Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2420/2022 20.09.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Bayramov Orxan Elşən oğlunun katibliyi ilə, Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 iştirakları ilə, Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 maraqlı şəxs Bərdə rayon Qeydiyyat Şöbəsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə iddia ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 maraqlı şəxs Bərdə rayon Qeydiyyat Şöbəsinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, övladları-02 iyun 2022-ci il tarixdə Bərdə rayon Zümürxan kəndində anadan olmuş X1 “doğumunun qeyd edilmə faktının təsdiq edilməsi” barədə qətnamə qəbul olunmasını xahiş etmişdir Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 ərizələrini onunla əsaslandırmışdırlar ki, onlar 2018-cı ildən ailə münasibətlərində olmuşdurlar. Birgə nikahlarından 02 iyun 2022-ci il tarixdə Ulduz adlı uşaqları anadan olmuşdur. Uşaq ev şəraitində doğulmuşdur. Lakin bu günə qədər doğum haqqında şəhadətnamə ala bilməmişlər. Bu barədə Bərdə rayon Qeydiyat Şöbəsinə müraciət etdikdə məhkəməyə müraciət etmələri məsləhət görülmüşdür. Göstərilənləri nəzərə alaraq ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi2 ərizəsini müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Ərizəçi1 ərizəsini müdafiə edərək məhkəməyə ərizə təqdim edib, 02 iyun 2022-ci il təvəllüdlü Ulduzun atası olmasını etiraf etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxs Bərdə rayon Qeydiyyat şöbəsi məhkəmə iclasına nümayəndəsi gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq məhkəmə işə maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə ərizəçinin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi2 xx.xx.2**0-ci il tarixdə Tərtər rayon Bayandur kəndində anadan olmuşdur. Tərtər rayon Bayandurlu kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Zümürxan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 371 saylı xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Ərizəçi2 Bərdə rayon Zümürxan kəndində yaşayır. İş materiallarına əlavə edilmiş Seriya AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi1 xx.xx.1996-cı il tarixdə Tərtər şəhərində anadan olmuşdur. Kəlbəcər rayon Nəbilər kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Zümürxan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 370 saylı xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Ərizəçi1 Bərdə rayon Zümürxan kəndində yaşayır. İş materiallarına əlavə edilmiş Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Bərdə Rayon Mərkəzi Xəstəxanası” X8 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2323 saylı Tibbi Arayışdan görünür ki, 02 iyun 2022-ci il tarixdə anadan olmuş Quluzadə ........Bəsdi qızına “ praktiki sağlam” diaqnozu qoyulmuşdur. İş materiallarına əlavə edilmiş Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Bərdə Rayon Mərkəzi Xəstəxanası” X8 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Arayışda qeyd olunur ki, Bərdə rayon Zümürxan kəndində yaşayan Ərizəçi2 TTTYS çağrışı olmuşdur və xəstə yaxınları təxliyyəyə imtina etmişdir. Diqanoz: xəstəxanadan kənar ev doğuşu. İş materiallarına əlavə edilmiş Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Ərizəçi2 doğumun qeydə alınması barədə həmin orqana müraciət etmiş, lakin ərizəsi təmin olunmamış və məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Məhkəmə iclasında şahid qismində iştirak edən X2 bildirdi ki, Ərizəçi2 onun oğlu Samir Həsənovun arvadıdır. Onların birgə nikahlarında 02 iyun 2022-ci il təvəllüdlü Ulduz adlı övladları vardır. Beləliklə, məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, Ərizəçi2 ilə Ərizəçi1 qeyri-rəsmi olaraq ailə qurmuşlar. Birgə nikahlarından 02 iyun 2022ci il tarixdə Ulduz adlı uşaqları anadan olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinə əsasən, brəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək belə hesab edir ki, X3 02 iyun 2022-ci il tarixdə Bərdə rayonu Zümürxan kəndində anadan olmuşdur. Atası Ərizəçi1, anası Ərizəçi2dır. X1 doğum tarixinin “02 iyun 2022-ci il, doğum yerinin Bərdə rayon Zümürxan olması faktı müəyyən edilməli, doğum haqqında şəhadətnamədə ata adı Ərizəçi1, ana adı Ərizəçi2 kimi qeyd olunmalıdır. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. X1 02 iyun 2022-ci il tarixdə Bərdə rayonu Zümürxan kəndində anadan olması faktı müəyyən edilsin. X1 doğum haqqında şəhadətnaməsində ata qarafasında ata adı Ərizəçi1, ana qrafasında ana adı Ərizəçi2 kimi qeyd olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-2420/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2420/2022
20.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver