Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2436/2021 23.08.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X7 qızının iştirakları ilə, İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X7 qızına qarşı “mülkiyyət hüququ ilə ona məxsus olan fərdi yaşayış evindən əmlakları ilə birlikdə çıxarılması” tələbinə dair ilk və cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X7 qızının cavabdeh İddiaçı qızına qarşı “pul və s ” tələblərinə dair qarşılıqlı iddiası üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı cavabdeh X7 qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X7 qızının ona məxsus Bərdə rayon Şirvanlı kəndi ərazisində yerləşən fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılmasına dair qətnamə qəbul olunmasını etmişdir. İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Bərdə rayon Şirvanlı kəndi ərazisində yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ ilə ona məxsusdur. Cavabdeh X7 qızı heç bir əsas olmadan onun evində yaşayır. Cavabdehlə heç bir qohumluq münasibəti yoxdur. O, dəfələrlə cavabdehdən çıxmasını tələb etməsinə baxmayaraq buna məhəl qoymamışlar. Ona görə də bu barədə məhkəməyə müraciət etməli olmuşdur. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X7 qızı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı ilə aralarında olan alqı-satqı müqaviləsini təsdiq edilməsi, bu mümkün olmadıqda cavabdehə verdiyi cəmi 13400 manat pulun, həmçinin ona 3 ildə vurduğu mənəvi ziyana görə 12000 manat pulun cavabdehdən alınaraq ona verilməsi, həmçinin cavabdehin oğlu Ramil ilə onun ünvanına nalayiq ifadələr işlətdiyinə, ölümlə hədələdiyinə görə Nazilə, əri Namiq və bacısı oğlu barədə tədbirlər görülməsi barədə qətnamə qəbul olunmasini xahiş etmişdir. Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X7 qızı qarşılıqlı iddia ərisəsini onunla əsaslandırmıışdır ki, o, Sumqayıt şəhərində yaşayır. 2019-cu ildə Bərdə rayon məişət əşyaları mağazasında işləyən Sakin adlı ailə dostlarından ucuz qiymətə, kreditlə tikintisi az olan həyət evi tapmasını xahiş etmişdir. Elə həmin il Sakin ona istədiyi formada ev tapdığını bildirmişdir. Onlar evin sahibi Namiq adlı şəxslə görüşüb evə baxmağa getmişlər. Onlar evin ümumi dəyərinin 12000 manata olmaqla, hər ay 300-500 manat veməklə evi almağa razılaşmışlar. Həmin ilin dekabr ayına kimi cəmi 340 manat pulu Namiq və Naziləyə vermişdir. 2019-cu ilin dekabr ayında Nazilə onu və oğlunun hədələyərək evin pulunu tam ödəməsini tələb etdi. Onların əlində pul olmadığından pulu verə bilmədiyi üçün Nazilə onları evdən çıxartmışdır. Bir neçə ay həmin evə gedə bilməmişlər. 8 ay pullarını tələb etsələr də Nazilə pulu qaytarmamışdır. Daha sonra Nazilə oğluna pul lazım olduğu üçün yenidən evə yığışmaqlarını və hər ay ödəniş etməklərini bildirmişdir. O, da Naziləyə inanıb özünə məxsus 4 baş yanı balalı 800 manat dəyərində qoyun heyvanını 400 manata satıb Naziləyə vermişdir. Nazilə 2020ci ilin mart ayında onları yenidən evdən çıxarmışdır. O, dostlarından borc almış, üzərinə də qızıllarını banka girov qoyaraq götürdüyü 1000 manat pul qoyaraq cəmi 7000 manat pulu Naziləyə vermişdir. Nazilə ona bildirmidir ki, 7000 manat verdikdən sonra evi adına sənədləşdirəcək. O, 7000 manat verdikdən donra evə hasar çəkmiş, təmizlik işləri aparmışdır ki, ev artıq onundur. Nazilə pandemiya dövründə onu iki dəfə Bərdə Regional “ASAN Ximət” Mərkəzinə aparmışdır ki, evi adına sənədləşdirsin. Lakin sənədlərdə çatışmazlıq olduğuna görə alqı-satqı baş tutmamışdır. 27 sentyabr 2020-ci ildə bir kamaz daş gətirərərk həyətin iki tərəfiniə hasar çəkmişdir. Həmin evdə oğlu Ramil yaşamağa başlamışdır. Müharibə dövründə Nazilə, əri Namiq, bacısı Mahirənin adını bilmədiyi oğlu onun oğlunun üstünə hücum edərək, pulu verməsini ,evdən çıxmasını bildirmiş, əks halda oğlunu ölümlə hədələmişdirlər. Oğlu ona bu barədə bildirmiş və o dərhal DİN–in 102 xidmətinə zəng edib məlumat vermişdir. Nazilə onları evdən çıxararkən verdiyi pulu geri tələb etsə də verməmişdir. O, Naziləyə ümumilikdə 13400 manat pul vermişdir. Bundan başqa o, həyətə və evə bir o qədər xərc çəkmişdir. Həmin evə gedib-gəlmək üçün 4000 manat xərc çəkmişdir. Həmin pulun içndə Naziləyə mağazalarında olan mallardan 650 manat dəyərində verdiyi malların pulu, gəldikləri gündən qaza və işığa olan 585 manat borcu da daxildir. Qeyd olunanlara əsasən qaşılıqlı iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. O, eyni zamanda bildirdi ki, evin alqı-satqısına dair şifahi razılıq olmuş və Təranədən 10500 manat pul almış və bu barədə ərizəni təqdim etdi. Məhkəmə iclasında cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X7 qızı 10500 manat pul verdiyini bildirərək qanuni qərar qəbul olunmasını xahiş etdi. O eyni zamanda evdə olan əmlakların siyahısını təqdim etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, ilk iddia tələbi tam, qarşılıqlı iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, mülki işə əlavə olunmuş Seriya AA ******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1957-cı il tarixdə anada olmuşdur. Mülki işə əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti başçısının Şirvanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 474 saylı arayışda qeyd olunur ki, İddiaçı Uğurbəyli kəndində 2008-ci ildə tikilmiş 1 mərtəbəli 3 otaqlı ümumi sahəsi 103.5 kv.m olan fərdi yaşayış evi vardır. Mülki işə əlavə olunmuş Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsi tərəfindən verilmiş Reyestr nömrəsi **********39-10301, inventar nömrəsi 15534 olan Bərdə rayon Şirvanlı kəndində yerləşən fərdi yaşayış evinin hüquq subyekti İddiaçıdır. Mülki işə əlavə olunmuş Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX № ******* nömrəli çıxarışın surətindən müəyyən edilir ki, Bərdə rayon Şirvanlı kəndində 0.06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 103.5 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı tam xüsusi mülkiyyətindədir. Mülki işə əlavə olunmuş Seriya AA ******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 04.10.1969-cu il tarixdə anada olmuşdur. Mülki işə əlavə olunmuş İddiaçı ərizəsindən görünür ki, İddiaçı evin alqı-satqısına görə X1 10500 (on min beş yüz) manat pul aldığını etiraf etmişdir. Mülki işə əlavə olunmuş mədaxil qəbzlərindən görünür ki, ilk iddia tələbi üzrə 10 manat, qarşılıqlı iddia tələbi üzrə isə 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında X7 qızı əmlakın siyahısını təqdi etdi və müəyyən olundu ki, əmlaklar aşağıdakılardan ibarətdir: 1 ədəd çarpayı, 2 ədəd xalça, 1 ədəd iran peçi, stol-stullar, təmir üçün lambirin, 1 ədəd jurnalnı stol, 1 ədəd qaz peçi, 2 ədəd mətbəx rəfi, yorğan, döşək, pərdə, mətbəx qabları, 1 ədəd odun peçi, 1 ədəd neft peçi. Beləliklə məhkəmə tərəfindən müəyyən edildi ki, Bərdə rayon Şirvanlı kəndində 0.06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 103.5 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı tam xüsusi mülkiyyətindədir. Tərəflər arasında şifahi alqı-satqıya dair razılıq olmuş, Təranə Həsənova 10 500 manat pul vermiş, lakin alqı satqı müqaviləsi bağlanmamışdır. Həmçinin Təranə Həsənovaya məxsus əmlakların siyahısı onun tərəfindən verilmiş siyahıya əsasən məhkəmə iclas protokolu ilə müəyyən olunmuşdur. Məhkəmə ilk iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan Hüquqlarının və X4 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 154.1-ci maddəsinə əsasən Qanunvericiliyə uyğun olaraq fiziki və ya hüquqi şəxslərə mənsub ola bilməyən əmlakın ayrı-ayrı növləri istisna edilməklə, fiziki və hüquqi şəxslərin mülkiyyətində istənilən əmlak ola bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Sadalanan normalara əsasən məhkəmə qeyd edir ki, nə qədər ki, tərəflər arasıında alqı-satqı müqaviləsi lazımı qaydada bağlanmamışdır, o səbəbdən də İddiaçı hüquqları təmin olunmalıdır. Məhkəmə həmçinin qarşılıqlı iddia tələbinə münasibətdə qeyd edir ki, həmin tələb cavabdeh İddiaçı ilə aralarında olan alqı-satqı müqaviləsini təsdiq edilməsi, bu mümkün olmadıqda cavabdehə verdiyi cəmi 13400 manat pulun, həmçinin ona 3 ildə vurduğu mənəvi ziyana görə 12000 manat pulun cavabdehdən alınaraq ona verilməsi, həmçinin cavabdehin oğlu Ramil ilə onun ünvanına nalayiq ifadələr işlətdiyinə, ölümlə hədələdiyinə görə Nazilə, əri Namiq və bacısı oğlu barədə tədbirlər görülməsindən ibarətdir. Məhkəmə qeyd edir ki, iddia tələbinin pulun tutulması hissəsində qismən təmin olunmalıdır. Belə ki, iş üzrə müəyyən olunmuşdur ki, alqı-satqıya görə 10500 manat pul verilmiş, lakin həmin müqavilə baş tutmamışdır. Odur ki, iddia tələbi 10500 manata münasibətdə təmin olunmalı qalan hissədə rədd edilməlidir. Eyni zamanda mənəvi ziyana görə 12000 manat pul tutulması hissəsində tələb təmin oluna bilməz. Belə ki, buna dair hər hansı sübut təqdim etməmişdir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmələrə izah edilsin ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Plenum qərarında daha sonra göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri -əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması , şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Məhkəmə həmçinin qeyd edir ki, alqı-satqı müqaviləsinin təsdiq edilməsi tələbi özlüyündə qeyri-müəyyən tələb olmuşdur. Çünki, məhkəmə notariat orqanı olmadığından həmin tələbi təmin edə bilməz. O ki, qaldı müqavilənin bağlanılması ilə bağlı məhkəmə bildirir ki, tərəflər arasında alqı-satqıya dair yazılı müqavilə olmadığından məhkəmə şifahi müqaviləyə qiymət verə bilməz. Cavabdehin iddiaçının oğlu Ramil ilə onun ünvanına nalayiq ifadələr işlətdiyinə, ölümlə hədələdiyinə görə Nazilə, əri Namiq və bacısı oğlu barədə tədbirlər görülməsi tələbinə münasibətdə məhkəmə qeyd edir ki, bu tələb iddia predmeti ola bilməz. Çünki, həmin məsələ mülki icraat qaydasında yox, cinayət prossesi qaydasında həll olunan məsələdir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Beləliklə, qeyd olunan maddi hüquq normalarının müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.2 -ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə qeyd edir ki, ilk iddia təmin olunduğundan ödənilmiş 10 manat dövlət rüsumu cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X7 qızının alınaraq iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ödənilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, qarşılıqlı iddia tələbi qismən təmin olunduğundan iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 12.60 manat tutularaq qarşılıqlı iddia üzrə iddiaçı X7 qızına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X7 qızına qarşı “mülkiyyət hüququ ilə ona məxsus olan fərdi yaşayış evindən əmlakları ilə birlikdə çıxarılması” tələbinə dair iddiası təmin olunsun. İddiaçı məxsus Bərdə rayon Şirvanlı kəndində 0.06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 103.5 kv.m olan fərdi yaşayış evindən X7 qızı ona məxsus əşyaları - 1 ədəd çarpayı, 2 ədəd xalça, 1 ədəd iran peçi, stol-stullar, təmir üçün lambirin, 1 ədəd jurnalnı stol, 1 ədəd qaz peçi, 2 ədəd mətbəx rəfi, yorğan, döşək, pərdə, mətbəx qabları, 1 ədəd odun peçi, 1 ədəd neft peçi ilə birlikdə çıxarılsın. Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X7 qızının cavabdeh İddiaçı qarşı alqısatqı müqaviləsini təsdiq edilməsi, bu mümkün olmadıqda cavabdehə verdiyi cəmi 13400 manat pulun, həmçinin ona 3 ildə vurduğu mənəvi ziyana görə 12000 manat pulun cavabdehdən alınaraq ona verilməsi, həmçinin cavabdehin oğlu Ramil ilə onun ünvanına nalayiq ifadələr işlətdiyinə, ölümlə hədələdiyinə görə Nazilə, əri Namiq və bacısı oğlu barədə tədbirlər görülməsi barədə qarşılıqlı iddia tələbi qismən təmin olunsun. Cavabdeh, ilk iddia üzrə iddiaçı İddiaçı 10500 (on min beş yüz) manat alınaraq iddiaçı X7 qızına verilsin. Qarşılıqlı iddia tələbi qalan hissədə təmin olunmasın. İş üzrə ödənilmiş 10 manat dövlət rüsumu cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X7 qızının alınaraq iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı xeyrinə verilsin. Qarşılıqlı iddia üzrə ödənilmiş 30 manat dövlət rüsmunun 12.60 manatı cavabdeh İddiaçı tutularaq qarşılıqlı iddia üzrə iddiaçı X7 qızının xeyrinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(021)-2436/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2436/2021
23.08.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver