Məhkəmə qərarları › İş №2(021)-2534/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2534/2025

02.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2534/2025 02.09.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Aypara Adil qızı Məmmədovanın katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs X18 Xidmət Mərkəzində Notariat Ofisi olmaqla “qohumlluq faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə 02 sentyabr 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddia tələbi Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək atası X12 ilə bibisi X3 bacı-qardaş olması faktının təsdiq edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsası Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, atası X12, anası isə X5r. X24 28 iyun 2011-ci il tarixdə, anası Zəhra Əzizova isə 31 dekabr 2021-ci il tarixdə vəfat etmişdir. Anası və atası vəfat etməmişdən öncə onların adına ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə pay və həyətyanı torpaq sahələri olmuşdur. Qeyd edilən pay torpaq sahəsi Bərdə rayon Aqrar islahat komissiyasının 30 may 1998-ci il tarixli 08 saylı qərarı ilə 4 nəfər ailə üzvünə, həyətyanı torpaq sahəsi isə Bərdə rayon Aqrar islahat komissiyasının 30 may 1998-ci il tarixli 08 saylı qərarı ilə 3 nəfər ailə üzvünə verilmişdir. 1.79 ha pay torpaq sahəsinə JN- 0029 KOD 61013068 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktı, 0.27 ha həyatyanı torpaq sahəsinə isə JN-071F KOD 61013068 saylı Torpağa mülkiyyət hüququna dair Şəhadətnamə verilmişdir. Dövlət Aktında və Şəhadətnamədə adı olan X9 onun doğma bibisi, X4 isə onun doğma bacısıdır. Bibisi heç bir zaman ailə həyatı qurmamış və ömrü boyu atası ilə onun yanında qalmışdır. X16 12 iyun 1999-cu il tarixdə vəfat etmişdir. X4 isə İ qrup əlildir. Bibisi vəfat etdikdən sonra bibisinə məxsus olan torpaq sahəsini atası istifadə edibdir. Atası ilə anası vəfat etdikdən sonrada onlara məxsus olan torpaq sahələrini o istifadə edib. İndi isə o atasından, anasından və bibisindən pay qalmış torpaq sahələrini öz adına sənədləşdirmək istəyir. Bununla bağlı Asan xidmət mərkəzin notariat kontoruna müraciət etdikdə isə ondan atası ilə bibisinin doğum haqqında şəhadətnaməsini tələb etdilər. Lakin doğum haqqında şəhadətnamələri olmadığından torpaq sahələrini öz adına rəsmi olaraq sənədləşdirə bilmədi. Hazırda atası X6 və X3 doğum haqqında şəhadətnamələri olmadığından torpaq sahələri onun adına sənədləşə bilmir. Bu isə ona bir sıra problemlər yaradır. Bunun üçündə məcbur qalıb atası X12 ilə bibisi X3 bacı-qardaş olması yəni qohumluq faktı məhkəmə qətnaməsi ilə təsdiq edilməlidir. Tərəflərin izahatı Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək onun məzmununa uyğun izahat verdi və ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs X18 Xidmət Mərkəzi Notariat Ofisi xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə göndərərək məhkəmə iclasında iştirak edə blməyəcəklərini və qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. 05 avqust 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində dindirilmiş X13 göstərdi ki, Bəxtiyar qardaşıdır, Mələk atasının bacısıdır. Mələk onların evində yaşayıb orda da rəhmətə gedib, ailə qurmayıb, övladı yoxdur. Qayalı kənd qəbristanlığında dəfn olunub, dəfində o da iştirak edib. 05 avqust 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində dindirilmiş X8 göstərdi ki, Mələk bibisidir. Ziyad ilə birlikdə yaşayıblar. Qayalı kənd qəbristanlığında dəfn olunub, dəfində o da iştirak edib. Məhkəmə ərizəçinin izahatını dinləyib, işdəki sübutları araşdırıb, şahidləri dindirib hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. İş materiallarında olan: AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsi surətindən görünür ki, Ərizəçi xx.xx.1972ci ildə anadan olmuşdur. Azərbaycan respublikası Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Ərizəçi xx.xx.1972-ci ildə Bərdə rayonu Qayalı kəndində anadan olmuş və həmin ünvanda qeydiyyatdadır. Bərdə rayon Qeydiyyat Şöbəsinin xx.xx.2019-cu il tarixli arayışının surətindən görünür ki, X9 xx.xx.1999-cu ildə Bərdə rayonu Qafarlı kəndində ölmüşdür. Bərdə rayon Mehdili kənd İN üzrə xx.xx.1999-cu il tarixli 07 nömrəli ölüm haqqında akt qeydi tərtib edilmişdir. AZ-İ 470177 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2011-ci ildə ölmüşdür. AZ-İİ 229551 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2021-ci ildə ölmüşdür. xx.xx.2025-ci il tarixli 1325/2025 saylı X18 Xidmət Mərkəzinin Notarat Ofisinin məktubundan görünür ki, X3 Ərizəçi bibisi olması faktının müəyyən olunması eyni zamanda miras əmlakın bölüşdürülməsi üçün müvafiq rayon məhkəməsinə müraciət etməsi tövsiyyə olunmuşdur. xx.xx.2025-ci il tarixli 138 saylı Bərdə rayon Mehdixanlı kənd İƏD üzrə nümayəndəliyin arayışından görünür ki, ünvan 1 sakinləri olmuş X12 ilə X9 bacıqardaşdılar. xx.xx.2025-ci il tarixli Bərdə rayon Qeydiyyat Şöbəsinin arayışından görünür ki, Ərizəçi xx.xx.1972-ci ildə Bərdə rayonu Qayalı kəndində anadan olmuşdur. JN 029 saylı Kod 61013068 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktdan görünür ki, Bərdə rayonu Qayalı kənd sakini X12, X14, X11 və X1 Rayon Aqrar İslahat Komissiyasının 30 may 1998-ci il tarixli 08 saylı qərarı ilə verilmiş 1.79 ha torpaq sahəsi kənd təsərüfatı məhsulları istehsalı üçün nəzərdə tutulmuşdur. Dövlət aktı qeydiyyat kitabına xx.xx.1999-cu ildə 2530 nömrə ilə qeydiyyata alınmışdır. JN 071F saylı Kod 61013068 saylı torpağa torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədən görünür ki, Bərdə rayonu Qayalı kənd sakini X12, X9 və X1 Rayon Aqrar İslahat Komissiyasının 30 may 1998-ci il tarixli 08 saylı qərarı ilə verilmiş 027 ha torpaq sahəsi fərdi yaşayış evi və həyətyanı sahə üçün nəzərdə tutulmuşdur. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, ərizəçi məhkəməyə ərizə vermək üçün 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2019-cu il 12 aprel tarixli, 3 nömrəli Qərarında qeyd olunur ki, qohumluq münasibəti faktlarının müəyyən edilməsinə yalnız bu münasibətlər hüquqi nəticə verdikdə yol verilir (vərəsəlik əmlakı almaq, təqaüd almaq hüququnu rəsmiləşdirmək və s.). Məhkəmələrə izah olunmuşdur ki, vərəsəlik məsələlərini həll etmək məqsədilə miras qoyanla qohumluq münasibəti faktı o vaxt müəyyən oluna bilər ki, ərizəçi qanun üzrə vərəsəliyə çağırılmış şəxslərin dairəsinə daxil olsun. Azərbaycan Respublikasının MPM-nin: 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2 və 307.2.1-ci maddələrinə görə, məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, Ərizəçi öz tələbinin haqlı olmasını mötəbər sübutlarla sübut edə bilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlara, ərizəçinin və şahidlərin məhkəmə iclasında vermiş olduqları izahata əsasən müəyyən olunur ki, ərizə qanuni və əsaslıdır. MPM-nin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ərizənin verilməsi üçün ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q ə t e t d i : Ərizə təmin edilsin. X2 ilə mərhum X3 bacı-qardaş olması faktı müəyyən edilsin. Ərizəçi tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə (Elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə elektron qaydada) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar