Məhkəmə qərarları › İş №2(021)-2528/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2528/2023

31.07.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2528/2023 31.07.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X1 iclas kаtibliyi, İddiaçı Nağı oğlu və Cavabdeh iştirakı ilə, İddiaçı Nağı oğlunun Cavabdeh qarşı “əmlakın evdən çıxarılması” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı Nağı oğlu Cavabdeh qаrşı iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək, ona məxsus olan Bərdə şəhəri, C.Məmmədquluzadə küçəsində yerləşən 107 saylı fərdi yaşayış evindən Cavabdeh aid əmlakların çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə mərhum oğlu X9 rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Birgə nikahlarından 2 övladları anadan olmuşdur. X17 xx.xx.2021-ci il tarixdə avtoqəza nəticəsində vəfat etdiyindən ona ödənilən 5.000 manat dəyərində sığorta pulunu, həmin cinayət işi üzrə təqsirləndirilən tərəfindən ödənilən 10.000 manat məbləğində pulu, eləcə də dövlət tərəfindən verilən dəfn xərci Cavabdeh verilmişdir. Yas mərasiminin 3-cü günü Cavabdeh uşaqları da götürüb evdən çıxıb atasıgilə getmişdir. Bu hal ona mənəvi olaraq çox pis təsir etmişdir. Qeyd edir ki, Cavabdeh artıq uzun müddətdir ki, ona məxsus evdə yaşamasına baxmayaraq onun cehiz əşyaları evində qalmışdır. Digər oğlu tezliklə ailə qurmaq istəyir. Ancaq cavabdehin əşyaları darısqallıq yaradır. Dəfələrlə cavabdehdən Cavabdeh ona heç bir bağlılığı qalmadığından evində olan əşyalarını çıxarmasını xahiş və tələb etsə də, Cavabdeh onun haqlı tələbini yerinə yetirmir. Beləliklə də, Cavabdeh onun mülkiyyət hüquqlarını və qanunla qorunan mənafelərini kobud surətdə pozur. Mediasiya sessiyasında cavabdeh iştirak etmədiyindən orada mübahisənin həlli mümkün olmamışdır. Bu səbəbdən də məcbur qalıb məhkəmədə iddia qaldırılmalı oldu. Məhkəmə iclasında İddiaçı Nağı oğlu iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh məhkəməyə etiraz ərizəsi verərək ərinin ölümündən 3 gün sonra qaynını və qayınatasının onu döyüb evdən qovduqlarını, indi də evə getməyə imkan vermədiklərini, iki uşağının olduğunu, onların haqqını tələb etdiyini bildirmiş və məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iddiaçı və cavabdehi dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X2 məhkəmə iclasında iş üzrə tərəfləri tanıdığını, iddiaçının evində köməkçi işlədiyini və ev işlərini gördüyünü qeyd edərək iddiaçının oğlunun vəfatından sonra cavabdehin evdən getdiyini və cehiz əşyası olaraq mebelin qalmasını gördüyünü, başqa hansı əşyalarının qalmasını bilmədiyini qeyd etdi. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X7 verdiyi ifadəsində iş üzrə tərəfləri tanıdığını, qonşu olduğunu, iddiaçının oğlunun vəfatından sonra arvadı olan iş üzrə Cavabdeh uşaqları da götürüb evdən getdiyini, lakin hansı səbəbdən getdiyini bilmədiyini qeyd etdi. Mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Nağı oğlu xx.xx.1947-ci ildə Bərdə şəhərində anadan olmuşdur. Bərdə şəhəri, C.Məmmədquluzadə küçəsi, ev 107-də yaşayır. AA ******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 xx.xx.2019-cu ildə anadan olmuşdur. AA3194595 seriyalı nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.2025ci ildə doğulmuşdur. Asan-Bərdə tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, ******* nömrəli arayışdan görünür ki, İddiaçı Nağı oğlu hal-hazırda Bərdə şəhəri, C.Məmmədquluzadə küçəsi, ev 107-də yaşayır və qeydiyyatdadır. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 190875 nömrəli çıxarışdan görünür ki, X9 ilə X5 arasında xx.xx.2017-ci il tarixdə 34 nömrə ilə qeydə alınmaqla rəsmi nikah bağlanmışdır. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, AZ-İİ 229234 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2021-ci il tarixdə kəllənin bərk əzilməsi səbəbindən Bərdə şəhərində vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 710 nömrə ilə qeydə alınmışdır. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Bərdə şəhəri, C.Məmmədquluzadə küçəsi, ev 107 A-da yerləşən fərdi yaşayış evi İddiaçı Nağı oğlunun xüsusi mülkiyyətindədir. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışdan görünür ki, Bərdə şəhəri, C.Məmmədquluzadə küçəsi, ev 107 A-da yerləşən fərdi yaşayış evinin yerləşdiyi 193.7 kv.m torpaq sahəsinin 2/40 hissəsi Cavabdeh xüsusi mülkiyyətindədir. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, AZ-İİ 190875 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə X5 arasında xx.xx.2017-ci il tarixdə rəsmi nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Cəfərov, aravada isə Cəfərova soyadı verilmişdir. Bu barədə nikah haqqında akt qeydləri kitabında xx.xx.2017-ci il tarixdə 34 nömrə ilə qeydə alınmışdır. Cavabdeh məhkəməyə təqdim etdiyi etiraz ərizəsindən görünür ki, İddiaçı Nağı oğlu ona qarşı Bərdə rayon Məhkəməsində iddia qaldıraraq əmlakının onun evindən çıxarılmasını tələb etmişdir. İddiaçı verdiyi iddianı onunla əsaslandırmışdır ki, İddiaçı Nağı oğlu, onun mərhum həyat yoldaşı X9 08 iyul 2021-ci il tarixdə avtoqəza nəticəsində vəfat etdikdən sonra guya yas mərasiminin 3-cü günü o, uşaqları da götürüb evdən çıxıb atası evinə getmişdir. Bu hal güya iddiaçıya mənəvi olaraq çox pis təsir etmişdir. Və davam edərək göstərir ki, atrıq o İddiaçı Nağı oğluna məxsus evdə uzun müddət yaşamamağına baxmayaraq cehiz əşyaları onun evində qalmışdır, bu da onun evini darisqal edir. Aşağıda göstərilənlərə əsasən iddiaçının ona qarşı verdiyi iddia tamamilə əsassız və qanunsuzdur. Belə ki, iddiaçının oğlu X9 ilə xx.xx.2017-ci ildə Bərdə rayon Qeydiyyat Şöbəsində nikahlarını qeyd etdirməklə evlənmişlər. Nikahları xx.xx.2017-ci il tarixdə Bərdə rayon Qeydiyyat Şöbəsində 34 nömrə ilə qeyd edilmişdir. Mərhumla yaşadıqları birgə nikah dövründə 2 uşaqları xx.xx.2019-cu il təvəlldlü X11 xx.xx.2020-ci il təvəllüdlü X6 olmuşdur. Onun ərinin yas mərasiminin 3-cü günü uşaqları ilə birlikdə çıxıb atası evinə getməyimə dair iddiaçının gösfərdikləri tamamilə yalandır. Bu nece ola bilər, onlar mərhunla 4 il mehriban ailə həyatı yaşamışlar. Günlərin birində o, avtoqəzaya uğrayıb həyatını itirmişdir. Ondan iki oğul övladı yadigar qalmışdır. Belə olan halda kim yas mərasiminin 3-cü günü evdən çıxıb atası evinə gedər? Son vaxtlar iddiaçı dəfələrlə onu narahat etdi ki, evdən çıxıb gedin. O da düşündü ki, bir neçə günlüyə gedib- qayıdar. Çünki o həmin evə rəsmi qaydada el adəti ilə gəlin getmişdir. Həmin evdə yaşayarkən 2 uşaqları dünyaya gəlmişdir. Gəlin getdiyi gündən də hal-hazıradək son günlər istisna olmaqla uşaqlarıyla həmin evdə yaşamışdır. Cehiz eşyalarının həmin evdə olması dediklərimi bir daha təsdiq edir. Hazırda iddiaçının uşaqlarıyla çıxarmaq istədiyi ev ikimərtəbəlidir. Evin birinci mərtəbəsində sahəsi 32,7 kvm, sahəsi 21,7 kvm və sahəsi 19,8 kvm olan 3 yaşayış otağından, sahəsi 9,6 kvm olan giriş otağı, hamam, ayaqyolundan ibarət yardımçı sahələr, ikinci mərtəbədə isə qeyd olunan otaqlardan başqa daha sahəsi 19,4 kvm olan bir otaq və sanitariya qovşağı vardır. O, gəlin gəldiyi vaxtdan ikinci mərtəbədəki otaqlarda yaşamış və yardımçı sahələrdən istifadə etmiş, əşyaları da həmin otaqlardadır. Nəzərə almaq lazımdır ki, evin yerləşdiyi sahə pay torpağı olmuşdur. Həmin evə dair verilmiş xx.xx.2017-ci il tarixli çıxarışda evin torpaq sahəsinin 0,0621 ha olmaqla pay torpağı olması göstərilir və həmin torpaq sahəsinin ümumi birgə mülkiyyət hüququnda mərhum qaynanası X3, iddiaçının, mərhum həyat yoldaşım Cəfərov Azərin və iddiaçının iki oğluna məxsusdur. Həmin mülkün yerləşdiyi torpaq sahəsi və evə dair verilmiş xx.xx.2023-cü il tarixli çıxarışda fərdi yaşayış evinin tam, torpaq sahəsinin isə 40/8 hissə ilə iddiaçıya, 40/8 hissə ilə onun oğlu Cəfərov Rəhmana, 40/8 hissə ilə digər oğlu Səbuhiyə, 40/8 hissə ilə mərhum həyat yoldaşına, 40/2 hissəsi ilə ona, 40/3 hissəsi ilə oğlu Cəsarətə, 40/3 hissəsi ilə oğlu Cesura məxsus olması göstərilir. Torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələrinin torpaqları sayılır. Torpaq sahəsinin üzərindəki mülkiyyətin növü xüsusi mülkiyyətdir. Yaşayış evinin ümumi sahəsi 193,7 kvm-dir. Evin ümumi torpaq sahəsi 0,0621 hektardır. Torpağa və evə dair verilmiş xx.xx.2023-cü il tarixli çıxarışla onun hüququ rəsmiləşdirirlmişdir. Göründüyü kimi, iddiaçının ona qarşı verdiyi iddianın təmin olunması üçün heç bir qanuni və mənəvi əsas yoxdur. İddiaçı fikirləşmir ki, onun həyatdan vaxtsız gedən oğlunun 2 körpə uşağı qalmışdır. O cavan yaşınd uşaqları harada saxlasın? O heç yerdə işləmir. Başqa yerdə yaşayış evi yoxdur. O, ddiaçının razılığı ilə onun oğlu ilə rəsmi nikaha girdikdən sonra həmin evə köçüb hal-hazıra kimi yaşdığından həmin evdən istifadə hüququ əldə etmişdir. Mövcud qanunvericiliyə görə valideyn harada yaşayırsa, uşaqlar da həmin yaşayış sahəsində birbaşa istifadə hüququ əldə edir. Mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli, MŞG/MT- 032/2023-00507 nömrəli arayışdan görünür ki, mediasiya sessiyasında istirak edən tərəf yalnız İddiaçı Nağı oğludur. İş materiallarında olan 15884 nömrəli ödəniş qəbzindən görünür ki, İddiaçı Nağı oğlu 50 manat mediasiya xərcini ödəmişdir. İş materiallarında olan ********** nömrəli ödəniş qəbzindən görünür ki, İddiaçı Nağı oğlu 50 manat dövlət rüsumunu və 0,40 manat xidmət haqqını ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki. iddiаçı İddiaçı Nağı oğlu Cavabdeh qаrşı iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək, ona məxsus olan Bərdə şəhəri, C.Məmmədquluzadə küçəsində yerləşən 107 saylı fərdi yaşayış evindən Cavabdeh aid əmlakların çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının İ saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa Məhkəməsi mülkiyyət hüququna daha geniş təfsir imkanları olan “dəyərlilik” konsepsiyası baxımından yanaşır. Konvensiya anlamında "Mülkiyyət" üçün mühüm və həlledici olan sözügedən marağın iqtisadi dəyəridir. Mülkiyyət özündə daşınan və daşınmaz əmlakı, maddi və qeyri-maddi əmlakı birləşdirir. Yəni, “maddi nemətlər”də (pul, əmlak və s.) mülkiyyət hüquqlarının hüdudları daxilində dəyərləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” qərarında (A-52-1983) və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: - mülkiyyətçinin mülkiyyət hüququnun mövcud olması; - mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; - mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş veribverməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır. “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” işdə məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya mülkiyyət hüququ əsasında məxsus olan fərdi yaşayış evini tərk etməsinə baxmayaraq oradan əmlaklarını və əşyalarını çıxarmaması mülkiyyətçi olan iddiaçının sözügedən əmlaka mülkiyyət hüququnun “şərti və qeyri-sabit” xarakter almasına dəlalət edir. Cavabdehin əmlakının iddiaçıya məxsus yaşayış evində qalması nəticəsində iddiaçı mülkiyyətçi kimi öz əmlakı üzərində olan faktiki sahiblik və istifadə hüquqlarından məhrum olmuşdur. Bu kontekstdə məhkəmə hesab edir ki, iddianın təmin olunması qanuni və ədalətli olmaqla, həm də ədalət mühakiməsinin məqsədlərinə uyğundur. Məhkəmə bu qənaətə gələrkən həm də onu nəzərə alır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Qanunvericiliyin tələblərinə görə, işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktlar tədqiq edilməli, həmçinin mübahisənin düzgün həllinə təsir edən digər hallar da araşdırılmalıdır. Mülki işlər üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. MPM-in 217.4-cü maddəsinə əsаsən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, araşdırılmış sübutlarla Bərdə şəhəri, C.Məmmədquluzadə küçəsi, 107A-da yerləşən fərdi yaşayış evinin İddiaçı Nağı oğlunun mülkiyyətində olması, Cavabdeh həmin evdə yaşamaması, lakin ona məxsus əşyaların evdə qalması, bununla da iddiaçının öz mənzilinə dair Konstitusiya və qanunlarla təminat verilmiş mülkiyyət hüququnun pozulması tam olaraq müəyyən edilmişdir. Odur ki, iddiaçının mülkiyyət hüquqlarının bərpa olunması üçün iddia tələbi təmin edilərək Bərdə şəhəri, C.Məmmədquluzadə küçəsi, 107A-da yerləşən fərdi yaşayış evindən cavabdehə məxsus əmlak (əşyalar) çıxarılmalıdır. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. MPM-in 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən ödənilən 50 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ: İddiа təmin edilsin. Cavabdeh aid əmlaklar (əşyalar) İddiaçı Nağı oğlunun mülkiyyətində olan Bərdə şəhəri, C.Məmmədquluzadə küçəsi, ev 107A-da yerləşən fərdi yaşayış evindən çıxarılsın. Cavabdeh ödənilmiş 50 manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı Nağı oğluna verilsin. Qətnаmənin surəti rəsmi qаydаdа verildiyi gündən 1 (bir) аy müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1(bir) аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir. Hakim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar