Məhkəmə qərarları › İş №2(021)-2446/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2446/2023

17.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2446/2023 17.08.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X*0 iclas kаtibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs* və Bərdə regional “ASAN Xidmət” Mərkəzi Dövlət Notariat Kontoruna qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dаir ərizəsi üzrə mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs* və Bərdə regional “ASAN Xidmət” Mərkəzi Dövlət Notariat Kontoruna qarşı ərizə ilə məhkəməyə müraciət edərək, atası X4 miras qalmış Bərdə rayonu, Mehdili kəndində yerləşən 0,*2 ha həyətyanı torpaq sahəsinin miras əmlak kimi tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi və həmin miras əmlakın qəbul edilməsi üçün ötürülmüş müddətin üzrlü sayılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bərdə rayonu, Mehdili kəndində mərhum atası X7 məxsus 0,*2 ha pay torpaq sahəsi vardır. Ailə üzvlərindən atası X*3 *0 fevral 2020-ci ildə, anası X*4 isə 2*.06.20*8-ci ildə vəfat etmişdir. Valideynləri vəfat edənə kimi onunla birgə yaşamışlar. Valideynləri vəfat etdikdən sonra miras əmlakları o qəbul etmişdir. Sözügedən mirası bütünlükdə idarə etmiş, lakin qanunla müəyyən edilmiş qaydada öz adına sənədləşdirməmişdir. Keçən müddət ərzində savadsızlığından miras qalmış əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün notariat ofisinə müraciət etməmişdir. Əlavə olaraq qeyd edir ki, ailə üzvlərindən olan bacısı Maraqlı şəxs* həmin əmlakı miras əmlak kimi onun qəbul etdiyini təsdiq edə bilər. Həmin miras əmlakla bağlı aralarında heç bir mübahisə yoxdur. Bacısı Maraqlı şəxs* Maraqlı şəxs2ndə ərizə təqdim edərək atası X4 miras qalmış əmlakdan imtina etmişdir. Hazırda miras qalmış həmin əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün 04 may 2023-cü il tarixdə ərizə ilə Bərdə regional "Asan Xidmət" Mərkəzində Notariat Ofisinə müraciət etmişdir. Bərdə Regional "Asan Xidmət" Mərkəzində Notariat Ofisi tərəfindən ona imtina verilərək bildirilmişdir ki, miras əmlakın qəbulu faktının müəyyən edilməsi və mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması ilə bağlı məhkəməyə müraciat etməli olmuşdur. Göründüyü kimi anasından miras qalmış bütün əmlakları faktiki olaraq vərəsə kimi qəbul edib ona yiyələnmiş və bu miras əmlakı idarə etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək məhkəmədən ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs* məhkəməyə teleqram göndərək uşağının səhhəti ilə əlaqədar məhkəmə iclasına gələ bilməyəcəyini və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İş üzrə maraqlı şəxs Bərdə regional “ASAN Xidmət” Mərkəzi Dövlət Notariat Kontoruna məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmişdir. Buna baxmayaraq maraqlı şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsiylə bağlı məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını təqdim edilmiş sənədlərlə birgə əlaqəli şəkildə araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: AA ******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.*996-cı ildə anadan olmuşdur. AA ******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki. Maraqlı şəxs* xx.xx.*992-ci ildə anadan olmuşdur. AA ******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs* xx.xx.*992-ci ildə anadan olmuşdur. Bərdə rayon İcra Hakimiyyəti Başçısının Mehdili kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş *5.05.2023-cü il tarixli, *20 nömrəli arayışından görünür ki, Ərizəçi hal-hazırda Bərdə rayonu, Mehdili kəndində yaşayır. Maraqlı şəxs2 tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli, ***9/2023 nömrəli sorğuya cavabdan görünür ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin *246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Ərizəçi mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin *248.*-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Qeyd olunanları nəzərə alaraq, onun tərəfindən mirasın qəbul edilməsinə dair müddət ötürüldüyündən müddətin uzadılması və miras əmlakın bölüşdürülməsi üçün müvafiq rayon məhkəməsinə müraciət edilməsi xahiş edilmişdir. Maraqlı şəxs* tərəfindən verilmiş ərizədən görünür ki, mərhum X*, *0 fevral 2020-ci il tarixdə vəfat etmişdir və onun tərəfindən mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilən müddət ötürülmüşdür, yəni buraxılmışdır. Onun ölümündən sonra qalmış mirası nədə ifade edilməsindən və harada olmasından asılı olmayaraq nə faktiki, nə də ərizə ilə qəbul etməmişdir, mirasın tərkibinə daxil olan əmlakları istifadə və idarə etməmişdir. Buna görə də öz vərəsəlik hüququnu rəsmiləşdirmək və miras əmlakdan pay almaq niyyətində deyildir. Mirasın qəbul edilməsi müddətinin uzadılması və miras əmlakın bölüşdürülməsi üçün məhkəməyə müraciət etməyəcəkdir. Notarius tərəfindən ona izah edildi ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin *268-ci maddəsinə uyğun olaraq mirasdan imtina etmək barədə ərizə geri götürülə və ya ləğv edilə bilməz. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının Mehdili kənd İƏD üzrə nümayəndəliyi və Mehdili Bələdiyyəsi tərəfindən təsdiq edilməklə verilmiş aktdan görünür ki, Azərbaycan Respublikasının ləğv edilmiş DTXK-nin Bərdə rayon şöbəsi tərəfindən verilmiş 458 nömrəli Arxiv çıxarışı sənədinin adlı siyahısında mülkiyyətçilərdən X5 adı səhv olaraq X*3 olaraq yazılmışdır. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 650-05/69 nömrəli arayışdan görünür ki, X*4 2*.06.20*8-ci il tarixdə yumurtalığın bədxassəli yenitörətməsi səbəbindən Bərdə rayonu, Mehdili kəndində vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 06.07.20*8-ci il tarixdə 223 nömrə ilə qeydə alınmışdır. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 28 aprel 2023-cü il tarixli 652-05/69 nömrəli arayışdan görünür ki, X** ilə X*4 arasında 0*.0*.*997-ci il tarixdə rəsmi nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Qasımov, arvada isə Ağayeva soyadı verilmişdir. Bu barədə nikah haqqında akt qeydləri kitabında 0*.0*.*997-ci il tarixdə 05 nömrə ilə qeydə alınmışdır. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 28 aprel 2023-cü il tarixli 65*-05/69 nömrəli arayışdan görünür ki, X** *0.02.2020-ci ildə sidik kisəsinin bədxassəli yenitörəməsi nəticəsində Bərdə rayonu, Mehdili kəndində vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 3*.03.2020-ci il tarixdə 86 nömrə ilə qeydə alınmışdır. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 26.*0.*992-ci il tarixli, XVİ-ЖГ 384565 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X*2 xx.xx.*992-ci ildə Bərdə şəhərində anadan olmuşdur. X*, anası X8r. Bu barədə doğum haqqında akt qeydləri kitabında 26.*0.*992-ci il tarixdə **80 nömrə ilə qeydə alınmışdır. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş *3.06.2023-cü il tarixli 20-YQ 440096 nömrəli arayışdan görünür ki, Ərizəçi xx.xx.*996-cı ildə Bərdə rayonu, Mehdili kəndində anadan olmuşdur. X*, anası X8r. Bu barədə doğum haqqında akt qeydləri kitabında *0.07.*997-ci il tarixdə 32 nömrə ilə qeydə alınmışdır. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş *3.09.202*-ci il tarixli, AZ-İİ 07230* nömrəli arayışın surətindən görünür ki, X** *0.02.2020-ci il tarixdə Bərdə rayonunda vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 3*.03.2020-ci il tarix, 86 nömrə ilə qeydə alınmışdır. Bərdə rayon İcra Hakimiyyəti Bərdə rayon Dövlət Arxivi tərəfindən verilmiş 26.09.20*7-ci il tarixli, 458 nömrəli çıxarışdan görünür ki, Fizuli Kolxozu üzrə həyətyanı torpaq sahəsinə ehtiyacı olan kolxozçu, fəhlə və qulluqçu aiəsinə kolxozun kəndətrafı əkin sahəsindən *2,64 ha, o cümlədən kəndlər üzrə *2,64 ha həyətyanı torpaq sahəsinin verilməsi məqsədəuyğun hesab edilmişdir. M.Fizuli adına kolxoz üzrə siyahı tərtib edilmiş və vətəndaşlara torpaq sahəsi vrilmişdir. O cümlədən X7 da 0,*2 ha həyətyanı torpaq sahəsi verildiyi qeyd edilmişdir. Bərdə Regional “Asan Xidmət” mərkəzində Notariat Ofisi tərəfindən məhkəməyə ünvanlanmış **.07.2023-cü il tarixli, *7*4/2023 nömrəli sorğuya cavabdan görünür ki. Ərizəçi mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı tələbinə dair mülki işə baxılması ilə əlaqədar *7 iyul 2023-cü il tarixdə, saat *0:20-də təyin edilmiş məhkəmə iclasında iştirak etməməyini üzrlü hesab edib qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan mədaxil qəbzlərindən görünür ki, Ərizəçi *00 manat dövlət rüsumunu və 0,40 manat xidmət haqqını ödəmişdir. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının Mehdili kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 2* avqust 2023-cü il tarixli və Mehdili Bələdiyyəsi tərəfindən verilmiş 2* avqust 2023-cü il tarixli arayışlardan görünür ki, Mehdili kəndi ərazisində yerləşən X9 məxsus 0,*2 ha torpaq sahəsi hal-hazırda oğlu Ərizəçi tərəfindən istifadə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi Maraqlı şəxs* və Bərdə regional “ASAN Xidmət” Mərkəzi Dövlət Notariat Kontoruna qarşı ərizə ilə məhkəməyə müraciət edərək, atası X4 miras qalmış Bərdə rayonu, Mehdili kədnində yerləşən 0,*2 ha həyətyanı torpaq sahəsinin miras əmlak kimi tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi və həmin miras əmlakın qəbul edilməsi üçün ötürülmüş müddətin üzrlü sayılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin Vİİ bəndinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu bir sıra qərarlarında vərəsəlik hüququnun hüquqi tənzimlənməsi ilə əlaqədar göstərmişdir ki, vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin **93-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının *3-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 20 oktyabr 20**-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin *203.*-ci maddəsinin şərh edilməsinə dair” *3 dekabr 20**-ci il tarixli Qərarları). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM): **33.*-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. **33.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. **34.*-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. **5*.*-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. **59.*.*-ci maddəsinə əsasən, ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə vərəsələr sayılırlar. *243.*-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. *243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. *243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin *246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin *248.*-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Həmin Məcəllənin *255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Yuxаrıdа göstərilən qаnunvericiliyin tələbinə görə şəxslər öldükdən sonra onun əmlakı bir mənаlı оlаrаq vərəsənin əmlakına daxil olmur. Vərəsə əmlakı əldə etmək və ona mülkiyyətçi kimi sahib olmaq üçün müəyyən aktı həyata keçirməlidir. Buna isə mülki hüquqda mirasın “qəbul etmə sistemi” deyilir. Vərəsəlik hüququ mirasın qəbul edilməsinin iki üsulunu müəyyənləşdirmişdir. Birinci üsul vərəsənin notariat kontoruna mirası qəbul etdiyi barədə ərizənin verməsi yolu ilə mirasın qəbul edilməsi, ikinci üsul isə miras əmlaka faktiki olaraq sahiblik etməklə miras əmlakı qəbul etdiyini faktiki olaraq nümayiş etdirməsi üsuludur. Mirasın qəbul edilməsi müddətinə gəldikdə isə vərəsə istər birinci, istərsə də ikinci üsulla mirası yalnız bunun üçün müəyyənləşdirilmiş müddət daxilində qəbul edə bilər. Eyni zаmаndа qаnunvericilik qəbul edilmiş mirasın vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunmаsını şərtləndirir. Bundаn bаşqа, mirаs qаnunun tələbinə əsаsən qəbul оlunmuşsа, lаkin vərəsəlik şəhаdətnаməsi vаxtındа rəsmiləşdirilməmişsə, bu mirаsа qаrşı hüququn itirilməsi üçün əsаs hesаb edilə bilməz. Vərəsə mirаsа sаhiblik, оndаn istifаdə və оnа sərəncаm verməsi sаhəsində müvаfiq işlər görmüşsə-binаnın təmiri, həyətyаnı tоrpаq sаhəsini becərmək, məhsulu yığmаq və s. yаxud sığоrtа tədiyəsini və ev üçün vergini ödəmişsə, kirаyənişinlərdən mənzil pulunu yığmışsа və b. hаllаr vərəsənin mirаsı fаktiki surətdə idаrə etməyə bаşlаmаsını və mirаsа yiyələnməsini sübut edən hərəkətlər kimi qiymətləndirilə bilər. Bu haqda Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin *243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun *6 oktyabr 2020-ci il tarixli qərarında göstərilmişdir ki, mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 20*4cü il *8 iyul tarixli Qərarı). Həmin qərarda daha sonra qeyd edilmişdir ki, mülki prosessual qanunvericiliyin xüsusi icraat qaydasında işlərə baxılmasının xüsusiyyətlərini tənzimləyən normalarına nəzər yetirdikdə, hüquqi əhəmiyyəti olan faktların belə qaydada təsdiq edilməsi üçün bir neçə şərtin zəruri olduğu qənaətinə gəlmək olar. Bu şərtlərə aşağıdakılar aiddir: - həmin faktın qanuna əsasən hüquqi nəticələr doğurması; - hüquqi əhəmiyyəti olan faktın başqa qaydada müəyyən edilməsinin qeyri-mümkün olması; - hüquq haqqında mübahisənin olmaması və s. Həmin şərtlərdən hər hansı birinin olmaması işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli 3 saylı qərarının *0-cu bəndinə əsasən məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il ** sentyabr tarixli, *67 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın *02-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Həmin qərarın *0.2-ci bəndində qeyd edilmişdir ki, mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Vərəsələrin miras əmlakdakı payları, nə qədər ki, bununla bağlı məhkəmə mübahisəsi yoxdur, notarius tərəfindən verilən vərəsəlik şəhadətnaməsi ilə müəyyən olunmalıdır. Beləliklə, işin faktiki hallarından müəyyən olunur ki: X5 ölümündən sonra onun birinci növbə vərəsəsi Ərizəçidur və Maraqlı şəxs*dır. Bundan başqa işdən müəyyən edilir ki, hazırki iş üzrə Ərizəçi mərhum Ərizəçi miras qalmış əmlaka sahiblik etməyə, onu idarə etməyə faktiki başlamış, bununla da ondan miras qalmış əmlakı qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Həmçinin, ərizəçi mirasın qəbulu üçün qanunla nəzərdə tutulmuş müddəti qanunu bilməməsi səbəbindən ötürdüyünü bildirmişdir. Miras əmlakın və ya miras paylarının bölgüsü ilə bağlı tərəflər arasında hər hansı mübahisə yoxdur. Həmçinin, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, DTXK-nin Bərdə rayon şöbəsi tərəfindən 458 nömrəli Arxiv çıxarışında X2 qeyd edilən sənəd üzrə hüquq sahibi əslində X6r. Buna görə məhkəmə hesab edir ki, ərizə təmin edilməli, mirasın qəbul edilməsi üçün ötürülmüş müddət üzürlü sayılaraq bərpa edilməli və Ərizəçi mərhum X3 miras qalmış Bərdə rayonu, Mehdili kəndində yerləşən 0,*2 ha həyətyanı torpaq sahəsini miras əmlak kimi qəbul etməsi faktı müəyyən edilməlidir. Beləliklə, AR.MPM-in *4.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.*-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 2*7.4-cü maddəsinə əsаsən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 307.*-ci mаddəsinə əsаsən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və yа əmlаk hüquqlаrının əmələ gəlməsi, dəyişməsi, xitаm verilməsinin аsılı оlduğu fаktlаrı müəyyən edir. Həmin Məcəllənin 307.2.9-cu maddəsinə əsasən, məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci mаddəsinə əsаsən, məhkəmə hüquqi əhəmiyyəti оlаn fаktlаrı о zаmаn müəyyən edə bilər ki, ərizəçi həmin fаktlаrı təsdiq edən lаzımi sənədləri bаşqа qаydаdа аlа bilməsin, yаxud itirilmiş sənədlərin bərpаsı mümkün оlmаsın. Həmin Məcəllənin 3**-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qanunvericiliyin tələbinə görə, işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktlar tədqiq edilməli, həmçinin mübahisənin düzgün həllinə təsir edən digər hallar da araşdırılmalıdır. MPM-in *07-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in **9.*-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 2*6-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi mərhum X*ndan miras qalmış əmlakın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin buraxılması üzürlü hesab edilərək həmin müddət bərpa edilsin. Ərizəçi mərhum X3 miras qalmış Bərdə rayonu, Mehdili kəndində yerləşən 0,*2 ha həyətyanı torpaq sahəsini qəbul etməsi faktı müəyyən edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar