Məhkəmə qərarları › İş №2(021)-249/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-249/2022

16.06.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-249/2022 16.06.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, İlkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, İlkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaqdan çıxarılma tələbinə dair ilk, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X3 qarşı RX-**********, ********** nömrəli çıxarışlarda olan yeri 0.52 ha hissəyə düşən yerə aid hissədə çıxarışın etibrasız hesab edilərək, 0.52 ha torpaq sahəsinin onun mülkiyyətinə verilməsinə və iddiaçı tərəfindən prosessual müddət keçirildiyinə, iddiasının əsassız olduğuna görə iddianın rədd edilməsi tələbinə dair qarşılıqlı iddia üzrə mülki işə Bərdə Rayon məhkəməsinin inizbati binasında işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı məhkəmədə iddia qaldıraraq ********** saylı Çıxarış əsasında verilmiş onun xüsusi mülkiyyətində olan zəbt olunmuş 0.52 ha torpaq sahəsindən Cavabdeh çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X3 qarşı RX-**********, ********** nömrəli çıxarışlarda olan yeri 0.52 haahissəyə düşən yerə aid hissədə çıxarışın etibrasız hesab edilərək, 0.52 ha torpaq sahəsinin onun mülkiyyətinə verilməsinə və iddiaçı tərəfindən prosessual müddət keçirildiyinə, iddiasının əsassız olduğuna görə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırılmışdır ki, onun xüsusi mülkiyyətində olan Bərdə rayonu Birinci Qaradəmirçi kəndində yerləşən 0.5161 ha və Bərdə rayon Birinci Qaradəmirçi kəndində yerləşən 0.7282 ha torpaq sahəsi var. İslahat gedən zaman həmin torpaq sahələri adam başına hesablanmaqla, ona və ailə üzvlərinə verilmişdir. 28 iyul 2021-ci il tarixdə isə ailə üzvləri torpaq sahəsini Bərdə regional ASAN xidmmət mərkəzinin xüsusi notariat ofisində daşınmaz əmlakın bağışlanma müqaviləsi əsasında ona bağışlamışdırlar. 0.5161 ha torpaq sahəsinə 18 avqust 2021 ci il tarixdə ********* saylı, 0.7282 ha torpaq sahəsinə isə 18 avqust 2021-ci il tarixdə ********** saylı Çıxarışlar verilmişdir. O həmin torpaq sahəsini islahat edən zamandan istifadə edirmiş. Çıxarış əsasında ona verilmiş olan 1.24 ha torpaq sahəsindən təxminən 0.52 ha torpaq sahəsini hazırki iş üzrə Cavabdeh qanunsuz yolla zəbt etmişdir və onların istifadə edib, əkin əkib becərməklərinə maneçilik törədir. Hal-hazırda cavabdeh həmin torpaq sahəsinə yonca əkib oradan gəlir əldə edir. İndi isə o dəfələrlə Cavabdeh ona məxsus olan 0.52 ha torpaq sahəsini tələb etdikdə isə verməkdən imtina edir və onalara bildirir ki, “həmin torpaq sahəsi ona məxsusdur.” Halbuki onlara məxsus olan 0.52 ha torpaq sahəsini onlar heç bir şəxsin istifadəsinə verməyiblər. Hal-hazırda da Cavabdeh ona məxsus olan 0.52 ha torpaq sahəsindən çıxarılmasını istəyir. Çünki hal-hazırda həmin torpaq sahəsindən istifadə edə bilmədiyi üçün gılir edə bilmir. Bunun üçündə o, məcbur qalıb məhkəməyə müraciət etməli olub. Qarşılıqlı iddia üzrə iddiaçı ilk iddia üzrə Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh onlara qarşı Bərdə Rayon Məhkəməsində iddia qaldlıraraq məhkəmədən xahiş etmişdir ki, güya mülkiyyət hüququ ilə ona məxsus olan torpaq sahəsindən çıxarılmağına dair qətnamə qəbul edilsin. Cavabdeh öz iddiasının əsaslandıra biləcək heç bir dəlil sübut irəli sürməmişdir. Belə ki, kəndlərinin bələdiyyə üzvü X1 bələdiyyə sədri Məmmədov Nəbi onlara 0,52 ha torpaq sahəsi verimişdir. 2002-ci ildən bu günə kimi onlar istifadə edirlər. Belə ki, iddiaçı tərəf həmin torpaqdan rəsmən imtina edib və o vaxt işləyən bələdiyyə sədrinə pul verərək həmin yeri alıb. Hətta akt verib, layihə verib. İclasdan çıxarış protokol verib. Hazırda 19 ildir sözügedən torpaq sahəsi onun istifadəsindədir və bunu iddiaçı da bilir çünki həmin yer ona veridliyi üçün həmin yerin əvəzinə bələdiyyə mülkiyyətindən həmin torpaqdan imtina etdiyinə görə iddiaçıya yerinin yanından torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsindən istifadə edir. Qeyd edir ki, iddiaçı sözügedən torpaqdan imtina edibdir. Həmin torpaq sahəsindən 19 ildir istifadə etdiyinə görə iddiaçının iddiası rədd edilməklə, sözügedən topraq sahəsinin onun istfadəsində saxlanılmasına dair qərar qəbul edilməlidir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabadeh İddiaçı iddia ərizəsinə uyğun izahat vermiş, iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini, qarşılıqlı iddianın isə rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddianı qəbul etməyərək, qarşılıqlı iddianı müdafiə edərək, qarşılı iddia ərizəsinə uyğun izahat verərək, ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını və şahidlərin ifadələrini dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilkin iddia tələbi təmin edilməli, qarşılıqlı iddia isə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı 10 avqust 1953-cü ildə Bərdə rayonu, Lək kəndində doğulmuş, Bərdə rayonu, Qaradəmirçi kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE 13198889 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən oluunur ki, Cavabdeh 22 iyul 1963-cü ildə Bərdə rayonu, Türkmən kəndində anadan olmaqla, Bərdə rayonu, Türkmən kəndində qeydiyyatdadır. İş materiallarında olan Bərdə rayonu, Qaraqoyunlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 919 nömrəli, 06 oktyabr 2021 nömrəli arayışdan müəyyən olunur ki, Cavabdeh, Bərdə rayonu, Türkmən kəndində yaşayır. İş materiallarında olan Bərdə rayonu, Qaradəmirçi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 11-880 nömrəli, 16 sentyabr 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı Bərdə rayonuu, Lək kəndində yaşayır. İş materiallarında olan ********** qeydiyyat nömrəli Dövlət reyestrindən çıxarışın surətindən müəyyən oluunur ki, İddiaçı mülkiyyətinə Bərdə rayonu, Birinci Qaradəmirçi kəndində 0.5161 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarında olan **********61 qeydiyyat nömrəli Dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, İddiaçı mülkiyyətinə Bərdə rayonu, Birinci Qaradəmirçi kəndində 0.7282 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi verilmişdir. Bərdə Rayon Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli, 2(021)-3241/2021 saylı qərardadı ilə iş üzrə torpaqşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquuqi şəxsi 7 saylı Bədə Ərazi İdarəsi tərəfindən verilmiş rəydə göstərilmişdir ki, Cavabdeh tərəfindən sənə üzrə iddiaçının mülkiyyətinə verilmiş 0.5161 ha torpaq sahəsini bütövlükdə istifadə edir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 7 saylı Bədə Ərazi İdarəsi tərəfindən verilmiş 16 may 2022-ci il tarixli, **********83 nömrəli məktubda mütəxəssis rəyinin verilməsi üçün 311 manat xidmət haqqı ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan mədaxil qəbzindən müəyyən olunur ki, tərəflər məhkəmədə iddia qaldırmaq üçün dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki Prosessual Məcəlləsinin 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının İ saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa Məhkəməsi mülkiyyət hüququna daha geniş təfsir imkanları olan “dəyərlilik” konsepsiyası baxımından yanaşır. Konvensiya anlamında "Mülkiyyət" üçün mühüm və həlledici olan sözügedən marağın iqtisadi dəyəridir. Mülkiyyət özündə daşınan və daşınmaz əmlakı, maddi və qeyri-maddi əmlakı birləşdirir. Yəni, “maddi nemətlər”də (pul, əmlak və s.) mülkiyyət hüquqlarının hüdudları daxilində dəyərləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” qərarında (A-52-1983) və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: - mülkiyyətçinin mülkiyyət hüququnun mövcud olması; - mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; - mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş veribverməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hazırkı iş üzrə tərəflər arasında mübahisəli hüquq münasibətlərinin yarandığı zaman, yəni 24 iyun 2005-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 335.2-ci maddəsinə əsasən, əgər tərəflərdən biri notariat qaydada təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydada təsdiqlənməsi tələb edilmir. Həmin Məcəllənin 336.2-ci maddəsinə əsasən, əgər əqd lazımi formada bağlanmışsa, lakin tərəflərdən biri əqddən əmələ gələn hüquqların qeydiyyatından boyun qaçırırsa, digər tərəfin tələbi ilə məhkəmənin həmin hüquqların qeydə alınması barədə qərar çıxarmaq ixtiyarı vardır. Bu halda əqddən əmələ gələn hüquqlar məhkəmənin qərarına uyğun qeydə alınır. Hazırda qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 144.4-cü maddəsinə əsasən əgər əldə edən qanuni qüvvəyə minmiş məhkəmə qərarına və ya ona bərabər olan sənədə, o cümlədən notariat qaydasında təsdiqləməyə istinad edirsə, notariat qaydasında təsdiqləmə tələb olunmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İ.K.Rəcəbovun şikayəti üzrə” 22 mart 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 335.2-ci maddəsinin mahiyyətinə görə, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti üzrə” 31 may 2006-cı il tarixli Qərarında əqdin notarial formasına riayət edilməməsinin nəticələri ilə əlaqədar Konstitusiya Məhkəməsi Plenumu hüquqi mövqeyini bir daha təsdiq etməklə qeyd etmişdir ki, göstərilən müddəanın mahiyyətinə görə əqdi tamamilə və ya qismən icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün bir neçə şərtə, o cümlədən onun yazılı formada tərtib edilməsinə riayət edilmiş olmalıdır. Bu məqam qanunvericiliklə yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı torpaqdan çıxarılma tələbinə dair ilk iddia tələbi təmin edilməlidir. Qarşılıqlı iddiaya münasibətdə isə məhkəmə qeyd edir ki, ilkin iddia üzrə Cavabdeh öz qarşılıqlı iddisının əsasını sübut edə bilməmiş, torpaq sahəsinin ona verilməsi və ya satılması, mülkiyyətində olması barədə hər hansısa bir dəlili məhkəməyə təqdim etmədiyindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X3 qarşı RX-**********, ********** nömrəli çıxarışlarda olan yeri 0.52 ha hissəyə düşən yerə aid hissədə çıxarışın etibrasız hesab edilərək, 0.52 ha torpaq sahəsinin onun mülkiyyətinə verilməsinə və iddiaçı tərəfindən prosessual müddət keçirildiyinə, iddiasının əsassız olduğuna görə rədd edilməsi tələbinə dair qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Bundan başqa qanunvericilikdə mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı iddia müddəti nəzərdə tutulmadığından qarşılıqlı ciddia bu hissədə də təmin edilə bilməz. Azərbaycan Rspublikasının Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə qeyd edir ki, ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh alınaraq ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ödənilməlidir. İlkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: İddiaçı Cavabdeh qarşı torpaqdan çıxarılma tələbinə dair ilk iddiası təmin edilsin. İlk iddia üzrə Cavabdeh ilk iddia üzrə İddiaçı mülkiyyətində olan Bərdə rayonu, Qaradəmirçi kəndində yerləşən 0.52 ha torpaq sahəsindən çıxarılsın. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X3 qarşı RX-**********, ********** nömrəli çıxarışlarda olan yeri 0.52 ha hissəyə düşən yerə aid hissədə çıxarışın etibrasız hesab edilərək, 0.52 ha torpaq sahəsinin onun mülkiyyətinə verilməsinə və iddiaçı tərəfindən prosessual müddət keçirildiyinə, iddiasının əsassız olduğuna görə rədd edilməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. İş üzrə 311 manat ekspertiza xərci ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Məmmədov X4 tutularaq X10 filialı, kod 200372, VÖEN **********, m/h AZ 37NABZ ********************, S.W.İ.F. BK AİİBAZ2X İqtisadiyyat Nazirliyi yanında ƏMDX, DƏDRX-nin 7 saylı Bərdə Ərazi İdarəsi, hesab nömrəli ********************, VÖEN ********** hesabbına köçürülsün. ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh alınaraq ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ödənilsin. İlkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HakimElsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar