Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2571/2023 29.08.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X13 iclas kаtibliyi, İddiaçı, iddiaçının vəkili X23, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 “evə köçürülmə” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək, onun iki uşağı ilə birlikdə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mərhum ərindən miras qalmış ünvan 2i ərazisində yerləşən evə köçürülməsinə və cavabdehə məxsus əşyaların həmin evdən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, mərhum X14 ilə 2013-cü ildə qeyri-rəsmi nikah münasibətlərinə girməklə ailə qurmuşlar. Onların birgə nikahlarından xx.xx.2014-cü il tarixdə X19 və xx.xx.2015-ci il tarixdə isə X15 adlı 2 uşaqları dünyaya gəlmişdir. Ailə münasibətləri pozulduğundan 2022-ci ilin mart ayında mübahisə edərək ayrılmışlar. Belə ki, mərhum əri X14 hazırki iş üzrə Cavabdeh1 ilə sevgi münasibətləri olduğu ona aydın olduqdan sonra o, 2 uşağı ilə birlikdə hazırda Goranboy rayonu, Zeyvə kəndində yaşayan valideynlərinin yanına getdi. 2022-ci ilin yanvar ayında mərhum həyat yoldaşı ilə onlar 22.000 (iyirmi iki min) manat ödəməklə ünvan 2 ərazisində (Təzə bazarın yanında) sənədsiz evi X2 aldılar. Mərhum əri Elman Cəfərov xx.xx.2023-cü il tarixdə dəqiqləşməmiş koma nəticəsində vəfat etmişdir. Onun ölümündən də cavabdeh məsuliyyət daşımalıdır. Çünki mərhum həyat yoldaşı tam sağlam insan idi. Evi aldıqdan sonra o əşyalarından bir hissəsini ora aparsa da, atası evinə gedən zaman cehiz əşyalarını evdən götürdü. O, ata evinə getdikdən sonra ona məlum oldu ki, Cavabdeh1 mərhum həyat yoldaşı ilə nikah kəsdirib. Hazırda o, iki uşağı ilə birlikdə valideynlərinin himayəsində yaşayır. Cavabdeh onu yaşadığı evdə onun yaşamağına imkan vermir. Ona görə də məcbur olub iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı Lütvi qızı iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili X23 2022-ci ilin yanvar ayında sənədsiz ev aldıqlarını, orada yaşadıqlarını bildirmiş və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 və Cavabdeh3 iddianı qəbul etdiklərini bildirmişlər. Məhkəmə iclasında Cavabdeh1 ifadəsində hazırda ata evində yaşadığını, qardaşı ilə yola getmədiyini və qalmağa başqa yerinin olmadığını bildirmişdir. Məhkəmə iddiaçı, iddiaçının vəkili və cavabdehləri dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: AA ******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1985-ci ildə anadan olmuşdur. AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh3 xx.xx.1966-cı ildə Kəlbəcər rayonu, Qasımbinəsi kəndində anadan olmuşdur. Kəlbəcər rayonu, Yanşaq kəndində yaşayır. AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh2 1936-cı ildə Kəlbəcər rayonu, Qasımbinəsi kəndində anadan olmuşdur. Kəlbəcər rayonu, Qasımbinəsi kəndində yaşayır. Azərbaycan Respublikası Qaçqınların və X17 üzrə Dövlət komitəsi Bərdə rayonu Bölməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1114 nömrəli arayışdan görünür ki, Cavabdeh2 Bərdə rayonu, Yeni Əyricə kəndində müvəqqəti olaraq məskunlaşmışdır. Naftalan şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, AZ-İİİ 967569 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.2015-ci il tarixdə Goranboy şəhərində anadan olmuşdur. X4, anası İddiaçıdır. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2018-ci il tarixdə 28 nömrə ilə qeydə alınmışdır. Naftalan şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, AZ-İİİ 967568 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X19 xx.xx.2014-cü il tarixdə Goranboy şəhərində anadan olmuşdur. X4, anası İddiaçıdır. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2018-ci il tarixdə 27 nömrə ilə qeydə alınmışdır. Naftalan şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, AZ-İ 322914 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2015-ci il tarixdə İddiaçı doğulmuş X6 atası hesab edilmişdir. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2018-ci il tarixdə 05 nömrə ilə qeydə alınmışdır. Naftalan şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, AZ-İ 322914 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2014-cü il tarixdə İddiaçı doğulmuş X9 atası hesab edilmişdir. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2018-ci il tarixdə 04 nömrə ilə qeydə alınmışdır. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, AZ-İİ 319883 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X14 xx.xx.2023-cü il tarixdə dəqiqləşdirilməmiş koma səbəbindən Bərdə şəhərində vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 66 nömrə ilə qeydə alınmışdır. Bərdə rayon Polis Şöbəsi tərəfindən Xanım İsayevaya ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-13-68/2-18375/23 nömrəli sorğuya cavabdan görünür ki, xx.xx.1983-cü il təvəllüdlü Cavabdeh1 hal-hazırda ünvan 2ində yaşayır və qeydiyyatdadır. Goranboy rayon İcra Hakimiyyəti Başçısının Zeyvə kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 223 nömrəli arayışdan görünür ki, Əliyeva X16 şəhərində qeydiyyatda olmağına baxmayaraq hal-hazırda Goranboy rayonu, Zeyvə kəndində qızı xx.xx.2014-cü il təvəllüdlü X19 və oğlu xx.xx.2015-ci il təvəllüdlü X15 ilə birlikdə yaşayır. Daşınmaz Əmlakın xx.xx.2021-ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Məmmədov Sabir ilyas oğlu və X1 rayonu, Cəyirli kəndi ünvanında yerləşən ümumi sahəsi 0,08 ha torpaq sahəsini paylı mülkiyyət üzrə X26 vermişdir. Bərdə Regional “ASAN Xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022ci il tarixli, AZ-İİ 492205 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X14 ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixdə rəsmi nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Cəfərov, arvada Məmmədova soyadı verilmişdir. Bu barədə nikah haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 406 nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan 23 yanvar 2022-ci il tarixli aktın surətindən görünür ki, X7 özünün qeyri-rəsmi evini və 0,022 ha torpaq sahəsini X10 əvəzində 22000 (iyirmi iki min) manata satdı. Ancaq 20000 (iyirmi min) manatını bizim iştirakımızla ödədi. 2000 (iki min) manatını 1 ay müddətində verəcəyini bildirdi. Aktı imza edənlər bu alqı-satqının şahidi olmuşlar. X3, X14, X11, Cəfərov Kamil, X27 və X5 tərəfindən imzalanmışdır. Bərdə rayon İcra Hakimiyyəti Başçısının Yeni Əyricə kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 07 saylı arayışdan görünür ki, Əyricə kəndində müvəqqəti məcburi köçkün kimi məskunlaşıb yaşayan mərhum X14 və anası Cavabdeh2 adlarına nümayəndəlikdə heç bir əmlak aşkar edilməmişdir. Cavabdeh2 isə hazırda həmin kənddə yaşamır. İş materialarında olan ********** nömrəli ödəniş qəbzindən görünür ki, İddiaçı 100 manat dövlət rüsumunu və 0,40 manat xidmət haqqını ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiаçı İddiaçı iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək, onun iki uşağı ilə birlikdə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mərhum ərindən miras qalmış ünvan 2i ərazisində yerləşən evə köçürülməsinə və cavabdehə məxsus əşyaların həmin evdən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının (bundan sonra Konstitusiya) 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Mülkiyyət hüququ əsas insan hüquq və azadlıqları sistemində, xüsusən də İnsan hüquqları haqqında ümumi Bəyannamənin 17-ci maddəsində və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya (Avropa Konvensiyasına) Əlavə (1 saylı) protokolun 1-ci maddəsində təsbit edilmiş hüquqlar sırasında mühüm yer tutur. Azərbaycan Respublikasında mülkiyyət və mülkiyyət hüququna münasibət Konstitusiyanın 13 və 29-cu maddələrində ifadə olunmuşdur. Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimlənmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqların əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM) 27.1-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Qeyd edilməlidir ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan yaşayış binasının tərkib hissəsindən “istifadə hüququ”nun mahiyyəti və həcmi Mənzil Məcəlləsinin 30.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən “istifadə etmək hüququ”nun mahiyyəti və həcmindən fərqlidir. Hər iki Məcəllədə yaşayış sahəsindən istifadə etmək imkanı nəzərdə tutulsa da, bu istifadəni təmin edən hüquqi əsaslar fərqlidir. Mülki Məcəllənin 228-ci maddəsinin məzmunundan məlum olur ki, həmin maddədə yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Belə ki, daşınmaz əşyalar üzərində mülkiyyət hüququnun yüklü hala gəlməsinə səbəb olan məhdud əşya hüquqları, bir qayda olaraq, sözügedən daşınmaz əşyanın mülkiyyətçisi ilə notariat qaydasında bağlanan müqavilə əsasında (Mülki Məcəllənin 144.1-ci maddəsi) və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yaranır (Mülki Məcəllənin 14.3-cü maddəsi). Beləliklə, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə imkanını təmin edən əmlak hüququ yalnız notariat qaydasında təsdiq olunan müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yarandığına və istənilən şəxsdən bu hüququn pozulmasının aradan qaldırılmasını tələb etmək səlahiyyətini təmin etdiyinə görə, bu hüquq mahiyyətcə məhdud əşya hüququdur. Bundan fərqli olaraq, yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur. Beləliklə, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, nəzərə almaq lazımdır ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanmadığı qeyd edilmişdir. Bununla belə, əgər tərəflər arasında başqa razılaşma olarsa, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə etmək imkanı artıq ailə münasibətlərini tənzimləyən normalara görə deyil, mülki qanunvericilik əsasında davam edər. (Mənzil Məcəlləsinin 30.7-ci maddəsi). Həmçinin, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM) 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Yuxarıda qeyd olunan maddələrdən irəli gələn tələblərin mahiyyəti ondan ibarətdir ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsini onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, habelə ailə üzvləri və digər şəxslərlə mülkiyyətçi arasında bağlanan yazılı razılaşmanın notariat qaydasında təsdiqlənməsi ilə şərtləndirir. İş materiallarından Bərdə rayonu Qaradağlı kəndində mərhum X8 qeyri-rəsmi, yəni reyestrdə qeydiyyatı olmayan tikili və torpaq sahəsi alması və orada yaşamasına dair kənd icra nümayəndəliyi və bələdiyyənin hər hansı arayışı mövcud deyil. Tikilinin qeydiyyatı olmadığına görə rəsmi reyestrdə də qeydiyyata alınmamışdır. İddiaçının iddia tələbindən Bərdə rayonu Cəyirli kəndi ərazisində hansı evin mərhum X14 tərəfindən miras olaraq qalması və hansı evə köçürülməsini tələb etməsi məlum deyil. İddia tələbində Bərdə rayonu Cəyirli kəndində yerləşən evə köçürülmə qeyd edilsə də iş materiallarında olan aktın surətində Bərdə rayonu Qaradağlı kəndi ərazisində olan torpaq sahəsi və evdən bəhs edilir. Məhkəmə onu da qeyd edir ki, iddiaçı tərəfindən Bərdə rayonu Qaradağlı kəndində mərhum Elman Cəfərovun torpaq sahəsi və ev almasına dair akt təqdim edilsə də həmin aktdan evin və torpaq sahəsinin olması və alınmasını təyin və müəyyən etmək mümkün olmadı. Belə ki, iş materiallarına yalnız aktın surəti əlavə edilmiş, əsli əlavə edilməmiş və aktda imzalayan şəxslərin şahid qismində iddiaçı tərəfindən dəvət edilərək məhkəmədə dindirilməsi təmin edilməmişdir. Belə olduğu təqdirdə aktın həqiqiliyi məhkəmədə şübhə doğurur və orada evin olmasına dəlalət edə bilməz. Buna görə məhkəmə ev və torpaq alqı-satqısına dair aktı mötəbər sübut hesab etmir. Bu akt həm də ona görə mötəbər sayıla bilməz ki, 2000-ci ilin sentyabrın 1-dən qüvvədə olan Mülki Məcəlləyə əsasən daşınmaz əmlakla bağlı bütün əməliyyatlar notarial qaydada təsdiq edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır və Məcəlləyə əsasən akt hüquqmüəyyən edici sənəd və ya daşınmaz əmlak üzərində hüquqların qeydə alınması üçün əsas hesab edilmir. Həmçinin iddiaçının iddia ərizəsində cavabdeh qismində qeyd etdiyi şəxslər sırasında olan Cavabdeh2 və Cavabdeh3 faktiki yaşayış ünvanı olaraq ünvan 3 Cavabdeh2 Bərdə rayonu, Yeni Əyricə kəndi ünvanında müvəqqəti məskunlaşması, digər arayışda isə Cavabdeh2 hazırda həmin kənddə yaşamaması qeyd edilmişdir ki, göründüyü kimi təqdim edilmiş sənədlər ziddiyyətlidir və məhkəmə onları mötəbər sübut kimi qəbul edə bilməz. Həmçinin, cavabdehlərdən Cavabdeh2 və Cavabdeh3 iddiaçının uşaqları ilə birlikdə həmin evə köçürülmələrinə razı olsa da özlərinin həmin evdə müvəqqəti yaşamalarına dair arayış və ya digər mötəbər sübutları da məhkəməyə təqdim etmədiklərindən məhkəməyə onların hansı ünvanda yaşamaları məlum olmamışdır. Məhkəmə hesab edir ki, iddia tələbi cavabdehə məxsus əşyaların həmin evdən çıxarılması hissəsində də təmin edilə bilməz. Çünki, evin ümumiyyətlə olması və bundan başqa kimə məxsus olması, habelə evdə Cavabdeh1 məxsus əşyaların olması iddiaçı tərəfindən sübut edilməmişdir, həmçinin iddiaçı evin mülkiyyətçisi və ya istifadəçisi olmadığından həmin tələbi irəli sürməyə subyeltiv hüququ da yoxdur. İş materiallarından məhkəməyə məlum olur ki, iddiaçı yetkinlik yaşına çatmayan övladları ilə birlikdə uzun illərdir ki, Goranboy rayonu, Zeyvə kəndində yaşayır. Həmçinin, İddiaçı mərhum Elman Cəfərovla rəsmi nikahları olmamışdır. İş materiallarından iddiaçının mərhumla qeyri-rəsmi nikahda olduğu dövrdə onunla birlikdə Bərdə rayonu, Qaradağlı kəndində yerləşən evə gəlin köçməsi və orada yaşaması, ora əşyalarını aparması və əşyalarının orada qalması da sübut edilmir. İddiaçı özü iddia ərizəsində qeyd edir ki, 2022-ci ilin mart ayında mərhum əri ilə mübahisə edərək ondan ayrılmışdır, ev və torpaq sahəsi isə 2022-ci ilin yanvar ayında alınmışdır. Bu isə iddiaçının həmin evdə yaşamadığını təsdiq edir. Qanunvericilik 2009-cu ildən sonra istifadə hüququnun yaranması və xitamında əsasən etibarlı ailə münasibətlərinin mövcudluğunu qeyd etsə də hazırki işdən belə münasibətlərin mövcudluğu və evin olub-olmaması, evin mərhum Elman Cəfərov tərəfindən alınması da mötəbər sübutlarla sübuta yetməmişdir. Beləliklə, bütün bu qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiаçı İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “evə köçürülmə” tələbinə dair iddia tələbi əsassız olduğundan və sübut edilmədiyindən təmin edilməməlidir. MPM-in 217.4-cü maddəsinə əsаsən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). MPM-in 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ: İddiаçı İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “evə köçürülmə” tələbinə dаir iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №2(021)-2571/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2571/2023
29.08.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver