Məhkəmə qərarları › İş №2(021)-258/2024

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-258/2024

05.09.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-258/2024 05.09.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Babək Vaqif oğlu Tağıyevin katibliyi, Cavabdeh, iştirakı ilə İddiaçı Cavabdeh qarşı “Miras payının vərəsələr arasında bölünməsi və mirasın naturada bölünərək onun payının ayrılıb verilməsi” tələbinə dair mülki işə 05 sentyabr 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı məhkəməyə müarciət edərək,xx.xx.2023-cü il tarixdə ********** saylı qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış Çıxarış əsasında olan Bərdə rayon Nazırlı kəndində yerləşən 0,23 ha torpaq sahəsində tikilmiş ümumi sahəsi 60.5 kv.m, yaşayış sahəsi 60.5 kv.m olan 2 otaqlı fərdi yaşayış evini və Bərdə rayon Aqrar İslahat Komissiyasının 31 avqust 1998-ci il tarixli 12 saylı qərarı ilə verilmiş JN-0055 KOD 61017018 saylı Torpağa mülkiyyət hüququna dair dövlət Aktı əsasında olan Bərdə rayon Nazırlı kəndində 0.39 ha pay torpaq sahəsinin vərəsələr arasında bölünməsini və mirasın naturada bölünərək onun payının ayrılıb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflərə qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də iddia Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinin tələbinə əsasən baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinin tələbinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.4-cü maddəsinə görə iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263-264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı “Miras payının vərəsələr arasında bölünməsi və mirasın naturada bölünərək onun payının ayrılıb verilməsi” barədə vermiş olduğu iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim:Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar