Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2524/2024 25.11.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Aypara Adil qızı Məmmədovanın katibliyi, İddiaçı Binnət oğlunun və nümayəndəsi (vəkili) X5, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, üçüncü şəxs X28 xidmət mərkəzində Notariat ofisinə qarşı “miras əmlak üzərində payının müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü ƏY YƏ N E T D İ: İddiaçı Binnət oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən mərhum qızı X6 miras qalmış Bərdə rayonu Hacallı kəndində yerləşən 2.21 ha topaq sahəsinin ona düşən hissəsi üzərində payının müəyyən edilməsinə dair, torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsinə və əməli istifadəsinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Binnət oğlu iddia ərizəsini onunla əsaslandırmışdır ki, mərhum qızı X14 cavabdehlərdən Cavabdeh1 ilə nikaha daxil olmuş, nikahda olan zaman Bərdə rayon Aqrar İslahat Komissiyasının qərarı ilə ona və ailə üzvlərinə Bərdə rayonu Hacallı kəndində 2.21 ha torpaq sahəsi verilmişdir.Birgə nikahlarından uşaqları olmamış və xx.xx.2018-ci ildə nikahları pozulmuşdur xx.xx.2019-cu il tarixdə qızı Vəsilə vəfat etmişdir. Vəfat etdikdən sonra miras qalmış torpaq sahəsinə sahiblik edərək icarəyə vermişdir. Ancaq bu günlərdə cavabdehlərlə aralarında mübahisə olmuş, qızından miras qalmış torpaq sahəsini özləri istifadə edəcəklərini bildirmişdirlər. Həyat yoldaşı X7 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Qızının birinci növbəli vərəsəsi yalnız odur. Miras qalmış əmlakı qəbul etmək üçün vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəyərkən Asan xidmət mərkəzində notariat ofisi tərəfindən 1472/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubla imtina almışdır. İddiaçı Binnət oğlu məhkəmə iclasında izahat verərək iddianın təmin olunmasını xahiş etdi. İddiaçı Binnət oğlunun nümayəndəsi və vəkili X12 məhkəmə iclasında iddianı müdafiə edərək bildirdi ki, iş materiallarına lazımi sənədlər əlavə olunmuşdur. İddiaçının xx.xx.2019-cu il tarixdə vəfat etmiş qızı Vəsilənin yeganə vərəsəsi iddiaçıdır. Məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında izahat verərək məhkəmədən mülki işə ədalətli baxılmasını, əlavəsi olmadığını bildirdi. Məhkəmə iclasının vaxtı və yeri haqında lazımı qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Onların məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığından məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iş üzrə iddiaçının cavabdehin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Seriya AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1949-cu il tarixdə Bərdə rayonu Hacallı kəndində anadan olmuşdur. Bərdə rayonu Hacallı kəndində yaşayır. AZ-İ 975582 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. xx.xx.2024-cü il tarixli 1472/2024 saylı X28 Xidmət Mərkəzində Notariat ofisinin məktubundan İddiaçı məhkəməyə müraciət edilməsi bildirilmişdir. Əmlak Məslələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ çıxarışından görünür ki, Cavabdeh1 xüsusi mülkiyyətində adına Bərdə rayonu Hacallı kəndində 2.21 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumibirgə pay ilə Cavabdeh2, X17, Cavabdeh3, Cavabdeh4 mülkiyyətindədir. xx.xx.2024-cü il tarixli 7 saylı Bərdə Ərazi İdarəsinin məlumat məktubundan görünür ki, Cavabdeh1 ilə X9 adına Bərdə rayonu Hacallı kəndində yerləşən 5 nəfər ailə üzvü ilə birlikdə 2.21 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəsiylə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.20240-cü il tarixli arayışdan görünür ki, X1 qəbul edərək Cavabdeh1 ilə xx.xx.1997-ci ildə Mehdixanlı icra nümayəndəliyində akt qeydi bağlanmışdır. Bərdə rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə nikah pozulmuşdur. xx.xx.2022-ci il tarixli nikah haqqında şəhadətnamənin çıxarışından görünür ki, Cavabdeh1 ilə X17 arasında xx.xx.2018-ci il tarixdə 171 saylı nikah aktı qeyd edilmişdir. xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X14 xx.xx.1978-ci il tarixdə anadan olmuşdur. Atası İddiaçı, anası X4r. 1075 saylı arayışdan görünür ki, mərhum X7 vəfat edənə kimi Bərdə rayon Hacallı kəndində yaşamışdır. Vəfatından sonra onun təsərrüfatında onunla birgə yaşamış aşağıdakı ailə üzvləri qalmışdır. Əri- İddiaçı, qızları- X15, X10, X13 və oğlu X18r. xx.xx.2024-cü il tarixli 338 saylı arayışdan görünür ki, Bərdə rayon Hacallı kənd sakini mərhumə X17 vəfat edənə kimi həmin kənddə yaşamış və vəfatından sonra onunla bir təsərrüfatda atası İddiaçı yaşayır. AR-İİİ 474168 nömrəli etibarnamədən görünür ki, İddiaçı nümayəndə səlahiyyətlərini X8 etibar etmişdir. AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh2 xx.xx.1947-ci il tarixdə anadan olmuşdur. xx.xx.2024-cü il tarixli 518 saylı arayışdan görünür ki, Cavabdeh2 Bərdə rayonu Hacallı kəndində yaşayır. xx.xx.2019-cu il tarixli əlyazma aktdan görünür ki, Cavabdeh2 Cavabdeh4 Əziz qızının, Cavabdeh1 iştirakı ilə akt tərtib edilərək , Cavabdeh2 torpaq mülkiyyətində olan keçmiş gəlini X9 adına olan 0.46 ha torpaq sahəsi carı qiymətlə razılaşaraq 1600 AZN civarında pul Cavabdeh2 tərəfindən gəlinin atası İddiaçı təhvil verilmişdir. O şərtlə ki, gəlin tərəf heç bir vaxt torpaq iddiasında olmayacaqdır. Akt aktı yazanlar tərəfindən imzalanmışdır. xx.xx.2024-cü il tarixli mədaxil qəbzdən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 100 AZN məbləğində dövlət rüsumu ödənilmişdir. xx.xx.2024-cü il tarixli mədaxil qəbzdən görünür ki, Cavabdeh2 qarşılıqlı iddia ərizəsinin verilməsi üçün 81 AZN məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadına əsasən qarşılıqlı iddia ərizəsi müəyyən olunmuş müddətdə verilmədiyindən geri qaytarılmışdır. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının (bundan sonra Konstitusiyanın) 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Konstitusiyanın 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və X11 haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. «İnsan hüquqları və X11 haqqında» Avropa Konvensiyasının İ saylı Protokolunun 1ci maddəsinə əsasən, Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” qərarında (A-52-1983) və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: - mülkiyyətçinin mülkiyyət hüququnun mövcud olması; - mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; - mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş verib-verməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM): 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.4-cü maddəsinə əsasən, ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməklə torpaq sahəsinin tərəflərə düşən pay həcmləri müəyyən olunmalı, torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi və istifadəyə verilmə hissəsində isə təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. İnsan Hüquqlarının və X11 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 164.1-ci maddəsinə əsasən, sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Mülki Məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Beləliklə, qeyd olunan maddi hüquq normalarının müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ:
1. İddia qismən təmin edilsin.
2. Əmlak Məsələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X26 şəxsi, **********53 reyestr nömrəli çıxarışa əsasən Cavabdeh1, Cavabdeh2, İddiaçı, Cavabdeh3 və Cavabdeh4 Bərdə rayonu, Hacallı kəndində yerləşən 2.21 ha torpaq sahəsi üzərində 1/5 olmaqla payları müəyyən edilsin.
3. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin.
4. İddia tələbi qalan hissədə təmin edilməsin.
5. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə elektron qaydada) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
6. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Ziya Abdullayev