Məhkəmə qərarları › İş №2(021)-2443/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2443/2024

24.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2443/2024 24.09.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, Mustafayeva Lalə Ruslan qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyətli faktının müəyyən olunması” barədə ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Maraqlı şəxsnə qarşı “qohumluq faktının müəyyən olunması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, mərhumə analığı X4 və mərhum X8 X5 həyat yoldaşı və oğlu olması faktının təsdiq olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Bərdə rayon sakini X9 onun ögey anasıdır. X2 ilə 01 aprel 1971-ci il tarixdə rəsmi olaraq ailə qurmuşlar və birgə nikah dövründə sadəcə 15 noyabr 1971-ci il təvəllüdlü X17 adlı övladları anadan olmuşdur. X2 17 dekabr 2009-cu il tarixdə, ögey anası X9 10 fevral 2021-ci ildə, ögey qardaşı X17 isə 10 fevral 2000-ci ildə vəfat etmişdir. Həmçinin doğma qardaşı X20 da 07 sentyabr 2013-cü il tarixdə vəfat etmişdir. Ögey anası X4 nikahdan əvvəlki soyadı Həsənova olmuşdur. Hələ də arxiv sənədlərində Həsənova olaraq göstərilir. Bundan başqa bəzi sənədlərdə isə Məhərrəmova, bəzi sənədlərdə Xanalıyeva yazılmışdı. Hal-hazırda onların Bərdə rayon Şiranlı kəndində 1.23 ha torpaq sahəsi vardır. Bu sahə Bərdə rayon, Aqrar islahat komissiyasının 16 iyun 1999-cu il tarixli 07 nömrəli qərarı ilə X2nun adına ailə üzvləri ilə birlikdə verilmişdir. Ailə üzvü siyahısında atası doğma anası mən, doğma qardaşı Aqil Məhərrəmovun və ögey qardaşı Mehman Məhərrəmovun adı var. Hal-hazırda o, həmin torpaq sahəsini öz adına sənədləşdirmək istəyir. Bununla bağlı Asan xidmət mərkəzin notariat kontoruna müraciət etdikdə isə sənədlərə baxdıqları zaman sənədlərdə uyğunsuzlıuq olduğu üçün torpaq sahəsini onun adıma sənədləşdirməkdən imtina edirlər. Mərhumə analığı X4 ölüm haqqında şəhadətnaməsində soyadı Xanalıyeva, mərhum qardaşı X8 doğum haqqında şəhadətnaməsində Məhərrəmova, nikah haqqında şəhadətnadə soyadı Həsənova, arxiv arayışındada soyadı Xanalıyeva olaraq yazılması aparılan sənədləşmədə problem yaradır. Halbu ki, Bənövşənin qızlıq soyadı anasının soyadı olaraq Həsənova, ailə həyatı qurduqdan sonra Məhərrəmova, nikah pozulduqdan sonra isə soyadı Xanalıyeva olmuşdur. Bunun üçün o, məcbur qalıb mərhumə analığı X4 və mərhum Məhərrəmov Mehman Tofiq oğlunun X5 həyat yoldaşı və oğlu olmasının təsdiq olunması üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsinə uyğun ifadə verərək bildirdi ki, torpaq sahəsi var. Hazırda həmin torpaq sahəsini adına keçirmək istəyir. Lakin onu vərəsə kimi tanımırlar. Bənövşə atasının ilk həyat yoldaşı olub. Onların birhə nikahlarından Mehman adlı övladları anadan olmuşdur. Daha sonra atası onun anaı Adilə ilə evlənib. Bənövşənin qızlıq soyadı Həsənova, atası ilə evləndikdə Məhərrəmova, atası ilə boşandıqdan sonra Xanalıyeva soyadını qəbul etmişdir. Məhkəmədən ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq məhkəmə işə maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə ərizəçinin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Seriya AZE №******** saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1979-cu il tarixdə Bərdə rayon Şirvanlı kəndində anadan olmuşdur. Bərdə rayon Şirvanlı kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Şirvanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 469 saylı, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Ərizəçi Bərdə rayon Şirvanlı kəndində yaşayır. İş materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Şirvanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 479 saylı, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, mərhum X11 vəfat edənə kimi Bərdə rayon Şirvanlı kəndində qeydiyyatda olub və yaşayıb. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Arayışdan görünür ki, X9 xx.xx.2021-ci il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Şirvanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 472 saylı, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Bərdə rayon Şirvanlı kəndində yaşamış mərhum X5 aşağıdakı ailə üzvləri vardır: X12 və Ərizəçi. İş materiallarına əlavə edilmiş “Elektron Notariat” X1 vasitəsilə “X13” AQİS-dən Çıxarışdan görünür ki, X11 xx.xx.1948-ci ildə anadan olmuş, xx.xx.1971-ci il tarixdə X6 ilə rəsmi nikah bağlamış, birgə nikahlarından xx.xx.1971-ci il tarixdə X17 anadan olmuş, xx.xx.1978-ci il tarixdə X14 ilə rəsmi nikah bağlamış, birgə nikahlarından xx.xx.1979-cu il tarixdə Ərizəçi, xx.xx.1982-ci il tarixdə X20 anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Arayışdan görünür ki, X8 nikah akt qeydi aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş Bərdə rayon Dövlət Arxivindən verilmiş xx.xx.2024-cü il tarixli Arayışdan görünür ki, Bərdə rayon Dövlət Arxivində 80 saylı fondda mühafizə edilən Bərdə rayon Şirvanlı kənd Sovetliyinin Təzəkənd kəndi üzrə 1963-1965-ci illər üzrə 5 saylı təsərrüfatbaşına kitabın 268 saylı şəxsi hesabında ana-X21, qızı X9 olduğu, 1977-1979-cu illər üzrə 4 saylı təsərrüfatbaşına kitabın 259 saylı şəxsi hesabında qardaşı X10 təsərrüfatında X3 bacısı olduğu qeyd olunub. İş materiallarına əlavə edilmiş Torpağa mülkiyyət hüququna dair JN 128 KOD 61023018 saylı Dövlət Aktından görünür ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 07 nömrəli qərarı ilə 1,23 ha torpaq sahəsi Bərdə rayon Şirvanlı kənd sakinləri X5, X7, Ərizəçi, X15 və X8 mülkiyyətinə verilmişdir. Məhkəmə iclasında şahid X12 bildirdi ki, Ərizəçi onun qızıdır. X22 əvvəl Bənövşə ilə ailə qurmuş və onların birgə nikahlarında Mehman adlı övladları anadan olmuşdur. Daha sonra Tofiq onunla ailə həyatı qurmuş, birgə nikahlarından 2 övladları anadan olmuşdur. Məhkəmə iclasında şahid X16 bildirdi ki, X11 onun qaynıdır. O, əvvəl Bənövşə ilə daha sonra Adilə ilə ailə qurmuşdur. Bənövşə ilə evliliklərindən Tofiq adlı övladları olmuşdur. Uşaq yer xəstəsi olub və vəfat etmişdir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, ərizəçi tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinə əsasən, brəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək belə hesab edir ki, mərhum X8 X5 oğlu olması faktı müəyyən olunmalıdır. Ərizə digər hissədə-X4 X5 arvadı olmasını müəyyən olunması hissəsində təmin oluna bilməz. Belə ki, X3 X9 ilə eyni şəxs olması müəyyən etmək mümkün olmamışdır. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin qeyd edir ki, MPM-nin 119-cu maddəsinə əsasən ödənilmiş 100 manat dövlət rüsumunu ərizəçiyə aid edilməlidir. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumunu ərizəçiyə aid edilsin. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə qismən təmin edilsin. xx.xx.1971-ci il tarixdə anadan olmuş mərhum X8 X5 oğlu olması faktı müəyyən olunsun. Ərizə qalan hissədə təmin olunmasın. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fərman Abdulayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar