Məhkəmə qərarları › İş №2(021)-2410/2025

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-2410/2025

05.08.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-2410/2025 05.08.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı2, İddiaçı1 nümayəndəsi İddiaçı3 və Cavabdeh iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Cavabdeh və üçüncü şəxs Bərdə regional “ASAN-Xidmət” Mərkəzində Notariat Konturuna qarşı “payçının razılığa olmadan öz payının bağışlanması rəsmiləşdirilməsi” tələbinə dair mülki işə, Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bərdə rayonu Yeni Daşkənd kəndində 115,2 kv. metr fərdi yaşayış evi və evin yerləşdiyi 0, 16 ha torpaq sahəsi üzərindəki paylarının evdə qeydiyyat olanın razılığı olmadan bağışlanmasının rəsmiləşdirilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı2, İddiaçı1 nümayəndəsi İddiaçı3 məhkəməyə ərizə təqdim edərək, mülki işi baxılmamış saxlamağı xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh mülki işin baxılmamış saxlanmasına etiraz etmədiyini bildirdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. 260.4-cü maddəsinə görə iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.5, 259, 260, 263-264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Cavabdeh və üçüncü şəxs Bərdə regional “ASAN-Xidmət” Mərkəzində Notariat Konturuna qarşı “payçının razılığa olmadan öz payının bağışlanması rəsmiləşdirilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Bayram Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar