulmuşdur. İş materiallarında olan Bərdə rayonu, Nazırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 369 nömrəli, 30 iyun 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı Əsgər oğlu Bərdə rayonu, Qaratəpə kəndində yaşayır. İş materiallarında olan **********9 nömrəli çıxarışın surətindən müəyyən olunur ki, Bərdə rayonu, Qaratəpə kəndində Mönsümov Məhərrəm Əsgər oğlunun mülkiyyətinə 6.99 ha torpaq sahəsi qeydiyyata alınmışdır. Bərdə Rayon Məhkəməsinin 10 avqust 2021-ci il tarixli qərardadı ilə iş üzrə torpaqşünaslıq ekspertizası təyin edilmişdir. Lakin iş üzrə rəy verilmədən sənədlər məhkəməyə qaytarılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə mövcud sübutları müqayisəli qaydada təhlil edərək müəyyən etdi ki, İddiaçı məhkəmədə iddia qaldıraraq Bərdə rayonu, Qaratəpə kəndində yerləşən mülkiyyətində olan 6,99 ha torpaq sahəsinin 2,60 ha hissəsi cavabdehlər tərəfindən zəbt edilmişdir. Bu faktı cavabdehlər məhkəmə iclas zalında inkar etmiş olsalar da, heç bir sübut təqdim edə bilmədilər. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan Hüquqlarının və X3 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Beləliklə, qeyd olunan maddi hüquq normalarının müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarının tələblərinə uyğun olaraq hesab edir ki, iddiaçı Möhsümov Məhərrəm Əsgər oğlunun mülkiyyətində olan torpaq sahəsi üzərindəki pozulmuş hüquqları bərpa edilməli, onunn iddia tələbi təmin edilməklə İsmayılov Cavabdeh1 Yusuf oğlu, Cavabdeh2 oğlu və Cavabdeh3 tərəfindən iddiaçıya mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsində çıxarılmalı və iddiaçının mübahisəli torpaq sahəsi üzərində istifadə və sahiblik hüquqları bərpa edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 oğluna, Cavabdeh3 Şükür oğluna qarşı torpaqdan çıxarılma tələbinə dair iddiası təmin edilsin. Cavabdehlər İsmayılov Cavabdeh1 Yusuf oğlu, Cavabdeh2 və Cavabdeh3 İddiaçı mülkiyyətində olan Bərdə rayonu Qaratəpə kəndində yerləşən 2,60 ha torpaq sahəsindən çıxarılsınlar. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-2410/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2410/2021
20.10.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver