Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-250/2021 14.04.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X5 katibliyi İddiaçı İddiaçı nümayəndəsi X2 Cavabdehlər Cavabdeh1 Cavabdeh2 Cavabdeh3 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı torpaqdan çıxarılma və zəbt olunmuş torpaq sahəsinin istifadəsinə qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü ƏY YƏ N E TD İ: İddiaçı məhkəmədə iddia qaldıraraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 onların mülkiyyətlərində olan Bərdə rayonu Uğurbəyli kəndində yerləşən 0,47 ha torpaq sahəsindən çıxarılmalarına və zəbt olunmuş torpaq sahəsinin onların istifadələrinə qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər onun mülkiyyətində olan 4,47 ha torpaq sahəsini zəbt edərək istifadə etmişlər. Dəfələrlə cavabdehlərdən onun mülkiyyətində olan torpaq sahəsindən çıxarılmalarını tələb etməsinə baxmayaraq cavabdehlər torpaqdan çıxmamışlar. Torpağa mülkiyyət haqqında ona və oğlu Ceyhuna 06.01.2017-ci il tarixdə çıxarış verilmişdir. Bundan başqa cavabdehlər həmin torpağın onlara aid olması və onların torpaqlarını əllərindən almaq üçün məhkəmədə iddia qaldırmışlar. Bərdə Rayon Məhkəməsinin 02 iyun 2020-ci il tarixli qətnaməsi ilə cavabdehlərin onlara qarşı qaldırdıqları iddia əsassız olduğundan rədd edilmişdir. Bunlara baxmayaraq cavabdehlər onların mülkiyyətlərində olan torpaq sahəsinə hazırda keşniş toxumu səpmişlər. Onlar isə məhkəmə qaydasında mülkiyyətlərinin əldə olunmasına qərar vermişlər. Məhkəmə iclasında İddiaçı oğlunun nümayəndəsi X4 iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçıya məxsus torpaq sahəsini zəbt etməmiş, istifadə etdiyi torpaq sahəsi özlərinə məxsusdur. İddianın təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Cavabdeh1 göstərdiklərini bir daha təsdiq edərək iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, idda tələbi qismən təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* saylı çıxarışın surətindən müəyyən olunur ki, Bərdə rayonu Uğurbəyli kəndində yerləşən 0,47 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında İddiaçı və X1 adına qeydə alınmışdır. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 2(021)-3532/2020 saylı 02 iyun 2020-ci il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, iddiaçılar Cavabdeh1 və X6 cavabdehlər X3 və İddiaçı qarşı cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulması və torpaqdan çıxarılma tələbinə dair iddia tələbi təmin edilməmişdir. Bərdə Rayon Məhkəməsinin 2(021)-2834/2020 saylı 28 oktyabr 2020-ci il tarixli qərardadına əsasən İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı torpaqdan çıxarılma və zəbt olunmuş torpaq sahəsinin istifadəsinə qaytarılması tələbinə dair mülki iş üzrə torpaqşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 069 saylı 05 mart 2021-ci il tarixli mütəxəssis rəyindən müəyyən olunur ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində **********43 reyestr nömrəsi ilə İddiaçı və ailə üzvlərinin xüsusi mülkiyyət hüququ ilə hüquqları qeydiyyata alınmış 0,47 ha torpaq sahəsinin RX seriyalı ******* nömrəli çıxarış və AA 548748 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindəki koordinatlarla tutuşdurulmuş, məlum olmuşdur ki, iddiaçıya sənıd üzrə verilmiş 0,47 ha torpaq sahəsinin 0,07 hektarı cavabdehlər tərəfindən istifadə edilir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə mövcud sübutları müqayisəli qaydada təhlil edərək müəyyən etdi ki, İddiaçı və ailə üzvünün mülkiyyətində olan 0.47 ha torpaq sahəsinin 0,07 ha hissəsinin cavabdehlər tərəfindən zəbt olunması məhkəmə iclasında araşdırılmış sübutlarla öz təsdiqini tapmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 069 saylı 05 mart 2021-ci il tarixli müətəxəssis rəyindən də müəyyən olunur ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində **********43 reyestr nömrəsi ilə İddiaçı və ailə üzvlərinin xüsusi mülkiyyət hüququ ilə hüquqları qeydiyyata alınmış 0,47 ha torpaq sahəsinin RX seriyalı ******* nömrəli çıxarış və AA 548748 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindəki koordinatlarla tutuşdurulmuş, məlum olmuşdur ki, iddiaçıya sənıd üzrə verilmiş 0,47 ha torpaq sahəsinin 0,07 hektarı cavabdehlər tərəfindən istifadə edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan Hüquqlarının və X8 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Beləliklə, qeyd olunan maddi hüquq normalarının müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarının tələblərinə uyğun olaraq hesab edir ki, İddiaçı və ailə üzvünün mülkiyyətində olan torpaq sahəsi üzərindəki pozulmuş hüquqları bərpa edilməli, onun iddia tələbi qismən təmin edilməklə cavabdehlər tərəfindən zəbt edilmiş 0,07 ha torpaq sahəsi mülkiyyətçiyə qaytarılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən müəyyən edilir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 95 manat təşkil edir. Həmin məbləğdə pul cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq Kapitalbankın 1 saylı Xətai Filialı, Kod:200071 VÖEN (bank) **********, Müxbir hesab: AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC VOEN:**********,Hesab: AZ23AİİB******************** keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı torpaqdan çıxarılma və zəbt olunmuş torpaq sahəsinin istifadəsinə qaytarılması tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı və ailə üzvünə məxsus olan Bərdə rayonu Uğurbəyli kəndində yerləşən 0,47 ha torpaq sahəsinin zəbt etdiyi 0,07 ha hissəsindən çıxarılsınlar. Mütəxəssis rəyinin dəyəri 95 manat cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq Kapitalbankın 1 saylı Xətai Filialı, Kod 200071 VÖEN (bank) **********, Müxbir hesab AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Kadastr və Yerquruluşu Lahiyə-tədqiqat Mərkəzi MMC VÖEN **********, hesab AZ23AİİB******************** keçirilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-250/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-250/2021
14.04.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver