Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2467/2022 25.10.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakları ilə, İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “torpaq sahəsində tikinti işlərinin aparılmasına yaratdığı maneələrin qadağan edilməsi və əldən çıxmış fayda” tələbinə dair və cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “çıxarışın və torpaq sahəsinin plan və ölçüsünə dair verilmiş sənədlərin etibarsız hesab edilməsi” qarşılıqlı iddia tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü ƏY YƏ N E TD İ: İddiaçı Cavabdeh qarşı “ iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bərdə rayonu Əmirli kəndində yerləşən 0,60 ha torpaq sahəsində tikinti işlərinin aparılmasına yaratdığı maneələrin qadağan edilməsinə və cavabdehdən əldən çıxmış fayda şəklində 5000 manat zərərin alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bərdə rayon Əmirli kənd Bələdiyyəsi ilə aralarında bağlanmış və xüsusi notariusun 3M-2-1303 saylı, xx.xx.2012-ci il tarixli icarə müqaviləsi əsasında 0.6 ha torpaq sahəsini 59 il müddətinə icarəyə götürmüşdür. Sözügedən torpaq sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən **********51 reyestr nömrəli “çıxarış” və AA 630030 saylı “Torpaq sahəsinin planı və ölçüsü” də verilmişdir. Uzun illər torpaq sahəsi onun mülkiyyətində olsa da, hazırki iş üzrə Cavabdeh torpaqdan istifadə etməsinə maneəçilik törətmişdir. Müxtəlif orqanlara etdyi şikayətlərdən sonra, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin əməkdaşları tərəfindən xx.xx.2022ci il tarixdə “akt” tərtib edilərək mülkiyyətində olan 0.60 ha torpaq sahəsinin döngə nöqtələrinin kordinatları ona tanıdılmışdır. Lakin, sözügedən torpaq sahəsindən hazırki iş üzrə cavabdeh yenə də istifadə etməsinə və qazanc əldə etməsinə maneçilik törədir. Belə ki, sözügedən torpaq sahəsində toxumçuluq və s. kənd təsərrüfatı məhsullarının satışı mağazı inşa etmək istəsə də Cavabdeh qanunsuz olaraq müdaxilə edərək mülkiyyət hüquqlarını kobud şəkildə pozur. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qənbərov X2 Fikrət Bəhmən oğluna qarşı qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək cavabdehin iddia ərizəsi əsassız olduğundan bütünlüklə rədd edilməsinə, Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX tərəfindən verilən **********51 reyestr nömrəli çıxarışın və AA 630030 saylı torpaq sahəsinin planı və ölçüsünə dair verilmiş sənədlərin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ona qarşı Bərdə Rayon Məhkəməsində iddia qaldıraraq məhkəmədən xahiş etmişdir ki, torpaqdan istifadə etməsinə qanunsuz müdaxilələrin qadağan edilməsi tələbinə dair qətnamə qəbul edilsin. Cavabdeh (ilkin iddiaçı) öz iddasını əsaslandıra biləcək heç bir dəlil sübut irəli sürməmişdir. Beləki, cavabdeh (ilkin iddiaçı) bəhs etdiyi həmin torpaq sahəsindən rəsmi ərizəsi ilə imtina etmişdir, 10 ildən çoxdur ki, istifadə edir. Beləki, Azərbaycan Respublikasının Mülki Məcəllənin 178.5-ci maddəsində deyilir ki, əgər daşınmaz əmlakın dövlət reyestrində əsassız qeydə alınmış mülkiyyətçi qeydə almanın əsassız olduğunu bilməyərək, torpaq sahəsinə 10 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, həmin şəxs bu torpaq sahəsinin mülkiyyətçisi sayılır. Göründüyü kimi iddiaçı uzun müddət sözgedən yerə görə onu məhkəməyə vermişdir. Bərdə Rayon Məhkəməsi 2(021)-185 saylı qərar qəbul etmişdir. Bundan sonra iddiaçı həmin işin icraatına xitam verilməsini öz ərizəsində qeyd edərək Bərdə icra şöbəsinə ərizə vermişdir. Bərdə icra şöbəsi Bərdə Rayon Məhkəməsinə təqdimat vermişdir. Bərdə Rayon Məhkəməsi xx.xx.2013-cü ildə iş 8(021)-267 saylı qərardad qəbul edərək işin icraatına xitam verilərək torpaq onun istifadəsində qalmışdır. Hesab edir ki, hazırda Azərbaycan Respubliaksının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında 7 saylı DƏDRX tərəfindən verilən **********51 reyster nömrəli çıxarış və AA 630030 saylı torpaq sahəsinin plan və ölçüsünə dair verdiyi sənədlər etibarsız hesab edilməklə iddia ərizəsi bütünlüklə rədd edilməlidir. Azərbaycan Respublikasının Daşınmaz Əmlak Dövlət reysterinin 7 saylı ərazi idarəsinin əməkdaşlarını aldadaraq belə bir dublikat sənəd çıxartdıraraq **********51 reyster nömrəli çıxarış əldə etməklə AA 630030 saylı torpaq sahəsinin plan və ölçüsünü saxta yolla əldə etmişdir. Hesab edir ki, hər iki sənəd etibarsız hesab edilərək iddia ərizəsi bütünlüklə rədd edilməlidir. Çünki məhkəmə bu işə bir dəfə baxaraq xx.xx.2013-cü ildə 2(021)-185 saylı qərar qəbul etmişdir. Hesab edir ki, Azərbaycan Respublikasının MPM -nin 152.1-ci maddəsinə uyğun olaraq hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmalıdır və ümumiyətlə rədd etməklə qarşılıqlı iddiam təmin edilməsi barədə qərar qəbul edilməsi zərurəti yaranmışdır. İddiaçı ərzəsində göstərir ki, guya o 5000 manat zərər vurmuşdur. Ona görə də o da məcbur qalıb qarşılıqlı iddia verməli olmuşdur. Məhkəmə qərarından sonra kənd bələdiyə sədri tərəfindən də ilkin iddiaçının öz ərizəsi əsasında mühabisəli torpaq sahəsinə aid torpaq sənədləri ləğv edilmişdir. Bərdə Rayon Məhkəməsinin 2(021)2467/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadına əsasən İddiaçı Cavabdeh qarşı torpaqdan istifadə etməyə qanunsuz müdaxilələrin qadağan edilməsi tələbinə dair mülki iş üzrə Bərdə rayon Əmirli Bələdiyyəsi müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilmişdir. Məhkəmə iclasında iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddianın təmin olunmasını, qarşılıqlı iddianın isə rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbini müdafiə edərək qarşılıqlı iddia tələbinin təmin, ilk iddianın isə rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bərdə rayon Əmirli Bələdiyyəsinə qanununla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, ilk iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia tələbi təmin olunmamalıdır. Belə ki, mülki işə əlavə edilmiş Seriya AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1975-ci il tarixdə anadan olmuşdur. Mülki işə əlavə edilmiş Seriya AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1955-ci il tarixdə Bərdə rayonu İmirli kəndində anadan olmuşdur, Bərdə rayonu Əmirli kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Əmirli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 192 saylı 28 iyun 2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı Bərdə rayonu Əmirli kəndində yaşayır. Mülki işə əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli xx.xx.2012-ci il qeydiyyat tarixli çıxarışın surətindən görünür ki, Bərdə rayonu Əmirli kəndində yerləşən 0,60 ha torpaq sahəsi Bərdə rayon Əmirli bələdiyyəsinin mülkiyyətindədir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə komitəsinin Bərdə rayon Torpaq hərrac və müsabiqə Komissiyasının (Təşkilatçının) torpaq hərracının, müsabiqənin nəticələri barədə 19 oktyabr 2012-ci il tarixli 164 nömrəli protokolunun surətindən görünür ki, müsabiqədə 375 (üç yüz yetmiş beş) manat ən yüksək təklif vermiş Bərdə rayonu Əmirli kəndində yaşayan İddiaçı müsabiqənin gedişində müsabiqə komissiyasının qanuna müvafiq şərtlərinin yerinə yetirilməsini öhdəsinə götürdüyünə görə müsabiqənin qalibi hesab olunmuşdur. Mülki işə əlavə edilmiş Bərdə rayonu Əmirli bələdiyyəsinin 19 oktyabr 2012-ci il tarixli 11 saylı iclas protokolunun surətindən görünür ki, Əmirli bələdiyyəsinin icarə predmeti olan 6000 m2 və ya 0,60 ha torpaq sahəsinin sahibkarlığın inkişafı məqsədilə icarəyə verilməsi barədə xx.xx.2012-ci il tarixli torpaq müsabiqəsinin nəticələrinin nəzərə alınması, torpaq müsabiqəsinin qalibi İddiaçı tərəfindən torpağın icarə haqqının bələdiyyənin bank hesabına ödənilməsinin təmin edilməsi və onunla bələdiyyə arasında notarial icarə müqaviləsinin bağlanması, qərarın icrasının bələdiyyə sədri Sadiq Həsənova həvalə edilməsi, qərarın surətinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bərdə Regional Ədliyyə şöbəsinə göndərilməsi qərara alınmışdır. Mülki işə əlavə edilmiş 24 oktyabr 2012-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, Bərdə rayon Əmirli bələdiyyəsinin nümayəndəsi X3 rayonu Əmirli bələdiyyəsinə məxsus olan və Bərdə rayonu Əmirli kəndində yerləşən 0,60 ha torpaq sahəsini 19 oktyabr 2071-ci il tarixədək İddiaçı icarəyə vermişdir. İddiaçı tərəfindən 375 manat icarə haqqı Əmirli bələdiyyəsinin hesabına ödənilmişdir. Mülki işə əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bərdə rayonu Əmirli kəndində yerləşən, Bərdə rayon Əmirli Bələdiyyəsinin mülkiyyətində olan 0,60 ha torpaq sahəsi 59 il müddətinə İddiaçı icarəsinə verilmişdir. Mülki işə əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bərdə rayonu Əmirli kəndində yerləşən, Bərdə rayon Əmirli Bələdiyyəsinin mülkiyyətində olan 0,60 ha torpaq sahəsi 59 il müddətinə İddiaçı icarəsinə verilmişdir. Mülki işə əlavə edilmiş 28 iyun 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 71 (yetmiş bir) manat məbləğində dövlət rüsumu ödəmişdir. Mülki işə əlavə edilmiş Bərdə rayonu Əmirli bələdiyyəsinin 11 avqust 2005-ci il tarixli 08 saylı iclas protokolunun surətindən görünür ki, Əmirli bələdiyyəsinin icarə predmeti olan 0.36 hektar və 0.60 hektar, cəmi 0.96 hektar torpaq sahəsinin heyvandarlığın inkişafı məqsədilə X12 icarəyə verilməsi qərara alınmışdır. Mülki işə əlavə edilmiş 01 oktyabr 2005-ci il tarixli 01 nömrəli icarə müqaviləsinin surətindən görünür ki, Bərdə rayon Əmirli bələdiyyəsinin sədri X39 rayonu Əmirli bələdiyyəsinə məxsus olan və Bərdə rayonu Əmirli kəndində yerləşən 0,96 ha torpaq sahəsini 99 il müddətinə Rəhman Qəmbərova icarəyə vermişdir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2005-ci il tarixli 6K-2006 nömrəli qərarıdan görünür ki; -Bərdə rayon məhkəməsinin 22 yanvar 2002-ci il tarixli qətnaməsi ilə iddiaçılar X7 və qeyrilərinin cavabdehlər Bərdə rayonu, G.Əsədov adına AİM YİK-nin sədri X13 və Azərbaycan Respublikası DT və XK-nin Bərdə rayon şöbəsinin müdiri H.Həsənova qarşı cavabdeh vəzifəli şəxslərin qeyri-qanuni hərəkətlərinin aradan qaldırılması, iddiaçılara icarəyə verilmiş və onların istifadəsində olan torpaq sahəsinin onlara torpaq payı kimi verilməsi tələbinə dair iddiası təmin edilərək, Bərdə rayonu, G.Əsədov adına AİM YİK-nin sədri Q.H.Fətəliyevin və Azərbaycan Respublikası DT və XK Bərdə rayon şöbəsinin qeyriqanuni hərəkətlərinin onların özləri tərəfindən aradan qaldırılması və İmirli kəndinin Bərdə- Ağcabədi şosse yolunun üst tərəfindən 01 saylı konturdan X7, X8, X4, X14, X19, X9, X16 və onların ailə üzvlərinin istifadəsində olan 10,6 hektar torpaq sahəsinin onlara torpaq payı kimi verilməsinin təmin edilməsi, həmin torpaq sahəsinə dair əvvəllər verilmiş torpağa mülkiyyət hüququna dair dövlət aktlarının etibarsız hesab edilməsi, qətnamənin icrasının Bərdə rayonu, G.Əsədov adına AİM YİK-nə, Azərbaycan Respublikası DT və XK-nin Bərdə rayon şöbəsinə və Azərbaycan Respublikası DT və XK-nə həvalə edilməsi qət olunmuşdur. -Bərdə Rayon Məhkəməsinin 29 dekabr 2002-ci il tarixli qətnaməsi ilə (hakim İ.Ə.Əsədov, iş No 2-150/2002) birgə iddiaçılar X20 və Musayev-Saday Elbəyi oğlunun yuxarıda qeyd olunan cavabdehlərə qarşı eyni məzmunlu iddia tələbləri təmin edilmişdir. -Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi MİÜMK-nın 17 may 2005-ci il tarixli qətnaməsi ilə (sədr İ.K.Dəmirov, hakimlər İ.Ş. Vəliyev, T.A.Qoldman, iş No 1MK- 1781/05) Bərdə Rayon Məhkəməsinin 22 yanvar 2002-ci il tarixli və 29 dekabr 2002-ci il tarixli qətnamələri ləğv olunmuş və iş üzrə yeni qətnamə çıxarılmışdır. -Qətnaməyə əsasən iddiaçılar X20, X30, X7, X8, X4, X15, X31, X14, X10 və onların ailə üzvlərinin istifadəsində olan İmirli kəndinin Bərdə-Ağcabədi şosse yolunun üst tərəfindən 01 saylı konturdan adambaşına torpaq nəzərə alınmaqla iddiaçılara torpaq paylarının sərhədlərinin payı norması tanıdılması, torpaq paylarına dair dövlət aktlarının verilməsi üçün qanunvericiliyə müvafiq sənədləşmənin aparılaraq Azərbaycan Respublikası DT və XK-nə təqdim edilməsi İmirli kənd işçi qrupuna, Bərdə rayon AİK-nə və Azərbaycan Respublikası DT və XK-nin Bərdə rayon şöbəsinə tapşırılmış, həmin torpaq sahəsinə əvvəllər verilmiş kod 61000108 YN-487, 488, 489, 490, 491, 492, 493, 494, 495, 496, 497, 498, 499, 500, 501 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktları ləğv edilmişdir. -Həmin qətnamədən maraqlı şəxslər X23, X5, X24 və onların nümayəndəsi X1 Məhkəməsinin 17 may 2005-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişlər, lakin kassasiya şikayəti təmin olunmamışdır. Mülki işə əlavə edilmiş İddiaçı Bərdə Rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış Ərizəsindən görünür ki, Bərdə rayon Əmirli kəndində yerləşən 0.60 ha torpaq sahəsindən istifadə etmək imkanı olmadığı üçün öz tələbindən imtina etdiyini qeyd edərək, Bərdə Rayon Məhkəməsinin 2(021)185 saylı 11 mart 2013-cü il tarixli icra sənədinin icraatına xitam verilməsini xahiş etmişdir. Mülki işə əlavə edilmiş Bərdə rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 8(021)267 saylı qərardadından görünür ki, icra məmurunun Cavabdeh özbaşına zəbt etdiyi icarə hüququ ilə İddiaçı məxsus Əmirli kəndində yerləşən 0.60 ha torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsinin İddiaçı qaytarılması üzrə qət olunmuş qətnamənin icra işinin icratına xitam verilmişdir. Mülki işə əlavə edilmiş 15 iyul 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, Cavabdeh məhkəmədə qarşılıqlı iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən olundu ki, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə komitəsinin 19 oktyabr 2012-ci il tarixli Bərdə rayon Torpaq hərrac və müsabiqə Komissiyasının (Təşkilatçının) torpaq hərracının qalibi Bərdə rayonu Əmirli kəndində yaşayan İddiaçı olmuş, Bərdə rayonu Əmirli bələdiyyəsinin 19 oktyabr 2012-ci il tarixli 11 saylı iclasında Əmirli bələdiyyəsinin icarə predmeti olan 6000 m2 və ya 0,60 ha torpaq sahəsinin sahibkarlığın inkişafı məqsədilə icarəyə verilməsi barədə xx.xx.2012-ci il tarixli torpaq müsabiqəsinin nəticələri nəzərə alınaraq, torpaq müsabiqəsinin qalibi İddiaçı ilə bələdiyyə arasında notarial icarə müqaviləsinin bağlanması qərara alınmış, 24 oktyabr 2012-ci il tarixli icarə müqaviləsinə əsasasən Bərdə rayon Əmirli bələdiyyəsinin nümayəndəsi X3 rayonu Əmirli bələdiyyəsinə məxsus olan və Bərdə rayonu Əmirli kəndində yerləşən 0,60 ha torpaq sahəsini 19 oktyabr 2071-ci il tarixədək İddiaçı icarəyə vermişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bərdə rayonu Əmirli kəndində yerləşən, Bərdə rayon Əmirli Bələdiyyəsinin mülkiyyətində olan 0,60 ha torpaq sahəsi 59 il müddətinə İddiaçı icarəsinə verilmişdir. Həmçinin məhkəmə tərəfindən müəyyən olundu ki, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Bərdə rayon Əmirli bələdiyyəsinin sədri olduğu zaman oğlu Nizami Qəmbərov ilə 01 oktyabr 2005-ci il tarixli 01 nömrəli icarə müqaviləsi bağlayaraq Bərdə rayonu Əmirli bələdiyyəsinə məxsus olan və Bərdə rayonu Əmirli kəndində yerləşən 0,96 ha torpaq sahəsini 99 il müddətinə Rəhman Qəmbərova icarəyə vermişdir Məhkəmə tərəfində o da müəyyən olundu ki, tərəflərin vaxtilə məhkəmə mübahisəsi olmuş, Bərdə rayon Məhkəməsinin 11.03..2013-cü il tarixli 8(021)267 saylı qətnaməsi ilə Cavabdeh özbaşına zəbt etdiyi icarə hüququ ilə İddiaçı məxsus Əmirli kəndində yerləşən 0.60 ha torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsinin İddiaçı qaytarılması qət olunmuşdur. İcra haqqında qanuna əsasən icra işinə xitam verilmişdir. Məhkəmə idda tələbi ilə bağlı qeyd edir ki, iddia tələbi Cavabdeh Bərdə rayonu Əmirli kəndində yerləşən 0,60 ha torpaq sahəsində tikinti işlərinin aparılmasına yaratdığı maneələrin qadağan edilməsinə və cavabdehdən əldən çıxmış fayda şəklində 5000 manat zərərin alınıb ona verilməsindən ibarətdir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 241.2-ci maddəsinə görə, Dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Bu Məcəllənin 700.2-ci maddəsinə görə icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Həmin Məcəllənin 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh Bərdə rayonu Əmirli kəndində yerləşən 0,60 ha torpaq sahəsində tikinti işlərinin aparılmasına yaratdığı maneələrin qadağan edilməsinə dair hissədə təmin edilməlidir. İddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı əldən çıxmış fayda şəklində 5000 manat zərərin alınıb verilməsi tələbi ilə bağlı məhkəmə qeyd edir ki, İddiaçı həmin tələblə bağlı məhkəməyə mötəbər sübut təqdim etmədiyindən iddia tələbi həmin hissədə təmin oluna bilməz. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə qeyd edir ki, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX tərəfindən verilən **********51 reyestr nömrəli çıxarışın və AA 630030 saylı torpaq sahəsinin planı və ölçüsünə dair verilmiş sənədlərin etibarsız hesab edilməsini tələb etsə də, hazırki idda tələbi ilə məhkəməyə müraciət etmək üçün həm subyektiv hüquqa malik deyildir, həm də iddia müddətini ötürmüşdür. Belə ki, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Bərdə rayon Əmirli bələdiyyəsinin sədri olduğu zaman oğlu Nizami Qəmbərov ilə 01 oktyabr 2005-ci il tarixli 01 nömrəli icarə müqaviləsi bağlayaraq Bərdə rayonu Əmirli bələdiyyəsinə məxsus olan və Bərdə rayonu Əmirli kəndində yerləşən 0,96 ha torpaq sahəsini 99 il müddətinə Rəhman Qəmbərova icarəyə vermişdir. Həmin torpaq sahəsinə dair icarə müqaviləsi olsada rəsmi reystrdən qeydiyyatdan keçməyib. Göründüyü kimi cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh hazırda mübahisələndirdiyi torpaq sahəsi hazırda İddiaçı icarəsindədir. Məhkəmə qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin, bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. Məhkəmə nəzərə alır ki, Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir və həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdırlar. İşdən göründüyü kimi Bərdə rayonu Əmirli kəndində yerləşən, Bərdə rayon Əmirli Bələdiyyəsinin mülkiyyətində olan 0,60 ha torpaq sahəsi 24 oktyabr 2012-ci il tarixli icarə müqaviləsinə əsasən iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı icarəsinə verildiyindən və Cavabdeh qeyd olunan torpaq sahəsinə aidiyyatı olmadığından hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ yoxdur. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Bərdə rayon Əmirli bələdiyyəsinin sədri olduğu zaman qanunvericiliyi pozaraq açıq torpaq hərrac keçirmədən Nizami Qəmbərov ilə 01 oktyabr 2005-ci il tarixli 01 nömrəli icarə müqaviləsi bağlayaraq Bərdə rayonu Əmirli bələdiyyəsinə məxsus olan və Bərdə rayonu Əmirli kəndində yerləşən 0,96 ha torpaq sahəsini 99 il müddətinə Rəhman Qəmbərova icarəyə vermişdir. "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununun 6.1-ci maddəsinə əsasən Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Həmin Qanunun 6.3-ci maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə icarəyə verilir. Həmin Qanunun 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Həmin Qanunun 6.6-ci maddəsinə əsasən torpaq sahəsi əldə etmək istəyən hüquqi və fiziki şəxslər bələdiyyələrə ərizə ilə müraciət edirlər. Ərizədə torpağın ölçüsü, yeri və məqsədli təyinatı göstərilməlidir. Həmin Qanunun 6.7-ci maddəsinə əsasən bələdiyyələr qanunvericiliklə müəyyən edilmiş qaydada ərizəyə baxır və müvafiq qərar qəbul edir.Bələdiyyələr qərar qəbul etdiyi andan 5 iş günündən gec olmayaraq onun surətini bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər. Həmin Qanunun 6.9-ci maddəsinə əsasən bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə, icarə və digər hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır. Həmin Qanunun 11.3-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan bütün torpaqlar qanunvericiliklə müəyyən edilmiş qaydada icarəyə verilə bilər. Həmin Qanunun 11.9-ci maddəsinə əsasən bələdiyyə torpaqlarının icarəyə verilməsi şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və bələdiyyələr ilə həmin torpaqların icarəçiləri arasında qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. Həmin Qanunun 11.13-ci maddəsinə əsasən torpaq icarəsinə dair münasibətlər Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyi ilə tənzimlənir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 56-ci maddəsinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Mülki Məcəllənin 337.1-ci maddəsinin tələbinə görə həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Məcəllənin 34-cü fəslində əqdin etibarsızlığına səbəb olan halların təsnifatını vermiş və həmin hallardan birinin mövcudluğu əqdin etibarsız hesab edilməsi üçün əsasdır. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır (Mülki Məcəllənin 390.1. və 405.1. maddələri). Məhkəmə qeyd edir ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Göründüyü kimi üçüncü şəxs Bərdə rayon Əmirli Bələdiyyəsi və iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı öz iradə ifadələrini realizə edərək mövcud icarə müqaviləsini bağlamışlar. Məhkəmənin fikrincə, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanmasının zəruri şərtidir. Eyni zamanda hər hansı əqdin, o cümlədən bağışlama müqaviləsinin etibarlılığı üçün onun bağlanmasında lazımı subyektlərinin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətlərini yaratmayan, yalnız özünun etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Məhkəmə iclasında **********51 reyestr nömrəli çıxarışın və AA 630030 saylı torpaq sahəsinin planı və ölçüsünə dair verilmiş sənədlərin etibarsız hesab edilməsi ilə bağlı Azərbaycan Respublikası Mülki Məcəllənin 337-347-ci maddələrində nəzərdə tutulmuş əsaslardan heç biri müəyyən edilməmiş, çıxarışın və sənədlərin verilməsinə əsas olmuş müqavilə qanunvericiliyin tələblərinə uyğun qaydada bağlanmışdır. Bundan başqa əqdin etibarsızlığına dair müddət bir il nəzərdə tutulmuşdur. İşdən isə müəyyən olunur ki, Bərdə rayon Əmirli Bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış icarə müqaviləsi 24 oktyabr 2012-ci il tarixdə bağlanmışdır. Yəni etibarsızlığa dair müddətd keçmişdir. Beləliklə, məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçının mübahisələndirdiyi torpaq sahəsi qanunvericiliklə müəyyən olunmuş etibarsızlığa dair müddət ötürüldüyündən 24 oktyabr 2012-ci il tarixli icarə müqaviləsi etibarsız hesab edilə bilməz. Məhkəmə həmçinin qeyd edir ki, qarşılıqlı iddia tələbində torpaq sahəsinə dair plan və ölçü sənədlərinində etibarsız hesab edilməsi xahiş olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, torpaq sahəsinə dair plan və ölçü sənədləri özlüyündə hüquqimüəyyənedici sənəd olmadığından onun etibarsızlığı barədə iddia qaldırılması düzgün deyil. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh qarşılıq iddia tələbi təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən ödənilmiş 71 manat məbləğində dövlət rüsumu cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh alınaraq İddiaçı ödənilməlidir Qarşılıqlı iddia tələbi tələbi təmin edilmədiyindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Cavabdeh aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “torpaq sahəsində tikinti işlərinin aparılmasına yaratdığı maneələrin qadağan edilməsi və əldən çıxmış fayda” tələbinə dair iddia tələbi qismən təmin edilsin. Cavabdeh Bərdə rayonu Əmirli kəndində yerləşən İddiaçı icarəsində olan 0,60 ha torpaq sahəsində tikinti işlərinin aparılmasına yaratdığı maneələr qadağan edilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “çıxarışın və torpaq sahəsinin plan və ölçüsünə dair verilmiş sənədlərin etibarsız hesab edilməsi” qarşılıqlı iddia tələbi təmin edilməsin. İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən ödənilmiş 71 manat məbləğində dövlət rüsumu cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh alınaraq İddiaçı ödənilsin. Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu isə Cavabdeh aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-2467/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2467/2022
25.10.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver