Məhkəmə qərarları › İş №2(021)-2564/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2564/2021

17.08.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2564/2021 17.08.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Əhməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi X13 oğlunun, İddiaçı3 nümayəndəsi və vəkili X3 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh Cavabdeh Əhməd oğluna qarşı torpaqdan çıxarılma tələbinə dair mülki Bərdə Rayon məhkəməsinin inizbati binasında işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçılar İddiaçı1, Məmmədli Sahilə Cümşüd qızı, İddiaçı3 və İddiaçı4 oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bərdə rayonu, 2-ci Nazırlı kəndində yerləşən paylı mülkiyyətlərinə verilmiş 2,61 ha pay torpaq sahəsindən cavabdeh Cavabdeh Əhməd oğlunun çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar iddia ərizəsini onunla əsaslandırılmışdır ki, onlara, yəni, X4 (vəfat etmişdir), İddiaçı1, İddiaçı2, İddiaçı3 Cümşüd oğluna və İddiaçı4 Cümşüd qızına Bərdə rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 31 avqust tarixli, 12 saylı Qərarına əsasən 2,61 ha torpaq sahəsi verilmişdir. Həmin torpağa mülkiyyət hüququna dair JN-100 saylı kod 61022028 olan Dövlət aktı da almışlar. Qeyd edilən torpaq sahəsi onlara tanıdılmış, bir neçə illər istifadə etmiş, sonradan ataları Rüstəmov Cümşüd Məmməd oğlu 2.61 ha torpaq sahələrini Bərdə şəhər sakini Cavabdeh oğlunun istifadəsinə (icarəsinə) vermişdir. Xeyli vaxtdır ki, onun istifadəsindədir. Atalarının vəfatından sonra yaşayışlarını və güzəranlarını təmin etmək üçün torpaq sahələrindən istifadə etmək istəsələr də Cavabdeh torpaqlarını onların istifadəsinə qaytarmamışlar. Bu səbəbdən də torpaqdan istifadə hüquqlarını həyata keçirə bilmirlər. Dəfələrlə ondan pay torpaq sahələrindən çıxmalarını tələb etsələr də bir nəticəsi olmamışdır. Bu da onların ailəsinin maddi durumunun ağırlaşmasına səbəb olmuşdur. Odur ki, Bərdə rayonu 2-ci Nazırlı kəndində yerləşən, paylı mülkiyyətlərinə verilmiş 2,61 ha pay torpaq sahəsindən cavabdeh Həsənov İlqar Əhməd oğlunun çıxarılmasına, onların həmin torpaq üzərində sahiblik və istifadə hüquqlarının bərpa olunmasına dair məhkəmə qətnaməsinə ehtiyacları vardır. Məhkəmə iclasında iddiaçı İddiaçı3 Cümşüd oğlunun nümayəndəsi və vəkili X9 iddia ərizəsinə uyğun izahat vermiş, iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə iddiaçılar İddiaçı1, Məmmədli Sahilə Cümşüd qızının, Məmmədli Güldanə Cümşüd oğlunun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin heç bir üzürlü səbəb olmadan cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəməyə teleqram göndərərək, işə baxılmasının başqa vaxta keçirilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin işə baxılmasının başqa vaxta keçirilməsi barədə məhkəməyə göndərdiyi teleqramı vaxtın uzadılması kimi qiymətləndirmiş və işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE 02926176 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Rüstəmov Cümşüd Məmməd oğlu 10 aprel 1950-ci ildə Bərdə rayonunda doğulmuşdur, Bərdə rayonu, nazırlı kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı2 xx xxxxxx 1982-ci ildə Bərdə rayonunda doğulmuşdur, Bərdə rayonu, Şatırlı kəndində qeydiyyatdadır. İş materiallarında olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı3 Cümşüd oğlu xx xxxxxx 1983-cü ildə doğulmuşdur. İş materiallarında olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı4 Cümşüd qızı xx xxx 1991-ci ildə doğulmuşdur. İş materiallarında olan AZ-İİ 072508 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Rüstəmov Cümşüd Məmməd oğlu 26 fevral 2020-ci ildə ölmüşdür. İş materiallarında olan Bərdə rayonu Şatırlı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 339 nömrəli, 18 iyun 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı3 Bərdə rayonu, 2-ci Nazırlı kəndində yaşayır. İş materiallarında olan JN-100 KOD 61022028 olan torpağın mülkiyyətə verilməsinə dair Dövlət aktının surətindən müəyyən olunur ki, X1, İddiaçı1, İddiaçı2 Cümşüd qızının, İddiaçı3, İddiaçı4 mülkiyyətinə Bərdə Rayon Aqrar İslahat Komissiyasının 31 avqust 1998-ci il tarixli, 12 nömrəli qərarı ilə Bərdə rayonu, Nazırlı kəndində 2,61 ha pay torpaq sahəsi verilmişdir. İş materiallarında olan Bərdə rayonu İkinci Nazırlı Bələdiyyəsi tərəfindən verilmiş 15 nömrəli, 28 iyul 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, Şatırlı kənd İƏ-nin İkinci Nazırlı kənd sakini İddiaçı1 və qeyrilərinin mülkiyyətində olan 2,61 ha torpaq sahəsi, halhazırda Cavabdeh Əhməd oğlunun istifadəsindədir. İş materiallarında olan mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçılar “məhkəmədə iddia qaldırmaq üçün 10 manat məbləğində dövlət rüsumu və 40 qəpik xidmət haqqı ödəmişdir. Məhkəmə yuxarıda qeyd olunan sübutların məcmusuna qiymət verərək hesab edir ki, cavabdeh Cavabdeh iddiaçıların pay torpaq sahəsini zəbt etməsi sübuta yetirilmişdir. Belə ki, mülki işə əlavə edilmiş Bərdə rayonu X2 arayışında da iddiaçıların pay torpaq sahəsindən hal-hazırda cavabdehin istifadə etdiyi göstərilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə mövcud sübutları müqayisəli qaydada təhlil edərək müəyyən etdi ki, iddiaçılar X4, İddiaçı1, İddiaçı2 Cümşüd qızına, İddiaçı3 və İddiaçı4 məxsus olan Bərdə rayonu ikinci Nazırlı kəndində yerləşən 2,61 ha pay torpaq sahəsi Cavabdeh tərəfindən zəbt edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan Hüquqlarının və X6 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Beləliklə, qeyd olunan maddi hüquq normalarının müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarının tələblərinə uyğun olaraq hesab edir ki, iddiaçılar X1, İddiaçı1, İddiaçı2 Cümşüd qızının, İddiaçı3 və İddiaçı4 mülkiyyətində olan torpaq sahəsi üzərindəki pozulmuş hüquqları bərpa edilməli, onların iddia tələbi təmin edilməklə Cavabdeh tərəfindən iddiaçılara mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsində çıxarılmalı və iddiaçıların mübahisəli torpaq sahəsi üzərində istifadə və sahiblik hüquqları bərpa edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Q Ə T E T D İ: İddiaçılar İddiaçı1, İddiaçı2 qızının, İddiaçı3 və İddiaçı4 oğlunun cavabdeh Cavabdeh Əhməd oğluna qarşı iddiası təmin edilsin. Cavabdeh Əhməd oğlu iddiaçılar İddiaçı1, Məmmədli Sahilə Cümşüd qızının, İddiaçı3 və Məmmədli Güldanə Cümşüd oğlunun mülkiyyətlərində olan, Bərdə rayonu ikinci Nazırlı kəndində yerləşən 2,61 ha pay torpaq sahəsindən çıxarılsın. İddiaçılar İddiaçı1, Məmmədli Sahilə Cümşüd qızının, İddiaçı3 və Məmmədli Güldanə Cümşüd oğlunun mülkiyyətlərində olan, Bərdə rayonu ikinci Nazırlı kəndində yerləşən 2,61 ha pay torpaq sahəsi üzərində istifadə və sahiblik hüquqları bərpa edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar