Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2456/2022 22.09.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Bayramov Orxan Elşən oğlunun katibliyi, Ərizəçi iştirakları ilə, Ərizəçi maraqlı şəxs X22 Xidmət Mərkəzi Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi ”barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü ƏY YƏ N E TD İ: Ərizəçi maraqlı şəxs X22 Xidmət Mərkəzi Notariat Ofisinə qarşı ərizə ilə müraciət edərək, Bərdə rayon yeni Əyricə kəndində yerləşən 0.31 ha həyətyanı torpaq sahəsini və 1.08 ha torpaq sahəsini miras kimi qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx xxxx 1968-ci il təvəllüdlüdür. X4, anası isə X3r. Onlar 4 uşaq olmuşlar. X19 30 yanvar 2012-ci il tarixdə, anası Diləfruz Qasımova isə 02 may 2010-cu il tarixdə vəfat etmişdir. Atası və anası vəfat etməmişdən öncə onların xüsusi mülkiyyətlərində Bərdə rayon Yeni Əyricə kənd ünvanında pay torpaq sahəsi və həyatyanı torpaq sahəsi var. Bərdə rayon Yeni Əyricə kəndində yerləşən 0.31 ha həyatyanı torpaq sahəsinə Bərdə rayon Aqrar İslahat Komissiyasının 25 iyul 1998-ci il tarixli 10 saylı qərarı ilə JN-247A KOD 61**6018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə, Bərdə rayon Yeni Əyricə kəndində yerləşən 1.08 ha pay torpaq sahəsinə isə Bərdə rayon Aqrar İslahat Komissiyasının 25 iyun 1998-ci il tarixli 10 saylı qərarı ilə JN- 244 KOD-61**6018 saylı torpağın mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Ailə üzvlərim vəfat etdikdən sonra qeyd etdiyi torpaq sahələrini o istifadə etmiş və Bərdə rayon Yeni əyricə kəndində yerləşən 0.31 ha həyatyanı torpaq sahəsini və 1.08 ha pay torpaq sahəsini miras olaraq o qəbul etmişdir. İndi isə o hal-hazırda miras qalmış pay torpaq sahəsini və həyatyanı torpaq sahəsini rəsmi olaraq adına sənədləşdirmək istəyir. Bununla bağlı X22 xidmət mərkəzinin notariat ofisinə müraciət etdikdə isə onun adına sənədləşdirməkdən imtina etdilər. Səbəbidə onu göstərmişdirlər ki, mirası qəbul etmə müddəti ötürülmüşdür. Ailə üzvlərinin hər biri vəfat etdiyi üçün ondan başqa ailəsinə baxan olmadığı üçün miras əmlakları o qəbul etmişdir. Buna bacı və qardaşları da razıdırlar. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Bərdə rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(021)-2456/22 saylı qərardadı ilə X13, X14 və X12 mülki iş üzrə maraqlı şəxs kimi cəlb olunmuşlar. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs X22 Xidmət Mərkəzi Notariat Ofisinin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək onun iştirakı olmadan işə baxılaraq qanuni qərara qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Digər maraqlı şəxslər X13, X14 və X12 məhkəməyə notarial qaydada ərizə göndərərək mirasdan pay almaq niyyətlərində olmadıqlarını bildirmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Seriya AA № ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1968-ci il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş AZ №1545335 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx.xx.1968-ci il tarixdə anadan olmuşdur. X4, anası X3r. İş materiallarına əlavə olunmuş Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli № 1169-05/69 saylı Arayışdan görünür ki, X9 ilə X5 arasında xx.xx.1956-cı il tarixdə nikah bağlanmışdır. Nikah bağlandıqdn sonra ərə Qasımov, arvada Qasımova soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Yeni Əyricə kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 454 saylı xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, mərhum X6 vəfat edənə kimi Yeni Əyricə kəndində yaşamışdır, vəfatından sonra aşağıdakı ailə üzvləri qalmışdır: Ərizəçi, X13, X14, X12. İş materiallarına əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Yeni Əyricə kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 455 saylı xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, mərhum X9 vəfat edənə kimi Yeni Əyricə kəndində yaşamışdır, vəfatından sonra aşağıdakı ailə üzvləri qalmışdır: Ərizəçi, X13, X14, X12. İş materiallarına əlavə edilmiş İ-İE №837963 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X12 xx.xx.1959cu il tarixdə anadan olmuşdur. X4, anası X3r. İş materiallarına əlavə edilmiş AZ №692659 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X14 xx.xx.1964-cü il tarixdə anadan olmuşdur. X4, anası X3r. İş materiallarına əlavə edilmiş Bərdə rayon Yeni Əyricə kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş AZ-İ №409469 nömrəli Ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X6 xx.xx.2010-cu il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Bərdə rayon Yeni Əyricə kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş AZ-İ №522364 nömrəli Ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X9 xx.xx.2012-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-247A KOD- 61**6018 saylı Şəhadətnamənin surətindən görünür ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 25 iyul 1998-ci il tarixli, 10 nömrəli qərarı ilə 0.31 ha torpaq sahəsi Bərdə rayon Yeni-Əyricə kənd sakinləri X8 və X2 mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş Torpağa mülkiyyət hüququna dair JN-244 KOD- 61**6018 saylı Dövlət Aktının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 25 iyul 1998-ci il tarixli, 10 nömrəli qərarı ilə 1.08 ha torpaq sahəsi Bərdə rayon Yeni-Əyricə kənd sakinləri X8 və X2 mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə olunmuş X22 Xidmət Mərkəzi Notariat Ofisinin xx.xx.2022-ci il tarixli, 1326\2022 saylı məktubdan görünür ki, Ərizəçi X22 Xidmət Mərkəzi Notariat Ofisinə müraciət etmişlər, lakin vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün iddia müddətini buraxıldığından vərəsəlik şəhadətnaməsinin verilməsi üçün əsas olmadığından imtina edilərək məhkəməyə müraciət etmələri məsləhət görülmüşdür. İş materiallarına əlavə olunmuş X13 notarial qaydada təsdiq olunmuş xx.xx.2022-ci il tarixli ərizəsində qeyd etmişdir ki, mərhum X4 xx.xx.2012-ci il tarixdə vəfat etmişdir və onun tərəfindən mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilən müddət ötürülmüşdür, yəni buraxılmışdır. Onun ölümündən sonra qalmış mirası nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq nə faktiki nədə ərizə ilə qəbul etməmişdir, mirasın tərkibinə daxil olan əmlakları istifadə və idarə etməmişdir buna görə də öz vərəsəlik hüququmu rəsmiləşdirmək və miras əmlaknda pay almaq niyyətində deyildir. Mirasın qəbul edilməsi müddətinin uzadılması və miras əmlakın bölüşdürülməsi üçün məhkəməyə müraciət etməyəcəkdir. Notarius tərəfindən ona izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1268-ci maddəsinə uyğun olaraq mirasdan imtina etmək barədə ərizə geri götürülə və ya ləğv edilə bilməz. İş materiallarına əlavə olunmuş X14 notarial qaydada təsdiq olunmuş xx.xx.2022-ci il tarixli ərizəsində qeyd etmişdir ki, mərhum X4 xx.xx.2012-ci il tarixdə vəfat etmişdir və onun tərəfindən mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilən müddət ötürülmüşdür, yəni buraxılmışdır. Onun ölümündən sonra qalmış mirası nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq nə faktiki nədə ərizə ilə qəbul etməmişdir, mirasın tərkibinə daxil olan əmlakları istifadə və idarə etməmişdir buna görə də öz vərəsəlik hüququmu rəsmiləşdirmək və miras əmlaknda pay almaq niyyətində deyildir. Mirasın qəbul edilməsi müddətinin uzadılması və miras əmlakın bölüşdürülməsi üçün məhkəməyə müraciət etməyəcəkdir. Notarius tərəfindən ona izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1268-ci maddəsinə uyğun olaraq mirasdan imtina etmək barədə ərizə geri götürülə və ya ləğv edilə bilməz. İş materiallarına əlavə olunmuş X14 notarial qaydada təsdiq olunmuş xx.xx.2022-ci il tarixli ərizəsində qeyd etmişdir ki, mərhum anası X6 xx.xx.2010-cu il tarixdə vəfat etmişdir və onun tərəfindən mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilən müddət ötürülmüşdür, yəni buraxılmışdır. Onun ölümündən sonra qalmış mirası nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq nə faktiki nədə ərizə ilə qəbul etməmişdir, mirasın tərkibinə daxil olan əmlakları istifadə və idarə etməmişdir buna görə də öz vərəsəlik hüququmu rəsmiləşdirmək və miras əmlaknda pay almaq niyyətində deyildir. Mirasın qəbul edilməsi müddətinin uzadılması və miras əmlakın bölüşdürülməsi üçün məhkəməyə müraciət etməyəcəkdir. Notarius tərəfindən ona izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1268-ci maddəsinə uyğun olaraq mirasdan imtina etmək barədə ərizə geri götürülə və ya ləğv edilə bilməz. İş materiallarına əlavə olunmuş X12 notarial qaydada təsdiq olunmuş xx.xx.2022-ci il tarixli ərizəsində qeyd etmişdir ki, mərhum X4 xx.xx.2012-ci il tarixdə vəfat etmişdir və onun tərəfindən mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilən müddət ötürülmüşdür, yəni buraxılmışdır. Onun ölümündən sonra qalmış mirası nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq nə faktiki nədə ərizə ilə qəbul etməmişdir, mirasın tərkibinə daxil olan əmlakları istifadə və idarə etməmişdir buna görə də öz vərəsəlik hüququmu rəsmiləşdirmək və miras əmlaknda pay almaq niyyətində deyildir. Mirasın qəbul edilməsi müddətinin uzadılması və miras əmlakın bölüşdürülməsi üçün məhkəməyə müraciət etməyəcəkdir. Notarius tərəfindən ona izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1268-ci maddəsinə uyğun olaraq mirasdan imtina etmək barədə ərizə geri götürülə və ya ləğv edilə bilməz. İş materiallarına əlavə olunmuş mədaxil qəbzindən görünür ki, ərizəçi tərəfindən məhkəməyə mürciət etmək üçün 1** manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mərhum X7 və X1 miras qalmış Bərdə rayon yeni Əyricə kəndində yerləşən 0.31 ha həyətyanı torpaq sahəsinin və 1.08 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin ərizəçi tərəfindən faktiki idarə edilməklə qəbul edilməsi faktı mübahisəsizdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Mülki Prosessual Məcəllənin 307.2.9-cu maddəsinə əsasən mirasın qəbul edilməsi faktının məhkəmə müəyyən edir. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək belə hesab edir ki, Ərizəçi Bərdə rayon yeni Əyricə kəndində yerləşən 0.31 ha həyətyanı torpaq sahəsini və 1.08 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsini miras əmlak kimi qəbul etməsi faktı müəyyən olunmalıdır. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin qeyd edir ki, MPM-nin 119-cu maddəsinə əsasən ödənilmiş 1** manat dövlət rüsumunu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi Bərdə rayon yeni Əyricə kəndində yerləşən 0.31 ha həyətyanı torpaq sahəsini və 1.08 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsini miras əmlak kimi qəbul etməsi faktı müəyyən edilsin. Ödənilmiş 1** manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-2456/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2456/2022
22.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver