Məhkəmə qərarları › İş №2(021)-2463/2022

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-2463/2022

01.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-2463/2022 01.08.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi, məhkəmə iclas katibi Hətəm Şahmar oğlu Hətəmxanlının katibliyi, ərizəçi X2 iştirakı ilə Ərizəçi X1 mirasın qəbul edilmə faktının müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi X4 rayon məhkəməsinə vermiş olduğu ərizəsində Bərdə rayonu Həsənqaya kəndində yerləşən JN:**33 KOD-61**3018 saylı torpaq mülkiyyət hüququna dair dövlət aktına məxsus olan 0,50 ha torpaq sahəsinin miras kimi onun qəbul etməsi faktının təsdiq edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi X4 məhkəməyə ərizə təqdim edərək mülki işin baxılmamış saxlanılmasını və ərizəsinə əlavə edilmiş sənədlərinin ona qaytarılmasını xahiş etmişdir. Maraqlı şəxs Bərdə regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu Emil Həsənov məhkəməyə məktub göndərərək məhkəmə iclasında iştirak etməməsini üzürlü hesab edib qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə mülki işin materialları nəzərədən keçirib, ərizəçi X1 ərizəsini müzakirə edib, hesab edir ki, ərizə Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinin tələbinə əsasən ərizəçiyə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsində qeyd edilmişdir ki, bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261-0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam verilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 170.1, 263-264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Ərizəçi X1 mirasın qəbul edilmə faktının müəyyən edilməsinə dair vermiş olduğu ərizəsi ərizəçi X3 qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar