Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-25/2025 05.06.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X9 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, İddiaçı və Cavabdeh2 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 (bundan sonra cavabdehlər və ya Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4) qarşı “Cavabdehlərin torpağa mülkiyyət hüququndan məhrum edilmələri və onun həmin torpağa mülkiyyət hüququnun tanınması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyənetdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Torpağa mülkiyyət hüququna dair JN 990 KOD 61009048 saylı Dövlət Aktında göstərilən Bərdə rayonu Qaradəmirçi kəndi ərazisində yerləşən 1,45 ha ümumi paylı torpaq sahəsinə mülkiyyət hüququndan məhrum edilmələrinə və onun həmin torpaq sahəsinə mülkiyyət hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlərdən Cavabdeh1 onun qaynı, Cavabdeh2 Kamrna qızı onun arvadı, Cavabdeh3 onun oğlu, Cavabdeh4 isə onun qızıdır. Cavabdeh1 bacısı-X5 ilə 2000-ci ildə nikahlarını rəsmi qeyd etdirməklə evlənib ailə qurmuşdur. 2008-ci il noyabr ayında o və Cavabdeh1 Ukrayna Respublikasının Qorlovka şəhərində olarkən Cavabdeh1 ona bildirmişdir ki, həyat yoldaşı Əsmər, oğlu Rəhim və qızı Şəfəq də Ukraynaya gəlmişlər, burda onunla yaşayıb işləyəcəklər. Odur ki, onların təminatı üçün ona xeyli pul lazımdır. Həm də borcu da var, borcverən adam pulunu tələb edir. Bütün bunlara görə Qaradəmirçi kəndində yerləşən, ona və ailə üzvülərinə məxsus olan 1.45 ha pay torpaq sahəsini satmaq istəyir. Torpaqdan istifadə etmirlər, həm də bundan sonra ailəliklə Ukraynada yaşayıb-işləyəcəklər. Ələddin ona təklif etmişdir ki, bu torpağı 2000 ABŞ dollarına alsın. Həyat yoldaşı da torpağın satılmasına razıdır. Cavabdeh1 bilmişdir ki, o, Ukraynaya müvəqqəti olaraq qardaşı Bəylərin işi ilə əlaqədar gəlmiş və yaxın vaxtlarda yenə də qayıdıb Azərbaycana gedəcək. Bundan başqa Cavabdeh1 həmin torpaq sahəsini borcu olması səbəbindən satmaq istədiyi, odur ki, bir neçə adamlara da torpağı almağı təklif etdiyini, ancaq sata bilmədiyi mənə məlum idi. Ukraynada olarkən onun yanında öz bacısı Fəridənin oğlu, Qaradəmirçi kəndində yaşayan X3 zəng vurub ondan xahiş etmişdir ki, 2000 ABŞ dolları verib həmin torpağı alsın, ona təcili pul lazım olduğu üçün torpağı satmaq istəyir. Ancaq Rəşad ona bildirmişdir ki, həmin torpağın qiyməti ən çoxu 1000 ABŞ dollarıdır, 2000 ABŞ dollarına bu torpağı heç kim almaz və imtina etmişdir. Cavabdeh1 2008-ci ilin noyabr ayından əvvəl, yəni hələ həyat yoldaşı və uşaqları Ukraynaya gəlməzdən əvvəl də ona bu torpağı 2000 ABŞ dollarına almağı təklif etmiş, ancaq həm baha olduğuna, həm də keyfiyyətsiz torpaq olduğuna görə torpağı istəmədiyini, öz torpağını əkib-becərdiyini, öz törpağının özünə kifayət etdiyini bildirmişdir. Lakin 2008-ci ilin noyabr ayında Ələddinin ailəsi də Ukraynaya gələndən sonra bu torpağı almağı yenidən ona təklif edəndə onun maddi vəziyyətinin pis olmasını, ailəsinin Ukraynada çətinlik çəkəcəyini, borclu olduğu şəxslərin pullarını ondan tələb etdiklərini və qohum olmalarını nəzərə alıb onun təklifinə razılıq vermişdir. Səhv etmirsə elə həmin gün axşam 2000 ABŞ dolları pulu götürüb Cavabdeh1 və onun ailəsinin yaşadığı evə getmişdir. Evdə Ələddindən başqa həyat yoldaşı Əsmər və həmin vaxt təxminən 11-12 yaşları olan oğlu Rəhim və qızı Şəfəq də olmuşlar.Onlar da bilmişlər ki, nə üçün gəlmişdir. Ələddinin arvadı Cavabdeh2 demişdir ki, satmaq istədikləri 1.45 ha torpaq sahəsi onların xüsusi mülkiyyət pay torpağıdır, onu onsuz da istifadə etmirlər, kol-kos basmışdır. Bundan sonra ailəliklə Ukraynada yaşayıb işləyəcəklər, həm də Ələddinin maddi imkanı çox pisdir, borcu da var, odur ki, həmin torpağın 2000 ABŞ dollarına ona satılmasına razıdır. Bundan sonra 2000 ABŞ dollarını bütün ailə üzvülərinin yanında Ələddinə vermişdir. Ələddin və həyat yoldaşı Əsmərlə belə razılaşmışlar ki, o bir neçə gündən sonra Azərbaycana qayıdacaq, odur ki, torpağın Dövlət aktını ona versinlər və onlar nə vaxtsa Azərbaycana gələndə notariusa və reyestr xidməti idarəsinə gedib torpağın alqı-satqısını rəsmiləşdirərlər və onun adına reyestr Çıxarışı verilər. Həmçinin onlarla belə razılaşmışlar ki, torpağı 2000 ABŞ dollarına, yəni baha aldığına görə alqısatqı müqaviləsinin bağlanması üçün notarius xərclərini və reyestr Çıxarışının xərclərini onlar ödəyəcəklər. Bundan başqa onlar bildirmişlər ki, torpağın X7 kəndində evdədir, Ələddinin onunla birlikdə yaşayan qardaşı Bəhruza zəng vurub tapşıracaqlar ki, Dövlət aktını evdən götürüb ona versin. 2000 ABŞ dollarını verəndən 10-15 gün sonra Azərbaycana qayıtmışdır. 2009-cu ilin əvvəllərində Ələddinə zəng vurub Dövlət aktının əslinin ona verilməsini qardaşı Bəhruza tapşırmasını bildirmişdir. Elə həmin gün Ələddinin qardaşı,Qaradəmirçi kəndində yaşayan X1 mülkiyyət hüququna dair JN990 Kod 61009018 saylı Dövlət aktını gətirib ona vermişdir. Həmin vaxtdan, yəni 2009-cu ildən indiyədək Dövlət aktının əsli ondadır və bu aktda göstərilən 1.45 ha torpaq sahəsindən istifadə edir, əkib-becərir. Dövlət Aktındakı qeydlərə əsasən sözügedən 1.45 ha torpaq sahəsi Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ümumi paylı mülkiyyətidir, kənd təsərrüfatı təyinatlı torpaqdır və Qaradəmirçi kəndində yerləşir. 2009-cu ildə onu istifadə etməyə başlayarkən kol-kosdan təmizləmiş, külli miqdarda peyin və kübrə vermiş, relyefini xüsusi texnika ilə düzəltmiş, arx çəkmiş, nov salmış, beləliklə də bu torpağa 3500 manat pul xərcləməklə münbit və əkinə yararlı hala salmışdır. Ötən ilk 10 il ərzində Ələddinə və onun həyat yoldaşı Əsmərə özü və onun bacısı, yəni həyat yoldaşı dəfələrlə demişlər ki, torpağın onun adına sənədləşdirilməsini təşkil etsinlər. Lakin Ələddin hər dəfə müxtəlif bəhanələr edib, gah pulu olmadığını, gah növbəti dəfə Ukraynaya və ya Rusiyaya gedib gələndən sonra bunu edəcəyini bildirib, həyat yoldaşı Əsmər isə "mən bunu təkbaşına edə bilmərəm, Ələddin də mənimlə notariusa və reyestr xidməti idarəsinə getməlidir ki, alqısatqı müqaviləsi bağlana bilsin" deməklə kifayətlənmişlər. Gah da bildirmişlər ki, torpağı onlardan almırlar ki, Dövlət aktı da onlardadır, istifadə etsinlər, bir vaxt onların adlarına sənədləşməni edərlər, qohumdurlar, torpağı onlara satdıqlarını danmırlar. 2019-cu ildən isə Cavabdeh1 ondan tələb etməyə başlamışdır ki, torpağı onun özünə qaytarsın və torpaqdan daha istifadə etməsin. Səbəbini isə belə izah etmişdir ki, "mən 2008-ci ildə Ukraynada torpağı sənə satmamışam, qardaşın Bəylərə borclu olduğum 1700 ABŞ dollarının əvəzində onun tapşırığı ilə torpağı sənə 10 illiyə pulsuz icarəyə vermişdim". Həm də Cavabdeh1 bu sözləri ona məhz qardaşı Bəylər 2019-cu ildə vəfat etdikdən sonra ilk dəfə demişdir. Cavabdeh1 qardaşı Bəylər vəfat etdiyinə görə düşünülmüş şəkildə onun adından istifadə etmiş, güman etmişdir ki, bu cür bəhanə gətirərsə, torpağın ona satılmasını sübut etmək mümkün olmayacaq. Sözügedən torpaq sahəsini 2008-ci ildə cavabdehlər Cavabdeh1 və qeyrilərindən şifahi razılaşma yolu ilə 2000 ABŞ dollarına satın alarkən qohum olduqlarını nəzərə alaraq gələcəkdə cavabdehlər tərəfindən ona qarşı aldatma, dələduzluq və s. kimi hərəkətlər ediləcəyini güman etməmiş, odur ki, torpağın ona satılmasının pulu verdiyi anda alqı-satqı müqaviləsi ilə və ya digər formada rəsmiləşdirilməsini tələb etməmişdir. Lakin onun vicdanlı alıcı olması, həmin torpaqdan 2009-cu ildən indiyədək 12 ildir ki, istifadə etməsini, onu 3500 manat xərc çəkərək münbit hala gətirməsi, torpağın Dövlət aktının əslinin indiyədək də onda olması, cavabdehlərin 2019-cu ilədək heç vaxt onun həmin torpaqdan istifadəsinə son qoyulmasını tələb etməmələri və s. kimi faktlar təsdiq edir ki, cavabdehlər həmin torpağa mülkiyyət hüququnu itirmişlər. Buna baxmayaraq onun də bu torpağın mülkiyyətçisi olmasını arzu etmirlər. Onların torpağa mülkiyyət hüququna dair JN990 KOD 61009018 saylı Dövlət aktında qeyd edilən 1.45 ha torpaq sahəsinə mülkiyyət hüququnu itirmələri, onun isə həmin torpağa mülkiyyət hüququnu əldə etməsi ancaq məhkəmə qaydasında mümkündür. Çünki cavabdehlər formal olaraq yalnız Dövlət aktına əsasən onların mülkiyyəti kimi qalmış bu torpaq sahəsindən onun hüquqlarını pozmaq və dələduzluq məqsədi ilə istifadə edirlər. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 53-cü maddəsinə əsasən, məhkəməyə iddia tələbinin dəyişdirilməsinə dair ərizə verərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Bərdə rayonu Qaradəmirçi kəndində yerləşən ümumi birgə mülkiyyətlərində olan 1,45 hektar torpaq sahəsini almaq üçün verdiyi 2000 ABŞ dolları pullarının ödəniş gününə olan məzənnə ilə Azərbaycan manatı ekvivalentində, eyni zamanda torpaq sahəsinin münbitləşdirilməsi üçün xərclədiyi 3500 manatın alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. MPM-nin 53-cü maddəsinə görə, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşin hallarından görünür ki, hazırkı mülki iş xx.xx.2021-ci ildə məhkəməyə daxil olmuş, kifayət qədər araşdırma aparılmış, iddiaçının iddia tələbini dəyişməyə kifayət qədər vaxtı olmuşdur. Lakin sonuncu hazırlıq iclasında iddianın əsasını və predmetini dəyişməli olduğu halda bunu etməmiş, qanunvericiliyin tələblərini pozaraq məhkəmə baxışının yekununda məhkəməyə iddia tələbinin dəyişdirilməsinə dair ərizə vermiş, bunun üçün əsasların məhkəmə baxışı gedişində əmələ gəlməsi barədə məhkəməyə sübut təqdim etməmişdir. Ona görə də məhkəmə iddiaçının idda tələbinin dəyişdirilməsinə dair ərizəsinin qəbul edilməsini məqəsədəuyğun və qanunamüvafiq hesab etməmişdir. Məhkəmə iclasında dindirilmiş İddiaçı ərizəsini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək göstərdi ki, əri Cavabdeh1 vəfat etmişdir. Onrar torpaq sahələrini iddiaçıya satmamışlar. 1,45 ha torpaq sahəsi onların mülkiyyətindədir. Əri Cavabdeh1 aldı borc pula görə torpağı pulsuz istifadə etmək üçün iddiaçıya vermişdir. Hazırda torpaq sahəsi onların mülkiyyətində olmaqla özləri istifadə edirər. İddianın rədd edilməsini məhkəmədən xahiş edir. Cavabdehlər Cavabdeh3 və Şəfər Quliyevaya məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin cavabdehlər heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. MPM-nin 185.5-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Cavabdeh1 öldüyündən Bərdə Rayon Məhkəməsinin 05 iyun 2025-ci il tarixli qərardadına əsasən mülki iş üzrə icraata ona aid hissədə xitam verilmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, şahidləri dindirib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsi surətindən görünür ki, İddiaçı 07 avqust 1974-cü ildə Bərdə rayonu Qaradəmirçi kəndində anadan olmuşdur, Bərdə rayonu Qaradəmirçi kəndində qeydiyyatdadır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Qaradəmirçi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 03 avqust 2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı Bərdə rayonu Qaradəmirçi kəndində yaşayır. Torpağa mülkiyyət hüququna dair JN 990 KOD 61009018 olan Dövlət Aktından görünür ki, Bərdə Rayon Aqrar İslahat Komissiyasının 18 noyabr 2000-ci il tarixli, 11 saylı qərarı ilə Bərdə rayonu İ Qaradəmirçi kəndində yerləşən 1,45 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 mülkiyyətindədir. Bərdə rayon Qaradəmirçi kənd icra nümayəndəliyi tərəfindən verilmiş 20 may 2000ci il tarixli Vİİ-ЖГ 413214 saylı Nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə X5 arasında nikah 10 may 2000-ci ildə Bərdə rayonu Qaradəmirçi kənd İcra Nümayəndəliyində 13 nömrə ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra qadına Qasımova soyadı verilmişdir. Bərdə Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli 2(021)-545/2021 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “Torpaqdan çıxarılma” tələbinə dair iddiası təmin edilmiş, cavabdeh İddiaçı JN-990, KOD 61009018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 verilmiş 1,45 ha torpaq sahəsindən çıxarılması, JN-990, KOD 61009018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının əsli cavabdeh İddiaçı alınaraq iddiaçı Cavabdeh1 verilməsi, iş üzrə ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun cavabdeh İddiaçı alınaraq iddiaçı Cavabdeh1 verilməsi, İddiaçı Cavabdeh1 qarşı “pul” tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumunun İddiaçı özünə aid edilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 iyun 2021-ci il tarixli 2(104)- 2317/2021 saylı qətnaməsindən görünür ki, apellyasiya şikayəti təmin edilməmiş, Bərdə Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(021)-545/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-518/2022 saylı qərarından görünür ki, İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-2317/2021 nömrəli iş üzrə 17 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 04 avqust 2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəmədə idda qaldırılması üçün 10 (on) manat məbləğində dövlət rüsumu ödəmişdir. Mülki mübahisənin gerçək hallarından görünür ki, Torpağa mülkiyyət hüququna dair JN 990 KOD 61009018 olan Dövlət Aktına əsasən, Bərdə Rayon Aqrar İslahat Komissiyasının 18 noyabr 2000-ci il tarixli, 11 saylı qərarı ilə Bərdə rayonu İ Qaradəmirçi kəndində yerləşən 1,45 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 mülkiyyətinə verilmişdir. İddiaçı iddia ərizəsində cavabdehlərə 2000 ABŞ dolları verərək torpağı aldığını bildirsə də, bu hal məhkəmə iclasında araşdırılmış sübutlarla öz təsdiqini tapmamışdır. Belə ki, Bərdə Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “Torpaqdan çıxarılma” tələbinə dair iddiası təmin edilmiş, cavabdeh İddiaçı JN-990, KOD 61009018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 verilmiş 1,45 ha torpaq sahəsindən çıxarılması, JN-990, KOD 61009018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının əsli cavabdeh İddiaçı alınaraq iddiaçı Cavabdeh1 verilməsi, İddiaçı Cavabdeh1 qarşı “pul” tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. Məhkəmənin qeyd olunan qətnaməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 iyun 2021-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, tərəflər arasında mübahisəli torpaqla bağlı məhkəmə araşdırılması olmuş və iddiaçının cavabdehlərə məxsus 1,45 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini alması öz təsdiqini tapmamış, əksinə, iddiaçının mübahisəli torpaqdan çıxarılması qət edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının MM-nin: 152.1.-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İnsan Hüquqlarının və X2 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsinin “Akimova Azərbaycana qarşı” məhkəmə işi üzrə 27 sentyabr 2007-ci il tarixli qərarının 42-ci bəndində göstərilmişdir ki, mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncü qayda təsdiq edir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir. Qeyd olunan qərarın 44-cü bəndində göstərilmişdir ki, məhkəmə xatırladır ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyət hüququndan maneəsiz istifadəyə dövlət orqanının hər hansı müdaxiləsi qanuni olmalıdır. Bundan başqa, demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinə xasdır. Belə nəticəyə gəlinir ki, cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli balansa riayət edilib-edilməməsi məsələsi yalnız o halda əhəmiyyətli ola bilər ki, müdaxilə qanunilik tələbinə cavab versin və özbaşına olmasın (bax, İatridis Yunanıstana qarşı, № 31107/96, § 58, İHAM 1999-İİ). Konvensiyada «qanun» və «qanuni» anlayışları mahiyyətcə geri daxili qanunvericiliyə istinad edir və həm də qanunun keyfiyyətinə aiddir ki, onun qanunun aliliyi prinsipinə uyğun olmasını tələb edir. Məhkəmə hesab edir ki, Bərdə rayonu Qaradəmirçi kəndində yerləşən 1,45 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsi Torpağa mülkiyyət hüququna dair JN 990 KOD 61009018 olan Dövlət Aktına əsasən, Bərdə Rayon Aqrar İslahat Komissiyasının 18 noyabr 2000-ci il tarixli, 11 saylı qərarı ilə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 mülkiyyətində olduğundan, iddiaçı isə mübahisəli torpaq sahəsini cavabdehlərdən satın alması barədə məhkəməyə mötəbər sübut təqdim edə bilmədiyindən iddia tələbi təmin edilməməlidir. MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı və i.) vurğulamışdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, habelə təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, iddiaçı öz iddia tələbinin haqlı olmasını mötəbər sübutlarla sübut edə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 10 manat məbləğində dövlət rüsumu ödəmişdir. MPM-nin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “Cavabdehlərin torpağa mülkiyyət hüququndan məhrum edilmələri və onun həmin torpağa mülkiyyət hüququnun tanınması” tələbinə dair iddiası təmin edilməsin. İddia tələbi təmin edilmədiyindən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №2(021)-25/2025
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-25/2025
05.06.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver