Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2482/2022 26.10.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi (vəkili) X14 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “torpaqdan çıxarılma, təsərrüfatdan istifadə edilməsinə törədilən maneçiliklərə son qoyulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “torpaqdan çıxarılma, təsərrüfatdan istifadə edilməsinə törədilən maneçiliklərə son qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bərdə rayonu Xanərəb kəndində yerləşən, ona məxsus pay torpağından çıxarılması və onun Bərdə rayon Aqrar İslahat Komissiyasının 30 may 1998-ci il tarixli 08 saylı qərarı ilə verilmiş 4,27 hektar torpaq sahəsindən istifadə etməsinə törətdiyi maneçiliklərə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ona Bərdə rayon X15 30 may 1998-ci il tarixli 08 saylı qərarı ilə onların ailəsinə Dövlət tərifindən 4.27 hektar pay torpaq sahəsi verilmişdir. Bir müddət ona verilmiş pay torpaqdan rahat istifadə etmişdir. Lakin son illər onun pay torpağına yaxın ərazidə olan cavabdeh X12 ona verilmiş həmin ərazidə ona məxsus olan dövlət pay torpağından neçə illərdir ki, qanunsuz istifadə edir. Cavabdehə dəfələrlə müraciət etmiş, lakin bu müraciətlərin heç bir nəticəsi olmamışdır. Cavabdeh bildirmişdir ki, torpağı müvəqqəti icarəyə götürmüşdür. Lakin, onların aralarında heç bir icarə müqaviləsi olmamışdır. Hal-hazırda həyat yoldaşı vəfat etmişdir. Onlar aztəminatlı ailə sayılırlar. Hal-hazırda ailə vəziyyətləri ağır vəziyyətdə olduğu üçün onların həmin torpağa ehtiyacları vardır, çörəyi torpaqdan çıxır. Cavabdehin özbaşınalığı və qanunsuz əməlləri nəticəsində öz torpağından lazımı qaydada istifadə edə bilmir, torpağı zəbt edilmişdir. Cavabdeh zəbt etdiyi ərazini qanunsuz olaraq özününküləşdirmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verib iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi (vəkili) X21 iddianı qəbul etməyərək göstərdi ki, cavabdeh iddiaçıya məxsus torpaq sahəsini zəbt etməmişdir. Cavabdehin oğlu X8 ilə iddiaçı və ailə üzvləri arasında bağlanmış 27 may 2021-ci il tarixli alqı-satqı müqavilələrinə əsasən iddiaçı və ailə üzvləri 2,9202 ha torpaq sahələrini cavabdehin oğluna satmışlar. İddiaçının qalan torpaq sahəsi isə onun özündədir. İddiaçıya məxsus torpaq sahəsini zəbt etmədiyindən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Seriya AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1963-cü il tarixdə Bərdə rayon Lək kəndində anadan olmuşdur. Bərdə rayonu Xanərəb kəndində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Xanərəb kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 258 saylı 14 iyun 2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı hal-hazırda Bərdə rayonu Xanərəb kəndində yaşayır. İş materiallarına əlavə olunmuş Torpağa mülkiyyət hüququna dair JN-0298 saylı KOD 61019018 saylı Dövlət aktından görünür ki, Bərdə rayon Aqrar İslahat komissiyasının 30 may 1998-ci il tarixli 08 saylı qərarına əsasən Bərdə rayonu Xanərəb kənd sakinləri X9, İddiaçı, X3, X4, X5 və X10 mülkiyyətinə 4,27 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə olunmuş, Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 21 aprel 2015-ci il tarixli AZ-İ 712739 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 04 aprel 2015-ci ildə ölmüşdür. İş materiallarına əlavə olunmuş, Bərdə rayon İcra Hakimiyyəti Başçısının Xanərəb kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 01 mart 2016-cı il tarixli AZ-İ 735539 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 18 fevral 2016-cı ildə ölmüşdür. İş materiallarına əlavə olunmuş, Bərdə regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş 19 may 2020-ci il tarixli AZ-İİ 079913 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 13 fevral 2020-ci ildə ölmüşdür. İş materiallarına əlavə olunmuş, AN-İ ******* saylı 27 may 2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X17, İddiaçı, X13, X11 mülkiyyətlərində olan, Bərdə rayonu Xanərəb kəndində yerləşən 2,9202 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini X7 3500 manata satmışlar. İş materiallarına əlavə olunmuş, AN-İ ******* saylı 27 may 2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X17, İddiaçı, X13, X11 mülkiyyətlərində olan, Bərdə rayonu Xanərəb kəndində yerləşən 1,3458 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini X7 2500 manata satmışlar. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli ********* saylı mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 30 may 1998-ci il tarixli 08 saylı qərarına əsasən Bərdə rayonu Xanərəb kənd sakinləri X9, İddiaçı, X3, X4, X5 və X10 mülkiyyətinə 4,27 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İddiaçı və ailə üzvləri mülkiyyətlərində olan 4,27 ha torpaq sahələrini 27 may 2021-ci il tarixli AN-İ ******* və AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqavilələrinə əsasən X2. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. X26 Məhkəməsinin Mahmudov Rusiyaya qarşı 26 iyul 2007-ci il tarixli 35082/-04 saylı qərarında qeyd olunmuşdur ki, məhkəmə Konvensiya çərçivəsində sübutlara qiymət verərkən belə hesab edir ki, sübut təqdim etmək vəzifəsi faktı təkzib edənin üzərinə deyil, təsdiq edənin üzərinə düşür. Sübutlar kifayət qədər əsaslı, açıq və digər sübutlarla təsdiq olunan hallara əsaslanmalıdır. Məhkəmə hesab edir ki, iddiaçı və ailə üzvləri birgə mülkiyyətlərində olan 4,27 ha pay torpaq sahələrini X1 və qeyd olunan torpaq sahəsi hazırda Vüsal Behbudzadənin mülkiyyətində olduğundan iddia tələbi təmin oluna bilməz. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia tələbləri təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı “torpaqdan çıxarılma, təsərrüfatdan istifadə edilməsinə törədilən maneçiliklərə son qoyulması” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-2482/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2482/2022
26.10.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver