Məhkəmə qərarları › İş №2(021)-2559/2024

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-2559/2024

08.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-2559/2024 08.07.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ İş № 2(021)-2559/2024 QƏRARDAD 08 iyul 2024-cü il Bərdə şəhəri Mən, Bərdə Rayon Məhkəməsinin hakimi Abdullayev Ziya Yaşar oğlu, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, maraqlı şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5 və Bərdə Regional “Asan Xidmət” mərkəzində notariat ofisinə qarşı “Mirasın qəbul edilməsi faktının” tələbinə dair ərizəsini nəzərdən keçirib Müəyyənetdim: Ərizəçilər Ərizəçi1, Ərizəçi2 məhkəməyə müraciət edərək, mərhum X2 və mərhum X1 miras qalmış Bərdə rayonu, Cicimli kəndində yerləşən 0,17 ha həyatyani torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində tikilmiş 55,1 kv.m fərdi yaşayış evinin və eyni zamanda Bərdə rayonu Cicimli kəndində yerləşən 1,878 ha təssərüfatı təyinatlı torpaq sahəsinin onlara aid hissəsini miras əmlak kimi tərəflərindən faktiki qəbul edilməsinin müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə geri qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2019-cu il tarixli 3 saylı qərarına əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Bu baxımdan ərizəçi forma və məzmun tələblərini gözləməklə ümumi iddia icraatı qaydasında cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə müraciət etməlidir. 152.1 və 152.1.1-ci maddələrinə görə, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4-cü maddəsinə görə, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İstinad edilən qanunvericilik normalarının tələblərinə əsasən ərizəçilər Ərizəçi1, Ərizəçi2, maraqlı şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5 və Bərdə Regional “Asan Xidmət” mərkəzində notariat ofisinə qarşı “Mirasın qəbul edilməsi faktının” tələbinə dair iddia ərizəsi geri qaytarılmalıdır. İddiaçıya izah edilir ki, qeyd olunan nöqsanları aradan qaldırdıqdan sonra eyni tələblə yenidən məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 149-152-ci maddələrini rəhbər tutaraq Q ə r a r a a l d ı: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, maraqlı şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5 və Bərdə Regional “Asan Xidmət” mərkəzində notariat ofisinə qarşı “Mirasın qəbul edilməsi faktının” tələbinə dair ərizə geri qaytarılsın. Qərardaddan 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim : Ziya Abdullayev İş № 2(021)-2559/2024 Мəhkəmə iclasından kənar ayrıca prosessual hərəkətə dair Protokol 08 iyul 2024-cü il Bərdə şəhəri Bərdə Rayon Məhkəməsi Hakim Abdullayev Ziya Yaşar oğlunun sədrliyi ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, maraqlı şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5 və Bərdə Regional “Asan Xidmət” mərkəzində notariat ofisinə qarşı “Mirasın qəbul edilməsi faktının” tələbinə dair mülki iş üzrə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq hakim məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdi. Prosessual hərəkət saat 16:30-da başladı Hakim mülki iş üzrə ərizəni və ona əlavə olunmuş sənədləri araşdıraraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılması barədə qərardad qəbul etdi Prosessual hərəkət саат 16:35-də qurtadı Protokol 08 iyul 2024-cü il tarixdə tərtib edildi. Sədrlik edən:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar