Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2486/2022 21.10.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikasının Qaçınların və X21 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin nümayəndəsi X18 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının Qaçınların və X21 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən çıxarılma və mənzlin boşaldılaraq təhvil verilməsi” tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Azərbaycan Respublikasının Qaçınların və X21 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bərdə rayonu, 866 ailəlik qəsəbəsində 8 saylı binada 32 nömrəli mənzildən çıxarılmasına və mənzilin boşaldılaraq Azərbaycan Respublikasının Qaçınların və X21 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikasının Qaçınların və X21 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti iddia tələbini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə "Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası" təsdiq edilmişdir. Bu Qayda məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən edir. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına Əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Həmin yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X21 üzrə Dövlət Komitəsinin (bundan sonra - Komitə) qərarı ilə həyata keçirilir. Komitə Nazirlər Kabinetinin 65 saylı Qərarı ilə təsdiq olunmuş Qaydalara əsaslanaraq buna daha çox ehtiyacı olan, ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə yaşayış sahələrinin müvəqqəti verilməsini həyata keçirir. Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə, daim nəzarətdə saxlayır. Son dövrlərdə aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, bəzi məcburi köçkünlərə verilmiş mənzillərdə müqavilədə adı keçməyən şəxslər qeyri-qanuni yolla yaşayır. Belə ki, Azərbaycan Respublikası Qaçqınların və X21 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 28 yanvar 2014-cü il tarixli "Bina 866/8" nömrəli Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, Kəlbəcər rayonundan məcburi köçkün X14 və X1 tələbinə uyğun olaraq Dövlət Proqramı çərçivəsində Bərdə rayonunda məcburi köçkünlər üçün inşa edilmiş 1 otaqlı mənzil ilə təmin edilmişdir. Sonradan yəni 03 noyabr 2015-ci ildə X9, 17 aprel 2022-ci il tarixdə X14 vəfat etmişlər. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin şərtlərinə əsasən mənzildə yaşayan şəxs (kirayəçi) vəfat etdiyi təqdirdə mənzil və məzilin açarı Mənzil istismar Departamentinin Bərdə rayonu üzrə Mənzil Komunal istismar Sahəsi təqdim edilməlidir. Lakin, Mənzil Kommunal İstismar sahəsinin rəisi ilə birlikdə aparılan araşdırma zamanı 8 nömrəli binada yerləşən 32 nömrəli 1 otaqlı mənzilin zəbt edildiyi müəyyən edilmiş və mənzildə Cavabdeh1, Cavabdeh2 qeyri-qanuni yaşadığı müəyyən olunmuş və bu barədə akt tərtib edilmişdir. Sahə rəisi tərəfindən 32 nömrəli mənzilin Cavabdeh1 Behram oğlu və Cavabdeh2 tərəfindən zəbt edilməsi və mənzildə qeyri-qanuni yaşaması müəyyən edildiyndən mənzilin boşaldılıb təhvil verilməsi barədə ona dəfələrlə xəbərdarlıqlar edilmiş, lakin cavabdeh şəxslər mənzilin təhvil verilməsindən imtina etmişdir. Cavabdeh şəxslər Cavabdeh1 Behram oğlu və Cavabdeh2 Komitə tərəfindən 21 yanvar 2014-cü il tarixili xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi əsasında Bərdə rayonunda məcburi köçkünlər üçün inşa edilmiş 866 saylı qəsəbədə 7 nömrəli binada 45 nömrəli 3 otaqlı mənzil ilə təmin edilmişdir. Qeyd olunanlara əsasən iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikasının Qaçınların və X21 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin nümayəndəsi X26 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, o, heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzürlü olmasına dair hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdeh X24 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatlarını dinləyib, mülki işin materilallarını araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X21 üzrə Dövlət Komitəsinin Mənzil istismar Departamentinin 28 yanvar 2014-ci il tarixli “866/8” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsindən görünür ki, məcburi köçkün X2 tələbinə uyğun olaraq Dövlət Proqramı çərçivəsində Bərdə rayonu rayonu ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 866 ailəlik qəsəbədə 08 saylı binada 32 nömrəli 1 otaqlı mənzil ilə təmin edilmişdir. Kirayəçinin ailə üzvləri: X9 İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X21 üzrə Dövlət Komitəsinin Mənzil istismar Departamentinin 21 yanvar 2014-ci il tarixli “866/7” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsindən görünür ki, məcburi köçkünlər Cavabdeh1, Qaydanın tələbinə uyğun olaraq Dövlət Proqramı çərçivəsində Bərdə rayonu rayonu ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 866 ailəlik qəsəbədə 7 saylı binada 45 nömrəli 3 otaqlı mənzil ilə təmin edilmişdir. Kirayəçinin ailə üzvləri: X10, X4, Cavabdeh2 və X6. İş materiallarında olan Kəlbəcər rayon Qeyydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 269588 saylı Arayışdan görünür ki, X14 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Kəlbəcər rayon Qeyydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Arayışdan görünür ki, X9 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli Aktlardan görünür ki, Bərdə rayon MKİS-nin rəisi X5, sahə nəzarətçisi X18, sahə nəzarətçisi X3 nəzarətçisi X19, fəhlə X8, Lift-bələdçisi X11 iştirakları ilə Bərdə rayon 866 yerlik qəsəbə bina-8, mənzil-32 –də qeydiyyatda olmuş X14 vəfat etdikdən sonra həmin mənzilin Bərdə rayon 866 yerlik qəsəbə bina-7, mənzil-45–də qeydiyyatda olan oğlu Cavabdeh1 və nəvəsi Cavabdeh2 tərəfindən özbaşına zəbt olunmuşdur. Dəfələrlə mənzili boşalmaları tələb edilsə də məhəl qoymamışdırlar. İddia tələbi ilə bağlı məhkəmə aşağıdakı hüquq normalarının tətbiqini zəruri bilir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 91.1-ci maddəsinə əsasən məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aiddir. Həmin Məcəllənin 91.2-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri qismində dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahələri istifadə edilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahəsi qismində istifadəsinə yalnız həmin sahə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qayda və tələblərə riayət etməklə xüsusi təyinatlı mənzil fonduna aid edildikdən sonra yol verilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət və ya bələdiyyə mənzil fondunun idarəetməsini həyata keçirən orqanın qərarı əsasında həyata keçirilir. Həmin Məcəllənin 91.3-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Həmin Məcəllənin 98.2-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir. Həmin Məcəllənin 99.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. Həmin Məcəllənin 99.2. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi həmin sahənin verilməsi haqqında qərar əsasında bağlanılır. Həmin Məcəllənin 99.3. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində müqavilənin predmeti, xüsusi təyinatlı yaşayış sahəsindən istifadə üzrə tərəflərin hüquq və vəzifələri müəyyən edilir. Həmin Məcəllənin 99.4. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi kirayəyə götürülmüş yaşayış sahəsini dəyişdirə, habelə digər şəxslərin istifadəsinə verə bilməz. Beləliklə məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin olunmalı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bərdə rayonu, 866 saylı qəsəbə 8 saylı bina 32 nömrəli mənzildən çıxarılmalı və mənzil boşaldılaraq iddiaçı Azərbaycan Respublikasının Qaçınların və X21 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220,227,233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia tələbi təmin olunsun. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bərdə rayonu, 866 saylı qəsəbə 8 saylı bina 32 nömrəli mənzildən çıxarılsın və mənzil boşaldılaraq iddiaçı Azərbaycan Respublikasının Qaçınların və X21 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-2486/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2486/2022
21.10.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver