Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2447/2022 19.08.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi, məhkəmə iclas katibi Hətəm Şahmar oğlu Hətəmxanlının katibliyi, İddiaçı, iddiaçının vəkili (nümayəndəsi) Nümayəndə, Cavabdeh adına Lənbəran kənd tam orta məktəbinin direktoru X4, cavabdehin vəkili (müdafiəçisi) X3 iştirakı ilə İddiaçı Cavabdeh adına Lənbəran kənd tam orta məktəbinə qarşı əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının hesablanıb ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh adına Lənbəran kənd tam orta məktəbin direktoru Şölə Qasımovanın 29 mart 2022-ci il tarixli 194 nömrəli əmrinin ləğv edilib, Cavabdeh adına Lənbəran kənd tam orta məktəbin fizika müəllimi vəzifəsinə bərpa olunması və 29 mart 2022-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi işburaxmaya görə əmək haqqının hesablanıb ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, keçirilmiş test imtahanından xx.xx.2019-cu il tarixdə yerdəyişmə yolu ilə Bərdə rayonu, Cavabdeh adına Ləmbəran kənd tam orta məktəbinə fizika müəllimi təyin olunmuşdur. Ailəlidir, 3 qız övladı var. Böyük qızının 5 yaşı, əkiz qızlarının 3 yaşları var. Cavabdeh, Cavabdeh adına Lənbəran kənd tam orta məktəbin direktoru Şölə Qasımovanın 29 mart 2022-ci il tarixli 194 nömrəli əmri ilə Cavabdeh adına Lənbəran kənd tam orta məktəbin fizika müəllimi vəzifəsindən azad edilmişdir. İşdən azad edilməsinə dair əmri qanunsuz və əsssız sayır. Belə ki, o və bir neçə müəllim tədris etdikləri məktəb olan kənddə yaşamırlar. Onları hər gün saat 0800 -da rayon mərkəzindən avtobus götürmüş və dərs dedikləri məktəbə çatdırmışdır. Həmin gün saat 0750-də avtobus dayanan yerə çatanda artıq avtobus onu gözləməmiş, 20 dəqiqə tez getmişdir. Məktəbin direktoruna zəng edərək vəziyyəti bildirmişdir ki, “avtobus 0800-dan tez getmirdi məni gözləmiyib gedib”. Məktəbin direktoru onu eşitmək istəməmiş və telefonu qapamışdır. Onda olan məlumata əsasən bütün onunla gedən müəllimlərlə qabaqcadan danışılıb ona qarşı plan qurulub və 20 dəqiqə tez gediblər ki, səbəb məktəb direktorunun ona qarşı məkirli və qərəzli planını həyata keçirmək olub. Onun aylıq əmək haqqı 860 manat, əlavə kirayə haqqını ödəmək üçün 90 manat almışdır. Bir neçə dəfə onun əmək haqqından 40 manat kəsilmişdir. Bir neçə dəfə yazılı şəkildə etirazını bildirmişdir ki, hansı əsasla onun əmək haqqından 40 manat tuturlmuşdur. Aralarında narazılıq yaranmışdır. Məktəb direktoru dəfələrlə onu hədələmiş və bildirmişdir ki, “sakit olmasan sənin başına oyun açaram”. Hesab edir ki, məktəb direktoru rəhbərlik etdiyi məktəbi özününkü sayaraq ona qarşı məkirli plan qurmuşdur. Odur ki, həmin əmr qanunsuz və əsassız olduğundan ləğv edilməli, işə bərpa edilməsinə, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsinə dair qətnamə qəbul edilməlidir. Bundan başqa əmrdə işçi ilə işəgötürən arasında əmək münasibətlərini nizama salan qanunvericilik aktlarına, o cümlədən Azərbaycan Respublikası Əmək Məcəlləsinin normasına düzgün istinad edilməmişdir. Cavabdehlə aralarında yaranmış mübahisəni yoluna qoymaq cəhdləri nəticə verməmişdir. Buna görə də cavabdehlə aralarında yaranmış mübahisəni dostcasına həll edilməsi üçün qanunla nəzərdə tutulmuş qaydada 20 aprel 2022-ci il tarixdə Cavabdeh adına Lənbəran kənd tam orta məktəbinə mediasiya prosesinin tətbiqi barədə təklif göndərmişdir. 28 aprel 2022-ci il tarixdə isə Bərdə rayonunda yerləşən mediatora mürciət etmişdir. Lakin cavabdehə qanunvericiliyə uyğun olaraq, ilkin mediasiya sessiyasının tarixi, saatı yeri barədə ətraflı məlumat verilsədə, sonuncu yazılı olaraq ilkin mediasiya iclasında iştirak etməkdən imtina etmişdir. Odur ki, hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, həmçinin bildirmişdir ki, barəsində görülən tədbirlər barəsində ona heç bir məlumat verilməmiş, izahatı alınmamış, iclaslara dəvət edilməmişdir. İddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə İddiaçı göstərdiklərini bir daha təsdiq edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh adına Lənbəran kənd tam orta məktəbinin direktoru X8 iddianı qəbul edərək göstərmişdir ki, iddiaçı ilə heç bir qərəzliliyi olmamışdır. Sonuncu əmək intizamına riayət etməmiş, müəllimlərlə münaqişə yaratmış, müəssisə daxili intizam qaydalarını pozmuş, onu təhqir etmiş, məktəbdə qarşıdurma yaratmağa meyilli olmuşdur. Dəfələrlə iddiaçıya xəbərdarlıq olunmasına baxmayaraq bundan nəticə çıxarmamışdır. İddiaçı barəsində keçirilən iclaslar barədə sonuncuya məlumat verilməsi üçün telefonuna zəng edilmiş, lakin iddiaçı telefon zənglərinə cavab verməmişdir. Həmin səbəbdən iddiaçının barəsində keçirilən iclaslardan məlumatı olmamışdır. İddiaçıdan etdiyi hərəkətlərə görə izahat alınmamışdır. Məktəbinin ilk həmkarlar komitəsi və pedoqoji şuranın gəldiyi nəticə qanunamüvafiq olduğundan iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 göstərmişdir ki, Kəmalə Zamanova onun həyat yoldaşır və Cavabdeh adına Lənbəran kənd tam orta məktəbində işləyir. İddiaçı həyat yoldaşına “mən Lənbəran kənd orta məktəbinin müəllimlərinin boğacına kəndir keçirmişəm, fırladıram” demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 göstərmişdir ki, nəvəsi Cavabdeh adına Lənbəran kənd tam orta məktəbdə oxuyur. İddiaçı nəvəsinin boğazından tutaraq onu divara vurmuş, nəvəsini uşaqlar içində utandırmışdır. Bu barədə məktəb direktoruna və sinif rəhbərinə məlumat vermiş, sonuncular İddiaçı barəsində özləri tədbir görəcəklərini bildirmişlər. Məhkəmə iş üzrə dindirilmiş şahidlərin ifadələrinə tənqidi yanaşaraq bunu iş üzrə mötəbər sübut kimi dəyərləndirilməsi üçün əsas görmür. Məhkəmə tərəflərin izahatlarını dinləyib, şahidləri dindirib, mülki işin materiallarını araşdıraraq və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İş materiallarında olan B 188978 nömrəli diplom surətindən müəyyən olunur ki, İddiaçı Gəncə Dövlət Universitetinin ümumi texniki fənlər üzrə fizika ali peşə istiqaməti üzrə bakalavr dərəcəsi verilmişdir. İş materiallarında olan ******* saylı əmək kitabçası surətindən müəyyən olunur ki, 13 sentyabr 2019-cu il tarixli 79 nömrəli əmrlə müəllimlərin işə qəbulu ilə əlaqədar keçirilmiş test imtahanından keçmiş ali təhsilli fizika müəllimi İddiaçı xx.xx.2019-cu il tarixdən Bərdə rayon Cavabdeh adına Lənbəran kənd tam orta məktəbinə fizika müəllimi təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Qarabağ Regional Təhsil İdarəsinin 14 iyun 2022-ci il tarixli arayışından müəyyən olunur ki, İddiaçı həqiqətən Bərdə rayon Lənbəran kənd tam orta məktəbində müəllim işləmiş və onun ümumi pedaqoji stajı 14 il təşkil etmişdir. Aylıq əmək haqqı məbləği 860,00 manat, kompessasiya (kommunal xidmətləri və yaşayış yerinin kirayə haqqını ödəmək üçün) isə 90,00 manat təşkil etmişdir. İş materiallarında olan Bərdə rayon Cavabdeh adına Lənbəran kənd tam orta məktəbin ilk həmkarlar komitəsi üzrə 01 fevral 2022-ci il tarixli 4 saylı protokolundan çıxarışın surətindən müəyyən olunur ki, məktəbin ilk həmkarlar komitəsi məktəbin fizika müəllimi İddiaçı şagirdi vurmasına görə mövcud qanunçuluğa uyğun olaraq tədbir görülməsini Cavabdeh adına Lənbəran kənd tam orta məktəbin pedoqoji şurasından xahiş etmişdir. İş materiallarında olan Bərdə rayon Cavabdeh adına Lənbəran kənd tam orta məktəbi üzrə 03 mart 2022-ci il tarixli 192 nömrəli əmrindən çıxarışın surətindən müəyyən olunur ki, İddiaçı məktəbin fizika müəllimi xx.xx.2022-ci il tarixdə dərsdə iştirak etmədiyi üçün onun 2(iki) saat fizika dərsini riyaziyyat müəllimləri- Fatimə Əzimova 1 tək saat və Bəsti Əlizadə 1 tək saat- əvəz etmişlər. İş materiallarında olan Bərdə rayon Cavabdeh adına Lənbəran kənd tam orta məktəbi üzrə pedaqoji şuranın 03 mart 2022-ci il tarixli 6 saylı iclas protokolundan çıxarışın surətindən müəyyən olunur ki, məktəbin fizika müəllimi İddiaçı məktəbdə buraxdığı ciddi nöqsanlara görə ona töhmət verilməsi məktəbin direktoru Ş.Qasımovaya tapşırılmışdır. İş materiallarında olan Bərdə rayon Cavabdeh adına Lənbəran kənd tam orta məktəbi üzrə 03 mart 2022-ci il tarixli 192 nömrəli əmrdən çıxarışın surətindən müəyyən olunur ki, İddiaçı pedoqoji şuranın 03 mart 2022-ci il tarixli 6 saylı protokoluna əsasən məktəbdə buraxdığı ciddi nöqsanlara əsasən töhmət verilmişdir. İş materiallarında olan Bərdə rayon Cavabdeh adına Lənbəran kənd tam orta məktəbinin ilk həmkarlar komitəsi üzrə 28 mart 2022-ci il tarixli 6 saylı protokolundan çıxarışın surətindən müəyyən olunur ki, məktəbin fizika müəllimi İddiaçı Əmək Məcəlləsinin 186-cı maddəsinin “b” bəndinə əsasən axırıncı dəfə xəbərdarlıqla şiddətli töhmət verilməsinə razılıq verilmişdir. İş materiallarında olan Bərdə rayon Cavabdeh adına Lənbəran kənd tam orta məktəbi üzrə pedoqoji şurasının 29 mart 2022-ci il tarixli 7 saylı iclas protokolundan çıxarışın surətindən müəyyən olunur ki, iclasda müzakirə olunan məsələ barədə yazılmış şikayət ərizələri və kollektiv üzvlərinin çıxışları nəzərə alınmış, məktəbin fizika müəllimi İddiaçı-əmək funksiyasını yerinə yetirə bilmədiyi, üzərinə düşən öhdəlikləri yerinə yetirə bilmədiyi üçün (müəllimlərlə münaqişə yaratdığı, müəssisə daxili intizam qaydalarını pozduğu, rəhbərliyi təhqir etdiyi, məktəbdə qarşıdurma yaratmağa meyilli olduğu, əvvəllər almış olduğu xəbərdarlıq və töhmətdən nəticə çıxarmadığı üçün) 29 mart 2022-ci il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan ******* saylı əmək kitabçasının surətindən müəyyən olunur ki, 13 sentyabr 2019-cu il tarixli 79 nömrəli əmrlə müəllimlərin işə qəbulu ilə əlaqədar keçirilmiş test imtahanından keçmiş ali təhsilli fizika müəllimi İddiaçı xx.xx.2019-cu il tarixdən Bərdə rayon Cavabdeh adına Lənbəran kənd tam orta məktəbinə fizika müəllimi təyin edilmişdir. -29 mart 2022-ci il tarixli 194 nömrəli əmrlə İddiaçı-məktəbin fizika müəllimi əmək funksiyası üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirə bilmədiyi, müəssisə daxili intizam qaydalarını pozduğu üçün Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 29 mart 2022-ci il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əsas: Cavabdeh adına Lənbəran kənd tam orta məktəbin pedoqoji şurasının xx.xx.2022-ci il tarixli qərarı. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45.2-ci maddəsinə görə əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Həmin Məcəllənin 186-cı maddəsinə görə;
1. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.
2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.
3. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır.
4. İşəgötürənin bu maddədə nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilməsi onun işəgötürəni hesab edilən vəzifəli şəxs, müəssisənin mülkiyyətçisi, müəssisə dövlət mülkiyyətində olduqda isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. İşəgötürən inzibati və ya cinayət məsuliyyətinə qanunvericiliklə müəyyən edilmiş qaydada cəlb edilir. Bu Məcəllənin 187-ci maddəsinə əsasən;
1. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.
2. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir.
3. İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir.
4. İdarə, müəssisə və ya təşkilatın korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat vermiş işçisi barəsində intizam tənbehini tətbiq edən idarə, müəssisə və ya təşkilat intizam tənbehinin qanunla müəyyən edilmiş hallardan irəli gəlməsini və korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumata aidiyyəti olmadığını əsaslandırmalıdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2022-ci ildə inzibati tənbeh növündə töhmət verilmiş, lakin iddiaçının izahatı alınmamış, töhmət verilməsi üçün iclasa dəvət edilməmiş, iclasının vaxtı və yeri barədə məlumatlandırılmamışdır. Bundan başqa Bərdə rayon Cavabdeh adına Lənbəran kənd tam orta məktəbinin ilk həmkarlar komitəsinin 28 mart 2022-ci il tarixli 6 saylı protokolu ilə məktəbin fizika müəllimi İddiaçı Əmək Məcəlləsinin 186-cı maddəsinin “b” bəndinə əsasən axırıncı dəfə xəbərdarlıqla şiddətli töhmət verilməsinə razılıq verilmiş, lakin Bərdə rayon Cavabdeh adına Lənbəran kənd tam orta məktəbi üzrə pedoqoji şurasının 29 mart 2022-ci il tarixli 7 saylı iclas protokoluna əsasən məktəbin fizika müəllimi İddiaçı-əmək funksiyasını yerinə yetirə bilmədiyi, üzərinə düşən öhdəlikləri yerinə yetirə bilmədiyi üçün (müəllimlərlə münaqişə yaratdığı, müəssisə daxili intizam qaydalarını pozduğu, rəhbərliyi təhqir etdiyi, məktəbdə qarşıdurma yaratmağa meyilli olduğu, əvvəllər almış olduğu xəbərdarlıq və töhmətdən nəticə çıxarmadığı üçün) 29 mart 2022-ci il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəllənin 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. [243] Qeyd: Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş «dəymiş zərərin məbləği» dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir. Göründüyü kimi İddiaçı qanunvericiliyin tələblərinə uyğun qaydada inzibati məsuliyyətə cəlb edilməsi barədə cavabdeh tərəf məhkəməyə sübut təqdim edə bilməmişdir. Cavabdeh tərəf iddiaçını Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndinə əsasən onunla əmək müqaviləsinə xitam verməkdə haqlı olmamışdır. Məhkəmə hesab edir ki, iddiaçı qanunvericiliyin tələblərinə uyğun qaydada inzibati məsuliyyətə cəlb edilmədiyindən Cavabdeh adına Lənbəran kənd tam orta məktəbinin 29 mart 2022-ci il tarixli 194 nömrəli əmri ləğv evilməli, İddiaçı 29 mart 2022-ci ildən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı hesablanmalı, iddia təmin olunmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq,
Q Ə T E T D İ:
İddiaçı Cavabdeh adına Lənbəran kənd tam orta məktəbinə qarşı əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının hesablanıb ödənilməsi tələbinə dair iddiası təmin edilsin. Cavabdeh adına Lənbəran kənd tam orta məktəbin 29 mart 2022-ci il tarixli 194 nömrəli əmri ləğv edilsin, İddiaçı Cavabdeh adına Lənbəran kənd tam orta məktəbin fizika ixtisası üzrə müəllimi vəzifəsinə bərpa edilsin. İddiaçı 29 mart 2022-ci ildən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı hesablanıb verilsin. Qətnamədən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.