Məhkəmə qərarları › İş №2(021)-2411/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2411/2022

02.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2411/2022 02.11.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, Ərizəçi iştirakları ilə, Ərizəçi maraqlı şəxs X12 Xidmət Mərkəzi Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və mirasın qəbul edilməsi müddətinin ötürülməmiş hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü ƏY YƏ N E TD İ: Ərizəçi maraqlı şəxs X12 Xidmət Mərkəzi Notariat Ofisinə qarşı ərizə ilə müraciət edərək, mərhum əri X3 məxsus miras əmlakların onun sahibliyində və idarəçiliyində olmasının nəzərə alınıb mirasın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 15 oktyabr 1658-ci il təvəllüdlüdür, iki uşaq anasıdır. Bərdə rayon Lək kənd sakinidir. Həyat yoldaşı Abdurrəhmanov Şəmsəddin Abdurrǝhman oğlu xx.xx.2018-ci ildə vəfat etmişdir. Onun ölümündən sonra vaxtında Dövlət notariat kontoruna müraciət etməmiş, vərəsəlik şəhadətnaməsi almamışdır. Bu səbəbdən çətinliklə üzləşmişdir. Belə ki, birgəyaşayış dövründə həyat yoldaşı Şəmsəddin Abdurəhmanovun adına həyətyanı torpaq sahəsində tikilmiş fərdi yaşayış evi qalmışdır. Həyat yoldaşının ölümündən sonra onun daşınar və daşınmaz əmlakı onun sahibliyində və istifadəsində olmuşdur. Vərəsəlik Şəhadətnaməsi almadığından onun miras əmlakı üzərində sərəncam hüququnu həyata keçirə bilmir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Daha sonra Ərizəçi məhkəməyə tələbin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, ərizəsinin “xahiş edirəm” hissəsi mərhum həyat yoldaşı X4 məxsus Bərdə rayon Lək kəndində yerləsən 0,07 ha. həyətyanı torpaq sahəsi olan miras əmlakın onun sahibliyində və idarəçiliyimdə olmasının nəzərə alınıb, mirasın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə və mirasın qəbul edilməsi müddətinin ötürülməmiş hesab edilməsi barədə məhkəmə aktı qəbul edilməsi kimi başa düşülməsini xahiş etmişdir. Bərdə rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(021)-2411/22 saylı qərardadı ilə Maraqlı şəxs2, Maraqlı şəxs4 və Maraqlı şəxs3 mülki iş üzrə maraqlı şəxs kimi cəlb olunmuşlar. Maraqlı tərəf X12 Xidmət Mərkəzi Notariat Ofisinə , Maraqlı şəxs2, Maraqlı şəxs4 və Maraqlı şəxs3 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, X12 Xidmət Mərkəzi Notariat Ofisinin nümayəndəsi və digər maraqlı şəxslər heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Seriya AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1958-ci il tarixdə Ağcabədi rayon Kələbədin kəndində anadan olmuşdur. Bərdə rayon Lənbəran kəndində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Qaradəmirçi kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 529 saylı xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Ərizəçi Bərdə rayon Lək kəndində yaşayır. İş materiallarına əlavə olunmuş İİ –ЖГ №336119 nömrəli nikahın bağlanması haqqında Şəhadətnamənin surətindən görünür ki, X5 ilə X10 arasında xx.xx.1980-cı il tarixdə Bərdə rayon Lənbəran kənd sovetliyində 17 saylı akt qeydi ilə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Abdurrəhmanov soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş AZ-İ № 971926 nömrəli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş №**1921 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, Bərdə rayon Lək kəndində 0.07 ha torpaq sahəsinin hüquq subyekti X6r. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, X2 adına Bərdə rayonu, Lək kəndində 0.07 ha həyətyanı torpaq sahəsi xx.xx.2014-cü il tarixli, 1814**4812 qeydiyyat nömrəsilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. X2 adına Bərdə rayonu, Lənbəran kəndində 5 nəfər ailə üzvü ilə birlikdə 4.33 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi daşınmaz Əmlakın dövlət reyestrində aşkar edilmişdir. İş materiallarına əlavə olunmuş X12 Xidmət Mərkəzində Notariat Ofisinin xx.xx.2022-ci il tarixli, 1029\2022 saylı məktubdan görünür ki, Ərizəçi hazırki tələblə bağlı X12 Xidmət Mərkəzi Notariat Ofisinə müraciət etmişlər, lakin vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün iddia müddətini buraxıldığından vərəsəlik şəhadətnaməsinin verilməsi üçün əsas olmadığından imtina edilərək məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. İş materiallarına əlavə olunmuş Mədaxil qəbzindən görünür ki, ərizəçi tərəfindən məhkəməyə mürciət etmək üçün 1** manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mərhum X1 miras qalmış Bərdə rayon Lək kəndində yerləşən 0.07 ha həyətyanı torpaq sahəsinin ərizəçi tərəfindən faktiki idarə edilməklə qəbul edilməsi faktı mübahisəsizdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Mülki Prosessual Məcəllənin 307.2.9-cu maddəsinə əsasən mirasın qəbul edilməsi faktının məhkəmə müəyyən edir. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək belə hesab edir ki, Ərizəçi mərhum X1 miras qalmış Bərdə rayon Lək kəndində yerləşən 0.07 ha həyətyanı torpaq sahəsini miras əmlak kimi qəbul etməsi faktı müəyyən olunmalıdır Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin qeyd edir ki, MPM-nin 119-cu maddəsinə əsasən ödənilmiş 1** manat dövlət rüsumunu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi mərhum X1 miras qalmış Bərdə rayon Lək kəndində yerləşən 0.07 ha həyətyanı torpaq sahəsinə mirasın qəbulu müddəti itirilməmiş hesab edilsin və Bərdə rayon Lək kəndində yerləşən 0.07 ha həyətyanı torpaq sahəsinin miras əmlak kimi qəbul etməsi faktı müəyyən edilsin. Ödənilmiş 1** manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar