Məhkəmə qərarları › İş №2(021)-2525/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2525/2022

22.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2525/2022 22.09.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Bayramov Orxan Elşən oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bərdə rayon Qeydiyyat Şöbəsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxs Bərdə rayon Qeydiyyat Şöbəsinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, 24 iyun 2022-ci il tarixdə Bərdə rayon Uğurbəyli kəndində anadan olmuş X2 doğum faktının, atasının X4, anasının Ərizəçi olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X4 ilə 19 sentyabr 2**6-cı ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdurlar. Birgə nikahlarından 24 iyun 2022-ci il təvəllüdlü Mirhüseyn adlı uşaqları anadan olmuşdur. Lakin bu günə qədər doğum haqqında şəhadətnamə ala bilməmişlər. Bu barədə Bərdə rayon Qeydiyat Şöbəsinə müraciət etdikdə məhkəməyə müraciət etmələri məsləhət görülmüşdür. Göstərilənləri nəzərə alaraq ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxs Bərdə rayon Qeydiyyat şöbəsi məhkəmə iclasına nümayəndəsi gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq məhkəmə işə maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə ərizəçinin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Seriya AA 33912664 saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxxx 1986-cı il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Şirvanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 679 saylı xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Ərizəçi Bərdə rayon Uğurbəyli kəndində yaşayır. İş materiallarına əlavə edilmiş Seriya AZE 15986946 saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X4 08 mart 1979-cu il tarixdə Bərdə rayon Təzəkənd kəndində anadan olmuşdur. Bərdə rayon Təzəkənd kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ № 273410 saylı xx.xx.2022-ci il tarixli Çıxarışdan görünür ki, X4 ilə Ərizəçi ilə 19 sentyabr 2**6-cı il tarixdə nikah bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Həsənov, arvada Vəliyeva soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Bərdə Rayon Mərkəzi Xəstəxanası” X10 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 585 saylı Tibbi Arayışdan görünür ki, 24 iyun 2022-ci il tarixdə anadan olmuş Vəliyev ........Şəbnəm oğluna “praktiki sağlam” diaqnozu qoyulmuşdur. İş materiallarına əlavə edilmiş Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Ərizəçi doğumun qeydə alınması barədə həmin orqana müraciət etmiş, lakin ərizəsi təmin olunmamış və məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, ərizəçi tərəfindən 1** (bir yüz) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X4 məhkəməyə ərizə təqdim edərək, 24 iyun 2022-ci il təvəllüdlü Mirhüseynin atası olmasını etiraf etdi. Məhkəmə iclasında şahid qismində iştiak edən X3 bildirdi ki, Ərizəçi onun qardaşı Samir Həsənovun arvadıdır. Onların birgə nikahlarında 24 iyun 2022-ci il təvəllüdlü Mirhüseyn adlı övladları vardır. Beləliklə, məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, Ərizəçi ilə X4 rəsmi olaraq ailə qurmuşlar. Birgə nikahlarından 24 iyun 2022-ci il təvəllüdlü Mirhüseyn adlı uşaqları vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinə əsasən, brəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək belə hesab edir ki, X5 24 iyun 2022-ci il tarixdə Bərdə rayonu Uğurbəyli kəndində anadan olmuşdur. X1, anası Ərizəçidır. X2 doğum tarixinin “24 iyun 2022-ci il, doğum yerinin Bərdə rayon Uğurbəyli olması faktı müəyyən edilməli, doğum haqqında şəhadətnamədə ata adı X4, ana adı Ərizəçi kimi qeyd olunmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş 1** manat dövlət rüsumu Ərizəçi aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. X2 24 iyun 2022-ci il tarixdə Bərdə rayonu Uğurbəyli kəndində anadan olması faktı müəyyən edilsin. X2 doğum haqqında şəhadətnaməsində ata qarafasında ata adı X4, ana qrafasında ana adı Ərizəçi kimi qeyd olunsun. İş üzrə ödənilmiş 1** (bir yüz) manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar