Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2440/2021 15.09.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, İddiaçı və onun nümayəndəsi X2, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reystir Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı çıxarış sənədinin etibrasız hesab edilməsi, evə vərəsəlik hüququ əsasında miras payının müəyyən edilməsi və miras payına mülkiyyət hüququnun tanınması tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Hüseynov Musa Müzəffər oğlu məhkəməyə iddia ərizə ilə müraciət edərək, cavabdeh Hüseynova Səkinə Məhi qızının ünvan 1i ərazisində yerləşən 0.27 ha torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı 77.2 kv.m yaşayış, 62.4 kv.m köməkçi sahəsi olan fərdi yaşayış evinin mülkiyyətçisi olmasını təsdiq edən hüquqi sənəd-Seriya MH ******* Dövlət Reyestrindən Çıxarışın etibarsız hesab edilməsi, həmin evə vərəsəlik hüquqi ilə ona 1/3 hissədə olan payının müəyyən edilməsi 0.27 ha torpaq sahəsinin 1/3 hissəsinə hüquqlarının tanınması tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxxxx 1982-ci il tarixdə Bərdə rayonu, Mehdili kəndində anadan olmuşdur, ailəlidir, üç uşaq atasıdır və anası Cavabdeh1 qızı ilə birlikdə atasından miras qalmış evdə yaşayır. Həmin ata evinin vərəsəlik üzrə mülkiyyətçilərinən biri də anası ilə bərbər odur. Eyni zamanda 0.27 ha həyətyanı torpaq sahəsinin 3 nəfər ümumi payçılarından biridir. O, azyaşlı olan vaxtlarında 1988-ci ildə, yəni 5 yaşı olanda atası vəfat etmişdir, həmin ərəfədə yaşının az, özünün isə xəstə olması səbəbindən ona miras əmlakdan pay verilməmiş, bütün əmlak anası-Cavabdeh1 adına sənədləşdirilmişdir. Onun adına olan sənədlər anası və bacısı trəfindən gizlədilərək, bütün hüquqları pozulmuşdur. Cavabdeh yaşının çox olması və yaxın qohum-əqrəbanın öyrətməsi və təsiri nəticəsində bu hüqüqdan istifadə edərək onu ailəsi və 3 körpə uşağı ilə birlikdə evdən çıxarmağa çalışır. Hətta həyat yoldaşının evdən çıxarılması barədə məhkəməyə müraciət edərək, Hüseynova Günay Şükür qızının uşaqları ilə birlikdə evdə çıxarılmasını xahiş etmişdir. İddianın təmin edilməsi barədə Bərdə Rayon Məhkəməsi tərəfindən 23 oktyabr 2020-ci il tarixli, 2(021)-2947/2020 saylı qətnamə çıxarılmışdır. O, ailə quruqdan sonra bacısı-cavabadeh Hüseynova Könül Müzəffər qızı ailələrinin, evlərinin işlərinə müdaxilə edərək, anasını yoldan çıxararaq onunla düşmən etmiş, ailəsindən boşanmağını tələb edərək, əks halda evdən qovduracaqları ilə hədələmişlər. Bacısı Hüseynova Könül Müzəffər qızı bütün əmlakı ələ keçirmək üçün onu və ailəsini küçəyə belə atmağa hazırdır, hazırda evi öz adına sənədləşdirmək üçün həyat yoldaşı ilə birlikdə dəridən qabıqdan çıxırlar. O, ailəsini qoruyub saxlamaq üçün yaşadığı evin ona vərəsəlik yolu ilə düşən payın müəyyən edilməsi, həmçinin yaşadığı fərdi yaşayış evinin 0.27 ha həyətyanı torpaq sahəsinin 0.09 ha hissəsinin ona məxsus olması barədə Torpağın mülkiyyətə verilməsinə dair JN 097 A saylı KOD 61012018 olan Şəhadətnamədə göstərilən hüquqlarının dövlət reyestr xidməti tərəfindən qeyd etdirməlidir. Cavabdeh1 adına verilmiş Seriya MH ******* X4 sənədində onun evə və həyətyanı torpaq sahəsinə olan qanuni mülkiyyət hüquqlarının naməlum səbəblərdən qeydə alınmamışdır. Bu isə öz növbəsində həmin sənədin qanunsuz və etibrasız olduğunu sübut edən bir haldır. Bütün bunlarla yanaşı məhkəmənin bir neçə qətnaməsi mövcuddur ki, bu qətnamələrdə onun yaşayış hüqququ, mülkiyyət hüququ öz təsdiqini tapmışdır. Bərdə Rayon Məhkəməsinin 16 may 2021-ci il tarixli, 2(021)-1538/2021 saylı qətnaməsi ilə Bərdə rayonu Mehdili kəndində yerləşən fərdi yaşayış evinə vərəsəlik hüüququ tanınmışdır. Bu baxımdan cavabdeh Cavabdeh1 Məhi qızının ünvan 1i ərazisində yerləşən 0.27 ha torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı 77.2 kv.m yaşayış, 62.4 kvm köməkçi sahəsi olan fərdi yaşayış evin mülkiyyətçisi olmasını təssdiq edən hüquqi sənəd-Seriya MH ******* Dövlət Reyestrindən Çıxarış sənədi artıq öz qüvvəsini itirmişdir. Belə ki, mübahisəli evə məhkəmə qətnaməsi əsasında müəyyən edilmiş hüquqları Reyestr Xidməti tərəfindən mütləq qeydə alınmalıdır. Beləliklə hazırkı reallıq ondan ibarətdir ki, Bərdə Rayon Məhkəməsi tərəfindən 23 oktyabr 2020-ci il tarixli 2(021)-2947/2020 saaylı qətnaaməsi ilə Günay Şükür qızının uşaqları ilə birlikdə evdən çıxarılmsı barədə iddianın təmin edilməsinin əsası olan mülkiyyət sənədi artıq etibarsızdır. Yəni bu gün onun, ailəsinin və uşaqlarının çıxarılacağı evi mülkiyyətçisi Hüseynova Səkinə Məhi qızı deyildir. Lakin buna baxmayaraq cavabdeh yenə də onun ailəsini evdən çıxarmaq üçün yaşından istifadə edərək, yaşamağına əngəllər törədir, hətta qazın, işığın kartlarını gizlədir ki, pulu ödəyə bilməyib, bezib evdə çıxsınlar. Hamıya belə gəlir ki, o, qoca anası ilə düşmənçilik edir. Lakin bu belə deyildir. Qoca anasını yeznəsi və bacısı çox güclü təsir altında saxlayırlar, cavabdehə dəfələrlə müraciət edərək, öz inşa etdikləri evdə yaşamaqlarına izacə verməsini xahiş etsə də nəticəsi olmamışdır. Məhkəməyə mürüciət edərək evə ailəsi ilə birlikdə yaşamaqlarına törədilən maneçiliyin aradan qaldırılması barədə məhkəmə aktı çıxarılmasını xahiş etməkdən başqa yolu qalmamışdır. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi X6 iddia tələbini müdafiə edərək ərizəsində göstərilənlərə uyğun izahat vermişdir. İddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 Musa qızı iddianı qəbul etməyərək onu rədd edilməsini xahiş etdi. Cavabdeh Cavabdeh2, maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Resyestir Xidmətinin 7 saylı Bərdə Ərazi idarəsi məhkəmə iclasının vaxtı və yeri haqında lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Onların məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığından məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bərdə rayon Qedydiyyat Şöbəsi tərəfindən verilmiş 297187 nömmrəli arayışdan müəyyən olunur ki, İddiaçı xx xxxxxxxx 1982-ci ildə doğulmuşdur, atası X5, anası Cavabdeh1dır. İş materiallarına əlavə edilmiş Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş aryaışdan müəyyən olunur ki, X5 17 oktyabr 1989-cu ildə ölmüşdür. İş materiallarına əlavə olunmuş Bərdə Rayon Məhkəməsinin 2(021)-1538/2021 saylı, 16 may 2021-ci il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, Hüseynova Səkinə Məhi qızının cavabdeh X7 oğluna qarşı məcburi pay almaq hüququndan məhrumetmə tələbinə dair iddiası təmin ediməmişdir. İş materiallarına əlavə olunmuş Torpağın mülkiyyətə verilməsinə dair JN 097 A KOD 61012018 olan Şəhadətnamənin surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar islahat Komissiyasının 22 iyul 1998-ci il tarixi, 09 saylı qərarı ilə Bərdə rayonu, Mehdili kəndində 0,27 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə olunmuş MH ******* saylı Dövlət Reyesterindən çıxarışın surətindən müəyyən olunur ki, ünvan 1ində Cavabdeh1 adına 0,27 ha torpaq sahəsində 1 mərtəbəli, 3 otaqlı, 77.2 kv.m yaşayış, 62.4 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi qeydə alınmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4988 nömrəli, 13 sentyabr 2021-ci il tarixli məktubundan müəyyən olunur ki, İddiaçı oğlunun adına 3 nəfər ailə üzvü ilə birlikdə ünvan 1ində JN 0097A torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0, 27 ha həyətyanı torpaq sahəsi Dövlət Reyestrində qeydə alınmışdır. Məhkəmə iddia ərizəsinin dəlillərinə münasibətdə aşağıdakı qanunvericilik normalarını qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin Vİİ bəndinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında vərəsəlik hüququnun hüquqi tənzimlənməsi ilə əlaqədar göstərmişdir ki, vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 20 oktyabr 2011-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” 13 dekabr 2011-ci il tarixli Qərarları). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən, ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Yuxаrıdа göstərilən qаnunvericiliyin tələbinə görə şəxslər öldükdən sonra onun əmlakı bir mənаlı оlаrаq vərəsənin əmlakına daxil olmur. Vərəsə əmlakı əldə etmək və ona mülkiyyətçi kimi sahib olmaq üçün müəyyən aktı həyata keçirməlidir. Buna isə mülki hüquqda mirasın “qəbul etmə sistemi deyilir”. Vərəsəlik hüququ mirasın qəbul edilməsinin iki üsulunu müəyyənləşdirmişdir. Birinci üsul vərəsənin notariat kontoruna mirası qəbul etdiyi barədə ərizənin verməsi yolu ilə mirasın qəbul edilməsi, ikinci üsul isə miras əmlaka faktiki olaraq sahiblik etməklə miras əmlakı qəbul etdiyini faktiki olaraq nümayiş etdirməsi üsuludur. Mirasın qəbul edilməsi müddətinə gəldikdə isə vərəsə istər birinci, istərsə də ikinci üsulla mirası yalnız bunun üçün müəyyənləşdirilmiş müddət daxilində qəbul edə bilər. Eyni zаmаndа qаnunvericilik qəbul edilmiş mirasın vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunmаsını şərtləndirir. Bundаn bаşqа, mirаs qаnunun tələbinə əsаsən qəbul оlunmuşsа, lаkin vərəsəlik şəhаdətnаməsi vаxtındа rəsmiləşdirilməmişsə, bu mirаsа qаrşı hüququn itirilməsi üçün əsаs hesаb edilə bilməz. Vərəsə mirаsа sаhiblik, оndаn istifаdə və оnа sərəncаm verməsi sаhəsində müvаfiq işlər görmüşsə-binаnın təmiri, həyətyаnı tоrpаq sаhəsini becərmək, məhsulu yığmаq və s. yаxud sığоrtа tədiyəsini və ev üçün vergini ödəmişsə, kirаyənişinlərdən mənzil pulunu yığmışsа və b. hаllаr vərəsənin mirаsı fаktiki surətdə idаrə etməyə bаşlаmаsını və mirаsа yiyələnməsini sübut edən hərəkətlər kimi qiymətləndirilə bilər. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1224-cü maddəsinə əsasən vəsiyyətnamə aşağıdakı hallarda qüvvədən düşür: - xeyrinə vəsiyyətnamə tərtib edilmiş şəxs vəsiyyət edəndən tez öldükdə; - vəsiyyət edilmiş əmlak vəsiyyət edənin sağlığında itirildikdə və ya onun tərəfindən özgəninkiləşdirildikdə; - yeganə vərəsə mirası qəbul etməkdən imtina etdikdə. Məhkəmədə həmçinin müəyyən edildi ki, Hüseynov Müzəffər ölümündən sonra onun birinci növbə vərəsəsi olan arvadı Cavabdeh1 miras qalmış əmlaka sahiblik etməyə, onu idarə etməyə faktik başlamış, bununla da ondan miras qalmış əmlakı qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Belə ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Beləliklə, məhkəmə iddia tələbinə qiymət verərək belə hesab edir ki, iddia tələbi əsassızdır. Çünki iddiaçı iddia tələbində ünvan 1 ünvanında yerləşən 0.27 ha pay torpaq sahəsi üçün MH ******* saylı çıxarışların və onun əsasında verilmiş sənədlərin etibarsız hesab edilməsi barədə iddiasında iddianın dəlillərini və əsaslarını sübut edə biləcək dəlillərini məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsаsən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunvericiliyin tələblərinə görə, işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktlar tədqiq edilməli, həmçinin mübahisənin düzgün həllinə təsir edən digər hallar da araşdırılmalıdır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki mülki mübahisə üzrə iddia tələbi təmin edilmədiyindən ödənilmiş olan dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı çıxarış sənədinin etibrasız hesab edilməsi, evə vərəsəlik hüququ əsasında miras payının müəyyən edilməsi və miras payına mülkiyyət hüququnun tanınması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(021)-2440/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2440/2021
15.09.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver