Məhkəmə qərarları › İş №2(021)-258/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-258/2023

06.07.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-258/2023 06.07.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Tağıyev Babək Vaqif oğlunun katibliyi, İddiaçı, Cavabdeh Bərdə rayon Xanərəb kənd Bələdiyyəsinin sədri Cavabdeh iştirakları ilə, İddiaçı cavabdeh Bərdə rayon Xanərəb kənd Bələdiyyəsinin sədri Cavabdeh qarşı “vəzifəli şəxsin qeyri-qanuni hərəkətlərinə son qoyulması və Bərdə rayon Xanərəb kəndində yerləşən 1.50 ha torpaq sahəsinin ona geri qaytarılması ” tələbinə dair ilk və cavabdeh Bərdə rayon Xanərəb kənd Bələdiyyəsinin sədri Cavabdeh İddiaçı qarşı icarə müqaviləsinə xitam verilməsi və cavabdehin torpaq sahəsindən çıxarılması” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü ƏY YƏ N E TD İ: İddiaçı iddia ərizəsi ilə müraciət edərək, vəzifəli şəxsin qeyri-qanuni hərəkətlərinə son qoyulması və onun mülkiyyətində olan ünvan 1ində yerləşən 1.50 ha torpaq sahəsinin özünə geri qaytarılmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun xüsusi mülkiyyətində ünvan 1 ünvanında 1.50 ha torpaq sahəsi var. Həmin torpaq sahəsi 01 mart 2004-cü il tarixdə X2” Qanunun 7-ci maddəsinə, "Torpaq Məcəlləsi" nin 47-ci maddəsinə, Çələbilər Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 03 saylı qərarına və DTXK-nin Bərdə şöbəsinə yazmış olduğu xx.xx.2004-cü il tarixli 03 saylı məktubuna əsasən Bələdiyyə mülkiyyətində olan əkinə yararsız şoran torpaq sahəsindən 1.50 ha ayrılaraq, heyvandırlığı inkişaf etdirmək məqsədi ilə ona 50 il müddətinə Sahǝseçmə aktına əsasən icarəyə verilmişdir. Ona verilmiş olan 1.50 ha torpaq sahəsi-şimaldan, şərqdən və qərbdən qobu, cənubdan isə yol həmsərhəddir. 2004-cü il tarixdən bu vaxta qədər o, həmin torpaq sahəsini yararlı hala salaraq istifadə edir. İcarəyə verilmiş olan torpaq sahəsini istifadə etdiy üçün hər ay davamlı olaraq icarə haqqıda ödəmişdir. Hazırda ona məxsus olan torpaq sahəsini cavabdeh kimi qeyd etdiyi ünvan 1 Bələdiyyəsi Cavabdeh uzun zamandır ki, qanunsuz yolla zəbt etmiş və onun istifadə edib, əkin əkib-becərməyinə maneçilik törədir. İcarəyə götürmüş olduğu torpaq sahəsini normal şəkildə istifadə edə bilmir. O, torpaq sahəsini 50 illik icarəyə götürmüş olduğuna baxmayaraq bələdiyyə sədri Cavabdeh onun icazrə müddətinin 15 il olduğunu bildirərək onun torpaq sahəsini əlindən almışdır. May ayından bu vaxta qədər Bələdiyyə sədri onu yubadaraq torpaq sahəsini ona geri verəcəyini bildirsə də ,lakin bu vaxta qədər verməmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdi. Cavabdeh Bərdə rayon Xanərəb kənd Bələdiyyəsinin sədri Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddianın rədd edilməsi və onun qarşılıqlı iddiasının təmin edilərək cavabdeh İddiaçı ilə bağlanmış xx.xx.2004-cü il tarixli, 02 saylı Torpaq sahəsinin icarəyə verilməsi haqqında Müqaviləyə xitam verilməsi və cavabdehin torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh Bərdə rayon Xanərəb kənd Bələdiyyəsinin sədri Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh İddiaçı iddiası tam əsassızdır, ona qarşı haqsız tələb irəli sürmüşdür. Yerli özünüidarə kimi Bərdə rayon Xanǝrǝb Bələdiyyəsi yaranandan sonra ölkədə həyata keçirilmiş aqrar islahatın nəticəsi olaraq digər torpaq sahələri ilə bərabər kənd sakinlərinə örüş kimi ayrılmış torpaq sahəsi də «Bələdiyyələrin əraziləri və torpaqları haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə uyğun olaraq Xanǝrǝb Bələdiyyəsinin mülkiyyətinə verilmişdir. Cavabdeh İddiaçı ərizəsi nəzərə alınaraq heyvandarlığı inkişaf etdirmək məqsədi ilə Xanǝrǝb Bələdiyyəsinin mülkiyyətində olan ümumi İstifadədə olmayan əkinə yararsız örüş sahəsindən 1,50 ha torpaq sahəsi ayrılaraq İddiaçı uzun müddətli (50 il müddətinə) icarəsinə verilmişdir. Bununla bağlı Bələdiyyə ilə cavabdeh İddiaçı arasında xx.xx.2004-cü il tarixli, 02 nömrəli «Torpaq sahəsinin icarəyə verilməsi haqqında» Müqavilə bağlanmışdır. Müqaviləyə əsasən torpaq sahəsi yalnız mal-qaranın otarılması üçün verilmişdir və göstərilmiş məqsəd üçün sahənin istifadə olunması qətidir. Lakin cavabdeh sahədən heyvandarlığı inkişaf etdirmək üçün deyil, əkin sahəsi kimi istifadə edərək əkib- becərmişdir. Bundan əlavə Müqavilənin 2.2-ci bəndinə əsasən «icarəçi» hər il icarə haqqını ödəməyi öz öhdəsinə götürür. Ancaq cavabdeh 3 ildən artıqdır ki, icarə haqqını ödəmir. Yenə həmin Müqaviləyə uyğun olaraq icarǝverən kimi Bələdiyyənin icarəyə verilmiş torpaq sahəsinin təyinatı üzrə istifadəsinə və icarə müqaviləsinin şərtlərinə əməl edilməsinə nəzarət etmək hüququm vardır. Yenə Müqaviləyə görə icarəçi icarəyə götürülmüş torpaqlardan təyinatı üzrə istifadə etmək, torpaq sahəsindən istifadəyə görə icarə haqqını və digər tədiyyələri vaxtında ödəmək vəzifələrini daşıyır. Lakin cavabdeh Müqavilə şərtlərini pozmuşdur. Bundan başqa, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 16-cı maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 2000-ci il tarixli, 42 nömrəli qərarı ilə təsdiq edilmiş «Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi qaydaları»nın 13-cü bəndinə əsasən bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri hüquqi və fiziki şəxslərin icarəsinə, bir qayda olaraq, on ildən on beş ilədək verilə bilər. Cavabdeh isə torpaq sahəsini artıq 19 ildir icarəyə götürüb istifadə edir. Həmçinin kənd sakinləri örüş sahələrinin ümumi istifadəyə qaytarılması ilə bağlı müxtəlif təşkilatlara müraciətlər etmişlər. Dəfələrlə müraciət olunmasına baxmayaraq Torpaq icarəsi müqaviləsinə əməl etməyə və icarə müddəti bitdiyi üçün torpaq sahəsindən çıxmasını, icarə müqaviləsinə xitam verilməsi məsələsinin həll edilməsi barədə təklif etsə də əməl etməmişdir. Ona görə də cavabdeh İddiaçı ilk iddiası rədd edilməli icarə müqaviləsinə xitam verilməli və cavabdeh torpaq sahəsindən çıxarılmalıdır. Məhkəmə iclasında İddiaçı idida ərizəsinə uyğun izahat verərək, ilk idda tələbinin təmin olunmasını, qarşılıqlı iddia tələbinin isə rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh Bərdə rayon Xanərəb kənd Bələdiyyəsinin sədri Cavabdeh qarşılıqlı iddia ərizəsinə uyğun izahat verərək, qarşılıqlı iddia tələbinin təmin olunmasını, ilk iddia tələbinin isə rədd olunmasını xahiş etdi. Məhkəmə iş üzrə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, ilk iddia tələbi rədd olunmalı, qarşılıqlı iddia tələbi isə qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş Seriya AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1935-ci il tarixdə Bərdə rayon Xanərəb kəndində anadan olmuşdur. Bərdə rayon Xanərəb kəndində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Xanərəb kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 351 saylı arayışdan görünür ki, İddiaçı Bərdə rayon Xanərəb kəndində yaşayır. İş materiallarına əlavə olunmuş Xanərəb bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 02 saylı iclas protokolundan Çıxarışdan görünür ki, Xanǝrǝb Bələdiyyəsinin mülkiyyətində olan ümumi istifadədə olmayan əkinə yararsız örüş sahəsindən 1,5 hektar ayrılaraq, heyvandarlığı inkişaf etdirmək məqsədi ilə Xanərəb kənd sakini İddiaçı uzunmüddətli 50 il müddətinə icarəsinə verilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş Xanərəb bələdiyyəsinin xx.xx.2004-cü il tarixli Sahəseçmə Aktından görünür ki, "X2" Qanunun 7-ci maddəsinə, "Torpaq Məcəlləsi"nin 47ci maddəsinə, Xanərəb Bələdiyyəsinin xx.xx.2004. tarixli 02 saylı qərarına və DTXK-nin Bərdə rayon şöbəsinə yazdığı xx.xx.2004. tarixli 09 saylı məktubuna əsasən Bələdiyyə mülkiyyətində olan ümumi istifadədə olmayan əkinə yararsız örüş sahəsindən 1,5 hektar ayrılaraq, heyvandarlığı inkişaf etdirmək məqsədi ilə Xanərəb kənd sakini İddiaçı uzunmüddətli /50 il müddətinə icarəsinə verilməsinə komissiya üzvləri etiraz etməmişdirlər. Ayrılmış 1,5 hektar torpaq sahəsi-şimaldan, şərqdən və qərbdən qobu, cənubdan isə yol ilə həmsərhəddir. İş materiallarına əlavə olunmuş Torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2004-cü il tarixli 02 nömrəli Müqavilədən görünür ki, Bərdə rayon Xanərəb Bələdiyyəsinin adından Cavabdeh tərəfindən Xanərəb Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 02 nömrəli qərarı əsasında heyvandarlığı inkişaf etdirməkçün 1.50 ha torpaq sahəsini 50 il müddətinə İddiaçı icarəsinə verilmişdir. İcarəçi hər il bir yüz min manat icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli Mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 100 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş Seriya AZE № 16038879 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1965-ci il tarixdə Bərdə rayon Xanərəb kəndində anadan olmuşdur. Bərdə rayon Xanərəb kəndində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Xanərəb kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 183 saylı arayışdan görünür ki, İddiaçı Bərdə rayon Xanərəb kəndində yaşayır. İş materiallarına əlavə olunmuş Bərdə Rayon Xanərəb Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 15 saylı arayışdan görünür ki, Bərdə rayon Xanərəb kənd sakini İddiaçı 2019, 202 və 2021-ci illərdə heç bir üzürlü səbəb göstərmədən 3 illik torpaq icarə haqqını bələdiyyə büdcəsinə ödəməmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bərdə Regional Ədliyyə İdarəsinin Bərdə Rayon Xanərəb Bələdiyyəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli № 9-0-27 nömrəli Təklif məktubundan görünür ki, hazırki məktubun 5 iş günündən gec olmayaraq bələdiyyə iclasının müzakirəsinə çıxarılması, bələdiyyənin xx.xx.2004-cü il tarixli, 02 saylı iclas qərarının ləğv edilməsi, xx.xx.2004-cü il tarixli, 02 saylı icarə müqaviləsinə xitam verilməsi üçün isə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsinin təmin edilməsi, qəbul edilmiş qərarın bir nüsxəsinin 5 iş günündən gec olmayaraq Bərdə Regional Ədliyyə İdarəsinə təqdim olunması təklif olunmuşdur. İş materiallarına əlavə olunmuş Xanərəb bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 06 saylı iclas protokolundan Çıxarışdan görünür ki, Ədliyyə Nazirliyinin Bərdə Regional Ədliyyə İdarəsinin xx.xx.2022-ci il tarixli 9-0-27 saylı təklif məktubunun nəzərə alınması, Xanǝrǝb bələdiyyənin xx.xx.2004-cü il tarixli 02 saylı iclas qərarının ləğv edilməsi, xx.xx.2004-cü il tarixli 02 saylı icarə müqaviləsinə xitam verilməsi ilə bağlı qanunamüvafiq tədbirlər görülməsi, qərarın icrasının nəzarət bələdiyyə sədrinə həvalə edilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli Mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə qarşılıqlı iddia qaldırmaq üçün 100 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin rəyində qeyd olunmuşdur: Bərdə Rayon Məhkəməsinin 2(021)-3241/2022 saylı, 25 noyabr 2022-ci il tarixli mülki işi üzrə İddiaçı, Cavabdeh qarşı "vəzifəli şəxsin qeyri-qanuni hərəkətlərinə son qoyulması, torpaq sahəsinin özünə geri qaytarılması" tələbinə dair mülki iş üzrə Bərdə rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(021)-3241/2022 nömrəli qərardadı ilə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasinin keçirilməsini təmin edib mütəxəssis rəyinin verilməsi ilə əlaqədar araşdırma aparılmışdır. İddiaçı və cavabdehin iştirakı ilə məhkəmə qərardadında mübahisələndirilən torpaq sahəsinin koordinatları naturada təyin edilərək TEKUİS məlumat bazası ilə müqaisələndirildi. Sual: 01 mart 2004-cü il tarixdə Bərdə rayon Xanərəb bələdiyyəsinin sədri Cavabdeh oğlu ilə İddiaçı arasında bağlanmış "torpaq sahəsinin icarəyə verilməsi haqqında" müqavilə əsasında "ümumi istifadədə olmayan əkinə yararsız örüş sahəsi kimi" Orucov Araz Həsən oğluna 50 il müddətinə icarəyə verilmiş ünvan 1ində yerləşən 1.50 ha torpaq sahəsi hazırda kimin faktiki istifadəsindədir? Cavab: Sözügedən torpaq sahəsi hal-hazırda iddiaçı tərəfindən istifadə olunmadığından, kimlər tərəfindən istifadə olunduğunu təyin etmək mümkün olmamışdır.

2. Sual: 01 mart 2004-cü il tarixdə Bərdə rayon Xanərəb bələdiyyəsinin sədri Cavabdeh ilə İddiaçı arasında bağlanmış "torpaq sahəsinin icarəyə verilməsi haqqında" müqavilə əsasında "ümumi istifadədə olmayan əkinə yararsız örüş sahəsi kimi" İddiaçı 50 il müddətinə icarəyə verilmiş Bərdə rayon Xanərəb kəndində yerləşən 1.50 ha torpaq sahəsi ümumi istifadə üçün nəzərdə tutulmuşdurmu? Cavab: Sözügedən mübahisəli torpaq sahəsinin ümumi istifadəli olub-olmaması Ərazi İdarəsinin səlahiyyəti xaricindədir. Beləliklə məhkəmə tərəfindən müəyyən olundu ki, Torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2004-cü il tarixli 02 nömrəli Müqaviləyə əsasən Bərdə rayon Xanərəb Bələdiyyəsinin adından Cavabdeh tərəfindən Xanərəb Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 02 nömrəli qərarı əsasında heyvandarlığı inkişaf etdirməkçün 1.50 ha torpaq sahəsini 50 il müddətinə İddiaçı icarəsinə verilmişdir. İcarəçi hər il bir yüz min manat icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür.Lakin İddiaçı müqavilə şərtlərini pozaraq icarə haqqını ödəməkdən yayınmış, həmçinin torpaq sahəsindən təyinatına uyğun olaraq istifadə etməmişdir. Məhkəmə mübahisə ilə bağlı aşağıdakı hüquq normalarının tətbiqini zəruri bilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 12-ci maddəsinin 3-cü bəndinə əsasən kənd təsərrüfatı yerlərinə (uqodiyalarına) əkin, çoxillik əkmələrin altında olan torpaqlar, dincə qoyulmuş torpaqlar, biçənəklər, örüşlər və otlaqlar aid edilir. Həmin Məcəllənin 16-cı maddəsinin 3-cü bəndinə əsasən Bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri isə qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi və fiziki şəxslərin icarəsinə verilir. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası Qanununu 7.2-ci bəndinə əsasən, ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi ilə bağlı bəzi normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 2000-ci il tarixli, 42 nömrəli qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi qaydaları”na əsasən:

1. Azərbaycan Respublikasının dövlət torpaq fonduna aid olan yay və qış otlaqları, mal-qara düşərgələri və köç yolları dövlətin müstəsna mülkiyyətindədir. Örüş sahələri və biçənəklər yerli icra hakimiyyəti orqanlarının idarəçiliyində və ya bələdiyyələrin mülkiyyətindədir. Dövlət mülkiyyətində olan torpaqlar bu Qaydalara uyğun olaraq mülkiyyətində və istifadəsində mal-qara və davarlar olan fiziki və hüquqi şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada verilir. Bələdiyyə mülkiyyətində olan örüş sahələri və biçənəklər istifadəyə yalnız mülkiyyətində mal-qara və davarlar olan bələdiyyə müəssisələrinə, icarəyə isə qanunvericiliklə müəyyən edilmiş qaydada verilir. Mal-qara düşərgələri və köç yolları yalnız təyinatı üzrə istifadə edilir.

2. Yay və qış otlaq sahələrinin, mal-qara düşərgələrinin və köç yollarının başqa məqsədlər üçün istifadəsinə və kateqoriyalarının dəyişdirilməsinə müvafiq olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin vəsatətinə və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin razılığına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə icazə verilir.

3. Yerli icra hakimiyyəti orqanlarının idarəçiliyində və ya bələdiyyələrin mülkiyyətində olan kəndyanı örüş sahələri əhalinin mal-qarası üçün ümumi istifadəyə ayrılır. Ümumi istifadədə olan örüş sahələri əhalinin istifadəsinə müddətsiz verilir.

13. Dövlət və bələdiyyə mülkiyyətində olan müəssisələrə yay və qış otlaq sahələri qısa müddətli istifadəyə verilir, digər hüquqi və fiziki şəxslərin icarəsinə isə bir qayda olaraq 10 ildən 15 ilədək verilir. Yay və qış otlaq sahəsinin üzərində istifadə, icarə hüquqlarının qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. İcarənin şərtləri tərəflərin razılığı ilə müəyyən edilir və icarə müqaviləsində təsbit olunur.

22. Fiziki və hüquqi şəxslər onların istifadəsinə və ya icarəsinə verilmiş yay və qış otlaq sahələrindən, habelə örüş və biçənəklərdən təyinatına uyğun olaraq səmərəli istifadə etməlidirlər. Məhkəmə qeyd edir ki, iddia tələbləri bir-birilə qarşılıqlı əlaqədə olan tələblərdir. Bərdə rayon Xanərəb Bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış Torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2004-cü il tarixli 02 nömrəli Müqavilənin şərtləri icarəçi İddiaçı tərəfindən pozularaq hər il ödənilməli olan icarə haqqı ödənilməmiş, əkinçiliklə məşğul olaraq təyinatına uyğun istifadə edilməmişdir. Buna görə də məhkəmə qeyd edir ki, ilk iddia tələbi təmin oluna bilməz. Qarşılıqlı iddia tələbi isə xx.xx.2004-cü il tarixli, 02 saylı Torpaq sahəsinin icarəyə verilməsi haqqında Müqaviləyə xitam verilməsi hissəsində təmin olunmalı, cavabdehin torpaq sahəsindən çıxarılması hissəsində isə rədd olunmalıdır. Belə ki, tərəflər özləri də məhkəm iclasında bildirmişlər ki, mübahisələndirlən torpaq sahəsi 2019-cu il tarixdən İddiaçı istifadəsində deyildir. Belə ki, həmin torpaq sahəsi kənd camaatı tərəfindən örüş kimi istifadə edilir.Həmçinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin rəyində də qeyd olunmuşdur ki, sözügedən torpaq sahəsi hal-hazırda iddiaçı tərəfindən istifadə olunmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə əsasən, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci madəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-cü maddəsinə görə müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. İnsan Hüquqlarının və X1 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 164.1-ci maddəsinə əsasən, sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Mülki Məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Həmin Məcəllənin 425.1.-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3-ci maddəsinə əsasən, hüquqdan sui-istifadə aiddir: şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi; Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ilk iddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı aid olunmalı, qarşılıqlı iddia tələbi qismən təmin olunduğundan cavabdeh tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıdan alınaraq cavabdehə ödnilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddiaçı cavabdeh Bərdə rayon Xanərəb kənd Bələdiyyəsinin sədri Cavabdeh qarşı “vəzifəli şəxsin qeyri-qanuni hərəkətlərinə son qoyulması və Bərdə rayon Xanərəb kəndində yerləşən 1.50 ha torpaq sahəsinin ona geri qaytarılması ” tələbinə dair ilk iddia təmin olunmasın. Cavabdeh Bərdə rayon Xanərəb kənd Bələdiyyəsinin sədri Cavabdeh İddiaçı qarşı “icarə müqaviləsinə xitam verilməsi və cavabdehin torpaq sahəsindən çıxarılması” tələbinə dair qarşılıqlı iddia qismən təmin olunsun. Bərdə rayon Xanərəb Bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış Torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2004-cü il tarixli 02 nömrəli Müqavilə ləğv olunsun. Qarşılıqlı iddia tələbi qalan hissədə təmin olunmasın. İlk iddia üzrə iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qarşılıqlı iddia tələbi üzrə cavabdeh tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu İddiaçı alınaraq Cavabdeh ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar