Məhkəmə qərarları › İş №2(021)-257/2024

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-257/2024

05.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-257/2024 05.03.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, X4 iclas katibliyi , Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Ağdam rayon Qeydiyyat Şöəsinə qarşı qohumluq faktının təsdiq edilməsi barədə ərizəsinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhumə X2 onun anası olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi məhkəmədən qanuni qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında müəyyən edildi ki, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki,məhkəmə iclasında müəyyən olundu ki, ərizəçinin atasının vəfatından sonra onun hesabında yığılmış pensiyasını almaq üçün müvafiq orqana müraciət etmiş, lakin onun doğum haqqında şəhadətnaməsində anası Sima Məmmədovanın soyadının Abbasova qeyd olunmasına görə pensiyanı alması mümkün olmamışdır. Buna görə də X2 onun anası olması faktının təsdiq edilməsini xahiş etmişdir. İş materialına əlavə edilmiş Nikahın bağlanması haqqında AZ-İ № 011814 şəhadətnamədən görünür ki, X1 ilə X7 21 fevral 1956-cı il tarixdə nikah bağlamışlar. İş materialına əlavə edilmiş doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.1961-ci il tarixdə anadan olmuş, atası X3, anası X5r. Ərizəçiyə izah olunmalıdır ki, doğum haqqında şəhadətnaməsi olmadığı təqdirdə X2 onun anası olması faktının müəyyən olunması barədə ərizə ilə müraciət edə bilər. Hazırkı halda doğum haqqında şəhadətnamə düzəliş olunması üçün inzibati məhkəməyə müraciət etməlidir. Belə ki, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmçinin məhkəmə qeyd edir ki, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Həmin orqan məsələnin həllindən imtina etdiyi halda orqanın hərəkətlərindən inzibati qaydada məhkəməyə müraciət olunmalıdır. MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. MPM-nin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. MPM-nin 262.3-cü maddəsinə əsasən bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi maraqlı şəxs Ağdam rayon Qeydiyyat Şöəsinə qarşı qohumluq faktının təsdiq edilməsi barədə ərizəsinə dair mülki iş üzrə icraata xitam verilməli, məhkəmə aidiyyatı üzrə müvafiq inzibati məhkəməyə müraciət etməsi ərizəçiyə izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Ərizəçi maraqlı şəxs Ağdam rayon Qeydiyyat Şöəsinə qarşı qohumluq faktının təsdiq edilməsi barədə ərizəsinə dair mülki iş üzrə icraata xitam verilsin. Ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu 100 manat vəsait geri qaytarılsın. Ərizəçi məhkəmə aidiyyatı üzrə inzibati məhkəməyə müraciət etməsi izah edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Bərdə rayon məhkəməsinə şikayət vermək olar. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar