Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-2443/2022 24.06.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “torpaq sahəsindən çıxarılma “ tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək məhkəmə, Müəyyənetdi: İddiaçı1 və qeyriləri iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.2005-ci il tarixli 03 saylı qərarı ilə onlara məxsus Bərdə rayon Əmirli kənd sakinləri Cavabdeh1 və Cavabdeh2 zəbt etdikləri 1.18 ha torpaq sahəsindən çıxarılmaları barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi iddiaçılar İddiaçı2, İddiaçı3 etibarnamə üzrə nümayəndələri olması qeyd olunmaqla, İddiaçı1 tərəfindən imzalanmışdır. İddia ərizəsinə əlavə olunmuş etibarnamələrdə isə digər iddiaçılar İddiaçı2, İddiaçı3 tərəfindən İddiaçı1 verilmiş səlahiyyətlər sırasında “ iddia ərizəsinin imzalanması” səlahiyyətinin verilməsi göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Belə ki, MPM-in 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. MPM-in 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “ torpaq sahəsindən çıxarılma “ tələbinə dair iddia ərizəsi onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalandığından geri qaytarılmalı, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-152 -ci maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “ torpaq sahəsindən çıxarılma “ tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçılara göstərilən nöqsan aradan qaldırıldıqdan sonra məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən 10 gün müddətinə Bərdə rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-2443/2022
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-2443/2022
24.06.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver