Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-2553/2021 16.07.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, İddiaçılar X1, İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə qarşı “pay torpaq sahəsinə çıxarış verilməsi ” tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək, məhkəmə Müəyyən etdi : İddiaçılar X2, İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona və ailə üzvlərinə verilmiş pay torpaq sahəsinə dair çıxarış verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini nəzərdən keçirən məhkəmə hesab edir ki, iddia ərizəsinə məhkəmədə baxılmalı deyildir. Belə ki, iddiaçılara məxsus həmin torpaq sahəsinə dair qanuna müvafiq qaydada çıxarış verilməsi üçün Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə müraciət etməlidir. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 153.2.1.-ci maddəsinə əsasən ərizə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. İddiaçı X1, İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə qarşı “pay torpaq sahəsinə çıxarış verilməsi ” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunmalı və iddia ərizəsinə əlavə olunmuş sənədlər iddia ərizəsi ilə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 153-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a ra a l d ı : İddiaçı X1, İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə qarşı “pay torpaq sahəsinə çıxarış verilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsindən imtina edilsin. İddiaçılar X1, İddiaçı2 iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə Bərdə rayon məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-2553/2021
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-2553/2021
16.07.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver