Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-2551/2024 19.09.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Babək Vaqif oğlu Tağıyevin katibliyi, İddiaçı Cavabdeh qarşı “Pay torpağından çıxarılma, təssərüfatlardan istifadə edilməsinə törədilən maneəçiliklərə son qoyulması” tələbinə dair mülki işə 19 sentyabr 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı məhkəməyə müarciət edərək, Cavabdeh Bərdə rayonu Bəcirəvan kəndində yerləşən ona məxsus pay torpağından çıxarılması və onun Azərbaycan Respublikasının Bərdə Rayon Aqrar İslahat Komissiyasının verdiyi Dövlət aktı nömrəsi JN 134 KOD 61000028 sərhəd daxilində 3.03 ha kənd təsərrüfatı təyinatlı pay torpağı sahəsindən istifadə eməyinə törətdiyi maneaçiliklərə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflərə qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də iddia Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinin tələbinə əsasən baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinin tələbinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.4-cü maddəsinə görə iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263-264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
1. İddiaçı Cavabdeh qarşı “Pay torpağından çıxarılma, təssərüfatlardan istifadə edilməsinə törədilən maneəçiliklərə son qoyulması” barədə vermiş olduğu iddia ərizəsi baxılmamış saxlanılsın. 2.İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ona geri qaytarılsın. 3.Qərardaddan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim:Ziya Abdullayev