Məhkəmə qərarları › İş №2(021)-2512/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2512/2021

20.08.2021 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2512/2021 20.08.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Bayramov Orxan Elşən oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Cavabdeh qarşı “alqı-satqının bağlanmış hesab edilməsi” tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq, Bərdə rayon Yeni Əyricə kəndində yerləşən JN-0047 KOD:61006018 saylı Dövlət Aktı üzrə 1.00 ha pay torpaq sahəsini almağı ilə bağlı şifahi qaydada tərəflərin iradə ifadəsi olaraq təsdiq edilmiş 05 avqust 2005-ci il tarixli alqı-satqı müqaviləsinin baş tutmuş hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 05.08.2005-ci ildə həmkəndlisi cavabdeh Cavabdeh Bərdə rayon Yeni Əyricə kəndində yerləşən JN-0047 KOD:61006018 saylı Dövlət Aktı üzrə 1.00 ha pay torpaq sahəsini almışdır. Torpaq sahəsini cavabdehdən alarkən Bərdə rayon Yeni Əyricə kənd icra nümayəndəsinin müavinin və ailə üzvlərinin iştirakı ilə pul ödəyərək almışdır. Buna dair alqı-satqı müqaviləsi bağlanmış və müqavilə həmin şəxslər tərəfindən imzalanmışdır. Torpaq sahəsini alandan bu günə kimi adına rəsmiləşdirə bilməmişdir. Belə ki, cavabdeh Cavabdeh Bərdə rayon Dövlət Notariat kontoruna getməkdən imtina edir. Həmçinin qeyd etmişdir ki, sahəsinin aldığı gündən bu günə qədər torpaq həmin torpaq sahəsini o, və ailə üzvləri istifadə edir. Onun həmin torpaq sahəsinə dair alqı-satqının baş tutmuş hesab edilməsinə dair məhkəmə qətnaməsinə ehtiyacı vardır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X6 iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin heç bir üzürlü səbəb olmadan cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Seriya AZE №******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1975-ci il tarixdə Bərdə rayon Yeni Əyricə kəndində anadan olmuşdur. Bərdə rayon Yeni Əyricə kəndində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Yeni Əyricə kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 563 saylı 08.07.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı Bərdə rayon Yeni Əyricə kəndində yaşayır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası “X18” №1072 saylı saylı Vəsiqənin surətindən görünür ki, İddiaçı müharibə veteranıdır. İş materiallarına əlavə olunmuş AZ-İİ №021876 saylı Ölüm haqqında Şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X15 22.07.2019-cu ildə vəfat etmişdir. İş materiallarına əlavə olunmuş 05.08.2005-ci il tarixli Müqavilədən görünür ki, Bərdə rayon Yeni Əyricə kənd bələdiyyəsində Cavabdeh və X8 özlərinə məxsus JN 0047 KOD: 61006018 saylı Dövlət Aktına əsasən mülkiyyətlərində olan 1,0 ha torpaq sahəsini 1,700.000 (bir milyon yeddi yüz min ) manat məbləğində İddiaçı satmışdırlar. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bərdə rayon Yeni Əyricə kəndində yerləşən 1.3283 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi X5, X3, X9, X1, Vəliyev Şahin Elçin oğlunun, Cavabdeh, X4, X12 və X7 ümumi birgə mülkiyyətindədir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bərdə rayon Yeni Əyricə kəndində yerləşən 2.4083 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi X5, X3, X9, X1, Vəliyev Şahin Elçin oğlunun, Cavabdeh, X4, X12 və X7 ümumi birgə mülkiyyətindədir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən Bərdə DTXK, Torpağa mülkiyyət hüququna dair JN 47N Dövlət Aktı əsasında 02.04.2021-cü il tarixdə tərtib edilmiş № AA 599634 saylı torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Bərdə rayon Yeni Əyricə kəndində kəndində yerləşən 2.4083 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi hüquq sahibi X13 olmaqla qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən Bərdə DTXK, Torpağa mülkiyyət hüququna dair JN 47N Dövlət Aktı əsasında 02.04.2021-cü il tarixdə tərtib edilmiş № AA 599635 saylı torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Bərdə rayon Yeni Əyricə kəndində kəndində yerləşən 1.3283 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi hüquq sahibi X13 olmaqla qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə mövcud sübutları müqayisəli qaydada təhlil edərək müəyyən etdi ki, İddiaçı iddia etdiyi torpaq sahəsi X5, X3, X9, X1, Vəliyev Şahin Elçin oğlunun, Cavabdeh, X4, X12 və X7 ümumi birgə mülkiyyətindədir. Cavabdeh və X8 ümumi mülkiyyətlərində olan 1.00 ha torpaq sahəsini İddiaçı satmaları barədə müqavilə imzalasalar da həmin müqavilə qanunvericiliyin tələblərinə əməl olunmamışdır. Belə ki, Mülki Məcəllənin 144.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 49-cu maddəsinin 1-ci bəndinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququtorpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-cı maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan Hüquqlarının və X10 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə yuxarıda qeyd olunan milli və beynəlxalaq qanunvericilik normalarının tələblərinə uyğun olaraq hesab edir ki, iddiaçının tələb etdiyi torpaq sahəsi cavabdehlərin mülkiyyətində olduğundan və tərəflər arasında qanunvericiliklə müəyyən olunmuş qaydada alqı-satqı müqaviləsi bağlanmadığından iddia tələbi təmin oluna bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı alqı-satqının baş tutmuş hesab edilməsinə dair iddia tələbi təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar