Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-2544/2021 17.08.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Orxan Elşən oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilin paylara bölünməsi və müvafiq sənədləşmə işlərinin aparılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İsmayıl oğlu tərəfindən müqavilə bağlamaqla alınan digər cavabdeh X3 oğlu tərəfindən tikilən Abşeron rayonu, Novxanı qəsəbəsi, Şıxəli Qurbanov küçəsində inşa edilən çoxmənzilli yaşayış binalarının 1 saylı binasının, 3-cü mərtəbəsində yerləşən 25 nömrəli mənzilin aralarında 1/3 hissədə Telman İsmayılova, 2/3 hissədə ona olmaqla paylarının bölünməsi və ona aid olan hissədə müvafiq sənədləşmənin aparılması üçün cavabdeh X1 müvafiq göstərişin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisəli mənzil Abşeron rayonu Novxanı qəsəbəsində yerləşir. Buna görə də mülki iş aidiyyatı üzrə Bakı şəhəri, Abşeron Rayon Məhkəməsinə gödərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsində göstərilir ki, tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə aidiyyatı rayon məhkəməsinə verilir. Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, iş üzrə mübahisəli mənzil Bakı şəhəri, Abşeron rayonu, Novxanı qəsəbəsində olduğundan mülki iş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən aidiyyatı üzrə baxılması üçün Bakı şəhər Abşeron Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 45, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı mənzilin paylara bölünməsi və müvafiq sənədləşmə işlərinin aparılması tələbinə dair mülki iş aidiyyatı üzrə baxılması üçün Bakı şəhər Abşeron Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətinə Bərdə Rayon Məhkəməsinə şikayət verə bilərlər.
Məhkəmə qərarları › İş №2(021)-2544/2021
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-2544/2021
17.08.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver