Məhkəmə qərarları › İş №2(021)-2490/2022

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-2490/2022

01.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-2490/2022 01.07.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, İddiaçı Ərizəçi maraqlı şəxs Bərdə regional Asan xidmət mərkəzində notariat ofisinə qarşı “qanun üzrə vərəsəlik hüququnun və miras əmlaka mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsini və ona olunmuş sənədləri nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Ərizəçi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum bibisi X1 mülkiyyətində olmuş 0.31 ha torpaq sahəsinin qanuni vərəsəsi olmasının tanınması və miras əmlaka mülkiyyət hüququnun qeydə alınması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, məhkəmə qeyd edir ki, tələb xüsusi icraat qaydasında baxılan işlərə aiddirsə, ərizə tərtib olunarkən tərəf kimi ərizəçi və maraqlı şəxs, iddia icraatı qaydasında baxılan işlərə aid olduqda isə iddia ərizəsində tərəf kimi iddiaçı və cavabdeh qeyd olunmalıdır . Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Odur ki, hazırkı iddia ərizəsi MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununun tələblərinə cavab vermədiyindən həmin Məcəllənin 152.1.1-ci maddəsinin tələblərinə uyğun olaraq geri qaytarılmalıdır. Məhkəmə hesab edir ki, iddiaçı Ərizəçi maraqlı şəxs Bərdə regional Asan xidmət mərkəzində notariat ofisinə qarşı “qanun üzrə vərəsəlik hüququnun və miras əmlaka mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra iddiaçıya yenidən məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 149-152-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Ərizəçi maraqlı şəxs Bərdə regional Asan xidmət mərkəzində notariat ofisinə qarşı “qanun üzrə vərəsəlik hüququnun və miras əmlaka mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Göstərilən nöqsan aradan qaldırıldıqdan sonra iddiaçıya yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə Bərdə rayon məhkəməsinə şikayət verilə bilər. Hakim : Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar