Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-2418/2021 22.07.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X2 Əhmədovun sədrliyi, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, İddiaçı İsmayılov İntiqam Xəlil oğlunun iştirakı ilə, İddiaçı İsmayılov İntiqam Xəlil oğlunun cavabdeh Cavabdeh Əsgər qızına qarşı nikahın pozulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Xəlil oğlu məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdeh Əsgərova Aytac Ələsgər qızı ilə aralarında olan 18 dekabr 2012-ci il tarixli nikahın pozulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclası zamanı müəyyən olunmuşdur ki, iddiaçı İddiaçı CXəlil oğlu eyni tələblə və eyni şəxsə qarşı əvvəllər iddia qaldırmış, Bərdə Rayon Məhkəməsinin 2(021)- 1876/2018 saylı 23 aprel 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, məhkəmə qətnaməsi qanuni qüvvəsini almışdır. Məhkəmə mülki işin materialları nəzərədən keçirib, hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinin tələbinə əsasən iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsində qeyd edilmişdir ki, bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261-0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam verilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 261.0.2-ci maddəsinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, 263-264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı İsmayılov İntiqam Xəlil oğlunun cavabdeh Cavabdeh Əsgər qızına qarşı nikahın pozulması tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-2418/2021
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-2418/2021
22.07.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver