Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2472/2024 14.10.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, Abbasova Afət Ağarza qızının katibliyi, Ərizəçi İddiaçı iştirakları ilə, Ərizəçi İddiaçı maraqlı şəxs X30 Xidmət Mərkəzi Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü ƏY YƏ N E TD İ: Ərizəçi İddiaçı maraqlı şəxs X30 Xidmət Mərkəzi Notariat Ofisinə qarşı ərizə ilə müraciət edərək, mərhum həyat X2nun miras əmlakı olan, Bərdə şəhəri Sənaye küçəsində yerləşən 1975-ci ildə inşa olunmuş, ümumi sahəsi 60.0 kv/m olan, Bərdə rayon kooperativ cəmiyyətinin yeməkxana binasının həyat yoldaşının ölümündən sonra, yəni xx.xx.2020-ci ildən onun sahibliyində və idarəçiliyində olmasını nəzərə alıb, mirasın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi və mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsinin üzürlü sayılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, 1957-ci il təvəllüdlüdür, ailəlidir və 4 uşaq anasıdır. Bərdə şəhər sakinidir. X2 xx.xx.2020-ci il tarixdə ölmüşdür. Həyat yoldaşının ölümündən sonra vaxtında dövlət notariat kontoruna müraciət etməmiş, vərəsəlik şəhadətnaməsi almamışdır. Bu səbəbdən problemlərlə üzləşmiş, belə ki, X7 11 nömrəli xx.xx.2015-ci il tarixli qərarına əsasən həyat yoldaşı Rövşən Məmmədov sağlığında Bərdə şəhər Sənaye küçəsində yerləşən, 1975-ci ildə inşa olunmuş, ümumi sahəsi 60 kv/m olan, Bərdə Rayon Kooperativ cəmiyyətinin yeməkxana binasını almışdır. Həmin bina yəni miras əmlak həyat yoldaşının ölümündən sonra onun sahibliyində, idarəçiliyində və istifadəsində olmuş, hal-hazırda da idarəçiliyindədir. Vərəsəlik şəhadətnaməsi vaxtında müraciət edib almadığından, həyat yoldaşına məxsus həmin miras əmlakı adına qeydiyyata aldıra bilməmiş, yəni həmin əmlak üzərində sərəncam hüququ həyata keçirə bilməmişdir. Bu səbəbdən Bərdə Asan Xidmət Mərkəzinin Dövlət Notariat Kontoruna müraciət etmiş, ancaq vərəsəlik şəhadətnaməsi verilməsindən imtina edilmişdir, ona məhkəməyə müraciət etmək məsləhət görülmüşdür. Ona görə də məhkəmədən mərhum həyat X2nun miras əmlakı olan, Bərdə şəhəri Sənaye küçəsində yerləşən 1975-ci ildə inşa olunmuş, ümumi sahəsi 60.0 kv/m olan, Bərdə Rayon Kooperativ Cəmiyyətinin yeməkxana binasının həyat yoldaşının ölümündən sonra, yəni xx.xx.2020-ci ildən onun sahibliyində və idarəçiliyində olmasını nəzərə alıb, mirasın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi və mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsinin üzürlü sayılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin 06 avqust 2024-cü il tarixli qərardadı ilə X12, X19, X16 və X9 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilmişlər. Ərizəçi İddiaçı məhkəmə iclasında ərizəni müdafiə edərək bildirdi ki, ərizəsində göstərilən X7 11 nömrəli xx.xx.2015-ci il tarixli qərarına əsasən həyat yoldaşı Rövşən Məmmədov sağlığında Bərdə şəhər sənaye küçəsində yerləşən, 1975-ci ildə inşa olunmuş, ümumi sahəsi 60 kv/m olan, Bərdə Rayon Kooperativ cəmiyyətinin yeməkxana binasını almışdır. Həmin bina yəni miras əmlak həyat yoldaşının ölümündən sonra onun sahibliyində, idarəçiliyində və istifadəsində olmuş, hal-hazırda da idarəçiliyindədir ona görə də məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs X30 Xidmət Mərkəzi Notariat Ofisinə və üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, X30 Xidmət Mərkəzi Notariat Ofisinin nümayəndəsi və üçüncü şəxslər heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq məhkəmə maraqlı şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. X3 məhkəmə iclasında ifadə verərək bildirdi ki, ərizəçi anasıdır. X28 sağlığında Bərdə şəhər Sənaye küçəsində yerləşən, 1975-ci ildə inşa olunmuş, ümumi sahəsi 60 kv/m olan, Bərdə Rayon Kooperativ cəmiyyətinin yeməkxana binasını almışdır. Əmlakın anası İddiaçı adına keçməsinə razıdır. X1 məhkəmə iclasında ifadə verərək bildirdi ki, X28 sağlığında Bərdə şəhər sənaye küçəsində yerləşən, 1975-ci ildə inşa olunmuş, ümumi sahəsi 60 kv/m olan, Bərdə Rayon Kooperativ Cəmiyyətinin yeməkxana binasını almışdır. Əmlakın anası İddiaçı adına keçməsinə razıdır. Məhkəmə işdə iştirak edən ərizəçini və şahidləri dinləyib, mülki işin materiallarını nəzərdən keçirib əmlakla bağlı hər hansı ixtilaf və mübahisə olmamasını nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş seriya AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1957-ci il tarixdə Bərdə rayonu Lənbəran kəndində anadan olmuşdur. Bərdə şəhəri Nüşabə küçəsi ev 11-də yaşayır. İş materiallarına əlavə olunmuş seriya AZE 14282414 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X19 xx.xx.1979-cu il tarixdə Bərdə şəhərində anadan olmuşdur. Bərdə şəhəri Nüşabə küçəsi ev 1-də yaşayır. İş materiallarına əlavə olunmuş seriya AZE 13197846 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 xx.xx.1978-ci il tarixdə Bərdə şəhərində anadan olmuşdur. Bərdə şəhəri İ.Qayıbov küçəsi ev 54-də qeydiyyatdadır və yaşayır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Bərdə rayon İHB-nın Bərdə şəhər İƏD üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 2590 nömrəli arayışından görünür ki, İddiaçı Bərdə şəhər Nüşabə küçəsi 11 nömrəli evdə yaşayır və ailə üzvləri:- X9, X19, X12 və X10r. İş materiallarına əlavə olunmuş Bərdə şəhər Sənaye küçəsində yerləşən Bərdə rayon İİMB-nə məxsus yeməkxana tikilisinin planından görünür ki, yeməkxana otağı 60 kv/m-dir İş materiallarına əlavə olunmuş İ-ЖГ 441193 nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X18 ilə X11 arasında xx.xx.1977-ci il tarixdə Bərdə rayon ZAQS şöbəsi tərəfindən 146 saylı rəsmi nikah aktı qeyd edilmişdir. Nikahdan sonra X4 Məmmədova soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş AZ-İİ 079971 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx.xx.2020-ci il tarixdə dəqiqləşdirilməmiş ürək çatışmamazlığından vəfat etmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X30 Xidmət Mərkəzində Notariat Ofisi tərəfindən Bərdə Şəhəri Nüşabə küçəsində ev 11–də qeydiyyatda olan İddiaçı ünvanlanmış məktubdan bildirilmişdir ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş ünvan 2 ünvanında qeydiyyatda olmuş əri X6 qalmış miras əmlaka dair vərəsəlik işinin açılması və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün xx.xx.2024-cü il tarixdə ərizə il X30 Xidmət Mərkəzinin Notariat Ofisinə müraciət etmişdir. Ərizənizə cavab olaraq bildirilir ki, Azərbaycan Respublikası MM-nin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbluna yol verilmir. O, mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Mirasın qəbul edilməsi, müddətin uzadılması eyni zamanda miras əmlakın bölüşdürülməsi üçün müvafiq rayon məhkəməsinə müracət edilməsi xahiş olunur. İş materiallarına əlavə olunmuş X7 xx.xx.2015-ci il tarixli 11 saylı Bərdə Rayon Kooperativ Cəmiyyətinin yeməkxana binasının payçıya satılmasına razlıq verilməsi haqqında qərarından görünür ki, Bərdə Rayon Kooperativ Cəmiyyəti Müvəkkillər Yığınacağının xx.xx.2014-cü il tarixli qərarı ilə razılaşılması və Bərdə Rayon Kooperativ Cəmiyyətinə Bərdə şəhər Sənaye küçəsində yerləşən ümumi sahəsi 60 kv/m olan yeməkxana binasının 800 (səkkiz yüz) manata payçıya satılmasına razılıq verilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2015-ci il tarixli aktdan görünür ki, Bərdə İİMBnın direktoru R.B.Bahadurov, baş mühasib Y.Ə.Əkbərov, Bərdə şəhər Sənaye küçəsində yerləşən yeməkxananın alıcısı X18 yoldaşların iştirakı ilə akt tərtib edilir ondan ötrü ki, X15 xx.xx.2015-ci il 11 saylı və Bərdə RKC-nin xx.xx.2015-ci il 01 saylı qərarlarına əsasən Bərdə Şəhər İctimai X14 balansında Bərdə şəhər Sənaye küçəsində yerləşən yeməkxana binasını kooperasiyanın üzvü, payçı X13 800 (səkkiz yüz) manata razılaşdırılmış qiymətə satılmışdır. Həmin məbləğ X18 tərəfindən xx.xx.2015-ci il tarixdə 226814 saylı qəbzlə Bərdə Şəhər İctimai İaşə Müəssisələri birliyinin kassasına ödənilmişdir. Odur ki, iştirakları ilə Bərdə şəhər Sənaye küçəsində yerləşən yeməkxana binası və digər aidiyyatı sənədlər X13 təhvil verilmiş və akt imzaları ilə təsdiq edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2015-ci il tarixli satış müqaviləsindən görünür ki, birinci tərəf Bərdə şəhər Sənaye küçəsində yerləşən yeməkxana binasını X15 xx.xx.2015ci il 11 saylı və bərdə RKC-nin xx.xx.2015-ci il 01 saylı qərarlarına müvafiq olaraq mövcud vergi məcəlləsinə uyğun vergi ilə birlikdə razılaşdırılmış qiymət 800 (səkkiz yüz) manat Bərdə şəhər Sənaye küçəsində yerləşən yeməkxana binasını, satılması barədə qərarı, təhvil-təslim aktını və digər aidiyyatı sənədləri X13 təhvil verilməsini öhdəsinə götürmüş, ikinci tərəf Bərdə şəhər İİMB-nın balansında Bərdə şəhər Sənaye küçəsində yerləşən yeməkxana binasını, razılaşdırılmış 800 (səkkiz yüz) manata almağa razılaşmış və satış dəyərini Bərdə şəhər İİMB-nın kassasına ödədikdən sonra təhvil–təslimi və digər aidiyyatı sənədləri tələb etmişdir. Müqavilə hər iki tərəfin razılığı ilə tərtib edilmiş və imzalanmışdır. İş materiallarına əlavə olunmuş Bərdə rayon Kooperativ Cəmiyyəti İlə Həmkarlar Təşkilatının birgə keçirdiyi xx.xx.2015-ci il tarixli (prot.№01) heyət iclas protokolunun çıxarışından görünür ki, X7 xx.xx.2015-ci il tarixli 11 saylı qərarı nəzərə alınması, Bərdə şəhər İİMB-nin balansında olan Bərdə şəhər Sənaye küçəsində yerləşən yeməkxana binası X13 800 (səkkiz yüz) manata razılaşdırılmış qiymətə alınması, əmlak üzərində mülkiyyət hüquqlarının tanınması üçün daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması müvafiq qaydada təmin edilməsi, obyektin satılmasına müvafiq müqavilə bağlanmaqla satış qiyməti alıcı tərəfindən tam ödənildikdən sonra təhvil-təslim aparılması, mövcud vergi məcəlləsinə müvafiq müəyyən edilmiş vergi öz təyinatı üzrə yerli büdcəyə yerdə qalan hissəsinin 50 % isə X5 hesabına ödənilməsi, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı ilə bağlı xərclərin alıcı tərəfindən ödənilməsi təmin edilməsi, qərarın icrasının nəzarət sədr müavini N.Məmmədovaya və baş mühasib M.Misirovaya həvalə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Mülki Prosessual Məcəllənin 307.2.9-cu maddəsinə əsasən mirasın qəbul edilməsi faktının məhkəmə müəyyən edir. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin Vİİ bəndinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu bir sıra qərarlarında vərəsəlik hüququnun hüquqi tənzimlənməsi ilə əlaqədar göstərmişdir ki, vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 20 oktyabr 2011-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” 13 dekabr 2011-ci il tarixli Qərarları). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM): 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən, ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə vərəsələr sayılırlar. 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1261-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Ləyaqətsiz vərəsə sayılmış və ya vəsiyyətnamənin birbaşa göstərişi ilə vərəsəlik hüququndan məhrum edilmiş şəxsin xeyrinə mirasdan imtina yolverilməzdir. Bu cür imtina barəsində digər vərəsələr məhkəməyə şikayət verə bilərlər. 1262-ci maddəsinə əsasən əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. 1263-cü maddəsinə əsasən əgər mirasdan imtina etmiş vərəsə həmin növbənin vərəsələri arasında yeganə vərəsədirsə, miras sonrakı növbənin vərəsələrinə keçir. 1273-1-ci maddəsinə əsasən vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. 1275-ci maddəsinə əsasən miras qoyan vəsiyyətnamədə mirasın bölüşdürülməsi qaydasını müəyyənləşdirə bilər, o cümlədən mirası bölüşdürməyi üçüncü şəxsə etibar edə bilər. Üçüncü şəxsin qərarı aşkar ədalətsizdirsə, vərəsələr üçün məcburi deyildir. Bu halda bölgü məhkəmənin qərarı ilə aparılır. 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Yuxаrıdа göstərilən qаnunvericiliyin tələbinə görə şəxslər öldükdən sonra onun əmlakı bir mənаlı оlаrаq vərəsənin əmlakına daxil olmur. Vərəsə əmlakı əldə etmək və ona mülkiyyətçi kimi sahib olmaq üçün müəyyən aktı həyata keçirməlidir. Buna isə mülki hüquqda mirasın “qəbul etmə sistemi” deyilir. Vərəsəlik hüququ mirasın qəbul edilməsinin iki üsulunu müəyyənləşdirmişdir. Birinci üsul vərəsənin notariat kontoruna mirası qəbul etdiyi barədə ərizənin verməsi yolu ilə mirasın qəbul edilməsi, ikinci üsul isə miras əmlaka faktiki olaraq sahiblik etməklə miras əmlakı qəbul etdiyini faktiki olaraq nümayiş etdirməsi üsuludur. Mirasın qəbul edilməsi müddətinə gəldikdə isə vərəsə istər birinci, istərsə də ikinci üsulla mirası yalnız bunun üçün müəyyənləşdirilmiş müddət daxilində qəbul edə bilər. Eyni zаmаndа qаnunvericilik qəbul edilmiş mirasın vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunmаsını şərtləndirir. Bu haqda Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 oktyabr 2020-ci il tarixli qərarında göstərilmişdir ki, mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. İş materiallarından görünür ki, X15 xx.xx.2015-ci il 11 saylı və Bərdə RKC-nin xx.xx.2015-ci il 01 saylı qərarlarına əsasən Bərdə Şəhər İctimai X14 balansında Bərdə şəhər Sənaye küçəsində yerləşən yeməkxana binasını kooperasiyanın üzvü, payçı X13 800 (səkkiz yüz) manata razılaşdırılmış qiymətə satılmışdır. X18 xx.xx.2020-ci il tarixdə ürək çatmamazlığından vəfat etmiş və əmlakın idarəçiliyi arvadı (ərizəçi) İddiaçı tərəfindən faktiki idarə edilməklə qəbul edilməsi faktı mübahisəsizdir. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuyuna qiymət verərək belə hesab edir ki, ərizəçi İddiaçı mərhum əri X6 miras qalmış Bərdə şəhəri Sənaye küçəsində yerləşən 1975-ci ildə inşa olunmuş ümumi sahəsi 60 kv/m olan Bərdə rayon kooperativ cəmiyyətinin yeməkxana binasının həyat yoldaşının ölümündən sonra yəni xx.xx.2020-ci ildən ərizəçinin sahibliyində və idarəçiliyində olmasını nəzərə alaraq miras əmlakın onun tərəfindən qəbul etməsi faktı müəyyən olunmalıdır. Məhkəmə mirasın qəbulu müddətinin gecikdirilməsinin üzürlü sayılmasına dair hissə ilə bağlı onu qeyd edir ki, miras əmlakın qəbulu üçün xüsusi müddətlər qanunvericilikdən çıxarılmış və vərəsənin miras payı müddətdən asılı olmayaraq qorunduğundan həmin hissədə ərizənin təmin edilməsinə zərurət yoxdur. Belə ki, Vərəsəliklə bağlı sonuncu qərarlardan olan Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ və Vİİ hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1194-cü maddələrinin həmin Məcəllənin 372, 373, 1166, 1202.2 və 1255-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 21 iyun 2024-cü il tarixli qərarının nəticə hissəsinə əsasən vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələri Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2023-cü il 26 dekabr tarixli Qərarı əsasında qüvvədən düşmüş hesab edildiyindən və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məcburi payın qəbulu hər hansı xüsusi qəbul müddətindən asılı deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məcburi payı tələb etmək hüququna iddia müddəti şamil edilmir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, MPM-nin 119-cu maddəsinə əsasən ödənilmiş 100 manat dövlət rüsumu maraqlı şəxsdən tələb edilmədiyindən ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi İddiaçı mərhum əri X6 miras qalmış Bərdə şəhəri Sənaye küçəsində yerləşən 1975-ci ildə inşa olunmuş ümumi sahəsi 60 kv/m olan Bərdə rayon kooperativ cəmiyyətinin yeməkxana binasının həyat yoldaşının ölümündən sonra yəni xx.xx.2020-ci ildən ərizəçi İddiaçı tərəfindən mirasın əmlak kimi qəbul edilməsi faktı müəyyən edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fuad Babaşov
Məhkəmə qərarları › İş №2(021)-2472/2024
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2472/2024
14.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver