Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-256/2024 28.03.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Bayramov Orxan Elşən oğlunun katibliyi ilə, İddiaçı1, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə Bunyat oğlunun iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “evə köçmə” tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, onun, qızı xx.xx.2006-cı il təvəllüdlü qızı X5 və İddiaçı2 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməklərinə və həmin evdən istifadə hüquqlarının tanınmasına, hazırkı iddia ərizəsinə baxılması üçün dövlət rüsumu olaraq ödənilmiş 100 manat, həmçinin mediasiya xidmətinə görə tərəfindən ödənilmiş 50 manat pulun Cavabdeh alınaraq İddiaçı1 verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh İsrafil oğlu ilə nikahlarını Bərdə rayon Qeydiyyat şöbəsində 09 noyabr 2004-cü il tarixdə 665 nömrəli qeyd edilməklə evlənmişlər və onun anası X7 xüsusi mülkiyyət hüququ ilə məxsus olan ünvan 2 ünvanında yerləşən köhnə tikili 1 mərtəbəli evə gəlin kimi gəlmişdir. Həmin evdə daimi qeydiyyatdadır, cavabdehlə birgə nikahdan anadan olmuş uşaqlarıxx.xx.2004-cü il təvəllüdlü İddiaçı2 və xx.xx.2006-cı il təvəllüdlü X8 həmin evdə doğulmuş, yaşamış və bu evə daimi qeydiyyatdadırlar. Ev köhnə və daxma tipli olduğuna görə onu söküb yerində 2010-2011-ci illər ərzində 2 mərtəbəli (2 otaq, 1 zal, 1 mətbəx, 1 hamam və sanitar qovşağı 1-ci mərtəbədə, 3 otaq və 1 zal 2-ci mərtəbədə olmaqla) fərdi yaşayış evi tikmişlər. Həmin ev onun həyat yoldaşı-Cavabdeh və onun anası Samaya Əhmədovanın vəsaiti hesabına, yəni birgə vəsaitləri ilə tikilmişdir. Evin mülkiyyətçisi X9 07 yanvar 2022ci ildə vəfat edənədək sözügedən evdə onlarla birlikdə yaşamışdır. Cavabdeh İsrafil oğlu ilə birgə yaşamaqları və ailə münasibətlərinn davam etməsi qeyri-mümkün olduğuna görə Bərdə rayon məhkəməsinin 01 may 2023-cü il tarixli, e-2(021)-1495/2023 saylı qətnaməsi ilə nikahları qeydimiz pozulmuş, məhkəmənin həmin qətnaməsi ilə xx.xx.2006-cı il təvəllüdlü qızları X5 onun yanında və himayəsində saxlanılması, onun yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh İsrafil oğlundan hər ay 170 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qərara alınmışdır. Cavabdeh birgə yaşayış dövründə - 08 yanvar 2023-cü il tarixdə onu yaşadıqları evdə heç bir səbəb olmadan bacısı Ziyadə Əhmədovanın təhriki və öyrətməsi ilə onu döyərək evdən çıxıb getməyini tələb etmişdir. Odur ki, həmin gün bu barədə Bərdə Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək məlumat vermiş və polisin müşaiyyəti ilə uşaqları Hüseyn və Zeynəblə birlikdə evdən çıxmağa məcbur olmuşdur. Həmin gündən cavabdehlə ümumi uşaqları olan Hüseyn və Zeynəblə birlikdə əvvəlcə bir müddət Bərdə rayonu Çələbilər kəndində, hazırda isə Bərdə rayonu Otuzikilər kəndində qohumu X2 məxsus olan evdə yaşayırlar. Cavabdeh 08 yanvar 2023-cü il tarixə onu döyməsi və evdən çıxmağa məcbur edilməyi barədə şikayət ərizəsi üzrə aparılan araşdırmanın nəticəsinə dair Bərdə RPŞ-dən ona indiyədək rəsmi və ya qeyri-rəsmi qayadada hər hansı bir məlumat verilməmişdir. Cavabdeh İsrafil oğlu isə xx.xx.2023-cü il tarixədək yaşadıqları ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli, 5 otaq və 2 zaldan ibarət olan fərdi yaşayış evinin anası X4 ona miras qaldığını və evin hələ də anasının adına olan mülkiyyət kimi qaldığını bəhanə edərək ona həmin evə qayıtmaqlarına, həmin evdə yaşamağa və evdən istifadə etməyə imkan vermir və ona hədələyir. Qeyd olunanlara əsasən iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı1 iddia ərizəsini müdafiə edərək iddiasının təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə Bunyat oğlu iddia tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib mülki işin materilallarını araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Seriya AZE № ******** saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx.xx.1981-ci il tarixdə ünvan 3 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Seriya AA2137803 saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 xx xxxxxxxx 2004-cü ildə anadan olmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə Bərdə regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi tərəfindən verilmiş Arayışdan görünür ki, İddiaçı2 ilə X3 nikahı haqqında xx.xx.2004-cü il tarixdə Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən 655 nömrəli akt qeydi tərtib olunmuşduir. Nikah bağlandıqdan sonra arvada Əhmədova soyadı verilmişdir. İş materiallarında olan AZ-İ № 549640 saylı doğum haqında şəhadətnamənun notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı2 xx xxxxxxxx 2004-cü ildə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçı1dır. İş materiallarında olan AZ-İ № 882780 saylı doğum haqında şəhadətnamənun notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X8 01 noyabr 2006-cı ildə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçı1dır. İş materiallarında olan Bərdə rayon Məhkəməsinin 2(021)1495\2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı2 ilə İddiaçı1 arasında bağlanmış nikahın pozulması və tərəflərin birgə nikahlarından olan xx.xx.2006-cı il təvəllüdlü X5 anasının yanında və himayəsində saxlanılması, onun yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh İsrafil oğlundan hər ay 170 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı1 verilməsi qət olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş Arayışdan görünür ki, X9 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan AZ-İİ № 248146 nömrəli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, ünvan 4 ünvanında 24 kv.m yaşayış, 22.4 kv.m köməkçi sahə olmaqla, ümumi sahəsi 46.4 kv.m yaşayış evi X1, Cavabdeh və X6 adına qeydiyyata alınmışdır. İş materiallarında olan X1 adına verilmiş **********03-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 5 ünvanında 0.06 ha torpaq sahəsində yerləşən, 210,5 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi X1 (fərdi yaşayış evi 1\3 hissə), Cavabdeh (fərdi yaşayış evi 1\3 hissə, trorpaq sahəsi 1\2 hissə) və X6 (fərdi yaşayış evi 1\3 hissə, trorpaq sahəsi 1\2 hissə) paylı mülkiyyətindədir. Mülki işə əlavə olunmuş xx.xx.2023-cü il tarixli Arayışdan görünür ki İddiaçı1 “Mediasiya haqqında“ Azərbaycan Respublikasının Qanununun 21.8-ci maddəsinin tələblərinə uyğun olaraq Arayış verilmişdir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən mediasiya xidməti üçün 50 manat rüsum ödənilmişdir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, iddiaçılar tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı1 ilə Cavabdeh 2004-cü il də rəsmi nikah bağlayaraq ailə qurmuşlar. Birgə nikahlarından 2 uşaqları anadan olmuşdur. Tərəflər arasında bağlanmış nikah 2023–cü ildə pozulmuşdur. İddiaçı1 ailə qurduğu vaxtdan həmin mübahisəli evdə yaşamışdır. Daha sonra Cavabdeh ilə ailə münasibətləri pozulmuş və həmin yaşayış evindən çıxarılmışdır. Həmin mübahisəli ev X1, Cavabdeh və X6 paylı mülkiyyətindədir. Həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Mülkiyyətçilərdən X9 2022-ci il tarixdə vəfat etmişdir. Məhkəmə iddia ilə bağlı mövqeyini bildirərək qeyd edir ki iddia əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsində qeyd olunub: “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə məhkəmə qeyd edir ki, 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evdə yaşayıb və yaşadığı evdən məhrum edilib. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə yol verən şəxsin mənzil üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Məhkəmə qeyd edir ki, hazırki vəziyyətə iddiçının yaşadığı yerdən məhrum edilməsi qanunsuzdur. Belə ki, iddiaçı ilə cavabdeh arasında rəsmi nikah 2004-cü il tarixdə bağlanmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair xx.xx.2013-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır Beləliklə, cavabdeh yuxarıda qeyd olunan qadağanedici normanı pozmuşdur, pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 13-cü maddəsi Yaşayış sahələrinə aşağıdakılar aid etmişdir: 13.1.1. yaşayış evi, yaşayış evinin hissəsi; 13.1.2. mənzil, mənzilin hissəsi; 13.1.3. otaq; 13.1.4. bu Məcəllənin 13.5-ci maddəsində nəzərdə tutulmuş yerləşmə vasitələrimehmanxanalar, siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən mehmanxana tipli obyektlər və müvəqqəti yaşayış üçün nəzərdə tutulmuş digər tikinti obyektləri. Azərbaycan Respublikasının MPM-nin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan müddəaların mənası baxımından məhkəmə hesab edir ki, İddiaçı1 və İddiaçı2 uzun müddət birgə təsərrüfat aparmaqla ailə üzvü kimi Bərdə rayon İ.Qayıbov küçəsi ev 37 ünvanında yerləşən yaşayış evində yaşadığından, özünün və himayəsində olan azyaşlı uşağının oraya köçürülmələrini tələb etməkdə haqlı olmuşdur. Beləliklə məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “evə köçmə” tələbinə dair iddia tələbi təmin olunmalı, iddiaçılar İddiaçı2 və İddiaçı1 1 azyaşlı uşağı ilə birgə Bərdə rayon İ.Qayıbov küçəsi ev 37 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən ödənilmiş 100 manat məbləğində rüsum cavabdehdən alınaraq iddiaçıların xeyrinə tutulmalıdır. Məhkəmə həmçnin qeyd edir ki, mediasiya xərci məhkəmə xərclərina aid olmadığından iddia tələbi 50 manat mediasiya xərci hissəsində təmin oluna bilməz. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “evə köçmə” tələbinə dair iddiası təmin edilsin. İddiaçı1 01 noyabr 2006-cı il təvəllüdlü X8 ilə birlikdə Bərdə rayon İ.Qayıbov küçəsi ev 37 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülsün İddiaçı2 Bərdə rayon İ.Qayıbov küçəsi ev 37 ünvanında yerləşən yerləşən fərdi yaşayış evinə köçürülsün. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-256/2024
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-256/2024
28.03.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver