Məhkəmə qərarları › İş №2(021)-2458/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2458/2024

31.10.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2458/2024 31.10.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X21 iclas kаtibliyi, İddiaçı iştirakı ilə, İddiаçı İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “Miras əmlakın bölüşdürülməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək miras qalmış Bərdə şəhər, X60 küçəsi 4/1 ünvanında yerləşən torpaq sahəsinin və torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinin bölüşdürülməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o Bərdə şəhər sakinidir. X8, anası isə X32r. Onlar 6 uşaq olmuşlar. X47 24 iyun 1985-ci il tarixdə, anası Kubra Ağayeva isə 31 may 2021-ci il tarixdə, bacısı X5 24 oktyabr 1994-cü ildə, bacısı X6 isə 01 iyul 2021-ci il tarixdə vəfat etmişdir. Anası vəfat etməmişdən öncə onun xüsusi mülkiyyətində Bərdə şəhər X60 küçəsi 4/1 ünvanında yerləşən fərdi yaşayış evi olmuşdur. Həmin fərdi yaşayış evinə 08 dekabr 2017-ci il tarixdə ********** saylı qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış Seriya RX № ******* saylı Çıxarış da verilmişdir. Qeyd etdiyi fərdi yaşayış evində anası vəfat etməmişdən öncə də, anası vəfat etdikdən sonra da ailə üzvləri ilə birlikdə orada yaşamışlar. Hal-hazırda o, Bərdə şəhər X60 küçəsi 4/1 ünvanında yerləşən fərdi yaşayış evini rəsmi olaraq adına sənədləşdirib öz adına sənəd almaq istəyirdi. Ailə üzvlərinin hər biri fərdi yaşayış evini rəsmi olaraq onun adına sənədləşdirməyə razıdırlar. Bunun üçün məhkəməyə mirasın qəbul edilməsi faktına dair ərizə vermişdir. Ərizə ilə bağlı Bərdə rayon Məhkəməsinin 19 iyun 2023-cü il tarixli 2(021)-1656/2023 saylı qətnaməsi qəbul edilmişdir. Qətnaməyə əsasən Bərdə şəhər X60 küçəsi 4/1 ünvanında yerləşən torpaq sahəsinin və torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinin miras əmlak kimi qəbul edilməsi və mirasın qəbul edilməsi müddətinin ötürülməmiş hesab edilməsi qət edilmişdir. Lakin həmin qətnamə Bərdə Regional ASAN Xidmət mərkəzində icra edilmir və evin mənim adıma sənədləşdirməyin mümkün olmadığını bildirirlər. Daşınmaz Əmlaka etdiyi müraciətə isə cavab olaraq oradan notariat ofisinə müraciət etməsi bildirilmişdir. Bununla bağlı Gəncə İnzibati Məhkəməsinə təqdim etdiyi ərizəsi isə məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(114)-1664/2024 saylı qərardadı ilə iddiası mümkün sayılmamış və ona izah olunmuşdur ki, müvafiq rayon məhkəməsinə müraciət edə bilər. Bunun üçün miras qalmış Bərdə şəhər X60 küçəsi 4/1 ünvanında yerləşən torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinin bölüşdürülməsi və vərəsəlik şəhadətnaməsinin verilməsini istəyir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 məlumat verilməsinə baxmayaraq cavabdehər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib iş materiallarını toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1957-ci ildə Bərdə şəhərində anadan olmuşdur. ünvan 3-də yaşayır. Bərdə Regional “Asan Xidmət” mərkəzində notariat ofisi tərəfindən ünvan 3 ünvanında qeydiyyatda olan İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, 37/2024 nömrəli ərizəyə cavabdan görünür ki, onun anası X22 qalmış miras əmlakın vərəsələr arasında bölüşdürülməsi və vərəsəlik hüququ haqqında şəhadətnamə alınması ilə bağlı digər vərəsələr arasında ixtilaflar olması ilə bağlı bildirilmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi ilə bağlı ixtilaflar olduqda mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə alınmalıdır. Qeyd olunanları nəzərə alaraq miras əmlakın bölüşdürülməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi üçün müvafiq rayon məhkəməsinə müraciət etməyi xahiş edilir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, ərizəsinə əlavə etdiyi Bərdə rayon Məhkəməsinin 2(021)-1656/2023 saylı qətnaməsinə baxarkən məlum olmuşdur ki, həmin qətnamə ilə X22 miras qalmış əmlakın İddiaçı tərəfindən qəbul edilmiş hesab edilməsi qət edilmişdir. Bildirilmişdir ki, məhkəmə tərəfindən vərəsəlik hüququnun tanınması ilə bağlı xüsusi icraat qaydasında baxılan işlərlə bağlı məhkəmə qətnaməsi qəbul edildikdən sonra vərəsələr notariat ofisinə müraciət edərək vərəsəlik şəhadətnaməsi almalıdır. Odur ki, vərəsəlik şəhadətnaməsi aldıqdan sonra Bərdə Regional “ASAN Xidmət” mərkəzinə rəsmi müraciət edəcəyi təqdirdə qeydiyyat məsələsinə baxıla bilər. İşdə olan Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(021)-1656/2023 saylı qətnaməsindən görünür ki, iddia təmin edilərək X22 miras qalmış Bərdə şəhəri, X60 küçəsi 4/1 ünvanında yerləşən torpaq sahəsinin və fərdi yaşayış evinin miras olaraq İddiaçı tərəfindən qəbul edilməsi müddəti ötürülməmiş hesab edilmiş və həmin miras əmlak İddiaçı tərəfindən qəbul edilmiş hesab edilmişdir. İşdə olan ƏN Bərdə Regional “ASAN Xidmət” X25 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.2010-cu ildə Bərdə rayonunda vəfat etmiş X23 barəsində Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama xx.xx.2023-cü ilədək aparılmış və yuxarıda qeyd edilən vətəndaşın aşağıdakı məlumatları aşkar edilmişdir: 1.Əri: İddiaçı (xx.xx.1957) 2.Qızı: X33 (xx.xx.1983) 3.Qızı: X34 (xx.xx.1991) 4.Oğlu: X43 (xx.xx.1988) İşdə olan Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 25 iyun 2021-ci il tarixli arayışdan görünür ki, X40 22 noyabr 2010-cu ildə Bərdə rayonunda miokard infarktı səbəbindən ölmüşdür. İşdə olan ƏN Bərdə Regional “ASAN Xidmət” X25 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.2021-ci ildə Bərdə rayonunda vəfat etmiş X26 barəsində Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama xx.xx.2023-cü ilədək aparılmış və yuxarıda qeyd edilən vətəndaşın aşağıdakı məlumatları aşkar edilmişdir: 1.Əri: X27 (XX.XX.1922) DİN Bərdə-ASAN tərəfindən verilmiş ******* saylı Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Fəzai X14 şəhəri, Vaqif küçəsi, döngə 4, ev 1 ünvanında qeydiyyatdadır. İşdə olan şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Cavabdeh3 xx.xx.1965-ci ildə doğulmuşdur. İşdə olan şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Cavabdeh1 xx.xx.1959-cu ildə doğulmuşdur. İşdə olan Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(114)-1664/2024 saylı qərardadından görünür ki, İddiaçı iddiası mümkün sayılmamışdır. Bərdə RİHB-nın şəhər nümayəndəliyindən verilmiş xx.xx.2017-ci il tarixli 5277 saylı arayışdan görünür ki, X13 şəhəri, Vaqif küçəsi 4/1 ünvanında yerləşən yaşayış evində yaşamışdır və onunla birlikdə həmin evdə aşağıdakı ailə üzvləri qeydiyyatdadır: İddiaçı-1957. Bərdə RİHB-nın Bərdə şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 3858 saylı arayışdan görünür ki, mərhum X41 vəfat edənə kimi Bərdə şəhər, X60 küçəsi 4/1 ünvanında yaşayıb, vəfatından sonra onunla birlikdə aşağıdakı ailə üzvləri qalmışdır: 1.X31, yoldaşı-vəfat edib. 2.İddiaçı Hüseynqulu oğlu, oğlu-1957.

3. X40, gəlini-vəfat edib.

4. X44, nəvəsi-1988.

5. X35, nəvəsi-1991. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X5 24 oktyabr 1994-cü ildə uşaqlığın qanaxması səbəbindən Bərdə rayonunda vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1994-cü il tarixdə 226 nömrə ilə qeydə alınmışdır. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X6 xx.xx.2021ci ildə dəqiqləşdirilməmiş qeyri-hoçkin linfoması səbəbindən vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 682 nömrə ilə qeydə alınmışdır. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X31 24 iyun 1985-ci ildə ağciyər xərçəngi səbəbindən Bərdə rayonunda ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 25 iyun 1985-ci il tarixdə 78 nömrə ilə qeydə alınmışdır. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 25 iyun 2021-ci il tarixli, 800-05/69 nömrəli arayışdan görünür ki, X15 xx xxxxxx 1957-ci ildə Bərdə rayonunda anadan olmuşdur. X9r. Bu barədə doğum haqqında akt qeydləri kitabında 25 aprel 1957-ci il tarixdə 180 nömrə ilə qeydə alınmışdır. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 25 iyun 2021-ci il tarixli, 803-05/69 nömrəli arayışdan görünür ki, X41 31 may 2021-ci ildə beyindaxili qansızma səbəbindən Bərdə rayonunda vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 11 iyun 2021-ci il tarixdə 612 nömrə ilə qeydə alınmışdır. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X28 ilə X41 arasında 14 iyun 1967-ci ildə rəsmi nikah bağlanmışdır. Bu barədə nikah haqqında akt qeydləri kitabında xx.xx.1967-ci il tarixdə 75 nömrə ilə qeydə alınmışdır. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bərdə şəhəri, X60 küçəsi, 4/1-də yerləşən 0,06459 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 88,7 kv.m. olan fərdi yaşayış evi X26 xüsusi mülkiyyətindədir. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X24 xx.xx.1965-ci ildə Bərdə şəhərində doğulmuşdur. X10, X9r. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X11 xx.xx.1959-cu ildə Bərdə şəhərində doğulmuşdur. X9r. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X12 xx.xx.1967-ci ildə Bərdə şəhərində doğulmuşdur. X10, X9r. İşdə olan ödəniş sənədindən görünür ki, İddiaçı 100 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin Vİİ bəndinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu bir sıra qərarlarında vərəsəlik hüququnun hüquqi tənzimlənməsi ilə əlaqədar göstərmişdir ki, vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 20 oktyabr 2011-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” 13 dekabr 2011-ci il tarixli Qərarları). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM): 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən, ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə vərəsələr sayılırlar. 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1261-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Ləyaqətsiz vərəsə sayılmış və ya vəsiyyətnamənin birbaşa göstərişi ilə vərəsəlik hüququndan məhrum edilmiş şəxsin xeyrinə mirasdan imtina yolverilməzdir. Bu cür imtina barəsində digər vərəsələr məhkəməyə şikayət verə bilərlər. 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. 1275-ci maddəsinə əsasən miras qoyan vəsiyyətnamədə mirasın bölüşdürülməsi qaydasını müəyyənləşdirə bilər, o cümlədən mirası bölüşdürməyi üçüncü şəxsə etibar edə bilər. Üçüncü şəxsin qərarı aşkar ədalətsizdirsə, vərəsələr üçün məcburi deyildir. Bu halda bölgü məhkəmənin qərarı ilə aparılır. 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Yuxаrıdа göstərilən qаnunvericiliyin tələbinə görə şəxslər öldükdən sonra onun əmlakı bir mənаlı оlаrаq vərəsənin əmlakına daxil olmur. Vərəsə əmlakı əldə etmək və ona mülkiyyətçi kimi sahib olmaq üçün müəyyən aktı həyata keçirməlidir. Buna isə mülki hüquqda mirasın “qəbul etmə sistemi” deyilir. Vərəsəlik hüququ mirasın qəbul edilməsinin iki üsulunu müəyyənləşdirmişdir. Birinci üsul vərəsənin notariat kontoruna mirası qəbul etdiyi barədə ərizənin verməsi yolu ilə mirasın qəbul edilməsi, ikinci üsul isə miras əmlaka faktiki olaraq sahiblik etməklə miras əmlakı qəbul etdiyini faktiki olaraq nümayiş etdirməsi üsuludur. Mirasın qəbul edilməsi müddətinə gəldikdə isə vərəsə istər birinci, istərsə də ikinci üsulla mirası yalnız bunun üçün müəyyənləşdirilmiş müddət daxilində qəbul edə bilər. Eyni zаmаndа qаnunvericilik qəbul edilmiş mirasın vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunmаsını şərtləndirir. Bu haqda Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 oktyabr 2020-ci il tarixli qərarında göstərilmişdir ki, mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). Bundаn bаşqа, mülki qanunvercilik mirаs əmlakın vərəsələr arasında onların hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun olaraq bölüşdürülməsinin mümkünlüyü, paylarla bağlı vərəsələr arasında ixtilaflar və mübahisələr olduqda isə payların məhkəmə qaydasında bölüşdürülməsi və vərəsəlik hüquqlarının məhkəmə qaydasında müdafiə edilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 26 iyul 2021-ci il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin mirasın bölüşdürülməsi anlayışı adlanan 1274-cü maddəsinə müvafiq olaraq, miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Mirasın bölüşdürülməsi dedikdə, mirasın onu qəbul edən vərəsələrin razılaşması ilə hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülməsi anlaşılır. Qeyd edilməlidir ki, miras əmlak qarşılıqlı razılıq əsasında, notariat qaydasında və məhkəmə qaydasında bölüşdürülür. Miras əmlakın məhkəmənin iştirakı ilə iddia icraatı qaydası əsasında bölünməsindən o halda istifadə olunur ki, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olsun. Yəni miras əmlakın bölüşdürülməsi barədə vərəsələr arasında razılıq olmadığı hallarda, bölgü məhkəmə qaydasında aparılır. Bu qayda mülki qanunvericilikdə birbaşa nəzərdə tutulmuşdur. Həmçinin vərəsələr miras qoyan tərəfindən mirasın bölüşdürülməsinə, eləcə də miras qoyanın təyin etdiyi şəxs tərəfindən mirasın bölüşdürülməsinə etiraz etdikləri təqdirdə, məhkəməyə müraciət etməklə mirasın bölgüsünün həyata keçirilməsini xahiş edə bilərlər. Mülki Məcəllənin əmlakın bölüşdürülməsi zamanı mübahisələrə baxılması adlanan 1291-ci maddəsinə görə, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Lakin, nəzərə alınmalıdır ki, vərəsə olmaq hüququna malik olan şəxslərin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi miras əmlakın bölüşdürülməsindən daha mürəkkəb və əhəmiyyətli hüquqi fəaliyyətdir. Belə ki, şəxsin ləyaqətsiz vərəsə hesab olunub-olunmaması, vəsiyyətnamənin və ya vəsiyyət sərəncamının etibarsızlığı, mirasın qəbulu faktının olub-olmaması kimi bir sıra mübahisələr birbaşa vərəsə olmaq hüququna malik olan şəxslərin dairəsinin müəyyənləşdirməsinə aid mübahisələrdir. Həmçinin Mülki Məcəllənin 1297-1299-cu maddələrinə uyğun olaraq, miras payının bərabərləşdirilməsi üçün xüsusi töhfənin nəzərə alınması, miras qoyanın sağlığında bağışlamalar yolu ilə məcburi pay sahibi olan vərəsələrin məcburi paylarının pozulmasına səbəb olması hallarında, kimlərin kimlərə qarşı hansı nisbətdə mülki məsuliyyət daşıması və s. bu kimi hallarla bağlı hüquqi mübahisələr vərəsəlik paylarının müəyyən edilməsinə təsir göstərən mübahisələrdir. Odur ki, Mülki Məcəllənin 1291-ci maddəsi ilə yalnız miras əmlakın bölüşdürülməsi ilə bağlı mübahisələrə baxılmasının məhkəmələrə aid edilməsinin nəzərdə tutulmasına əsaslanmaqla, vərəsələrin dairəsi və payların həcmi ilə bağlı mübahisələrə məhkəmələrdə baxılmasının istisna edilməsi hüquqi məntiqə zidd olar. Vərəsəliklə bağlı sonuncu qərarlardan olan Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ və Vİİ hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1194-cü maddələrinin həmin Məcəllənin 372, 373, 1166, 1202.2 və 1255-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 21 iyun 2024-cü il tarixli qərarının nəticə hissəsinə əsasən vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələri Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2023-cü il 26 dekabr tarixli Qərarı əsasında qüvvədən düşmüş hesab edildiyindən və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məcburi payın qəbulu hər hansı xüsusi qəbul müddətindən asılı deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məcburi payı tələb etmək hüququna iddia müddəti şamil edilmir. Beləliklə, işin faktiki hallarından müəyyən olunur ki, Fəzai X7 Kubra Həsən qızının oğlu olmaqla onun qanun üzrə birinci dərəcəli vərəsəsidir. X26 iddiaçıdan başqa hazırda yaşayan digər vərəsələri qızları Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2dır. Bundan başqa Ağayeva Kubranın digər övladları-iddiaçının bacısı X5 24 oktyabr 1994-cü il tarixdə, digər bacısı X4 isə 01 iyul 2021-ci il tarixdə vəfat etmişdir. Hazırki cavabdehlərdən olan X16 və Cavabdeh5 mərhumə X1 övladlarıdır. Belə olan təqdirdə adıçəkilən şəxslər X22 anaları mərhumə X2 çatacaq miras əmlakdan vərəsəlik payı əldə etmək hüququna malikdirlər. Təqdim edilmiş iş materiallarından məhkəməyə məlum olur ki, mərhumə X26 xüsusi mülkiyyətində Bərdə şəhəri, X61 küçəsi 4/1 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsi qalmışdır, iddiaçı isə anasının vəfatından sonra miras əmlak kimi qəbul etmiş, istifadəsində və idarəçiliyində saxlamış və hazırda da ailə üzvləri ilə birlikdə həmin ünvanda yerləşən fərdi yaşayış evində yaşayır. Bundan başqa məhkəmə qeyd edir ki, reyestrdən çıxarışa əsasən torpaq sahəsində X26 digər mülkiyyətçilərlə birlikdə ümumi birgə mülkiyyətindədir. Həmçinin, iş materiallarından müəyyən olunur ki, torpaq sahəsinin ümumi birgə mülkiyyətçilərindən biri olan və iddiaçının arvadı olan mərhumə X40 vəfat etsə də iddiaçı ona məxsus miras qalan torpaq payı ilə bağlı olan hissədə mirasın qəbulu ilə bağlı notariusa müraciət etməmişdir. Əgər iddiaçı həmin torpaq payına münasibətdə notariusun vərəsəlik şəhadətnaməsini verməkdən imtinasını alsaydı, hazırki işdə ona məxsus payın da bölünməsi məsələsinə baxıla bilərdi. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək Bərdə şəhəri, X60 küçəsi, 4/1 ünvanında yerləşən 0,06459 ha torpaq sahəsində olan mərhumə X22 miras qalmış əmlak olan ümumi birgə payı və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 88,7 kv.m. olan fərdi yaşayış evi vərəsələr arasında bölünərək vərəsəlik payları müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, vərəsələrin miras payları aşağıdakı qaydada müəyyən edilməlidir. Belə ki, torpaq sahəsində olan Kubra Ağayevanın miras qalmış ümumi birgə payına və Kubra Ağayevaya məxsus fərdi yaşayış evinə sağ qalan vərəsələrdən olan iddiaçılar İddiaçı, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 hər birinin 2/12 hissədə miras (vərəsəlik) payları, Cavabdeh4 və Cavabdeh5 hər birinin isə 1/12 hissədə miras (vərəsəlik) payları tanınmalıdır. Torpaq sahəsində Kubra Ağayevanın miras qalmış ümumi birgə payından və fərdi yaşayış evindən mərhumə X3 çatacaq 2/12 hissədə vərəsəlik payı isə açıq saxlanılmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi hissəsində təmin edilməməlidir. Çünki, hazırki iş üzrə vərəsələrin paylarının müəyyən edilməsinə dair qətnamə notarius tərəfindən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün əsasdır və notarius notariat hərəkətinin aparılmasından əsassız olaraq imtina edə bilməz. Əgər imtina edərsə məhkəmə qətnaməsini icra etməməyə görə məsuliyyət daşıyacaqdır. Məhkəmə həmçinin onu da qeyd edir ki, torpaq sahəsinin digər ümumi birgə mülkiyyətçiləri İddiaçı və onun ailə üzvləri (mərhumə arvadı və uşaqları) olduğundan və həmin hissədə tərəflər arasında ixtilaf olmadığından iddiaçı bununla bağlı notariat ofisinə, notariat ofisi vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdikdə isə mərhumə arvadı X18 miras qalmış əmlakın qəbulu ilə bağlı məhkəməyə xüsusi icraat qaydasında ərizə verməkdə haqlıdır. AR.MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsаsən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, cavabdehlərdən tələb edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Bərdə şəhəri, X60 küçəsi, 4/1 ünvanında yerləşən 0,06459 ha torpaq sahəsində mərhumə X22 miras qalmış ümumi birgə payı və həmin torpaq sahəsində yerləşən X37 məxsus ümumi sahəsi 88,7 kv.m. olan fərdi yaşayış evi vərəsələr arasında bölünərək həmin əmlaklara İddiaçı, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 hər birinin 2/12 hissədə miras (vərəsəlik) payları, Cavabdeh4 və Cavabdeh5 hər birinin isə 1/12 hissədə miras (vərəsəlik) payları tanınsın; Torpaq sahəsində Kubra Ağayevanın miras qalmış ümumi birgə payından və fərdi yaşayış evindən mərhumə vərəsəsi X3 çatacaq 2/12 hissədə vərəsəlik payı açıq saxlanılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar