Məhkəmə qərarları › İş №2(021)-2457/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2457/2024

28.08.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2457/2024 28.08.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Abdullayev Fərman Firidun oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı X11 Səhmdar Cəmiyyətinin nümayəndəsi X2, Cavabdeh1 iştirakları ilə, İddiaçı X11 Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Nəcəfova (Əliyeva) Sərfinaz Əfqan qızına, Cavabdeh5 qarşı “cavabdehin mənzildən çıxarılması və əmlakın boşaldılması” tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Yelo Bank ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Nəcəfova (Əliyeva) Sərfinaz Əfqan qızının, Cavabdeh5 Bərdə rayonu Qazaxlar kəndində yerləşən fərdi yaşayış evindən çıxarılması, həmin mənzilin boşaldılması və banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Yelo Bank ASC iddia tələbini onunla əsaslandırmışdır ki, Nikoil İKB ASC-dən (hazırki Yelo Bank ASC) ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinin təminatı olaraq ipoteka qoyulmuş, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 məxsus Bərdə rayonu Qazaxlar kəndində yerləşən fərdi yaşayış evinə Bərdə rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(021)-170/2019 nömrəli qətnaməsinə əsasən tutma yönəldilmişdir. Əmlaka dair Yelo Bank ASC-nin mülkiyyət hüquqları xx.xx.2024-cü il tarixdə ********* qeydiyyat nömrəsi ilə DƏDRX-də qeydə alınmış və bankın adına çıxarış alınmışdır. Lakin əmlakın Yelo Bank ASC-nin mülkiyyətinə keçməsinə baxmayaraq, cavabdeh mənzildən çıxmaqdan imtina etmişdir. Ona görə də məhkəmədən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Nəcəfova (Əliyeva) Sərfinaz Əfqan qızının, Cavabdeh5 Bərdə rayonu Qazaxlar kəndində yerləşən fərdi yaşayış evindən çıxarılması, həmin mənzilin boşaldılması və banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. X11 Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 məhkəmə iclasında izahat verərək bildirdi ki, iddianı müdafiə edir. Məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında izahat verərək bildirdi ki, o, kredit götürdükdən sonra xeyli müddət kredit borcunu ödəmişdir. Özünün səhətində narahatlıqları vardır. Vəsatət qaldıraraq işin ekspertizaya yönəldilməsini xahiş etmişdir. Vəsatəti təmin olunmamışdır. Məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Digər cavabdehlər Cavabdeh2, Cavabdeh3, Nəcəfova (Əliyeva) Sərfinaz Əfqan qızına, Cavabdeh5 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmiş, buna baxmayaraq cavabdehlər məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş üzrə tərəflərin izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş seriya AZE №0******* nömrli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 xx.xx.1969-cü il tarixdə Bərdə rayonu Hacallı kəndində anadan olmuşdur. Bərdə rayonu Qazaxlar kəndində yaşayır. Mülki işə əlavə olunmuş seriya AZE № 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh4 xx.xx.1994-cü il tarixdə Bərdə rayonu Qazaxlar kəndində anadan olmuşdur. Bərdə rayonu Qazaxlar kəndində yaşayır. Mülki işə əlavə olunmuş seriya AZE № 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh3 xx.xx.1995-ci il tarixdə Bərdə rayonu Qazaxlar kəndində anadan olmuşdur. Bərdə rayonu Qazaxlar kəndində yaşayır. Mülki işə əlavə olunmuş seriya AZE № 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh5 xx.xx.1971-ci il tarixdə Bərdə rayonu Qazaxlar kəndində anadan olmuşdur. Bərdə rayonu Qazaxlar kəndində yaşayır. Mülki işə əlavə olunmuş seriya AZE №******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh2 xx.xx.1998-ci il tarixdə Bərdə şəhərində anadan olmuşdur. Bərdə rayonu Qazaxlar kəndində yaşayır. Mülki işə əlavə olunmuş əlavə olunmuş V-ЖГ356725 nömrəli Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə X6 arasında xx.xx.1991-ci il tarixdə 25 saylı nikah aktı qeyd edilmişdir. X3 Nəcəfova soyadı verilmişdir. Mülki işə əlavə olunmuş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X9 şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakn dövlət reyestrindən xx.xx.2013-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Seriya RX Çıxarışdan görünür ki, Bərdə rayonu Qazaxlar kəndində 0.21 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 53.8 kv.m olan fərdi yaşayış evi Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 paylı mülkiyyətində olmuşdur. Mülki işə əlavə olunmuş Bərdə rayon Məhkəməsinin 26 fevral 2019-cu il tarixli 2(021)- 170/2019 saylı qətnaməsindən görünür ki, Cavabdeh1 12397.12 manat məbləğində əsas, 1142.64 manat faiz borcu və 10 manat cərimə olmaqla, cəmi 13549.76 məbləğində borc, iddiaçının dövlət büdcəsinə ödədiyi 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının tutularaq Nikoil İKB ASC-yə ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş Bərdə rayonu Qazaxlar kəndində yerləşən, 2 otaq 53.8 kv.m ümumi,42.2 kv.m yaşayış, 11.6 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0.21 ha torpaq sahəsinə yönəldilməsi, torpaq sahəsinin və onun üzərində yerləşən fərdi yaşayış evinin ilkin satış qiymətinin 19000 (on doqquz min) manat müəyyən edilməklə həmin qiymətlə açıq hərracda satılması, satışdan əldə ediləcək məbləğdən iddia tələbi həcmində iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Mülki işə əlavə olunmuş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X9 şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakn dövlət reyestrindən xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, Bərdə rayonu Qazaxlar kəndində 0.21 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 53.8 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə İddiaçı ASC-nin xüsusi mülkiyyətindədir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Bərdə rayon Məhkəməsinin 26 fevral 2019-cu il tarixli 2(021)-170/2019 saylı qətnaməsi ilə Cavabdeh1 12397.12 manat məbləğində əsas, 1142.64 manat faiz borcu və 10 manat cərimə olmaqla, cəmi 13549.76 məbləğində borcun tutularaq Nikoil İKB ASC-yə ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş Bərdə rayonu Qazaxlar kəndində yerləşən, 2 otaqlı, 53.8 kv.m ümumi, 42.2 kv.m yaşayış, 11.6 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0.21 ha torpaq sahəsinə yönəldilməsi, torpaq sahəsinin və onun üzərində yerləşən fərdi yaşayış evinin ilkin satış qiymətinin 19000 (on doqquz min) manat müəyyən edilməklə həmin qiymətlə açıq hərracda satılması, satışdan əldə ediləcək məbləğdən iddia tələbi həcmində iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Hazırda Bərdə rayonu Qazaxlar kəndində 0.21 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 53.8 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə İddiaçı ASC-nin xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4-cü maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan Hüquqlarının və X4 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 164.1-cü maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Həmin Məcəllənin 164.2-cü maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Beləliklə, qeyd olunan maddi hüquq normalarının müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. İş materiallarına və qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Ona görə ki, işin materiallarından göründüyü kimi, mübahisəli ev iddiaçı Yelo Bank ASC-nin mülkiyyətindədir və iddiaçı mübahisəli evin mülkiyyətçisi olduğundan o, mübahisəli mənzilə dair sahiblik, istifadə, sərəncam hüququna malikdir. Lakin cavabdehlərin mübahisəli evdən könüllü olaraq çıxmaması nəticəsində iddiaçı Yelo Bank ASC göstərilən hüquqlarını həyata keçirə bilmir. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən ödənilmiş 100 manat məbləğində dövlət rüsum cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220,227,233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Nəcəfova (Əliyeva) Sərfinaz Əfqan qızı, Cavabdeh5 iddiaçı Yelo Bank ASC-nin xüsusi mülkiyyətində olan Bərdə rayonu Qazaxlar kəndində 0.21 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 53.8 kv/m olan fərdi yaşayış evindən çıxarılsınlar. Bərdə rayonu Qazaxlar kəndində yerləşən iddiaçı Yelo Bank ASC-nin xüsusi mülkiyyətində olan Bərdə rayonu Qazaxlar kəndində 0.21 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 53.8 kv/m olan fərdi yaşayış evi boşaldılsın və Yelo Bank ASC-yə təhvil verilsin. İddiaçı Yelo Bank ASC tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Nəcəfova (Əliyeva) Sərfinaz Əfqan qızından, Cavabdeh5 tutularaq iddiaçı Yelo Bank ASC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Fərman Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar