Məhkəmə qərarları › İş №2(021)-2499/2021

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-2499/2021

12.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-2499/2021 12.07.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Ərizəçi qızının maraqlı şəxs Maraqlı şəxsnə qarşı “doğum akt qeydinin ləğv edilməsi ” barədə ərizəsini nəzərdən keçirərək, məhkəmə Müəyyən etdi : Ərizəçi X1 məhkəməyə müraciət edərək, 12 may 2008-ci il tarixli 583 saylı doğum haqqında akt qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni nəzərdən keçirən məhkəmə hesab edir ki, hazırkı ərizəyə inzibati məhkəmə icraat qaydasında baxılmalı olduğundan ərizənin Bərdə rayon məhkəməsində baxılması yolverilməzdir. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 153.2.1.-ci maddəsinə əsasən ərizə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Ərizəçi qızının maraqlı şəxs Maraqlı şəxsnə qarşı “doğum akt qeydinin ləğv edilməsi ” barədə ərizənin icraata qəbul edilməsindən imtina olunmalı və ərizəyə əlavə olunmuş sənədlər ərizə ilə birlikdə ərizəçiyə geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 153-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a ra a l d ı : Ərizəçi qızının maraqlı şəxs Maraqlı şəxsnə qarşı “doğum akt qeydinin ləğv edilməsi ” barədə ərizəsinin məhkəmə icraatına qəbul edilməsindən imtina edilsin. Ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə Bərdə rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar