Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-246/2024 22.02.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Bayramov Orxan Elşən oğlunun katibliyi İddiaçı1 , Cavabdehlər Cavabdeh2 nümayəndəsi X4 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “evə köçmə və evdən istifadə hüququnun tanınması” tələbinə dair üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia qaldıraraq, onun Bərdə rayonu, Yenidaşkənd kəndində yerləşən evə yaşayış yerindən istifadə hüququnun tanınması və hərbiçi oğlu İddiaçı2 ilə birlikdə həmin evə köçürülməyi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbini onunla əsaslandırmışdır ki, uzun illərdir ki, Bərdə şəhəri Yenidaşkənd kəndində yaşayırlar. Onlar həmin kənddə böyüyüb boya-başa çatmışlar. Onun övladları Yenidaşkənd orta məktəbini bitirmişdir. Oğlu hal-hazırda hərbiçidir. Onun həyat yoldaşı Cavabdeh2 onların xəbəri olmadan onlara məxsus yaşayış üçün nəzərdə tutulmuş torpağı X1. Həmin torpağın üzərində onlara aid mülkiyyət inşa olunmuşdur. Onlar uzun müddət həmin evdə yaşamışlar. Həyat yoldaşı ilə onun arasında narazılıq olduğu üçün müvəqqəti evdən kənarlaşmışlar. Həyat yoldaşının bu hərəkətləri onlartın hüquqlarını pozmağa səbəb olur. Qeydiyyatları həyat yoldaşına məxsus olan həmin evdədir. Onalrın bütün şəxsi əşyaları indiyədək bu evdə olmuşdur. Əşyaları mayın 21-də Teymurov Dağıstan tərəfindən onlara heçbir məlumat verilmədən çölə atılmışdır. Evlərini heç vaxt daimi tərk etməmişlər. Həyat yoldaşı torpağı ona satmışdır lakin evə aid hissədə heçbir alqı-satqı olmamışdır. Onlar həmin evi nikah dövründə birgə tikdirmişlər. Odur ki, iddia tələblərinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı1 iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi X6 bildirdi ki, qardaşı Aydın onların xəbəri olmadan evi satmışdır. O da cavabdehin nümayəndəsi olmasına baxmayaraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə iclasının yeri və vaxtı barədə digər İddiaçı2 qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq o heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh1 oğluna qanununla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq o, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsində isə göstərilir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materilallarını araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin olunmamalıdır. Belə ki, mülki işə əlavə edilmiş Seriya AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx.xx.1968-ci il tarixdə anadan olmuşdur. Mülki işə əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Yenidaşkənd kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı1 Bərdə rayon Yenidaşkənd kəndində yaşayır. Mülki işə əlavə edilmiş 04 sentyabr 1992-ci il tarixli Vİ-JQ 256710 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 və X7 04 sentyabr 1992-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. Nikah bağlandıqdan sonra qadına Mirzəyeva soyadı verilmişdir. Mülki işə əlavə edilmiş AN-İ ******* saylı 13 aprel 2016-cı il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh2 ünvan 1 kəndində yerləşən, ümumi sahəsi 0,2 ha olan torpaq sahəsini Cavabdeh1 5500 manata satmışdır. Mülki işə əlavə edilmiş Bərdə rayon Məhkəməsinin 2(021)1550\2022 saylı xx.xx.2022ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı1 və İddiaçı2 Cavabdeh2, Cavabdeh1, üçüncü şəxslər Bərdə regional “ASAN xidmət” mərkəzində Notariat ofisinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin və ondan doğuran hüquqi nəticələrin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 tərəfindən razılıqları və xəbərləri olmadan onların qeydiyyatda olduqları və nikah dövründə birgə yaşayış torpaqları olan, Bərdə şəhəri, Yenidaşkənd kəndində yerləşən 0,2 ha torpağın Cavabdeh1 satılmasına dair AN-İ ******* saylı, 13 aprel 2016-cı il tarixli “Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi”nin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmiş, lakin iddia tələbi təmin olunmamışdır. Həmçinin həmin qətnamədən müəyyən olunur ki, AN-İ ******* saylı 18 mart 2022-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 ünvan 1 kəndi ünvanında yerləşən, ümumi sahəsi 29,1 kv.m, yaşayış sahəsi 29,1 kv.m olan 2 otaqlı fərdi yaşayış evini və ünvan 1 kəndi ünvanında yerləşən, ümumi sahəsi 0,20 ha olan torpaq sahəsini X11 21000 manata satmışdır. Mülki işə əlavə edilmiş Gəncə Apellyasiya Məhkəməsinin 2(104)698\2023 saylı xx.xx.2023-cu il tarixli qətnaməsindən görünür ki, Bərdə rayon Məhkəməsinin 2(021)1550\2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Mülki işə əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçılar məhkəmədə iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən olundu ki, Cavabdeh2 ilə X7 04 sentyabr 1992-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşlar. AN-İ ******* saylı 18 mart 2022-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 29,1 kv.m, yaşayış sahəsi 29,1 kv.m olan 2 otaqlı fərdi yaşayış evini və həmin torpaq sahəsinin 0,12 ha olan hissəsini X2. Hazırda mübahisə predmeti olan ünvan 1 kəndi ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsi X9 mülkiyyətindədir. Həmçinin müəyyən edilmişdir ki, hazırkı mülki işdən əvvəl iddiaçılar İddiaçı1 və İddiaçı2 Bərdə şəhəri, Yenidaşkənd kəndində yerləşən 0,2 ha torpağın Cavabdeh1 satılmasına dair AN-İ ******* saylı, 13 aprel 2016-cı il tarixli “Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi”nin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmiş, lakin iddia tələbi təmin olunmamışdır. Apellyasiya şikayəti də təmin olunmamışdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə mövcud sübutları müqayisəli qaydada təhlil edərək müəyyən etdi ki, iddiaçılar Cavabdeh2 və Cavabdeh1 qarşı iddia qaldırsa da, əslində iddia etdikləri torpaq sahəsi və ev X11 məxsusdur. Məhkəmə qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin, bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. Məhkəmə nəzərə alır ki, Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir və həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdırlar. Məhkəmə iclasında iddiaçı cavabdehin əsl cavabdehlə əvəz edilməsi barədə vəsatət verməmişdir. Azərbaycan Respublikasının MPM –nin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Azərbaycan Respublikasının MPM–nin 54.2-ci maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan Hüquqlarının və X8 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Beləliklə, qeyd olunan maddi hüquq normalarının müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarının tələblərinə uyğun olaraq hesab edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaya cavab verməli olan şəxs olmadığından iddiaçının iddiası təmin oluna bilməz . Məhkəmə həmçinin qeyd edir ki, həmin iddia təmin olunacağı təqdirdə hazırda mülkiyyətçi olan X9 mülkiyyət hüququnu pozmuş olar. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “evə köçmə və evdən istifadə hüququnun tanınması” tələbinə dair iddiası təmin olunmasın. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-246/2024
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-246/2024
22.02.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver