Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-252/2023 03.05.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlunun sədrliyi, X6 iclas kаtibliyi ilə, iddiaçılar İddiaçı1, İddiaçı3 və Cavabdeh Sərkis oğlu, onun vəkili və etibarnamə üzrə nümayəndəsi Bərdə rayon Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh Sərkis oğluna qarşı “torpaqdan çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh Sərkis oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bərdə rayon Hüseynallar kəndində yerləşən paylı mülkiyyətlərinə verilmiş 2,46 ha. pay torpaq sahəsindən Cavabdeh Sərkis oğlunun çıxarılmasına və JN-173 saylı Dövlət aktlarının alınaraq onlara verilməsinə, onların həmin torpaq üzərində sahiblik və istifadə hüququnun bərpa edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Daha sonra ilk iddiа üzrə cаvаbdeh Orucov X9 Cəmilə Həsən qızı, İddiaçı4, İddiaçı2 və X10 qarşı qаrşılıqlı iddiа ərizəsi ilə məhkəməyə müraciət edərək ilk iddia tələbinin rədd edilməsinə, qarşılıqlı iddianın təmin edilməsinə və İddiaçı1, İddiaçı4, İddiaçı2 və X7 mülkiyyətində olan Bərdə rayonu Hüseynalılar kəndində yerləşən 2,46 ha torpaq sahəsinin ona satılmasına dair aralarında olan şifahi alqı-satqı müqaviləsinin 2012-ci il tarixdən bağlanmış hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, X13, İddiaçı1, İddiaçı4, İddiaçı2, X14, X10 Bərdə rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 25 iyul tarixli 10 saylı qərarına və JN- 173 saylı, KOD: 61004018 olan Dövlət aktına əsasən Bərdə rayon Hüseynallar kəndində 2,46 ha. torpaq sahəsi verilmişdir. Qeyd edilən torpaq sahəsi onlara tanıdılmış, bir neçə illər 2,46 ha. pay torpaq sahəsini əkib-becərmişlər, dolanışacağını təmin etmişlər. 2012-ci ildə ailələrində problemlər yaşanmış, maddi durumları ağırlaşdığından 2,46 ha. torpaq sahəsini 2000 manat müqabilində Bərdə rayon Qaradırnaq kənd sakini Cavabdeh Sərkis oğlunun istifadəsinə vermişlər. Torpağı onun istifadəsinə verən zaman Cavabdeh onlara bildirmişdir ki, onun pulunu nə vaxt qaytarsalar, həmin vaxt torpaqlarını qaytaracaqdır. Təbii ki, bu şərt onlar üçün ədalətli olduğu üçün tərəflərindən qəbul edilmişdir. Ancaq xeyli vaxtdır ki, ondan şərtə əməl etməsini, yəni onlara verdiyi pulu alıb torpaqlarının qaytarmasını tələb etsələr də, Cavabdeh torpaqlarından çıxmamış, onlardan yüksək məbləğdə pul almaq sevdasına düşmüşdür. Məhz bu səbəbdən də yaşayışlarını təmin etmək üçün torpaq sahəsini əkib becərə bilmir və torpaq sahəsindən istifadə edə bilmirlər. Yəni torpaqdan istifadə və sahiblik hüquqlarını həyata keçirə bilmirlər. Dəfələrlə ondan pay torpaq sahələrindən çıxmasını tələb etsələr də, bir nəticəsi olmamışdır. Bu da onların maddi durumunun ağırlaşmasına səbəb olmuşdur. Əlavə olaraq JN-173 saylı Dövlət aktları Cavabdeh qalmışdır. Verilmiş 2,46 ha. pay torpaq sahəsindən Cavabdeh Sərkis oğlunun çıxarılması, JN-173 saylı Dövlət aktının alınaraq ona verilməsi, onların həmin torpaq üzərində sahiblik və istifadə hüququnun bərpa edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Qarşılıqlı iddia isə belə əsaslandırmışdır ki, iddiaçıların iddiası əsassızdır. Belə ki, X13, İddiaçı1, İddiaçı4, İddiaçı2, X14, X7 istifadələrinə Bərdə rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 25 iyul tarixli, 10 saylı qərarına əsasən JN-173 saylı, KOD: 61004018 olan Dövlət aktı ilə Bərdə rayon Hüseynallar kəndində yerləşən 2,46 ha. torpaq sahəsi verilmişdir. İlkin iddiaçılar, həmçinin mərhum X13 və X14 istifadələrinə verilmiş həmin 2,46 ha. pay torpaq sahəsini 2012-ci ildə hər hektarını 2000 (iki min) manat müqabilində ona satmışlar. Onların danışıqlarında Bərdə RİH-nin Hüseynallar kənd İcra X1 da iştirak etmişdir. Bu faktı yuxarıda qeyd edilən şəxslərlə birlikdə orada iştirak etmiş X11 da təsdiq edə bilər. Sözügedən torpaq sahəsini 2012-ci ildə hər hektarına 2000 manata almağı barədə onun və cavabdehlərin, o cümlədən, şahidlər Hüseynalılar kənd icra X1nun, İddiaçı1, X5 və ilkin iddia üzrə iddiaçılardan İddiaçı4 iştirakı ilə şifahi “alqısatqı” müqaviləsi bağlanmışdır. X13 vəfat etdikdən sonra qarşılıqlı iddia üzrə cavabdehlər torpaq sahəsini onun əlindən alacaqlarını bildirmişlər. Torpaq sahəsini ona satlmalarını bütün kən camaatı və onları tanıyanlar təsdiq edə bilərlər. Həmin vaxtdan bu günə kimi sözügedən torpaq sahəsini aqrotexniki qulluq edərək münbit hala gətirmiş və torpaq sahəsi onun istifadəsində və sahibliyindədir. Onu da qeyd edir ki, iddiaçılar özlərinə məxsus torpaq sahəsinin ona satılmasını öz iddia ərizələrində qeyd etmişlər. Bundan başqa iddia ərizəsində qeyd etmişlər ki, “JN-173 saylı Dövlət aktları Cavabdeh qalmışdırburadan da aydın olur ki, o sözügedən torpaq sahəsini almış olmasa idi, həmin dövlət aktı onda olmazdı. Sadalananlara əsasən hesab edir ki, mərhum X13 və ailə üzvlərinə verilmiş Bərdə rayonu, Hüseynalılar kəndində yerləşən 2,46 ha. pay torpaq sahəsinin ona satılmasına dair aralarında olan şifahi alqı-satqı müqaviləsinin 2012-ci il tarixdə bağlanmış hesab edilməsinə dair qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı3 iddia tələbini müdafiə edərək məhkəmədən təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Sərkis oğlu və onun nümayəndəsi və vəkili Müşfiq Mehdiyev ilkin iddianı qəbul etməyərək, qarşılıqlı iddianı müdafiə edərək izahatında göstərdi ki, mərhum X13, X14 və ilkin iddiaçıların torpaq sahəsini zəbt etməmişdir. İlkin iddiaçılar özlərinə məxsus Bərdə rayonu, Hüseynalılar kəndində yerləşən 2,46 ha. pay torpaq sahəsini ona satmış və onlar arasında şifahi alqı-satqı müqaviləsi bağlanmışdır. Odur ki, ilkin iddianın rədd edilməsi və 2012-ci ildə X13, İddiaçı1, İddiaçı4, İddiaçı2, X14, X15 ilə aralarında bağlanmış şifahi alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə tərəfləri dinləyib, ilkin iddia tələbinin və qarşılıqlı iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələblərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, ilkin iddia tələbi təmin, qarşılıqlı iddia tələbi rədd edilməlidir. Belə ki, mülki işin materiallarına əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: X8 adına verilmiş JN-173 KOD: 61004018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktının surətindən görünür ki, X13, İddiaçı1, İddiaçı4, İddiaçı2, X14, X10 Bərdə rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 25 iyul tarixli 10 saylı qərarına və JN-173 saylı, KOD: 61004018 olan Dövlət aktına əsasən Bərdə rayon Hüseynalılar kəndində 2,46 ha. torpaq sahəsi verilmişdir. X8 adına verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında daşınmaz əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.20214-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışından görünür ki, Bərdə rayonu Hüseynalılar kəndində yerləşən 2,456 ha pay torpaq sahəsi X13, İddiaçı1, İddiaçı4, İddiaçı2, X14 və X7 ümumi birgə mülkiyyətində olmaqla bu barədə daşınmaz əmlakın dövlət reyestrində 36 nömrəli reyestr kitabının 31 nömrəli vərəqində qeydiyyata alınmışdır. Bərdə rayon İcra Hakimiyyəti başçısının Hacallı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 219 nömrəli arayışdan görünür ki, İddiaçı2 Bərdə rayonu Hacallı kəndində yaşayır. 949914156 nömrəli ödəniş qəbzindən görünür ki, İddiaçı3 məhkəmədə iddia qaldırılması üçün 100 AZN dövlət rüsumu və 0,40 AZN xidmət haqqı ödəmişdir. 988053106 nömrəli ödəniş qəbzindən görünür ki, Cavabdeh Sərkis oğlu 100 AZN dövlət rüsumu və 0,40 AZN xidmət haqqı ödəmişdir. Bərdə rayon İcra Hakimiyyəti başçısının Hüseynalılar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 322 nömrəli arayışdan görünür ki, İddiaçı1 və onun ailə üzvləri İddiaçı4 və İddiaçı3 Bərdə rayonu Hüseynalılar kəndində yaşayır. Bərdə rayon İcra Hakimiyyəti başçısının Hüseynalılar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 331 nömrəli arayışdan görünür ki, Orucov X16 rayonu Hüseynalılar kəndində yaşayır və qeydiyyatdadır. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli arayışdan görünür ki, X14 xx.xx.2007-ci il tarixdə ölmüşdür və ölüm səbəbi kaxeksiya olmuşdur. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli AZ-İ 866655 nömrəli arayışdan görünür ki, X8 ölümü xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır və ölüm səbəbi koma olmuşdur. AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı3 xx.xx.1993-cü il tarixdə Bərdə rayonu Hüseynalılar kəndində doğulmuşdur və həmin kənddə yaşayır. AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 xx.xx.1987-ci il tarixdə Bərdə rayonu Hüseynalılar kəndində doğulmuşdur və Bərdə rayonu Hacallı kəndində yaşayır. AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx.xx.1965-ci il tarixdə Bərdə rayonu Təzəkənd kəndində doğulmuşdur və Bərdə rayonu Hüseynalılar kəndində yaşayır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş 29 mart 2023-cü il tarixli, 3-21-3-46/2-1478/2023 nömrəli mütəxəssis rəyindən görünür ki, Tekuis məlumat bazasına əsasən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli çıxarışla iddiaçıların ümumi paylı mülkiyyətinə verilmiş torpaq sahəsi bütünlüklə Cavabdeh Sərkis oğlu tərəfindən naturada istifadə olunur. Tekuis məlumat bazasına əsasən iddiaçıların mülkiyyətinə verilmiş 2,41 ha torpaq sahəsi Cavabdeh Sərkis oğlu tərəfindən bütövlüklə istifadə olunur. Cavabdeh Sərkis oğlu tərəfindən Tekuis məlumat bazasına əsasən iddiaçıların mülkiyyətinə verilmiş 2,41 ha torpaq sahəsi istifadə olunur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh Sərkis oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bərdə rayonu Hüseynalılar kəndində yerləşən ümumi paylı mülkiyyətlərinə verilmiş 2,46 ha pay torpaq sahəsindən Cavabdeh Sərkis oğlunun çıxarılması və Dövlət aktının alınıb onlara verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Daha sonra ilk iddiа üzrə cаvаbdeh Orucov X9 Cəmilə Həsən qızı, İddiaçı4, İddiaçı2 və X10 qarşı qаrşılıqlı iddiа ərizəsi ilə məhkəməyə müraciət edərək ilk iddia tələbinin rədd edilməsinə, qarşılıqlı iddianın təmin edilməsinə və İddiaçı1, İddiaçı4, İddiaçı2 və X7 mülkiyyətində olan Bərdə rayonu Hüseynalılar kəndində yerləşən 2,46 ha torpaq sahəsinin ona satılmasına dair aralarında olan şifahi alqı-satqı müqaviləsinin 2012-ci il tarixdən bağlanmış hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Konstitusiyanın 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının İ saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa Məhkəməsi mülkiyyət hüququna daha geniş təfsir imkanları olan “dəyərlilik” konsepsiyası baxımından yanaşır. Konvensiya anlamında "Mülkiyyət" üçün mühüm və həlledici olan sözügedən marağın iqtisadi dəyəridir. Mülkiyyət özündə daşınan və daşınmaz əmlakı, maddi və qeyri-maddi əmlakı birləşdirir. Yəni, “maddi nemətlər”də (pul, əmlak və s.) mülkiyyət hüquqlarının hüdudları daxilində dəyərləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” qərarında (A-52-1983) və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: - mülkiyyətçinin mülkiyyət hüququnun mövcud olması; - mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; - mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş veribverməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır. Məhkəmə ilkin iddiaya münasibət bildirərək qeyd edir ki, ilkin iddia təmin edilməlidir. Belə ki, ilkin iddia üzrə Cavabdeh Sərkis oğlu məhkəmə iclasında etiraf etdi ki, torpaq sahəsindən istifadə edir, lakin həmin torpaq sahəsini almış və sahənin özünə məxsus olduğunu qeyd etməsinə baxmayaraq məhkəməyə təqdim edilmiş mütəxəssis rəyindən də görünür ki, Tekuis məlumat bazasına əsasən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli çıxarışla iddiaçıların ümumi paylı mülkiyyətinə verilmiş torpaq sahəsi bütünlüklə Cavabdeh Sərkis oğlu tərəfindən naturada istifadə olunur. Tekuis məlumat bazasına əsasən iddiaçıların mülkiyyətinə verilmiş 2,41 ha torpaq sahəsi Cavabdeh Sərkis oğlu tərəfindən bütövlüklə istifadə olunur. Cavabdeh Sərkis oğlu tərəfindən Tekuis məlumat bazasına əsasən iddiaçıların mülkiyyətinə verilmiş 2,41 ha torpaq sahəsi istifadə olunur. Beləliklə, cavabdehin naturada istifadə etdiyi torpaq sahəsi iddiaçıların mülkiyyətində olmaqla cavabdehin qanunsuz istifadəsində olması məhkəməyə məlum olur. Belə olan halda məhkəmə hesab edir ki, ilkin iddia qismən təmin edilməklə Cavabdeh Sərkis oğlu Azərbaycan Respublikası Əmlak Məsələri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.20214-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən iddiaçılar X13, İddiaçı1, İddiaçı4, İddiaçı2, X14, X7 ümumi birgə mülkiyyətində olan 2.456 ha torpaq sahəsindən çıxarılmalı və iddiaçıların həmin torpaq sahəsi üzərində sahiblik və istifadə hüquqları bərpa edilməlidir. Məhkəmə ilkin iddianın JN- 173 saylı dövlət aktının alınıb onlara verilməsinə dair hissəsində hesab edir ki, iddia təmin edilməməlidir. Çünki hazırda sözügedən aktın Cavabdeh Sərkis oğlunda olması sübuta yetirilmir. Həmçinin, məhkəmə qarşılıqlı iddiaya münasibət bildirərək qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Sərkis oğlu cavabdehlər İddiaçı1, İddiaçı4, İddiaçı2 və X7 mülkiyyətində olan Bərdə rayonu Hüseynalılar kəndində yerləşən 2,46 ha torpaq sahəsinin ona satılmasına dair aralarında olan şifahi alqı-satqı müqaviləsinin 2012-ci il tarixdən bağlanmış hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etsə aralarında 2012-ci ildə bağlanmış şifahi alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə əsas ola biləcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, qarşılıqlı iddia əsassızdır və təmin edilməməlidir. “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” işdə məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Məhkəmə ilkin iddiaya münasibətdə hesab edir ki, cavabdehin iddiaçılara mülkiyyət hüququ əsasında məxsus olan torpaq sahəsini tərk etməməsi və hüquqi əsaslar olmadan həmin torpaqdan istifadə etməsi iddiaçıların sözügedən əmlaka mülkiyyət hüququnun “şərti və qeyri-sabit” xarakter almasına dəlalət edir. Cavabdehin qanunsuz müdaxiləsi nəticəsində iddiaçılar mülkiyyətçi kimi öz əmlakı üzərində olan faktiki sahiblik və istifadə hüquqlarından məhrum olmuşdur. Bu kontekstdə məhkəmə hesab edir ki, iddianın təmin olunması qanuni və ədalətli olmaqla, həm də ədalət mühakiməsinin məqsədlərinə uyğundur. Məhkəmə bu qənaətə gələrkən həm də onu nəzərə alır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Qanunvericiliyin tələblərinə görə, işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktlar tədqiq edilməli, həmçinin mübahisənin düzgün həllinə təsir edən digər hallar da araşdırılmalıdır. Mülki işlər üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. MPM-in 217.4-cü maddəsinə əsаsən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). MPM-in 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Bundan başqa məhkəmə qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, ilkin iddia təmin edildiyindən həmin iddia üzrə ödənilmiş 100 AZN dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qarşılıqlı iddia təmin edilmədiyindən həmin tələb üzrə ödənilmiş 100 AZN dövlət rüsumu qarşılıqlı iddiaçı Cavabdeh Sərkis oğluna aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ: İlkin iddia qismən təmin edilsin. Cavabdeh Sərkis oğlu Azərbaycan Respublikası Əmlak Məsələri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.20214-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən iddiaçılar X13, İddiaçı1, İddiaçı4, İddiaçı2, X14, X7 ümumi birgə mülkiyyətlərində olan Bərdə rayonu, Hüseynalılar kəndində yerləşən 2,456 ha torpaq sahəsindən çıxarılsın. İlk iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Sərkis oğlunun cavabdehlər İddiaçı1, İddiaçı4, İddiaçı2 və X10 qarşı əqdin bağlanmış hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. İlkin iddia üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh Sərkis oğlundan alınaraq iddiaçı X10 verilsin. Qarşılıqlı iddia üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Cavabdeh Sərkis oğlunun özünə aid edilsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, rəsmi təqdim edildiyi gündən 1(bir) аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir. Hakim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №2(021)-252/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-252/2023
03.05.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver