Məhkəmə qərarları › İş №2(021)-2574/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2574/2022

25.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2574/2022 25.10.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X1 iclas kаtibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bərdə regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı “ miras əmlakı qəbul etməsi faktının müəyyən edilməsinə” dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqı şəxs Bərdə regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək mərhum anası Məmmədova (Həsənova) Hürü Əkbər qızına məxsus miras əmlakın onun sahibliyində və idarəçiliyində olmasını nəzərə alıb, mirasın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1973-cü il təvəllüdlü olmaqla Bərdə şəhərində yaşayır. Anası Məmmədova (Həsənova) Hürü Əkbər qızı *9.*5.2*2*-ci ildə vəfat etmişdir. Anası sağlığında dövlət notariat kontoruna müraciət etməmiş, vəsiyyətnamə verməmişdir. Bu səbəbdən də çətinliklərlə üzləşmişdir. Belə ki, anasının adına ünvan 1 ünvanında yerləşən iki otaqlı mənzil qalmışdır. Anasının ölümündən sonra həmin yaşayış evi onun sahibliyində, idarəçiliyində və istifadəsində olmuş və hal-hazırda da həmin mənzildən istifadə edir. Anası Məmmədova (Həsənova) Hürü Əkbər qızından miras qalmış əmlaka dair vərəsəlik işinin açılması və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alması üçün ərizə ilə Bərdə regional “ASAN-Xidmət” Mərkəzində Notariat Ofisinə müraciət etmişdir. Lakin ona mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddəti ötürdüyü bildirilərək mirasın açılmasından imtina edilmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək əlavə olaraq göstərdi ki, anası ikinci dəfə X11 ilə ailə qurmuş, anasının həmin nikahdan iki uşağı olmuşdur. X11 17 dekabr 1997-ci ildə vəfat etmiş. Həmin nikahdan olan qardaşları Maraqlı şəxs2 və Maraqlı şəxs3 Xəlil oğlu ailə quraraq başqa ünvanlarda yaşayır. Anasından Miras qalmış əmlakı qəbul edib idarə etməmişlər. Məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi və müddətin ötürülməsinin qanunu bilməməsi səbəbindən olmasını göstərdi. İş üzrə maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bərdə regional “ASAN- Xidmət” Mərkəzində Notariat Ofisinin xüsusi notariusu Tamaşa Atakişiyeva məhkəməyə məktub göndərərək məhkəmə iclasında iştirak etməməyini üzürlü hesab edərək qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçini, şahidləri dinləyib, iş materilları üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Əvvəlki məhkəmə iclasında dindirilmiş məhkəmə tərəfindən müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilmiş Maraqlı şəxs2 izahatlarında göstərmişdir ki, anası Məmmədova (Həsənova) Hürü Əkbər qızı *9.*5.2*2*-ci il tarixdə vəfat etmişdir. Anasından ünvan 1 ünvanında iki otaqlı yaşayış evi qalmışdır. Anası sağlığında vəsiyyətnamə qoymamışdır. Anası öldükdən sonra həmin ev bacısının sahibliyində və istifadəsindədir. Hal-hazırda da həmin evdən bacısı istifadə edir. Anası Məmmədova (Həsənova) Hürü Əkbər qızından miras qalmış yaşayış evindən özünə çatası hissəsində bacısının xeyrinə imtina edir. Ərizənin təmin olunmasına etiraz etmir. Əvvəlki məhkəmə iclasında dindirilmiş məhkəmə tərəfindən müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilmiş Maraqlı şəxs3 izahatlarında göstərmişdir ki, anası Məmmədova (Həsənova) Hürü Əkbər qızı *9.*5.2*2*-ci il tarixdə vəfat etmişdir. Anasından ünvan 1 ünvanında iki otaqlı yaşayış evi qalmışdır. Anası sağlığında vərəsəlik şəhadətnaməsi qoymamışdır. Anası öldükdən sonra həmin ev bacısının sahibliyində və istifadəsindədir. Hal-hazırda da həmin evdən bacısı istifadə edir. Anası Məmmədova (Həsənova) Hürü Əkbər qızından miras qalmış yaşayış evindən özünə çatası hissəsində bacısının xeyrinə imtina edir. Ərizənin təmin olunmasına etiraz etmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Camalova Hicran Əkbər qızı ifadəsində göstərmişdir ki, Ərizəçi onun bacısı qızıdır. Ailədə 3 uşaq olmuşlar. Qardaşları ailə qurub başqa ünvanlarda yaşayırlar. Bacısı Hürüyə ərizəçi Qəribə baxıb qulluq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid X9 ifadəsində göstərmişdir ki, Ərizəçi onun baldızı qızıdır. Baldızı Hürüyə vəfat edənə kimi ərizəçi baxıb qulluq etmişdir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: AZE******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1973-cü ildə Mirbəşir şəhərində anadan olmuş, Bərdə şəhəri, H.Aslanov küçəsi, ev 17-də qeydiyyatdadır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhəri İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş 13 iyul 2*22-ci il tarixli, 4*4 nömrəli arayışdan görünür ki, Ərizəçi Bərdə şəhəri, H.Aslanov küçəsi, ev 77-də qeydiyyatda olmaqla Bərdə şəhəri, Ü. Hacıbəyov küçəsi 47, mənzil 46-da yaşayır. Mirbəşir rayon VVAQ Şöbəsi tərəfindən verilmiş 22 avqust 1973-cü il tarixli, İİ-JQ 2563** nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxx 1973-cü ildə anadan olmuş, atası X1*, anası isə X4r. İş materiallarında olan Ağdam rayonu, Qiyaslı kənd Sovetliyi (icra nümayəndəliyi) tərəfindən verilmiş 22 mart 1979-cu il tarixli, İİ-JQ 28*9*2 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X11 22 mart 1979-cu il tarixdə X12 ilə nikah bağlamış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 22 mart 1979-cu il tarixdə 8 nömrəli qeydiyyat aparılmış, nikah bağlandıqdan sonra ərə Həsənov, arvada Həsənova soyadı verilmişdir. İşə əlavə edilmiş Ağdam rayonu, Qiyaslı kənd Sovetliyi (icra nümayəndəliyi) tərəfindən verilmiş 1* yanvar 198*-ci il tarixli, Vİ-JQ 28465* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs3 xx.xx.1979-cu ildə anadan olmuş, atası X11, anası isə X7r. İşə əlavə edilmiş Ağdam rayonu Qiyaslı kənd icra nümayəndəliyi tərəfindən verilmiş 2* oktyabr 2*22-ci il tarixli, AZ-T 211174 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs2 xx.xx.1982-ci ildə anadan olmuş, atası X11, anası isə X7r. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş *1 iyun 2*2*-ci il tarixli, AZ-İİ *942*3 nömrəli Ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X13 *9 may 2*2*-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 23 may 2*2*-ci il tarixdə 232 nömrə ilə qeyd edilmişdir. Ağdam rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 2* oktyabr 2*22-ci il tarixli, AZ-İİ 29*198 nömrəli Ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X11 17 dekabr 1997-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 17 dekabr 1997-ci il tarixdə *6 nömrə il qeyd edilmişdir. İş materiallarında olan Qeydiyyat Vəsiqəsinin surətindən görünür ki, Bərdə şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən iki otaqlı, 48.69 kv.metr ümumi sahəsi, 28.44 kv.metr yaşayış və 2*,25 kv.metr köməkçi sahədən ibarət mənzil bütünlüklə X8 məxsusdur. İş üzrə maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bərdə regional “ASAN- Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən Ərizəçi ünvanlanmış 13 iyul 2*22-ci il tarixli, 1632/2*22 nömrəli məktubundan görünür ki, Ərizəçi X2 miras qalmış əmlaka dair vərəsəlik işinin açılması və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Mirasın qəbul edilməsi müddətinin uzadılması, eyni zamanda miras əmlakın bölüşdürülməsi və vərəsəlik şəhadətnaməsinin alınması üçün məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. İşə əlavə edilmiş 15.*7.2*22-ci il tarixli 93*987992 nömrəli mədaxil qəbzindən görünür ki, ərizəçi məhkəməyə müraciət edən zaman 1**.** manat dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi mərhum Məmmədova (Həsənova) Hürü Əkbər qızının X1* ilə olan nikahından doğulmuşdur. Məmmədova (Həsənova) Hürü Əkbər qızı 22 mart 1979-cu ildə X11 ilə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş, həmin nikahlarından iki uşaqları: Maraqlı şəxs2 və Maraqlı şəxs3 doğulmuşdur. Məmmədova (Həsənova) Hürü Əkbər qızının əri X11 17 dekabr 1997-ci ildə vəfat etmiş, Məmmədova (Həsənova) Hürü Əkbər qızı isə *9 may 2*2*-ci il tarixdə vəfat etmişdir. Ərizəçi maraqlı şəxs Bərdə regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək mərhum anası Məmmədova (Həsənova) Hürü Əkbər qızına məxsus miras əmlakın onun sahibliyində və idarəçiliyində olmasını nəzərə alıb, mirasın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin Vİİ bəndinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu bir sıra qərarlarında vərəsəlik hüququnun hüquqi tənzimlənməsi ilə əlaqədar göstərmişdir ki, vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2* oktyabr 2*11-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 12*3.1-ci maddəsinin şərh edilməsinə dair” 13 dekabr 2*11-ci il tarixli Qərarları). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM): 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən, ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə vərəsələr sayılırlar. 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Yuxаrıdа göstərilən qаnunvericiliyin tələbinə görə şəxslər öldükdən sonra onun əmlakı bir mənаlı оlаrаq vərəsənin əmlakına daxil olmur. Vərəsə əmlakı əldə etmək və ona mülkiyyətçi kimi sahib olmaq üçün müəyyən aktı həyata keçirməlidir. Buna isə mülki hüquqda mirasın “qəbul etmə sistemi” deyilir. Vərəsəlik hüququ mirasın qəbul edilməsinin iki üsulunu müəyyənləşdirmişdir. Birinci üsul vərəsənin notariat kontoruna mirası qəbul etdiyi barədə ərizənin verməsi yolu ilə mirasın qəbul edilməsi, ikinci üsul isə miras əmlaka faktiki olaraq sahiblik etməklə miras əmlakı qəbul etdiyini faktiki olaraq nümayiş etdirməsi üsuludur. Mirasın qəbul edilməsi müddətinə gəldikdə isə vərəsə istər birinci, istərsə də ikinci üsulla mirası yalnız bunun üçün müəyyənləşdirilmiş müddət daxilində qəbul edə bilər. Eyni zаmаndа qаnunvericilik qəbul edilmiş mirasın vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunmаsını şərtləndirir. Bundаn bаşqа, mirаs qаnunun tələbinə əsаsən qəbul оlunmuşsа, lаkin vərəsəlik şəhаdətnаməsi vаxtındа rəsmiləşdirilməmişsə, bu mirаsа qаrşı hüququn itirilməsi üçün əsаs hesаb edilə bilməz. Vərəsə mirаsа sаhiblik, оndаn istifаdə və оnа sərəncаm verməsi sаhəsində müvаfiq işlər görmüşsə-binаnın təmiri, həyətyаnı tоrpаq sаhəsini becərmək, məhsulu yığmаq və s. yаxud sığоrtа tədiyəsini və ev üçün vergini ödəmişsə, kirаyənişinlərdən mənzil pulunu yığmışsа və b. hаllаr vərəsənin mirаsı fаktiki surətdə idаrə etməyə bаşlаmаsını və mirаsа yiyələnməsini sübut edən hərəkətlər kimi qiymətləndirilə bilər. Bu haqda Azərbaycan Respublikası Konstitusiyasının 6*-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3*7.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 oktyabr 2*2*-ci il tarixli qərarında göstərilmişdir ki, mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2*14cü il 18 iyul tarixli Qərarı). Həmin qərarda daha sonra qeyd edilmişdir ki, mülki prosessual qanunvericiliyin xüsusi icraat qaydasında işlərə baxılmasının xüsusiyyətlərini tənzimləyən normalarına nəzər yetirdikdə, hüquqi əhəmiyyəti olan faktların belə qaydada təsdiq edilməsi üçün bir neçə şərtin zəruri olduğu qənaətinə gəlmək olar. Bu şərtlərə aşağıdakılar aiddir: - həmin faktın qanuna əsasən hüquqi nəticələr doğurması; - hüquqi əhəmiyyəti olan faktın başqa qaydada müəyyən edilməsinin qeyri-mümkün olması; - hüquq haqqında mübahisənin olmaması və s. Həmin şərtlərdən hər hansı birinin olmaması işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2*19-cu il tarixli 3 saylı qərarının 1*-cu bəndinə əsasən məhkəməyə Azərbaycan Respublikası MPM-nin 3*7.2.9cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2***-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 1*2-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Həmin qərarın 1*.2-ci bəndində qeyd edilmişdir ki, mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Vərəsələrin miras əmlakdakı payları, nə qədər ki, bununla bağlı məhkəmə mübahisəsi yoxdur, notarius tərəfindən verilən vərəsəlik şəhadətnaməsi ilə müəyyən olunmalıdır. Beləliklə, işin faktiki hallarından müəyyən olunur ki: X5 ölümündən sonra onun birinci növbə vərəsəsi olan övladları Ərizəçi, Maraqlı şəxs2 və Maraqlı şəxs3 qalmışdır. Bundan başqa işdən müəyyən edilir ki, hazırki iş üzrə Ərizəçi mərhum X3 miras qalmış əmlaka sahiblik etməyə, onu idarə etməyə faktiki başlamış, bununla da ondan miras qalmış əmlakı qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Həmçinin, ərizəçi mirasın qəbulu üçün qanunla nəzərdə tutulmuş müddəti qanunu bilməməsi səbəbindən ötürdüyünü bildirmişdir. Beləliklə, AR.MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsаsən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunvericiliyin tələblərinə görə, işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktlar tədqiq edilməli, həmçinin mübahisənin düzgün həllinə təsir edən digər hallar da araşdırılmalıdır. MPM-in 1*7-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizəçi tərəfindən dövlət rüsumu tələb edilmədiyindən məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-22*, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi mərhum X2 miras qalmış əmlakın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin buraxılması üzürlü hesab edilsin. Ərizəçi mərhum X2 miras qalmış əmlakı qəbul etməsi faktı müəyyən edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim:Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar