Məhkəmə qərarları › İş №2(021)-2432/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2432/2023

18.07.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2432/2023 18.07.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı Tərtər rayonu, Mamırlı kəndində yerləşən fərdi yaşayış evindən cavabdehin əmlakının çıxarılması tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Tərtər rayonu, Mamırlı kəndində yerləşən fərdi yaşayış evindən Cavabdeh əmlakınnın çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun ünvan 1 ünvanında xüsusi mülkiyyətində olan 0,14 hektar torpaq sahəsi və üzrində ümumi sahəsi 91,2 kvadrat met olan fərdi yaşayış evi var. Qeyd etdiyi kimi fərdi yaşayış evinə 18 may 2022-ci il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmış Çıxarışda verilmişdir. Hazırkı iş üzrə cavabdeh X4 onun qardaşı X1 həyat yoldaşıdır.Cavabdeh qardaşı Nahid Verdiyev ilə rəsmi olaraq 12 mart 2018-ci il tarixdə ailə həyatı qurub evlənibdir və onun evində yaşamağa başlamışdır. Birgə nikah dövründə 03 oktyabr 2019-cu il təvəllüdlü X5 adlı 1 övladları olmuşdur. Lakin aralarında yaranmış narazılıqlara görə rəsmi olaraq 2021-ci il may ayında bağlanmış nikahları pozulmuşdur. Nikahları pozulduqdan sonra Cavabdeh onlarla yaşamayıb. Lakin cavabdehin onların evlərinə gəlin gəldiyi zaman gətirdiyi cehiz əmlakları hal-hazırda onların evlərindədir.Dəfələrlə cavabdehə gəlib cehiz əmlakını götürməsini bildirsələrdə heç bir nəticəsi olmamışdır. Cavabdeh gəlib onun evində yaşamasını istəmir O, onu bir gün belə evində nə saxlamaq, nədə ki, görmək istəmir. Belə bir gəlin ona lazım deyil. Qardaşı ilə cavabdehin nikahları pozulmaslına baxmayaraq hələdə onun evindən cehiz əmlakını götürməyibdir. Bunun üçündə onun məhkəməyə müraciət etməkdən başqa çıxış yolu qalmayıb. Bunun üçündə cavadbehin əmlakının ünvan 1ində yerləşən evindən çıxmasını istəyir. Həmin cehiz əşyaları qonaq dəsti, servant, jurnalni stol, stol 6 ədəd, 1 stul, künc divan, termo, televizor altı, yataq dəsti (qoşa şarpayı, şifoner, 2 tumba, güzgülü termo), paltaryuyan maşın, soyuducu, tozsoran, ətçəkən maşın, ütü və ütü masası, 2 ədəd xalça, 1 ədəd balaca xalça,1 ədəd naçnik, mikser 1 ədəd, döşək 5 ədəd, yorğan 5 ədəd, yastıq 6 ədəd, yastıq 3 ədəd balaca, taxt üçün matras, pərdə və tül 4 ədəd, lüstür 3 ədəd, uşaq çarpayısı, saat 1 ədəd, 1 ədəd qaşıq dəsti, boşqab dəsti 1 ədəd, güldan 3 ədəd, suviner (at formalı) 1 ədəd, tok tefal 1 ədəd (samovar), paltar səbəti, soğan kartof qabı (rəf), qab qaşıq qabı (rəf), 1 ədəd sadə çay dəsti (servis), 2 ədəd krafinka. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbini müdafiə edərək, tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək, iddiaçının qeyd etdiyi əmlakların ona məxsus olduğunu, həmin əmlakları iddiaçının yaşadığı evdən çıxarmağa razı olduğunu və bu səbəbdən də iddianın təmin edilməsinə etiraz etmədiyini bildirdi. İş üzrə tərəflərin izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx xxx 1991-ci ildə ünvan 2i ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş ********** qeydiyyat nömrəli Dövlət Reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, İddiaçı mülkiyyətinə Tərtər rayonu, Mamırlı kəndi ünvanında 0.14 ha torpaq sahəsi və 91.2 kv.m dən ibarət ev qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər.Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin152.1-ci maddəsinə müvafiq olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı ilk dəfə 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə görə, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın. Həmin Məcəllənin 152.3-cü maddəsinə görə isə, istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarının 23-6 cü bəndində göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsində təsdiq edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Beləliklə, həm daxili, həm də beyənlxalq qanunvericiliyin prinsipləri mülkiyyət hüququna müstəsna hüquq kimi yanaşaraq, mülkiyyətin toxunulmazlığına təminat verməklə onun kənar müdaxilələrdən qorunmasına istiqamətlənmişdir. İş materiallarına və qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Ona görə ki, Cavabdeh əmlaklarını mübahisəli mənzildən könüllü olaraq çıxartmaması nəticəsində İddiaçı göstərilən hüquqlarını həyata keçirə bilmir. Odur ki, öz əmlakı olan mübahisəli mənzildən cavabdehin əmlaklarının çıxarılmasını tələb etməkdə haqlıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mülki iş materiallarında olan sənədlərlə də evin tam mülkiyyət hüququ ilə iddiaçının mülkiyyətində olduğu sübuta yetirildiyindən iddia tələbi təmin edilməli, Cavabdeh məhkəmədə iddianın təmin edilməsinə etiraz etmədiyini nəzərə alaraq qeyd edilən əmlaklar iddiaçıya məxsus mənzildən çıxarılmaqla iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən ödənilmiş 100 manat məbləğində dövlət rüsum Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh məxsus olan qonaq dəsti, servant, jurnalnı stol, stol 6 ədəd, 1 stul, künc divan, termo, televizor altı, yataq dəsti (qoşa şarpayı, şifoner, 2 tumba, güzgülü termo), paltaryuyan maşın, soyuducu, tozsoran, ətçəkən maşın, ütü və ütü masası, 2 ədəd xalça, 1 ədəd balaca xalça,1 ədəd naçnik, mikser 1 ədəd, döşək 5 ədəd, yorğan 5 ədəd, yastıq 6 ədəd, yastıq 3 ədəd balaca, taxt üçün matras, pərdə və tül 4 ədəd, lüstür 3 ədəd, uşaq çarpayısı, saat 1 ədəd, 1 ədəd qaşıq dəsti, boşqab dəsti 1 ədəd, güldan 3 ədəd, suviner (at formalı) 1 ədəd, tok tefal 1 ədəd (samovar), paltar səbəti, soğan kartof qabı (rəf), qab qaşıq qabı (rəf), 1 ədəd sadə çay dəsti (servis), 2 ədəd krafinka İddiaçı Tərtər rayonu, Mamırlı kəndində yerləşən evdən çıxarılsın. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HakimElsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar