Məhkəmə qərarları › İş №2(021)-2509/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2509/2021

17.11.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2509/2021 17.11.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh qızının iştirakları ilə, İddiaçı Cavabdeh qızına qarşı “torpaqdan çıxarılma” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh qızının onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.05 ha torpaq sahəsindən çıxarılmasını və torpaq sahəsində tikilmiş evin öz hesabına sökülməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun mülkiyyətində ünvan 1 ünvanında yerləşən 0.05 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsinə görə o, 27 mart 2021-ci il tarixdə, ********** saylı çıxarışda almışdır. Həmin torpaq sahəsini isə ev tikdirmək üçün almışdır. Hazırki iş üzrə Cavabdeh qızı onun qardaşı X1 həyat yoldaşıdır. Şəallə qardaşı Səlim Məmmədov ilə rəsmi olaraq 2011-ci il tarixdə ailə həyatı quraraq ona məxsus həmin torpaq sahəsində müəqqəti yaşamağa başlamışlar. Birgə nikah dövründə 2 övladları olmuşdur. Lakin sonradan aralarında olan narazılığa görə 2020-ci il tarixdə Bərdə rayon Məhkəməsinin qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. Nikah pozulduqdan sonra Şəlalə dəfələrlə onların evində yaşamaq istəyirmiş. Şəlalə hətta orada ev tikdiribdir. İndi siə o, cavabdehdən həmint orpaq sahəsindən çıxmasını və tikilmiş olduğu evin sökməsini bildirsə də, heç bir nəticəsi olmamışdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişlər. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verib iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh qızı bildirdi ki, iddianı qəbul etmir. İddia tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmə iş üzrə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1989-cu il tarixdə Bərdə şəhərində anadan olmuşdur. Bərdə şəhəri A.Vəzirov küçəsi ev 38-də qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 4049 saylı, 07.02.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı Bərdə şəhəhri A.Vəzirov küçəsi ev 38-də yaşayır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 27.03.2021-ci il tarixli, qeydiyyat nömrəsi ********** saylı Çıxarışdan görünür ki, ünvan 1 ünvanında İddiaçı məxsus 0.05 ha toraq sahəsində yerləşən fərdi yaşayış evi onun mülkiyyətindədir. İş materiallarına əlavə olunmuş Bərdə rayon Məhkəməsinin 14 iyun 2021-ci il tarixli 1736/21 saylı qətnaməsindən görünür ki, İddiaçı Yaşar oğlunun Cavabdeh qızına qarşı cavabdehin əmlakları ilə birlikdə mənzildən çıxarılması tələbinə dair iddiası təmin olunmamış, həmçinin qarşılıqlı iddia üzrədə evdən istifadə hüququnun verilməsi tələbi də təmin edilməmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Mingəçevir şəhəri "xxxx" MMC tərəfindən verilmiş 211 nömrəli, 07 oktyabr 2021-ci il tarixli rəyində qeyd olunmuşdur: şəxsən "xxxx" MMC-nin rəhbrəliyi Bərdə şəhərinə getmiş, fədi yaşayış evinə və torpaq sahəsinə baxış keçirmiş, torpağın uzunluğu 29 metr, eni isə 21 metrdir. Torpağın ümumi sahəsi 6.09 ha-dan ibarətdir. Beləliklə, Cavabdeh qzının hazırda yaşadığı mübahisəli fərdi-yaşayış evi ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı adına qeydiyyata alınmış, Bərdə şəhəri A.Vəzirov küçəsində yerləşən 0.05 ha torpaq sahəsi üzərində tikilməmişdir. İş materiallarına əlavə olunmuş Mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 10 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş üzrə mütəxəsis rəyini əsas götürərək hesab edir ki,iddia təmin oluna bilməz. Belə ki, mütəxəsiss rəyində qeyd olunmuşdur ki, Cavabdeh qzının hazırda yaşadığı mübahisəli fərdi-yaşayış evi ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı adına qeydiyyata alınmış, Bərdə şəhəri A.Vəzirov küçəsində yerləşən 0.05 ha torpaq sahəsi üzərində tikilməmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən ödənilmiş 10 manat məbləğində rüsum da iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qızına qarşı “torpaqdan çıxarılma” tələbinə dair iddia tələbi təmin edilməsin. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar